______________Milli Kitabxana_______________
289
arasında Xəyyam rolunu ifa edəcək potensial aktyoru
axtarırmış. Elə bunun nəticəsidir ki, o, tez-tez Firdovsiyə, -
Xəyyam, - deyə müraciət edirmiş. Bu dövrdə, Mehdi eyni
zamanda, “Hamlet” pyesini Şekspirin 400 illiyilə əlaqədar milli
radioefir üçün hazırlayırdı. Yəni Mehdi yaradıcılığında
“Hamlet” və “Xəyyam” bir medalın iki üzü kimi bir şey olub...
yəni o bundan olub, bu ondan... yəni Mehdinin düşüncə və
təcəssüm “laboratoriyası”nda o buna qarışıb, bu ona...
Deməli, 1970-ci ildən hələ çox-çox əvvəl “Xəyyam” dramı
Mehdini özünə cəzb eləyib: elə cəzb eləyib ki, bu rejissor
ondan ayrıla bilməyib; bir an da olsun tərəddüd etməyib,
fikrindən daşınmayıb və uzun bir zaman məsafəsində bu ideya
ilə birgə yaşayıb, və yaşadıqca ondan bezməyib. Nadir bir
hadisə: əksərən rejissorlar müəyyən bir ideyadan tez alışırlar,
tez də sönürlər və həmin ideya onlar üçün artıq maraq kəsb
eləmir. Mehdi isə bu ideyadan kəlbətin mismardan yapışan
kimi yapışıb və nəhayət ki, onu, teatrşünas Cəfərin təklif və
təkidilə, reallaşdırıb, özü də sensasiya səviyyəsində
reallaşdırıb. Cəfərin ideyası tarixinə müvafiq düşüb bə bəlkə də
Mehdinin “Xəyyam”a dönüşünün katalizatoru olub. Mən
məqalələri oxuyub, çoxsaylı fotoşəkillərə baxıb da anladım ki,
Mehdi Məmmədov “Xəyyam” tamaşasını Milli Teatrda bir
misteriya kimi gerçəkləşdirib, zəmanədən şikayət kimi
gerçəkləşdirib, aşiqin öz sevgilisinin qəbri üstündə söylədiyi
mərsiyə kimi gerçəkləşdirib, təziyə ruhunda, şəbih
tamaşaları ruhunda gerçəkkləşdirib.
Qaranlıq... Səhnə önündə “qanadlı” rəhil... İçində açıq
kitab... Qələmdana yetmiş qələm... Qafa tası.... Şərab kuzəsi...
Piyalə... Orta əsrlərə bir eyham... Kəllə isə uzaqdan uzağa
şahzadə Hamleti gətirir xəyala!!! Elə bu an... qoca Xəyyam
cüssəsilə yarar qaranlığı, səhnənin dərinliyindən gələr addım-
addım irəli, irəli... Gələr, rəhilin qənşərində dayanar... Əlində
tutduğu çırağın işığı çöhrəsini nurlandırar... Susar, nəfəsini
dərər və bir ixtiyar təmkinilə deyər: “Fələyin yazdığını mən
______________Milli Kitabxana_______________
290
poza bilsəydim həmən...” və sözlər... sözlər... sözlər...
musiqinin diliylə əks-səda verib səslənər...
Bu, misteriya və ya ritual qayəli ağı, vizual mərsiyə deyilsə,
onda bəs nədir?
Aman, Allah! Bu tamaşa necə də mənimkidir... Mən
“Xəyyam”ı səhnədə görsəydim əgər... Hayıf! Amma eyb
eləməz: onsuz da mən bu tamaşanın ovqatlar, emosiyalar
dünyasında özgəsi deyiləm. Ortaçağ islam mədəniyyəti...
Müsəlman Şərqinin poeziyası və fəlsəfəsi... Hamısı mənə o
qədər əziz və doğmadır ki... Amma “Xəyyam” tamaşasında
Mehdi təkcə bununla kifayətlənməmişdi: o, qədim yunan teatrı
ilə də xor vasitəsilə bir bağlantı yaratmışdı, xalq meydan teatrı
ənənələrinə də müraciət eləmişdi, şəbih tamaşalarının
estetikasından da bəhrələnmişdi, müasir texnologiyalardan da
yararlanmışdı. Hətta tamaşa zalından asılmış iri çilçırağa
səsgücləndiricilər yerləşdirmişdi.
...Cahangir Cahangirovun “Şəbi-hicran” kantatası ruhunda
bəstələdiyi musiqi seyrçi salonunun fəzasına yayılar...
Xəyyamı görükdürən projektor söndürüldüyü andaca aktyor ağ
saqqalını tezcənə üzündən qoparar, əbasının önünü arxaya
atmaqla əbanı yaraşıqlı libasa çevirər, olar cavan oğlan və
gənclik dostları ilə ünsiyyət qurar...
Bu tamaşanın təsvirilə bağlı dəyərli teatr tarixçisi İlham
Rəhimlinin yazdıqlarında müəyyən yanlışlıqlar var.
213
Mehdi Məmmədov “Xəyyam” tamaşasının “kündə”sini
poeziyadan, rəqslərdən, xor oxumalarından, azan səsindən,
Ortaçağ dünyasını bəlirtən simvollardan və romantik
duyğulardan “yoğurmuşdu”. Xəyyam Hüseyn Cavidə və
Mehdiyə görə müsəlman Şərqinin Hamleti idi. Lakin o, Hamlet
kimi məqsədinə yetmirdi, məğlub olurdu: yox, əsla; topluma,
zülmə, zorakılığa basılmırdı; Xəyyamı fələk qocaldıb əzirdi...
Özü oynayırdı Xəyyamı; bir də Həsən Turabov... Amma elə
indicə mən Azərbaycan teatr tarixinin başqa bir faktından xəbər
verəcəyəm. Xəyyamı ifa edənlərin sayı iki yox, üç olub. Mehdi
______________Milli Kitabxana_______________
291
Məmmədov Həsəndən öncə bu rolu Məlik Dadaşova
tapşırmışdı. Azərbaycan teatr rəssamlığında yeni bir mərhələ
yaratmış Elçin Muxtar Elxanın dediyinə görə Məliyin Xəyyamı
səhnədən daha effektli təsir bağışlayırdı və onun Şəfiqə ilə
tandemi maraqla baxılırdı. Mehdi bir rejissor, bir aktyor kimi
yox, bir kişi kimi buna dözəmmir, onda qısqanclıq hissləri baş
qaldırır və Məliyi roldan uzaqlaşdırmaq üçün bəhanə gəzir.
Geyimlərin hazırlanması prosesi başlayanda artıq bu dəfə
Məlik “partlayır”; şikayətlənir ki, niyə mənə ucuz, Mehdiyə
bahalı parçalardan kostyum tikilir. Bu “etiraz”, narazılıq
quruluşçu rejissora bəhanə olur ki, Mehdi Məlik Dadaşovu
roldan uzaqlaşdırsın. Yenə Elçin Muxtar Elxanın dediyinə görə
Məlik Xəyyamı oynayırdı, Mehdi isə Xəyyam rolunda
intonasiyalı məruzə oxuyurdu. Hər halda bu da mənim üçün
önəmli bir rəydir, fikirdir və gözlənilməz açıqlamadır. Çünki
Mehdini Xəyyam obrazında tərifləyənlər çox olmuşdu. Biri elə
Yaşar Qarayev. O, Mehdinin ifasını çox bəyənmişdi, burada
hamletizmin təzahürünü görmüşdü, amma müəyyən monoton
təkrarları qəbul eləməmişdi: “Cavid şeirinin musiqisi, klassik
əruz Mehdi Məmmədovun zəngin səs imkanları ilə səlis bir
şəkildə çatdırılır, qiraətlə ifa, oyunla bədii oxu aktyorun
yaratdığı surətdə vəhdət təşkil edir. Mehdi Məmmədovun
obrazı tragik yüksəkliyə qaldırdığı təsirli epizodlardan biri
qəbristan səhnəsidir. Burada Şekspirə bənzərlik zahirən qəribə
görünə bilər. Bunu “Hamlet”in təsiri hesab etmək doğru
olmazdı. Əksinə, Hamletin məşhur monoloqu Cavidin istifadə
etdiyi Xəyyam rübaisinə heyrətli bir dərəcədə bənzəyir:
Xəyyam şah vücudunun torpağından yapılan kuzədən, Şekspir
İskəndərin palçığı ilə ağzı tıxanan pivə çəlləyindən, Xəyyam
məzarda şahla gədanın, Şekspir isə “kral bədəni ilə arıq
dilənçinin” eyniliyindən söhbət açır. Bu oxşarlıq intibah
qəhrəmanlarının və ideyalarının bədii səsləşməsindən başqa bir
şey deyildir”.
214
Razılaşaq ki, bu oxşarlığı qabardıb gündəmə
gətirən Mehdi Məmmədov idi. Çünki bu insanın içində bir
Dostları ilə paylaş: |