Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
87 
Bu mübahisələrə son qoymaq məqsədi ilə imperator II Teodosius daha 
bir  Kilsə  Məclisinin  yığılması  üçün  sərəncam  vermiĢdir.  Bu  Məclis  431-ci 
ildə Efes Ģəhərində yığılmıĢdı. Burada Kiril Nestoriusa qarĢı çıxıĢ edib, onun 
tutduğu vəzifəsindən azad olunduğunu elan etmiĢdi. Lakin orada Nestoriusa 
dəstək  verən  antioxiyalı  ilahiyyatçılar  yox  idi.  Onların  nümayəndələri  bir 
qədər  gecikərək,  öz  Məclislərini  keçirib,  Kiril  və  onu  dəstəkləyən  Efes 
yepispiskopu  Memnonu  pislədilər,  və  onları  tutduğu  vəzifələrindən  azad 
olunduğunu elan etdilər. Getdikcə vəziyyət gərginləĢirdi və keĢiĢlər arasında 
qarĢıdurmalar və  zorakılıqlar  baĢlandı. Vəziyyəti ələ almaq üçün, məclisdə 
iĢtirak edən imperatorun əmri ilə Ģəhərə, təcili surətdə, qoĢun daxil edilmiĢdi.  
Bu  hadisələr  zamanı  Nestorius  həps  edilib  Liviyaya  sürgünə 
yollanmıĢdı.  Bundan  sonra  Efes  Kilsə  Məclisi  öz  iĢini  davam  etdi.  Orada 
Kirilin  mövqeyi  dəstəkləndi  və  Ġsada  həm  Ġlahi,  həm  də  insani  mahiyyətin 
birləĢməsi, onların vəhdət təĢkil etməsi ideyası bəyənildi. 
Bütün problemləri həll etmək və sakitliyə nail olmaq üçün,  imperator 
Kirili və Memnonu  da həps etmiĢdir,  lakin müəyyən vaxt keçdikdən sonra, 
onlar azad olundular.  
Bütün  səylərə  baxmayaraq,  ixtilaf  həll  edilməmiĢ  qalırdı.  Buna  görə 
Kiril antioxiyalı  ilahiyyatçılarla məktublaĢmıĢdır  və onları Ġsanın  mahiyyəti 
haqqında  ortaq  və  barıĢdırıcı  fikrə  dəvət  etmiĢdi.  Nəticədə  antioxiyalılar 
barıĢdırıcı mövqe tutdular. Hər iki tərəf mövqelərini yumĢaldaraq ortaq fikrə 
gəlmiĢdilər.  Tərəflər  belə  qərara  gəldilər  ki,  Ġsada  Ġlahi  və  insani  təbiət 
əvvəlcədən  vardır,  onlar  vəhdət  təĢkil  edir  və  Məryəm  Tanrı  anasıdır. 
Beləliklə  antioxiyalıların  bir  hissəsi  Efes  Kilsə  Məclisinin  qərarı  ilə 
razılaĢdılar
183
. Lakin Nestoriusun kifayət qədər çox tərəfdarları var idi. Onlar 
Efes  kilsəsinin  qərarlarını  rədd  etdilər.  Buna  görə  Bizans  imperiyasında  
onlara qarĢı Ģiddətli təqiblər baĢlandı və onların çoxu Ġrana mühacirət edərək 
orada  öz  kilsələrini  yaratmıĢdılar.  Gələcəkdə  onlar  Asiyanın  bir  çox 
bölgələrində  missioner  fəaliyyəti  ilə  məĢğul  olmuĢdular  və  kifayət  qədər 
nüfuza malik idilər. Bu günə qədər onların kiçik saylı icmaları mövcuddur. 
 
Monofizitlərə qarĢı mübarizə 
 
444-cü ildə, Kirilin ölümündən sonra, xristoloji problem üzrə daha bir 
ixtilaf  baĢlandı.  Bu  dəfə  Konstinopol  kilsələrindən  birinin  arximandriti
184
 
                                                 
183
 Bu barədə 433-cü  ildə  Antioxiya  saziĢi (uniyası) imzalan mıĢdı.   
184
  Arximandrit  (yunanca  ―archimandrites ‖(  -  ortodoks  (pravoslav)  kilsəsində 
rahiblikdə olan keĢiĢlərə verilən yüksək rütbə. 


 
88 
olan  Yevtixianus  (Eutychianus)  Ġsada  insani  mahiyyəti  inkar  edərək,  onda  
yalnız Ġlahi mahiyyətin olduğunu iddia edirdi. Onun fikrincə, Ġlahi və insani 
təbiət bir-birinə sığmaz. Onlar birləĢsə insan təbiəti Ġlahi təbiətdə əriməlidir. 
Yevtixianus  və  onun  tərəfdarlarını  monofizit
185
  adlandırmıĢdılar.  Lakin 
Yevtixianusu Konstantinopolis-də yığılan yerli Kilsə Məclisi pisləmiĢdir.  
Amma bununla iĢ bitməmiĢdir. Yevtixianusu  isgəndəriyyəli yepiskop 
Dioskorus (Dioscorus) dəstəkləyirdi. 449-cü ildə, onun təĢəbbüsü ilə, Efesdə 
yeni  Ümumdünya  Kilsə  Məclisi  yığıldı,  lakin  sonra  bu  məclis  rəsmi  kilsə  
tərəfindən  tanınmamıĢdır  və  ―quldur‖  məclisi  adlandırılmıĢdı.  Bu  məclisdə 
monofizitlər qələbə çalmıĢdılar
186

Bu  qələbəni  rəsmi  kilsə  tanımamıĢdı  və  Yevtixianusa  qarĢı 
mübarizəyə  baĢlamıĢdı.  Ona  qarĢı  çıxıĢlar  edənlərin  arasında  Antioxiya 
yaxınlığında  Kir  Ģəhərinin  yepiskopu  olan  Teodoret  (Theodoret  de  Cyr)
187
 
(393-466) seçilirdi. O əvvəllər Nestoriusun mövqeyini  dəstəkləyərək, Kirilə  
qarĢı  çıxıĢ  etmiĢdi.  Lakin  sonra  o,  barıĢdırıcı  mövqe  tutmuĢdur.  Bəlkə  də 
Antioxiya saziĢinin mətninin tərtibçisi də o olmuĢdur. Teodoret Yevtixianusa 
qarĢı  ―Dialoq‖  əsərini  yazmıĢ  və  onu  pisləmiĢdir.  Bu  əsərdə  o  yazırdı: 
«Əlbəttə  Tanrı-Loqos  dəyiĢməz  olaraq  olub,  var  və  olacaq.  Lakin  o  insan 
oldu, insan təbiətini mənimsədi. Buna görə də, biz Onda hər iki təbiəti qəbul 
etməliyik…»
188
.  Beləliklə  Teodoret  Ġsada  həm  Ġlahi,  həm  də  insani  təbiəti 
tanıyırdı. O Məryəmı Tanrı anası kimi və Tanrının üçlükdən ibarət olmasını 
qəbul edirdi.  
Yevtixianusa  və  monofizitlərə  qarĢı  hücumlar  imperator  II 
Feodosiusun  ölümündən  sonra  daha  da  ĢiddətlənmiĢdi.  Yeni  imperator 
Markianus  (Marcianus),  451-ci  ildə  Kalkedon  (Kadıköy)  Ģəhərində  yeni 
Ümumdünya Kilsə Məclisini çağırmıĢdı. Bu məclisdə Ġsanın həm Ġlahi, həm 
də insani təbiətə malik olması haqqında qərar qəbul edilmiĢdir. Bu təbiətlərin 
hər  ikisi  kamil  və  özünəməxsusdur.  Onlar  Üçlüyün  ikinci  üzvündə  (yəni 
Ġsada) birləĢmiĢdir. Kalkedonda qəbul edilmiĢ imanın əsası oros adlanır. Bu 
                                                 
185
  Yunanca ―monos‖ - bir; və ―physis‖ – təbiət deməkdir. 
186
 Bu  hadisələr  və  ümumiyyətlə  monofizitlərin  tarix  və  təlimi  haqqında  daha  ətraflı 
bax: Monophysites and Monophysitism // Catholic Encyclopedia.   
http://www.newadvent.org/cathen/10489b.htm 
187
  Teodoret  bir  neçə  əsər  müəllifi  olmuĢdur.  Onun  əsərlərinin  bir  qismi  ingilis 
dilində burada yerləĢdirilmiĢdir:   
http://www.ccel.org/fathers2/NPNF2-03/Npnf2-03-20.ht m#P3414_970722 
188
  Диалог  2,  3.  Иоанн  Мейендорф.  Введение  в  светоотеческое  богословие. 
Вильнюс-Москва,  ―Весть‖,  1992,  Часть 2,  гл. 11.   
http://www.klikovo.ru/db/book/msg/884 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə