______________Milli Kitabxana_______________
307
nə yoxdur (“Gənc qvardiya” tamaşasından oxşar səhnəni
xatırlayın - A.T.). Səhnənin dərinliyində bütün tamaşa boyu
görünməkdə davam edən ovcu kitablı üç əl gah imdad rəmzinə,
gah igidliyi bir estafet kimi daşıyan və irəli aparan dost əllərin
birliyinə, gah da yumruqla kitabın, qələmlə qüvvətin birliyinin
ifadəsinə çevrilə bilir”.
221
Bu təsvirdən tamaşanın reallığı
görünür. Əsərin, obrazların təhlil müstəvisindən isə dövrün
ideoloji demaqogiyası boylanır. Amma heç kəsin bu
demaqogiyada məqalə müəllifini suçlandırmağa ixtiyarı
yoxdur. “İnsan”ı müasir monumental üslubda düşünülmüş
fəlsəfi-şairanə bir tamaşa kimi tanıtdıran Yaşarın məqaləsindən
təqribən üç ay sonra Moskvanın “Pravda” qəzetinin müxbiri də
“İnsan” barəsində pis rəy söyləmir, fikirlərini cəmi altı
cümləyə sığışıdırır, rejissor işini, tərtibatı, musiqini və bir də
Şahbazın arvadı Səhər rolunun ifaçısı Hökümə Qurbanovanı
tərifləyir, tamaşanın həm teatra xas poetik-romantik ənənəni
inkişaf etdirdiyini, həm də müasir rejissorluq vasitələrinin
mürəkəb kompleksi üzərində qurulduğunu bəyan edir.
222
Nə
qutlu bir məqam.
“İnsan”ın respublika mətbuatında böyük eyforiya dalğası ilə
qarşılanması
223
heç də tamaşanın tam həqiqətini əks etdirmir və
ilk növbədə, siyasi-ideoloji motivlərlə, ikinci növbədə isə
Səməd Vurğunun imicilə, bu şairə olan xalq sevgisilə izah
olunur. Teatrşünas İ.Rəhimli əbəs yazmır ki, Mehdi
Məmmədov “əsərin ümumi dramaturji naqisliklərini dəf edə
bilmədi. Lev Tolstoyun “Canlı meyit”, Cavidin “Xəyyam”
kimi monumental tamaşalarının fonunda “İnsan” sönük və
cansız görünürdü”.
224
Çünki burada çoxlu söz və inandırmaq
gücünə malik olmayan primitiv mübahisələr vardı. Söz, pafoslu
ifadə bolluğu, qəhrəmanların əməl xəttinin zəifliyi,
mübarizənin nitq vasitəsilə eyhamlaşdırılması bu pyesdə
aktyorların aktiv səhnə
fəaliyyətinə qoşulmasını
mümkünsüzləşdirirdi. Ona görə də aktyorlar çox zaman, içi
Mehdi Məmmədovun özü, Həsən Turabov (Şahbaz), Vəfa
______________Milli Kitabxana_______________
308
Fətullayevə (Dildar), Hamlet Qurbanov (Albert), Şəfiqə
Məmmədova (Nataşa) və başqaları qarışıq, sözü, cümləni
oynamaq, qiraətçiyə çevrilmək, emosiyanı göstərmək
məcburiyyətində qalırdılar.
Mehdinin yaxınları bunu ona söyləyirdilər. Xüsusilə də
Şəfiqə Məmmədova. Şəfiqə xanım Mehdinin Şahbazını qəti
şəkildə bəyənmirdi və onun özünə deyirdi ki, sən bu rolda
gülünc görünürsən. Lakin Mehdi bu irada bir elə də ciddi
yanaşmırdı. Çünki qəzet səhifələrində çıxış edən şünas və
şünas olmayanlar yer-yerdən Mehdinin Şahbazını
tərifləyirdilər, onun ifasını Həsən Turabovun ifası ilə
tutuşdururdular, hərəsinə bir cür yüksək qiymət verirdilər.
Lakin Moskva qastrolları zamanı aydınlaşdı ki, Şəfiqə xanım
öz tənqidi fikirlərində haqlı imiş. “Pravda” qəzetinin rəsmi
rəyindən savayı teatr kuluarlarında, müzakirələrdə “İnsan”
tənqid olundu, hərçənd tamaşanın tərtibatının ünvanına bir
kəlmə də mənfi fikir söylənilmədi. Aktyorlara iradlar bildirildi,
səhnədə faşistlərin marionet kuklalar kimi təqdim edilməsi
tənqid olundu. Əlbəttə ki, özünün 100 illik yubileyi
münasibətilə Moskvaya qastrola getmiş bir teatrın bundan artıq
tənqid edilməsi adi etika qaydalarına görə yol verilməz idi.
Amma bir faktı mütləq demək lazımdır ki, “Məkr və
məhəbbət”in, “Sən yanmasan” tamaşasının tənqidi fonunda
“İnsan”ın tənqidi çox rahat və ağrısız qavranılırdı.
Mənim fikrimcə, 1974-cü ilin iyulunda Moskva səfərinə
çıxmış teatr qastrol repertuarını düzgün formalaşdırmamışdı və
qastrol tamaşalarının siyahısını tərtib edərkən siyasi motivləri
ön plana çəkmişdi, və bir də kimlərinsə marağını güdmüşdü.
Mən indi də anlaya bilmirəm ki, niyə qastrol repertuarına Nəbi
Xəzrinin aşkar zəif “Sən yanmasan...” pyesi əsasında
hazırlanmış tamaşanı daxil etmişdilər? Şair Nəbi Xəzrinin
ictimai mövqeyinə, vəzifəsinə, səlahiyyətlərinə görəmi? Niyə
rejissor Ə.Şərifovun “Zamanın hökmü” tamaşası Moskvaya
aparılmışdı, Mehdi Məmmədovun “Canlı meyit”i isə kənarda
______________Milli Kitabxana_______________
309
qalmışdı? Məgər Poqodin ruslara və inqilaba Tolstoydan daha
yaxın idi? Məgər Leninin özü Tolstoyu rus inqilabının güzgüsü
adlandırmamışdı? Niyə Mehdinin “İnsan”ını rəva bilib ruslara
göstərmişdilər, “Xəyyam”ını isə evdə saxlamışdılar? Niyə
Ə.Şərifovun köhnə teatr estetikasında, Ə.İskəndərov üslubuna
yaxın bir manerada quruluş verdiyi “Məkr və məhəbbət”
tamaşasını Tofiq Kazımovun “Aydın”ından üstün hesab
eləmişdilər? Bu suallardan birinə də cavabım yoxdur. Ancaq
onu bilirəm ki, teatrın qastrol səfərinin repertuar siyahısını
müəyyənləşdirən şəxs yaltaq, qorxaq, intriqaçı, dar düşüncəli
bir adam olub; fikirləşməyib ki, söhbət təkcə teatrdan, ayrı-ayrı
şəxsiyyətlərdən yox, Azərbaycanın imicindən gedir.
Qəribə bir mənzərə yaranır: Azərbaycanın teatr aləmində
hamı, hətta qəzetlərə palaz boyda tərifli məqalə yazmış
Y.Qarayev də, M.Allahverdiyev də, N.Babayev də, gözəl
bilirdi ki, “İnsan” Mehdinin “Canlı meyit”i, “Xəyyam”ı ilə
müqayisədə aşkar uğursuzluqdur. Onda niyə bəs “İnsan”ı
Moskvada oynanılmaq üçün məqbul saymışdılar? II Cahan
Savaşının olayları ilə ilişikli olduğuna görəmi? Bəlkə kimsə
Mehdinin imicinə zərbə vurmağa, onun renomesini aşağı
salmağa çalışırdı? Mehdi isə, təbii ki, özünə də, tamaşasına da
arxayın idi və yaxınlarını dinləmirdi. Ol səbəbdən də tamaşanın
qastrol repertuarı siyahısına salınmasına etiraz eləməmişdi.
Teatr Moskvadan qayıdır və başlanır dedi-qodular...
“Pravda” qəzetinin rəsmi məqaləsində “İnsan” tamaşası barədə
ümumən müsbət rəy söylənilməsinə baxmayaraq hamı
kuluarlarda Mehdinin uğursuzluğundan, tamaşanın Moskva
sənətçiləri, Moskva tənqidçiləri tərəfindən qəbul
edilmədiyindən danışır. Getdikcə bu söhbət şişir, şişir, böyüyür
və Mehdiyə acı məqamlar yaşadır. Bu azmış kimi o biri
tərəfdən də Mehdinin pedaqoji fəaliyyətilə bağlı əngəllər
ortalığa çıxır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunda (institutun 1974-cü ilə görə rəsmi adı) sanki
Mehdini ram edib “cilovlamaq”, özlərindən asılı vəziyyətə
Dostları ilə paylaş: |