Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

 
108 
kimi  qəbul  etmək  xristian  təliminə  zidd  idi.  Buna  görə,  bu  problemin 
monoteizm  çərçivəsində  həll  olunması  üçün  Avqustinus  neoplatonizmə  
müraciət edib. Neoplatoçular Ģəri xeyrin çatıĢmaması  kimi  baĢa düĢürdülər. 
Avqustinus də hesab edirdi ki, Ģər təbiətdə yoxdur, o xeyirlə ziddiyyət təĢkil 
etmir.  ġər  yalnız  xeyrin  olmamasıdır.  O,  yalnız  xeyir  əməllər  edilməyəndə  
yaranır, ali məqsədlərdən yayınmadır, təkəbbürdən irəli gəlir. Sükut - səsin, 
qaranlıq  -  iĢığın  olmaması  kimi,  Ģər  də  xeyrin  olmamasıdır.  Avqustinusun 
teodiseyası
230
 bundan ibarətdir. 
Tanrı  ilə dünyanın dualizmi, Avqustinusu  zamanın nə olduğu sualına 
cavab  verməyə  məcbur  edir.  Məsələ  bundadır  ki,  Tanrının  əbədi,  maddi 
dünya  isə  müvəqqəti  və  məhvə  məhkum  olması  bir  ziddiyyət  təĢkil  edirdi. 
Bu  ziddiyəti  ortadan  qaldırmaq  lazım  idi.  Zamanla  bağlı  problemə  
Avqustinus  «Confessiones»  əsərində  toxunurdu
231
.  Antik  mütəfəkkirlər 
zamanın gediĢini planetlərin hərəkəti ilə əlaqələndirirdilər. Lakin Avqustinus 
bu  fikri  rədd  edir,  çünki  planetlər  də  Tanrı  tərəfindən  yaradılıb
232
.  Onun 
fikrincə  zaman  dünyada  hər  Ģeyin  hərəkətinin  və  dəyiĢməsinin  ölçüsüdür. 
Dünya yaradılandan öncə zaman anlayıĢı olmayıb. Yalnız yaradılıĢdan sonra  
Ģeylərin hərəkət və hal dəyiĢmə ölçüsü kimi yaranıb. 
Daha sonra Avqustinus  indiki zaman, keçmiĢ və gələcək kimi zaman 
kateqoriyalarını  izah  etməyə  cəhd  etmiĢdir.  Onun  gəldiyi  nəticəyə  görə, 
əslində  keçmiĢ  və  gələcək  anlayıĢları  mövcud  deyil.  Onlar  indiki  zamana 
aiddirlər.  Yəni  yalnız  indiki  zamanda  o  anlayıĢlar  keçmiĢ  və  gələcək  kimi 
düĢünülə bilər. KeçmiĢ - insan yaddaĢı ilə, gələcək isə - ümüdlə bağlıdır. 
KeçmiĢi  və  gələcəyi  indiki  zamana  aid  etmə  Avqustinusun 
fəlsəfəsində Ġlahi mütləqiyyəti subut edir. Yəni yalnız Tanrıda  indiki zaman 
keçmiĢ və gələcəkdə sıx bağlıdır. 
Avqustinusun  fəlsəfəsində,  Tanrının  mütləq  əbədiliyi  ilə  maddi 
dünyanın  dəyiĢkənliyi  arasındakı  fərq  və  bu  anlayıĢların  bir-birinə  qarĢı-
qarĢıya qoyulma ənənəsi, xristian dünyagörüĢünün əsaslanrından birini təĢkil 
etmiĢdir. 
Avqustinusun  fəlsəfəsində  düĢüncə  və  iman  problemləri  məsələsinə  
rast gəlmək olar. Bu məsələdə o, üstünlüyü imana verirdi. Bu cür münasibət 
                                                 
230
  Teodiseya  (yunanca  ―Theos‖  –  Tanrı  və  ―dice‖  -  ədalət  sözlərindən  əmələ 
gəlmiĢdir)  –  dünyada  mövcud  olan  Ģərə  görə,  Tanrıya  bəraət  qazandırılması 
haqqında ilahiyyat təlimi. 
231
 Confessiones  XI, 14,  17.   
http://www.philosophy.ru/library/august/01/11.html 
232
 Confessiones  XI, 23,  30.   
http://www.philosophy.ru/library/august/01/11.html 


 
109 
xristian fəlsəfəsi üçün yeni bir Ģey deyildi. Lakin öncəki kilsə ataları imanın 
mənbəyini  Müqəddəs  Kitabda  görürdülər.  Avqustinus  isə,  onlardan  fərqli 
olaraq,  onu daha da çox Kilsədə görürdü. Onun fikrincə, Kilsə günahlardan 
təmizlənmiĢ həqiqəti  özündə saxlayan  bir qurumdur. Avqustinusun fikrincə 
Adəm tərəfindən törədilən ilk günah, insan təbiəti və Ģüurunda dəyiĢikliklərə 
səbəb olmuĢdu, onları zəiflətmiĢdi. Buna görə də insan Ģüuru kamil deyil və 
Ġlahi biliklərə möhtacdır. Hər bir Ģeyi anlamaq üçün insan ilk növbədə iman 
etməlidir.  Avqustinus  məktublarından  birində  demiĢdi:  «Anlamaq  üçün 
inan». Yəni  iman anlamaqdan  öncə gəlir. Lakin əqli dəlilləri o Tertullianus 
kimi rədd etmirdi. 
Avqustinus  idrak  probleminə  də  diqqət  yetirmiĢdi.  Ġdrakın  birinci 
mərhələsi, insanın ətraf mühitin əĢyalarını hisslərlə duymasıdır. Lakin bu cür 
duyğulara  arxalanan  bilik  etibarlı  sayıla  bilməz,  çünki  o  səthidir.  Bundan 
fərqli  olaraq,  bir  insanın  baĢqa  insanlardan  öyrəndiyi  bilik,  daha  etibarlı, 
mükəmməl və zəngindir. Bunu Avqustinus iman adlandırır. 
ġübhəçilərdən  (skeptiklərdən)  fərqli  olaraq,  Avqustinus  idrakın 
mümkünlüyünü  inkar  etmirdi.  Onun  məqsədi,  yanlıĢlığa  gətirməyən  idrak 
üsulunun axtarıĢı idi. Buna nail olmaq üçün o hesab edirdi ki, duyğu vasitəsi 
ilə  əldə  edilən  idrak,  insanı  həqiqətə  gətirə  bilməz
233
.  Duyğulara  əsaslanan 
idrak  insanı  Ģübhəçiliyə  gətirir.  Deməli,  Avqustinusun  fikrincə,  obyektiv 
dünya ilə təmasın yaradılmasından həqiqi biliklər əldə edilə bilməz
234

Ən  etibarlı  idrak  mənbəyi  isə,  insanın  Ģüurudur,  ruhudur.  Məhz  bu 
ruhun  dərinliklərinə  varanda  xarici  mühitdən  asılı  olmayan  məzmuna  rast 
gəlmək olar. Yəni biliyin xarici aləmdən alındığı fikri yanlıĢdır. 
Əslində  insan  həqiqəti  öz  mənəvi  aləmində  tapır.  Yəni  əsl  bilik 
təcrübədən  asılı  deyil.  Ġnsan  ruhunda  həqiqət  əvvəlcədən  aprior  Ģəkildə 
mövcuddur və onun mənbəyi Tanrıdır. Ġnsan ideyaları yaratmır, yalnız onları 
Tanrıdan  alır.  Həqiqi  biliyi  axtaran  adam,  onu  Ġlahinin  nurlanmasının 
nəticəsində tapır
235
. Beləliklə, Avqustinusun idrak təlimi Ġlahi nurlandırmaya 
bağlıdır və mistik xarakter daĢıyır. 
                                                 
233
 De immortalitate  aniniae (Ruhun  ölməzliyi haqqında) 1  // Блаженный  Августин. 
Творения.  Т.  1:  Об  истинной  религии.  СПб.;  Киев:  Алетейа;  УЦИММ -Пресс, 
1998.  С.  373-393.    
http://aleteia.narod.ru/august/immortality_soul.htm 
234
 De vera  religione (Həqiqi din  haqqında) 39 //  Блаженный Августин.  Творения. 
Т.  1:  Об  истинной  религии.  СПб.;  Киев:  Алетейа;  УЦИММ-Пресс,  1998.  С. 
394-468.  http://aleteia.narod.ru/august/religion.htm 
235
 De civitate Dei,  X, 2.  
http://filosof.historic.ru/books /item/f00/s00/z0000181/st012.shtml 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə