______________Milli Kitabxana_______________
301
milli məfkurəsi aydın oxunur. Mehdi tədqiqatının konsepsiyası
ona əsaslanır ki, Aleksandr Aleksandroviç Tuqanov öz
dövrünün böyük romantiki olub və bir romantik, bir imitator
qismində Moçalov, Şepkin, Lenski kimi dahi rus aktyorlarının
sənət yolunu təkrarlamaq istəyib; istəyib ki, əyalətdə qazandığı
uğurların şöhrət dalğasında Moskvaya yenidən gəlsin,
Moskvanı öz şöhrətilə yenidən “fəth eləsin” və sələfləri kimi
ad çıxarsın. Elə bu məqsədlə Tuqanov Moskvada Korşun
teatrından ayrılıb, Rusiyanın əyalətlərinə yollanıb və bir daha
Moskvaya... qayıda bilməyib. Düzdür, Tuqanov əyalətlərdə
əyalət səviyyəsi üçün heç də pis işləməyib, amma rus teatr
mədəniyyətinin sayılıb-seçilən sənətçisinə çevrilməyib,
əyalətdə batıb qalıb... gürcülərə lazım olmayıb, gəlib... yox,
dəvət alıb Azərbaycana... və Milli Teatrın baş rejissoru olub...
Tuqanovun bu həyat dönəmlərini danışa-danışa və
səmimicəsinə danışa-danışa, onun rejissor kimi uğurlarını qeyd
edə-edə, Azərbaycan teatr mədəniyyəti qarşısındakı
xidmətlərini sadalaya-sadalaya Mehdi Məmmədov bu insan
haqqında hər şeyi yazıb, hətta yazmadıqları fikirləri də
sətirlərarası boşluqlara doldurub, “bizimkilər və Tuqanov”
mövzusunun həm pozitivlərini, həm neqativlərini gündəmə
gətirib.
1971-ci ildə Mehdi Məmmədovun çapdan buraxılmış digər
bir kitabı “Rejissor sənəti” adlanan dərslikdir. Mən hələ
indiyəcən treatrşünas, aktyor, rejissor tələbələrə bu qədər
gərəkli, bu qədər vacib və sənət aləmində bu qədər ehtiyac
duyulan ikinci bir dərslik xatırlamıram. Bu əsərində Mehdi
rejissor sənətinin əlifbasını yazıb, təcrübədə mənimsədiklərini
aydın bir dildə vərəğə köçürüb, konservləşdirib. Düzdür, onun
fikirlərinin mayasında və səliqəsində Vladimir Saxnovskinin
1939-cu ildə nəşr elətdirdiyi “Rejissorluq və onun dərs
metodikası” əsəri dayansa da, burada heç bir plagiatdan söhbət
gedə bilməz. Çünki Mehdi Məmmədov gətirdiyi iqtibaslarda
dəqiqdir. Bir də ki Azərbaycan teatr mədəniyyəti tarixində nə
______________Milli Kitabxana_______________
302
Mehdiyə qədər, nə də Mehdidən sonra belə bir əsər
yaranmayıb. Bu dərslik rejissor peşəsinə yiyələnməyin sirlərini
azəri türkcəsində açıqlamaq baxımından əvəzsizdir, unikaldır.
1971-ci ilin üçüncü kitabını Mehdi adlandırıb “İncəsənət və
din”... Onu şəxsən mən Mehdi Məmmədovun “Estetika
haqqında söhbətlər”inin davamı, özü də məntiqi davamı kimi
qavradım. Bu əsər də öz məna tutumuna, təhkiyə üslubuna görə
xalis dərslikdir, o vaxtın marksist-leninçi fəlsəfəsinin ayrılmaz
bir hissəsi sayılan ateizm fənni üçün nəzərdə tutulub. Mehdinin
dərsliklər tərtibləmək, öz rejissor, pedaqoq təcrübəsini, teatrın
tarixini anlaşıqlı bir tərzdə məqalələrində, geniş həcmli
əsərlərində fiksə eləmək və, ümumiyyətlə, yazı-pozuya sonsuz
həvəs göstərmək onun maarifçiliyinin əlaməti, təzahürüdür.
Mehdi təfəkkür parametrlərinə görə, əqidəsinə görə, milli
təəssübkeşliyinə görə təpədən dırnağadək maarifçi idi və bütün
ömrü boyu özünü bir maarifçi kimi aparırdı. Qüsursuz nitq,
qüsursuz geyim, qüsursuz ədalar, şairanə poza, yüksək savad
və bu xalqı ayıltmaq, ona həqiqəti danışmaq yanğısı, istəyi
Mehdini XX əsrin əvvəllərində yaşamış Azərbaycan
ziyalılarına bənzədirdi. Hərçənd onun tam, əsl maarifçi
olmasından ötrü bu adama mübarizlik əmsalı çatışmırdı. Bir də
Mehdinin öz personasına qarşı olan diqqəti, qayğısı, sevgisi bu
maarifçiliyin müxtəlif əməli aspektlərdə gerçəkləşməsinə yol
vermirdi. Mehdi öz Komandor səsiylə maarifçiliyini ağ
səhifələrə “pıçıldayırdı”, ya da obrazlarda eyhamlaşdırıb,
məxfiləşdirib latent formalarda səhnəyə çıxarırdı. Onun
maarifçiliyində heç bir siyasi-ideoloji etiraz yox idi və bu
maarifçilik lokal bir sahə ilə məhdudlaşırdı.
20 (köhnə tarixlə 10-u) mart 1973-cü il Azərbaycanda
avropatipli peşəkar teatrın 100 illiyi tamam olurdu. Bu məsələ
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
birinci katibi Heydər Əliyevin şəxsi nəzarətində idi və o,
maarifçilik qanadlarında Azərbaycana gəlmiş bu qutlu tarixi
böyük təntənə ilə, yüksək meyarlara uyğun bir dəbdəbə ilə
______________Milli Kitabxana_______________
303
qeyd etməyi planlaşdırırdı. Ona görə də respublikada bu
istiqamətdə gərgin iş aparılırdı və nəticənin tam uğurlu
olmasından ötrü Dövlət səviyyəsində keçiriləcək son yubiley
tədbiri müəyyən qədər yubadılırdı.
25 mart 1973-cü il. Şəfiqə Məmmədovanın ilk övladı,
Mehdininsə üçüncü oğlu gəlir dünyaya... Ülvi! Vaxt ötəcək: bu
cavan oğlan bir gün atasının adını özünə yazar təxəllüsü
götürəcək və olacaq Ülvi Mehdi. Uşaqlıqda Ülvi dəhşətli
dərəcədə böyük qardaşı Elçinə oxşayırdı; indisə mən onu
görəndə elə bilirəm qarşımda rəhmətlik Mehdi Məmmədovun
özü dayanıb... boy, ədalar, səs, üz cizgiləri və gizlin, qəribə bir
utancaqlıq... sanki Ülvi atasının başqa zamanda yaşayan
dublikatıdır.
Bəlkə də 1974-cü il Mehdi ömrünün ən çətin ilidir. Bu il
haradasa, müəyyən istisnalarla, onun həyatında uğursuzluq
zolağıdır, toplum içrə hörmətdən düşdüyü bir zaman kəsimidir.
O, rəsmi şəkildə yeni doğulmuş oğlundan imtina edib, bu
münasibətlə Milli Teatrda iclasa çağırılıb və özünü safa
çıxarmaq üçün yalana əl atıb, “yalançı xəstə” olub, həkimdən
isə bu “xəstəliyə” bəraət qazandıran saxta arayış alıb, di gəl ki,
dediyindən dönməyib. Həqiqətən, Mehdi bütün bunlara bir
Komandor möhkəmliyilə dözüb, tab gətirib, meydandan
qaçmayıb. Yəqin ki, bir 1936-cı il onun üçün belə ağır
keçmişdi, bir də 1974-cü il. Baxmayaraq ki, 1974-cü il mayın
31-də təzə istifadəyə verilmiş Lenin sarayında (indiki Heydər
Əliyev sarayı) Azərbaycan peşəkar teatrının 100 illiyinə həsr
olunmuş təntənəli yubiley gecəsində teatrın bayrağını səhnəyə
çıxarmaq etimadı Mehdi Məmmədova göstərilir. Bu, şərəfdir,
seçilmişlərin seçilmişi olmaq deməkdir. Mehdi həmin axşam
əskəri addımlarla, Komandor addımları ilə səhnə önündə
tribunanın qarşısından keçir və Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyev yaxınlaşıb Lenin ordenini teatrın
bayrağına sancır və Mehdi Məmmədovla çox isti görüşüb
səhnəyə çıxmış digər sənətşilərin də əlini sıxır.
Dostları ilə paylaş: |