Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

 
76 
Basiliosun kosmologiyasında göylərin çoxluğu  ideyası vardır. Birinci 
göy yeri əhatə edir. Ġkinci göydə ruhi varlıqlar yaĢayır. Bu məlakələr və ölən 
möminlərin ruhlarıdır. Ġnsan mənəviyyatının mənbəyi məhz budur. Ġlk insan 
da  məlakələrə  bənzər  varlıq  idi,  baxmayaraq  ki,  bədənə  malik  idi.  Lakin 
onun günaha batması (qadağan olunmuĢ ağacın meyvəsini yeməsi), duyğular 
aləmindən  yerə  endirilməsinə  səbəb  oldu.  Lakin,  insanda  Tanrının  obrazı 
vardır.  Tanrı  ona  əql  verib.  Buna  görə  də  insan  öz  ruhunu  bədənə 
bağlılıqdan, ehtiraslardan təmizləyərək (katarsis), itirilmiĢ Ġlahi bənzərliliyini 
özünə qaytarmalıdır. Üçüncü göy isə əqlin dərk etmədiyi Ġlahi bir məkandır. 
«Üç  göy»  ideyası  neoplatonizmin  Vahid-Əql-Ruh  üçlüyünü  və  onlar 
arasında olan münasibətləri təkrarlayır. 
Arianlığın əleyhinə yazılmıĢ «Eunomiuma qarĢı» əsərində, Basilios, 
Eunomium adında bir arianın fikirlərini təkzib edirdi. Eunomiumun fikrincə, 
bu  dünyada  Tanrının  dərk  edilməsi  prosesi,  onun  yaratdığı  məxluqat 
haqqında  düĢüncələrin  əsasında,  yaxud  Onun  təcəllilərinin  vasitəsi  ilə  əldə 
etmək olar. Lakin bu bilgi simvolik xarakter daĢıyır. Eunomiumun fikrincə, 
Tanrı  haqqında  bilavasitə  bilik  də  əldə  etmək  mümkündür.  Buna  Ġlahi 
mahiyyəti olan əqlin təmizlənməsi və yüksəlməsi vasitəsi ilə nail olmaq olar. 
Bu halda, Tanrının heç kəs tərəfindən doğulmaması bəlli olur. Ġsa da ondan 
doğulmayıb, onun məxluqudur. Deməli o, Tanrı deyil. 
Bu  arian  fikrinin  əleyhinə  çıxıĢ  edən  Basilios,  Eunomiuma  cavab 
verirdi ki, insan əqli, Tanrının əsl mahiyyətini heç bir vaxt dərk edə bilməz. 
Tanrı transsendental olaraq qalır. Dünyanı yaradanda isə o öz sözündən (Ġsa-
Loqosdan)  istifadə  etmiĢdi.  Buna  görə,  bu  dünyada  Tanrı  haqqında  yalnız 
simvolik  deyil,  həm  də  həqiqi  biliklərə  nail  olmaq  olar.  Ġsanın  doğulmuĢ 
Oğul  olması  isə,  onun  məxluq  olması  demək  deyil.  Oğul  Atadan 
doğulmuĢdur.  Onun  yoxdan  yaranması  iddiası  yanlıĢdır.  O  əbədi  olaraq 
doğulmuĢ Oğuldur. 
«De  Spir itu  Sancto»  adlanan  kiçik  risalədə,  Basilios  Müqəddəs 
Ruhun Atadan və Oğuldan kiçik olmamasından söhbət açmıĢdır. Lakin onun 
birbaĢa  Tanrı  olmasından  danıĢmır.  Bu  inanc  hələ  onun  dövründə 
formalaĢmıĢdır və hətta Nikeya məclisinin qərarında öz əksini tapmamıĢdır. 
Üçlük  (trinitarizm)  formulası  bundan  sonra  formalaĢmıĢdır.  Lakin  Basilios 
iĢarə  edir  ki,  əgər  Müqəddəs  Ruh  həyatverici  baĢlanğıcdırsa,  onda  o 
Tanrıdan fərqli bir Ģey deyil. Ġsa da hər bir Ģeyi Ruhun vasitəsi  ilə etmiĢdir. 
Beləliklə  xristian  üçlüyünün  formalaĢmasında  Basilios  mühüm  addım 
atmıĢdır. 
 
Nazianzlı Qreqorios (Gregorios Nazianzenos) 


 
77 
Nazianzlı  Qreqorios  (330-390)  Basiliosun  yaxın  dostu  olmuĢdur, 
«Theologos»  (Ġlahiyyatçı)  adı  ilə  də  tanınmıĢdır.  O  Nazianz  və  Sasima  
Ģəhərlərinin  yepiskopu  olmuĢdur.  Sonra  isə  imperator  Feodosiusun 
(Theodosius)  (346-395)  dövründə  Konstantinopolisin  arxiyepiskopu 
olmuĢdur və 381-ci  ildə II Beynəlxalq Kilsə Məclisinin Konstantinopolisdə 
çağırılması  təĢəbbüsündə  imperatora  dəstək  vermiĢdi  və  bu  məclisin  fəal 
iĢtirakçısı,  sonra  isə  sədri  oldu.  Bu  məclisdə  o,  arianlara  və  Nikeya  Kilsə 
Məclisində  qəbul  edilmiĢ  xristian  dininin  simvolunun  tərəfdarlarına  qarĢı 
çıxıĢ  etdi.  Məlum  olduğu  kimi,  Nikeyada  yalnız  Atanın  Oğulla  eyni 
mahiyyətə malik olduğu müddəası qəbul edilmiĢdi. Müqəddəs ruh hələ bura 
daxil  edilməmiĢdi.  Məhz  Konstantinopolis   Kilsə  Məclisində  Xristianlığın 
əsasını  təĢkil  edən  trinitar  (üçlük)  simvolunun  qəbul  edilməsi  prosesi  sona 
çatmıĢdır.  Nikeya  simvolunun  tərəfdarlarını  isə  bu  Məclisdə  Ġsgəndəriyyəli 
Pavlus  təmsil  etmiĢdi.  Lakin  onun  mövqeyi  rədd  edilmiĢdi.  Ġmperator 
Feodosius kappadokiyalı ataların mövqeyini dəstəkləmiĢdir  
Qreqorios  bir  neçə  əsər  müəllifi  idi.  Onların  arasında  «De 
Theologia»
162
  (Ġlahiyyat  haqqında  sözlər)  adlı  moizələr,  poetik  əsərlər, 
məktublar vardır..  
Öz əsərlərində Qreqorios ilk növbədə Tanrının dərk edilməsinin 
mümkünsüzlüyü  haqqında  yazırdı
163
.  Tanrı  onun 
əsərində  neo-platonizmin  vahidinə  daha  da  ya-
xındır  və  yaradılıĢdan  mütləq  olaraq  uca  mə-
kanlardadır. Onun sözü  olan Ġsa, dünyaya cisma-ni 
Ģəkildə gəlmiĢdir. Onun gəliĢi bir qayaya bən-zəyir. 
Bu  qaya  Tanrının  hər  Ģeyi  dağıtmaq  qüd-rətində  
olan  nurunun  açıq  parlanmasından  dün-yanı 
qoruyur. Yeni platoçular kimi, Nazianzlı Qreqorios 
da  hesab  edirdi  ki,  Tanrı  ruhdur.  Ġn-sanda  Onunla  
rabitə  yaradan  Ġlahi  ruhun  his-səcikləri  vardır.  Bu 
da  insan  ruhudur  ki,  onun  vasitəsi  ilə  hər  bir  kəs 
Tanrıya doğru yönələ bilər.  
 
                                                 
162
 Bu əsərin bəzi  hissələrinin rus dilinə tərcüməsi burada yerləĢdirilmiĢdir: 
http://christianity.shu.ru/Authors/gregnaz.htm 
163
 Григорий Богослов. Слово 28. О богословии второе // Со брание творений:  в 
2т. Т.1.  - Мн.: Харвест,  М.: АСТ,  2000,  с. 476-502. 
http://www.abovo.net.ru/book/84108 


 
78 
Lakin  Tanrının  dərk  olunmamasından  danıĢan  Qreqorios,  eyni  zamanda, 
axirətdə  möminlərin  Tanrını  görmək  qabiliyyətində  olması  haqqında  fikir 
irəli sürmüĢdür. 
Tanrının  transsendentliyindən  danıĢan  Qreqorios,  Onu  duymağın, 
Onunla  görüĢün  mümkün  olmasını  da  təsdiq  edirdi.  Çünki  Tanrı 
Ģəxsiyyətdir,  hər  bir  insan  Onun  varlığını  duyur,  lakin  mahiyyətinə  vara 
bilmir. 
Daha sonra Qreqorios Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə 
edərək, Tanrının bu üçlükdən ibarət olduğunu iddia etmiĢdi. Müqəddəs Ruh 
da  onlarla  vəhdət  təĢkil  edir.  Bu  üçlüyün  hər  bir  Ģəxsi  hipostasis  adlanır. 
Onlar vəhdət təĢkil etsələr də, hərəsinin öz xüsusiyyətləri  vardır. Yəni Ata, 
Oğulun  Atasıdır;  Oğul,  Atanın  Oğludur;  Ruh  isə  Atadan  çıxan  Oğulun 
Ruhudur.  Ruh  məxluq  deyil.  Gələcəkdə  Katolik  Kilsə  Müqəddəs  Ruhun 
―həm  də  oğuldan‖  (filioque)  çıxmasını  iddia  etmiĢdir.  Bu  məsələ 
ortodokslarla  (pravoslavlarla)  katoliklərin  arasında  böyük  ixtilafa  səbəb 
olmuĢdur.  
Qreqorios  xristioloji  problemlərə  aid  olan  mübahisələrdə  də  iĢtirak 
etmiĢdir. Ondan qabaq Ġsanın Loqos olması və Tanrı ilə vəhdət təĢkil etməsi; 
onun Oğul olması haqqında ehkamlar qəbul olunmuĢdu. Lakin sonra, Ġsada 
eyni  zamanda  insani  və  Ġlahi  təbiətin  necə,  və  hansı  nisbətdə  yer  tutması 
problemi  ortalığa  çıxdı.  O  zamanlar  bir  xristian  ideoloqu  -  Laodikiyalı 
Apolinarios,  Ġsanı  insan  bədəninə  girmiĢ  Tanrı  kimi  təsəvvür  edirdi.  Lakin 
ona  qarĢı  çıxıĢ  edən  Qreqorios,  onun  insan  olduğu  haqqında  fikir  irəli 
sürmüĢdür. Yəni Ġsa əvvəl bədəni olmayan Tanrının  oğlu  idi,  lakin sonra o 
insan kimi dünyaya gəldi, insan oldu, lakin onda Ġlahi mahiyyət də var idi.
164
  
 
Nissalı Qreqorios (Gregorios Nysses) 
Kappodokiyalı  ataların  üçüncü  nümayəndəsi  Nissalı  Qreqorios  (335-
394) olmuĢdur. O Kesariyalı Basiliosun kiçik qardaĢı  idi və Nissa Ģəhərinin 
yepiskopu  olmuĢdur.  381-ci  ildə  o,  Konstantinopolisdə  keçirilən 
Ümumdünya Kilsə məclisində iĢtirak etmiĢdir. 
Nissalı Qreqorios bir neçə kitab müəllifi olmuĢdur. Onlardan bəziləri: 
«De  vita  Moysis»  (Musanın  həyatı  haqqında),  «In  Hexaemeron»
165
 
(Dünyanın  altı  günə  yaranması),  «De  hominis  opificio»  (Ġnsanın  quruluĢu 
                                                 
164
  Presviter  Kledoniusa  Apolinariosa  qarĢı  //  Григорий  Богослов.  Собрание 
творений: в 2т.  Т.2. - Мн.:  Харвест, М.:  АСТ, 2000,  с. 9-18.   
http://www.pagez.ru/lsn/bogoslov/049.php 
165
 Ġngilis dilinə tərcüməsi  burada yerləĢdirilmiĢdir: 
http://www.bhsu.edu/artssciences/asfaculty/dsalomon/nyssa/hex.html 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə