Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

 
79 
haqqında),  «Quod  non sint  tres Dii – ad Ablabium» (Tanrının üç olmaması 
haqqında  Ablabiya  müraciət),  «Logos  katechetikos  megas»  (Böyük 
katehesis
166
). 
«Quod non sint tres Dii  – ad Ablabium» əsəri 
arianlara  qarĢı  yazılmıĢdır.  Bu  əsərdə  Qree-qorios, 
baĢqa  kappadokiyalı  atalar  kimi,  Ata,  Oğul  və 
Müqəddəs Ruhun bir birindən fərqlən-məsinin zərüri 
olması  haqqında  yazmıĢdır.  Onun  əsas  məqsədi  - 
Ġsanın  ilahi  təbiətə  malik  olmasını  sübuta  yetirmək 
idi.  Yalnız  bundan  sonra  o,  Oğu-lun  Ata  ilə  birlik 
təĢkil  etməsi  ideyasını  hallan-dırmıĢdır.  Beləliklə 
Tanrının 
birliyi 
Üçlüyün 
möv-cudluğundan 
çıxarılırdı. Qərbdə isə Avqustinus  
 
Avrelius  öz  mülahizələrini  əks  istiqamətdə  aparır  dı.O  əvvəl  Tanrının 
birliyini təsdiq edib, sonra isə ondan Üçlük ideyasını meydana gətirirdi. 
Lakin Üçlük ideyasına görə kappodokiya atalarını üçtanrılıqda ittiham 
edirdilər. Buna görə də Qreqorios  «Quod  non sint  tres Dii – ad Ablabium» 
əsərində  yazırdı  ki,  əslində  bu  həqiqətə  uyğun  deyil.  Onun  fikrincə  Tanrı 
vahid enerjiyə malikdir. Eyni zamanda bu enerji üçə bölünür. Lakin Üçlüyün 
hər bir  üzvü baĢqasından müstəqil Ģəkildə heç nəyi yaratmır. Buna görə də 
üç  sifəti  olan  Tanrıya  iman,  üçtanrılılıq  demək  deyil.  Üçlük  vəhdət  təĢkil 
edir.
167
 
«Apolinariosa  qarĢı»
168
  risaləsində  Qreqorios,  Ġsanın  eyni  zamanda 
ilahi və insani mahiyyətə malik olması haqqında yazmıĢdır. Ġsanın mahiyyəti 
bir, təbiəti isə ikidir. 
Dünyanın  yaradılması  məsələsində  Qreqorios  hesab  edirdi  ki,  Tanrı 
varlıqları  yaradaraq,  eyni  zamanda,  onların  inkiĢaf  imkanlarını 
(potensiyasını)  da  təbiətlərinə  salmıĢdı.  Bu  ideya  platonizmə  uyğundur, 
çünki onlar da hesab edirdilər ki, hər Ģeyin  inkiĢaf  imkanı vardır, sonra  isə 
bu  imkanlar  gerçəkləĢir.  Lakin  bu  imkanlar  əvvəlcədən  Loqosda ,  ona  tabe 
olunmuĢ  Ģəkildə,  yerləĢir.  Bu  imkandan  gerçəkləĢən  hər  Ģey,  Tanrı 
tərəfindən əvvəlcədən təyin edilmiĢ məqsədə qulluğ edir. Tanrının altı  günə 
                                                 
166
  Katexesis  (yunanca  katechesis)  –  xristian  təliminin  sual-cavab  formasında  ifadə 
edilməsidir. 
167
  Архимандрит  Киприан  (Керн).  Золотой  век  святоотеческой  письменности. 
М.: Паломник,  1995.  http://www.orthlib.ru/  Fathers/kern_5.html 
168
 Ġngilis dilinə tərcüməsi  burada yerləĢdirilmiĢdir:   
http://www.bhsu.edu/artssciences/asfaculty/dsalomon/nyssa/appolin.html 


 
80 
dünyanı  yaratmasını,  Qreqorios  Müqəddəs  Kitabın  bir  təvili,  alleqoriyası 
kimi baĢa düĢürdü. 
«Logos  katechetikos  megas»  əsərində  Qreqorios  insanı  ən  yüksək 
məxluq  hesab  edir,  o  Tanrıya  bənzər  vucudda  yaradılmıĢdır,  ölməzdir
169

Ġnsan  əvvəlcədən  bütün  Ġlahi  nemətlərin  daĢıyıcı  kimi  Tanrı  tərəfindən 
həyata  gətirilmiĢdir.  Lakin  sonra  o,  günaha  batmıĢdır  və  bu  nemətləri 
itirmiĢdir. Dünya yaradılanda, insan Tanrı ilə dünya arasında bir vasitəçi idi. 
Ġnsanın  günaha  batmasından  sonra  isə  dünya  Tanrıdan  təcrid  olunmuĢdur. 
Lakin  günahdan  sonra  da  insan  Tanrıya  bənzər  surətini  və  onunla  rabitəni 
itirməmiĢdir. Bu rabitə onun azad olmasındadır. 
«De  hominis  opificio»  risaləsində  Qreqorios  Adəmi  təkcə  bir  insan 
kimi təsəvvür etmir. Adəm, eyni zamanda, bütün bəĢəriyyətin təcəssümüdür. 
Ġsa isə yeni Adəmdir. Onun gəliĢindən sonra Kilsə yaranmıĢdır. Ġsa, Tanrının 
obrazını gerçəkləĢdirən, Kilsənin baĢçısıdır. Bütün  iman edən insanlar onun 
bədənini  təĢkil  edir.  Yalnız  bu  bədənin  üzvləri  olan  insanlar,  günah 
nəticəsində itirilmiĢ Ġlahi obrazı yenidən özlərinə qaytara bilərlər. Qreqoriosa 
görə  Tanrı  insanı  kiĢi  və  qadın  kimi  ikili  yaradıb.  Lakin  cənnət  ağacından 
meyvəni  yeyib  günaha  batana  qədər,  Adəm  və  Həvva  bir-biri  ilə  cinsi 
yaxınlıq etməmiĢdilər. Yalnız  bu günahdan sonra onlar cinsi fərqlərini dərk 
etmiĢdilər.
 
Bizim  yaĢadığımız  dünya  Tanrının  nəzərdə  tutduğundan  və 
planlaĢdırdığından fərqlənir. Bunun səbəbi yenə də ilk günahdadır.
 170
 
Dünyada  olan  Ģəri  Tanrı  yaratmayıb.  ġər  -  xeyrin  olmamasıdır, 
xeyrdən  onun  çəkilməsidir.  Adəm  və  Həvva  o  günaha,  öz  azad  iradələrini 
düzgün  istiqamətə  yönəltmədiklərinə  görə,  batıblar.  Tanrı  onları  buna  
məcbur  etməmiĢdir.  Tanrı  ölümü  buna  görə  yaratmıĢdır,  yəni  ölüm  də  ilk 
insanın  günahının  nəticəsidir.  Ġnsanın  xilası  isə,  insan  Ģəklində  dünyaya 
gələn Tanrı tərəfindən təmin edilir (yəni Ġsa nəzərdə tutulur).
171
  
Beləliklə  Qreqorios  belə  nəticəyə  gəlir  ki,  bütün  bəĢəriyyəti  özündə 
cəmləĢdirən Adəm, günah edərək onu tənəzzülə uğratmıĢdır. Yeni Adəm isə 
Ġsadır. O, öz bədəni olan kilsə vasitəsi  ilə, günaha batmıĢ bəĢəriyyəti xilasa 
doğru aparır. 
                                                 
169
 Logos katechetikos megas, 5. Ġngilis  dilinə tərcüməsi burada yerləĢdirilmiĢdir:   
http://www.ccel.org/fathers2/NPNF2-05/Npnf2-05-39.ht m#P3865_2535179 
170
  De  hominis  opificio  16.  Rus  dilinə  tərcüməsi  burada  yerləĢdirilmiĢdir: 
http://www.vehi.net/nissky/nissky.html 
171
  Logos 
katechetikos  megas 
XXXII.  Ġngilis 
dilinə  tərcüməsi  burada 
yerləĢdirilmiĢdir:   
http://www.ccel.org/fathers2/NPNF2-05/Npnf2-05-39.ht m#P4008_2653883 


 
81 
Daha  sonra,  Qreqorios,  çarmıxa  çəkilən  Ġsanın  özünü  qurban 
verməklə,  bəĢəriyyətin  günahlarının  bağıĢlanması  haqqında  maraqlı  fikirlər 
ifadə etmiĢdir. Onun fikrincə bu qurban Tanrıya deyil, Ģeytana verilmiĢdir. 
Məsələ  bundadır  ki,  Ģeytan,  Adəmi  aldadaraq,  onu  cənnət  ağacından 
meyvəni  yeməyə  təhrik  etmiĢdir
172
.  Buna  cavab  olaraq  Ġsa  özünü  qurban 
verməklə Ģeytanı  aldatmıĢdır. Yəni Ģeytan, bu dünyanın hökmdarı olaraq, öz 
hakimiyyətini  daha  da  qiymətli  bir  Ģeyə  dəyiĢdirə  bilərdi.  Bu  daha  da 
qiymətli bir Ģey isə Ġsa olmuĢdur. Onun möcüzəvi Ģəkildə dünyaya gəlməsi, 
göstərdiyi  möcüzələri  Ģeytan  üçün  dözülməz  idi.  O  Ġsanı  məhv  etmək 
istəyirdi.  Lakin  Ģeytan  anlamamıĢdır  ki,  Ġsa  ondan  daha  qüvvətlidir,  çünki 
əslində  onun  zahiri  insan  vücudu  arxasında  Tanrının  qüdrəti  vardır.  Eyni 
zamanda  onu  qeyd  etmək  lazımdır  ki,  rəsmi  kilsə  təliminə  görə  Ġsa 
bəĢəriyyətin  günahlarının  bağıĢlanması  üçün  özünü  Tanrıya  qurban 
vermiĢdir.  Lakin  buna  baxmayaraq  Qreqorios,  Ġrineus,  Origenus  və 
Avqustinusun  əsərlərində  ―ġeytanın  aldadılması‖  ideyasına  rast  gəlmək 
olar.
173
 
Beləliklə  Tanrı  bəĢəriyyəti  qurban  vasitəsilə  xilas  etmiĢdir.  Xristian 
təliminə  görə,  Tanrı  insanı  ən  yüksək  bir  məxluq  kimi  yaratmıĢdı.  O  eyni 
zamanda  Tanrının  oğlu  və  dostu  olmalı  idi.  Lakin  sonra  insan  bu  təbii 
rabitəni itirmiĢdi. Buna görə də Ümumdünya fəlakəti baĢ vermiĢdir və insan 
Ģeytan  tərəfindən  əsarətə  alınmıĢdır.  Beləliklə  Tanrı  təhqir  olunmuĢdur. 
Buna görə də Ģeytan əsarətindən xilas olmaq  iĢini Tanrının  özü görmüĢdür. 
O insanın azadlığını saxlamaq Ģərti ilə , onu əsarətdən qurtarmıĢdı. Bu fikirlər 
qnostisizmə yaxındır.  
Qreqorios  hesab  edirdi  ki,  insan  həyatının  məqsədi  Tanrıya  tərəf 
yönəlmək, ona tərəf yüksəlməkdən ibarətdir. Bu yüksəlmə üç pilləlidir, lakin 
onların  biri-birinin  arxasınca  ardıcıl  gəlməsi  Ģərt  deyil.  Bu  fikirlərini  
Qreqorios «De vita Moysis» 
174
 kitabında ifadə etmiĢdir. 
Birinci  pillə  təmizlənmədir  (katarsis).  Bu  mərhələdə  insan,  özünü 
Tanrıdan uzaqlaĢdıran hər bir Ģeydən təmizlənməlidir. Bu ideya stoitsizmdən 
alınmıĢdır. 
Ġkinci  pillədə,  ehtiraslardan  təmizlənmiĢ  Ģüur  ətraf  mühiti  baĢqa 
keyfiyyətdə  görüb,  dərk  edir.  Buna  ―təbii  görmə‖  qabiliyyəti  deyilir. 
                                                 
172
 YaradıĢ, 3. 
173
  Иоанн  Мейендорф.  Введение  в  светоотеческое  богословие.  Вильнюс -
Москва, ―Весть‖,  1992,  Часть  2, гл.  4.  http://www.klikovo.ru/db/book/msg/894 
174
  О  жизни  Моисея  законодателя,  или  о  совершенстве  в  до бродетели  // 
Антология.  Восточные  Отцы  и  учители  Церкви  IV  века.  Том  II.  Издательство 
МФТИ, 2000,  сс. 257-328.  http://abovo.net.ru/book/82351 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə