89
qərara görə Ġsada olan iki təbiətin bir-biri ilə münasibəti 2 cüt mənfi sözlə
ifadə edilir:
1. ―BirləĢmədən, çevrilmədən, dəyiĢməz olaraq‖ (monofizitlərə qarĢı).
2. ―Bölünmədən, ayrılmadan‖ (nestorianlara qarĢı)
189
.
Beləliklə ortodoksal kilsənin ardıcılları inanırlar ki, Ġsa həm Tanrı,
həm də insan kimi kamildir. Onun günahları yoxdur. O, əvvəlcə Ata
tərəfindən doğulmuĢdur, sonra isə insanları xilas etmək üçün ikinci dəfə
Məryəm tərəfindən doğulmuĢdur. Ġlahi və insani təbiətlər isə, onda
―birləĢmədən, çevrilmədən, bölünmədən, ayrılmadan‖ vəhdət təĢkil edir.
Lakin Kalkedon məclisinin qərarı heç də hamını qane etməmiĢdir. Bir
çox ġərq kilsəsi onu inkar etmiĢdi və monofizit düĢüncəsinə üstünlük
vermiĢdi. Teodosius adlı bir monofizit rahib, Kalkedondan qayıdaraq, Kilsə
Məclisinin qərarlarına etiraz edərək, Fələstində üsyan qaldırmıĢdı.
Üsyançılar Qüdsü ələ alıb qarətlərə məruz qoymuĢdular. Üsyan yatırılandan
sonra Teodosius Sinaya qaçmıĢ və orada da üsyan qaldırılmıĢdı. Sabitliyin
pozulmasından ehtiyat edən papaz I Leo monofizitlərlə barıĢıq axtarmaq
məcburiyyətində qalmıĢdı. Lakin buna baxmayaraq yepiskopların əksəriyyəti
monofizitlərin əleyhinə çıxıĢlar edirdilər. Daha sonra isə, monofizitlik,
Bizansa qarĢı baĢ qaldıran müxtəlif separatçı qrupların və millətlərin
ideologiyasına çevrilmiĢdi. Buna görə də, 519-cu ildə, imperator I
Yustianianos bütün monofizit keĢiĢləri vəzifələrindən azad edərək onlara
qarĢı təqiblərə baĢladı. Təqiblərdən xilas olmaq üçün monofizitlərin çoxu
Misirə qaçdılar. Bu günə qədər qıpti (Misirdə), erməni, həbəĢ (Efiopiyada)
kilsələri monofizit əqidəsində qalıblar. Daha sonra, monofizitlər bir-neçə
təriqətlərə bölünmüĢdürlər. Məsələn antioxiya patriarxı Severusun ardıcılları
hesab edirdilər ki, Ġsanın bir təbiəti vardır, lakin onun daxilində insani və
Ġlahi keyfiyyətlər vardır. Öz dirçəlməsinə qədər Ġsanın bədəni insan bədəni
idi, yəni o yeyirdi, içirdi və s.
Severusun ardıcıllarından fərqli olaraq, Halikarnas
190
yepiskopu
Yulianus (Julianus) ardıcılları
191
hesab edirdilər ki, Ġsanın bədəni insan
bədəni deyil. Onun yeyib-içməsi kimi insani keyfiyyətləri təbiətindən deyil,
özünün istəyindən irəli gəlirdi.
189
Михаил Поснов. История христианской церкви (до разделения Церквей -
1054 г.). Первое, сокращенное издание: София, 1937. Второе в изд-ве "Жизнь с
Богом", полное: Брюссель, 1964. Репринт: Брюссель, ЖсБ, 1988.
http://www.krotov.info/history/00/posnov/12_posn.html#_Toc536360510
190
Yunanca Halikarnassos. Müasir Turkiyənin Bodrum Ģəhəri.
191
Onları avtortodoketlər təriqəti adlandırırlar.
90
Origençilərə qarĢı mübarizə
Monofizitlərə qarĢı aparılan mübarizə ilə bərabər, Kilsə, eyni
zamanda, Origenusun ardıcılları ilə də mübarizə aparırdılar.
Origençilər deyirdilər ki, insanlar, Ģeytanlar, mələklər və ümumiyyətli
hamı Tanrı tərəfindən son nəticədə xilas olunacaqlar. Bundan baĢqa, onlar
hesab edirdilər ki, hər bir insanın ruhu əvvəlcə yaradılmıĢdır və yalnız sonra
Tanrı onları bədənlərə yerləĢdirir. Deməli ruhlar insanların həyata
gəlməsindən öncə yaradılmıĢdır. Origençilərin əsas ideoloqlarından biri
Bizanslı Leontius
192
olmuĢdur.
Origençilərin fikirləri 553-cü ildə imperator Yustinianos (Iustinianos)
tərəfindən yığılan V Ümumdünya Kilsə Məclisi tərəfindən pislənmiĢdi.
Bundan sonra origençilərə qarĢı Ģiddətli təqiblər baĢlamıĢdı.
Bundan baĢqa, bu məclisdə Mopsuetsli Teodorusun Loqosun Ġsada
yalnız mənəvi Ģəkildə olması fikri də rədd edilmiĢdi.
Monofelitlərə qarĢı mübarizə
Kalkedon Kilsə Məclisindən sonra monofizitlərlə, Ġsada ikili təbiətin
olmasını qəbul edən Bizans kilsəsinin nümayəndələri arasında bir neçə
onilliklər ərzində gərgin mübarizə getmiĢdi. VII əsrin əvvəlində Bizansla
(ġərqi Roma ilə) Ġranın müharibəsi baĢlanmıĢdı. Bu müharibədə qələbəyə
nail olmaq üçün, imperator Heraklios (Herakleios) Ermənistanda iranlılara
qarĢı ikinci cəbhə açmaq niyyətində idi. Lakin ermənilər, monofizit kilsəsinə
mənsub olduqlarına görə, Bizans imperiyasından çəkinirdilər və Ġrana
üstünlük verirdilər. Bizansda isə monofizitlər təqiblərə məruz qalmıĢdılar.
Ermənilərlə münasibətlərin yaxĢılaĢdırılması və orada iranlılara qarĢı
cəbhənin açılması, Herakliosun əsas siyasi məqsədlərindən biri olmuĢdu. Bu
iĢdə, ona əsli suriyalı olan patriarx Sergius kömək etmiĢdi. O, monofizitlərlə
rəsmi Bizans kilsəsinin arasında ixtilafa səbəb olan, Ġsanın təbiəti haqqında
problemin həll edilməsi üçün, barıĢdırıcı fikir ortalığa çıxarmıĢdı. Sergius
deyirdi ki, Ġsanın iki təbiəti olmuĢdur, lakin iradəsi (enerjisi) bir idi. Bununla
192
Onun haqqında geniĢ məlumat üçün bax: Византийские Отцы V-VIII вв.: Из
чтений в Православном богословском институте в Париже. - Париж, 1933. 260
с. (2-е издание (репринт) - Париж: УМСА-Press, 1990; 3-е издание (репринт) -
М.: Паломник, 1992).
http://lib.eparhia-saratov.ru/books/20f/florovsky/byzant1/26.html
91
razılaĢan ermənilər Herakliosus müttəfiqləri oldular və bundan sonra o, Ġrana
sarsıdıcı hərbi zərbələr endirməyə müvəffəq oldu.
―Ġki təbiət, bir iradə‖ prinsipini Roma papazı Honorius da
dəstəkləmiĢdir, lakin sonra kilsə xadimləri onu bu addım atdığına görə
pisləmiĢdilər. Ġyerusalim (Qüds) patriarxı Sofroniy isə, bu prinsipi qətiyyətlə
rədd etmiĢdir. O Ġsada iki iradənin olduğunu iddia edirdi (Ġlahi və insani).
Onunla birlikdə bu fikri məĢhur ilahiyyatçı Tövbə edən Maksimus da
dəstəkləmiĢdi. Onların fikrincə hər bir iradə öz mahiyyətinə görə hərəkət
edir və bu hərəkətə görə də təbiətlərin müxtəlifliyinin dərk olunması imkanı
əldə edilir. Əgər iradə birdirsə, onda təbiətlərin arasında fərq olmur.
637-ci ildə Qüds müsəlmanlar tərəfindən fəth edilir və Ģəhərin
patriarxı Sofronius (Sophronius) bir müddət onlarla əməkdaĢlıq etdiyinə
görə, əvəzinədə xəlifə Ömər Ģəhərin bütün xristian müqəddəs yerlərini ona
tabe etdirmiĢdi. Sofroniusun ölümündən sonra, imperator Heraklios 638-ci
ildə xristian imanının necə olması haqqında əmrini açıqlayır. Bu əmrə görə,
Ġsanın yalnız bir iradəsi olmalı idi. Bu cür inanca monofelit inancı deyilir.
Həmin ildə patriarx Sergius da ölmüĢdür və ondan sonra Konstantinopolis
patriarxı Pirr olmuĢdur. O monofelit idi və imperatorun əmrini 638-ci ildə
Kilsə Məclislərinin birində təsdiqlətdirmiĢdi.
Heraklios 641-ci ildə vəfat edəndən sonra onu II Konstant əvəz
etmiĢdi. O ümumiyyətlə Ġsada neçə iradə olduğu haqqında hər bir söhbəti
qadağan etmiĢdi. Romada isə papaz Honoriusun ölümündən sonra
Herakliosun monofelit əqidəsini dəstəkləyən əmri rədd etdilər. Papaz I
Martinus, Lateranda
193
Kilsə Məclisi yığaraq monofelit əqidəsini pisləmiĢdi.
Lakin imperator əmrini icra etməməsinə görə Martinusu məhkəməyə
çəkmiĢdilər və sürgünə yollamıĢdılar.
ġərqdə isə monofelitlərə qarĢı ən fəal çıxıĢ edən Tövbə edən
Maksimus (Maximus) (580-662) olmuĢdu. O da təqiblərə məruz qalmıĢdı.
Onun fikrincə Ġsada insan iradəsi var idi. O hərəkət edərək seçim qarĢısında
qalanda isə o, Ġlahi iradəyə tabe olurdu.
Nəhayət bu mübahisələrə son qoymaq üçün imperator Konstantinus
(Constantinus) Konstantinopo-lisdə VI Ümumdünya Kilsə Məclisi yığmıĢdı
və bu məclisdə monofelit əqidəsi heres elan edilmiĢdi.
Ġkonaların əleyhdarlarına qarĢı mübarizə
193
Roma papazlarının Romadakı sarayıdır.
Dostları ilə paylaş: |