Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
85 
bu  fikir  Kilsə  tərəfindən  dəstəklənməmiĢdir.  Kappodokiyalı  atalar  Ġsada 
insan ruhunun olduğunu iddia etmiĢdirlər. Bununla belə, onlar Ġlahi və insani 
təbiətin  Ġsada  necə  yerləĢməsi  məsələsinə  aydınlıq  gətirə  bilməmiĢdirlər. 
Nissalı  Qreqorios  hətta  Ġsanın  insan  təbiətinin  sonradan  Ġlahi  təbiətə 
çevrilməsi fikrinə çox yaxınlaĢmıĢdır.  
Qeyd  etmək  lazımdır  ki,  Xristianlıqda  xristoloji  məsələ,  tam  olaraq, 
həll olunmamıĢdur. 
 
Nestorianlara qarĢı mübarizə 
 
IV  əsrdə  xristian  ilahiyyatının  iki  ən  tanınmıĢ  məktəbi  fəaliyyət 
göstərirdi.  Biri  Antoxiya,  digəri  isə,  Ġsgəndəriyyədə  yerləĢirdi.  Xristoloji 
məsələdə bu məktəblər arasında ixtilaf yaranmıĢdı. 
Antioxiya  məktəbinin  nümayəndələri  olan  Tarsuslu  Diodorus  və 
Mopsuetsli Teodorus (Theodorus) hesab edirdilər ki, Ġlahi və insani təbiətlər 
müxtəlif  olduğuna  görə,  onlar  vəhdət  təĢkil  edib,  birləĢə  bilməzlər.  Buna 
görə də Tanrıdan  doğulan Oğul (Loqos), sonra Məryəm tərəfindən doğulan 
Ġsanın  bədəninə girmiĢ, onu  özü üçün məbəd etmiĢdir
178
. Bu fikirləri sonra 
Antioxiya məktəbinin ardıcılı olan Nestorius təkrar etmiĢdir. Lakin xristian 
kilsəsinin  digər  nümayəndələri  onlara  qarĢı  çıxıĢ  etmiĢdirlər  və  onların 
fikirlərini rədd edib, heres elan etmiĢdirlər. Nestoriusa görə, Məryəm Ġsanı 
insan kimi doğmuĢdur. Sonra Ġsa insan zəifliyinə güc gələrək Tanrının oğlu 
oldu.  Onda  insani  və  Ġlahi  mahiyyətlər  nisbi  birlik  təĢkil  edir  və  bir-birinə  
qarıĢmır. 
Onlara  qarĢı  Ġsgəndəriyyə  məktəbindən  yepiskop  Kiril  (Cyril)  çıxıĢ 
etmiĢdir. O deyirdi ki, Tanrının əzəli Sözü (Loqos) insan oldu
179
. Tanrı öncə 
olmadığı bir Ģey oldu. O insanın təbiətini və bədənini özününkü etdi. Deməli 
Loqos  insan  təbiətini  özünə  daxil  etdi.  Özü  isə,  olduğu  kimi  qaldı.  Ġsada 
insan təbiəti  ilə birləĢərək, Loqosun təbiəti dəyiĢməmiĢdir. O insan təbiətini 
özünə daxil etmiĢdir. Bu  insanı (Ġsanı)  isə, Məryəm doğmuĢdur. Buna görə 
də Məryəm Tanrı anasıdır. Ġsada birləĢən iki təbiət (insani  və Ġlahi)  bir-biri 
ilə qarıĢmamıĢdır. Kirilə görə Tanrı bəĢəriyyəti xilas etmək üçün insan kimi 
dünyaya gəlməli idi. Ġsanın bədəni isə onun üçün Tanrının bədəni idi. Nissalı 
Qreqorios kimi o Ġsaya ―yeni Adəm‖ deyirdi.
180
  
                                                 
178
 Yəhya 2,  19-21. 
179
 Yəhya 1,  14. 
180
  Kirilin  xristoloji  fikirləri  onun  «Nestoriusa  rədd  məktubunda»  və  «Nestoriusun 
Kilsədən 
çıxarılması 
haqqında 
məktubunda» 
ifadə 
edilmiĢdir. 
Bax: 
http://www.agnuz.info/book.php?id=369&url=page02.ht m 


 
86 
Beləliklə  Kiril  üçün  Ġsada  Loqos  təcəssüm  etmiĢdir.  Onun  fikrincə, 
Ġsada Loqosdan ayrı mövcud olan insan Ģəxsiyyəti olmamıĢdır. Buna görə də 
Tanrının  özü  iztirablardan  keçərək  çarmıxa  çəkilmiĢdir  və  bununla 
bəĢəriyyəti xilas etmiĢdir. 
Kiril ortodoksal Xristianlığın əsaslarını ifadə etmiĢdir. Yəni Ġsada həm 
Ġlahi, həm də insani təbiət olduğunu iddia  etmiĢdir. 
428-ci  ildə  imperator  II  Teodosius  (Theodosius)  Konstantinopolis 
arxiyepiskopu vəzifəsinə Nestoriusu dəvət etmiĢdir. O isə, bu vəzifəni tutan 
kimi,  müxtəlif  hereslərə  qarĢı  mübarizəyə  baĢlamıĢdır.  Onun  birinci 
rəqibləri, Ġsada insan ruhunun deyil, əvəzində Ġlahi Loqosun olduğunu  iddia 
edən  Laodikiyalı  Apolinariosun  ardıcılları  olmuĢdurlar.  Bu  fikirləri  rədd 
edən Nestorius, Loqosun Ġsaya sonra daxil olmasını və onda  insani təbiətin 
Ġlahi  təbiətlə  qarıĢmamasını  iddia  edirdi.  Lakin  bu  fikir  etirazlarla 
qarĢılanmıĢdı.  Məsələ  bundadır  ki,  o  dövrdə  həzrət  Məryəmə  sitayiĢ  etmə 
çox  geniĢ  yayılmıĢdı.  Onu  Tanrı  anası  adlandırırdılar.  Nestoriusun  isə 
fikirlərindən  belə  çıxırdı  ki,  Məryəm  Tanrını  deyil,  adi  insanı  doğmuĢdur. 
Tanrı isə sonra öz Sözünü ona daxil etdi. 
Buna  etiraz  edərək,  Aleksandriya  yepiskopu  Kiril  Nestoriusa  onun 
təlimini  rədd  edən  məktub  yazmıĢdır.  Lakin  buna  məhəl  qoymayan 
Nestorius  428-ci  ildə  öz  fikirlərini  Konstantinopolisin  Müqəddəs  Sofiya  
kilsəsində  açıq  bəyan  etmiĢdir.  Bundan  sonra  o,  öz  əleyhdarlarını  təqib 
etməyə baĢlamıĢdır. Buna cavab olaraq misirli rahiblər və ilahiyyatçılar onu 
heresdə ittiham etmiĢdir. 
Daha  sonra,  430-cü  ildə,  Nestorius  imperiyanın  qərbində  təqiblərə 
məruz qalmıĢ peliqiançıları
181
 qəbul etmiĢ, Konstantinopolisdə yerləĢmiĢdir. 
Bu  xəbəri  alan  Kiril,  bu  dəfə  Roma  papazına  Ģikayət  məktubu  yazmıĢdır. 
Bundan  sonra  papaz,  həmən  ildə,  Romada  Kilsə  Məclisi  yığıb,  Nestoriusu 
pisləmiĢdi. 
Bununla  kifayətlənməyən  Kiril,  Nestoriusa  daha  bir  məktub 
ünvanlamıĢdı
182
.  Bu  məktubda  o,  Nestoriusun  təliminini  rədd  edib,  onu 
lənətlənmiĢdi (Kilsədən xaric elan etmiĢdi). 
                                                 
181
  Pelaqiançılar  –  britaniyalı  rahib  Pelagiusun  ardıcılları.  Pelagius  (360-418)  ―ilk 
günah‖ haqqında təlimi inkar edirdi. O deyirdi ki, insanın xilas olması onun  özündən 
asılıdır.  Yəni,  insan  mömin  həyatla  yaĢasa  xilas  ola  bilər.  Günahları  insan  öz 
əməlləri  ilə  alır,  onlar  irsiyyətlə  keçmir.  Adəm  və  Həvvanın  etdikləri  günahın, 
onlardan  törənən  bəĢəriyyətə  aid  olmaması  fikrinə  görə,  Pelagius  bir  çox  tanınmıĢ 
Kilsə ataları  tərəfindən pislənmiĢdi və onun fikirləri  heres elan edilmiĢdi. 
182
  Kirilin  Nestoriusa  ünvanladığı  məktubları,  rus  dilinə  tərcümədə,  burada 
yerləĢdirilmiĢdir:  http://www.agnuz.info/book.php?id=369&url=page02.htm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə