Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

 
113 
bu  çarlıq  daha  da  möhkəmlənmiĢ,  çoxalmıĢdır.  Bu  hadisədən  sonra  Tanrı 
çarlığını təmsil edənlər Kilsə qurumunda birləĢmiĢdirlər və bu dünyaya qarĢı 
davam  gətirirlər.  Göründüyü  kimi  bu  fikirlərin  neoplatoçuların  və 
qnostiklərin dünyanın qaranlıq zülmət olduğu və burada Tanrıya, nura doğru 
yönələn  az  saylı  bilikli  insanların  mövcud  olması  ideyaları  ilə  bənzərlik 
vardır. Ġlahi çarlığın (Kilsənin) nümayəndələri bu dünyada maddiyyata bağlı 
olan,  Tanrını  tanımayanlarla  yaĢamağa  məcburdurlar  və  daim  onlara  qarĢı 
mübarizə aparırlar. 
Dünyada mövcud olan dövlətlər «quldur təĢkilatlarıdır». Onlar yalnız 
qarət,  baĢqa  ərazilərin,  insan  mülkiyyətinin  zəbt  olunması  məqsədini 
güdürlər.  Bu  dövlətlərdə  insanlar  arasında  ədalətsizlik,  bir-birinin  üzərində 
ağalıq  etmək  cəhdləri,  maddi  sərvətlərin  yığılması  hökm  sürür.  Əslində 
romalılar bu keyfiyyətlərlə fəxr edirdilər. Lakin əslində bütün bunlar insanlar 
arasında nifaqa səbəb olur. 
Lakin Tanrı və dünya çarlıqlarının mübarizəsinə baxmayaraq, onların 
hər  ikisi  Tanrının  razılığı  ilə  mövcuddur.  Buna  görə  də  bu  dünyanın 
dövlətlərinə  qarĢı  çıxıĢ  etmək  olmaz,  çünki  hər  bir,  (hətta  pis)  hakimiyyət 
Tanrıdandır.  Dövlətin  daxilində  bu  dünya  ilə  bağlı  olmayan  və  Tanrı 
çarlığına aid  olan Kilsə qurumu  vardır. Dövlət Kilsəyə qulluq etsə və onun 
maraqlarını əks etdirsə vahid  bir  ictimai  təĢkilata nail olmaq  olar. Beləliklə 
Avqustinus teokratik
239
 cəmiyyətin tərəfdarı  idi. Teokratik dövlətlər təqdirə 
layiqdirlər.  Dünyəvi  dövlətlər  isə  pislənməlidir.  Romanın  siyasi  nöqteyi-
nəzərindən süquta uğraması Ģəraitində Avqustinus, onun daxilində olan Kilsə 
qurumunun güclənməsinin ideoloqu idi. Yəni Roma öz günahları ucbatından 
məhv  olduğu  halda,  onun  içində  Ġlahi  çarlığın  tərkib  hissəsi  olan  Kilsə  öz 
mənəvi, siyasi, iqtisadi qüvvəsini saxlamalı idi. Həqiqətən də Romanı süquta 
uğradan  barbarlar,  Kilsənin  nüfuzuna  heç  bir  zərbə  vura  bilməmiĢdilər. 
Sonda  onlar  Xristianlığı  qəbul  etdilər  və  öz  mədəniyyətlərini  bir  neçə  əsr 
ərzində bu dinin ehkamları üzərində qurdular. 
Avqustinusun  teokratik  hakimiyyətinin  ideyaları  Roma  papazlarının 
hakimiyyətinin və hörmətinin möhkəmlənməsində böyük rol oynamıĢdır. 
Tarixin  Tanrının  qəza  və  qədərindən  asılı  olduğunu  vurğulayan 
Avqustinus  dünya  dövlətlərinin  tarixlərini  dövrlərə  bölür.  Bu  dövrləĢmə 
Əhdi Ətiqdə bəhs edilən yaradılıĢın altı günü  ilə,  insan həyatının altı dövrü 
ilə  və  Bibliyada  təsvir  edilən  Xristianlığın  tarixi  mərhələləri  ilə  aparılır. 
Ġnsan  həyatının  altı  dövrü  -  körpəlik,  uĢaqlıq,  yeniyetəmlik,  gənclik, 
                                                 
239
  Teokratiya  (yunanca  ―theos‖  -  Tanrı,  ―kratos‖  -  hakimiyyətdir)  –  siyasi 
hakimiyyətin  ruhanilərə və Kilsə  xadimlərinə  məxsus olmasıdır. 


 
114 
yetkinlik  və  qocalıqdır.  Bu  dövrlərin  birincisi  Adəm  və  Həvvanın 
yaradılıĢından  Nuh  tufanına  qədər  olan  dövrdür,  sonuncusu  isə  (qocalıq) 
Ġsanın  gəliĢi  və  Xristianlıq  dövrüdür.  Bu  sonuncu  dövr  qiyamətə  qədər 
davam  edəcək.  Göründüyü  kimi,  Avqustinus  dünya  tarixini  inkiĢafda  və 
tərəqqidə görürdü. Eyni zamanda, bu inkiĢaf esxatoloji
240
 xarakter daĢıyırdı.  
 
Avqustinusdan sonra Avropa fəlsəfəsi 
 
Avqustinus  Aureliusdan  sonra  Avropada  fəlsəfi,  siyasi-ictimai  fikir 
tənəzzülə uğramıĢdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin 
əsasını təĢkil etmiĢdir və ehkam Ģəklində tədris edilirdi. Antik fəlsəfə, demək 
olar  ki,  sıxıĢdırılıb,  unudulub,  ortadan  çıxarılmıĢdır.  Antik  ədəbiyyat  isə, 
xristian  təəssübkeĢləri  tərəfindən  məhv  edilmiĢdi,  bir  qismi  isə,  kilsə  
kitabxanalarında qalıb, tamamilə unudulmuĢdu. 
XIII  əsrə  qədər  Avropada  mənəvi,  ictimai  və  siyasi  həyatın  əsasını 
təĢkil  edən  xristian  fəlsəfəsi,  neoplatonizmin  güclü  təsiri  altında 
formalaĢmıĢdır.  Lakin  neoplatoçu  filosofların  əsərlərinə  və  Ģəxsiyyətlərinə 
maraq olmamıĢdır. O dövrün ilahiyyatçıları öz əsərlərində əsasən Avqustinus 
Aureliusun təliminin müddəalarını təkrarlayırdılar, onu Ģərh edirdilər, bəzən 
isə onun müəyyən fikirlərini tənqid edirdilər. Məsələn, Reyalı Faust adlı bir 
mütəfəkkir, Avqustinusdan fərqli olaraq, ruhların maddədən ibarət olduğunu 
iddia  edirdi.  Onun  fikrincə,  əgər  ruh  bədənə  can  verirsə,  deməli  o  onun 
hansısa  bir  yerində  yerləĢir  və  maddədir.  Maddə  olmayan  varlıq  isə  yalnız 
Tanrıdır. 
Faustu  təkzib  və  tənqid  edən  Klavdianus  (Claudianus)    Mamertus 
(474-cü  ildə  ölmüĢdür),  ruhun  maddə  olmadığını  subut  edərək,  əsasən 
Avqustinusun «De quantitate aniniae» kitabına istinad edirdi.  
«De  statu  animae»  (Ruhun  statusu  haqqında)  əsərində  o,  xeyirlərin 
təsnifatını vermiĢdi: 
1)  Tanrı  –  ən  yüksək  xeyirdir.  Ona  məkanda  hərəkət,  zamanda  
dəyiĢmə  keyfiyyətləri aid edilə bilməz. O muhakimə edib, muhakimə edilə 
bilməz. 
2)  Tanrıdan  sonra  ruh  gəlir.  O  müəyyən  keyfiyyətlərə  malikdir. 
Məkanda deyil, zamanda hərəkət edir. Ruh muhakimə edib, muhakimə edilə 
bilər. 
                                                 
240
  Esxatologiya  (yunanca  ―eskhatos‖  -  sonuncu,  ―loqos‖  -  söz,  bilik,  qanun 
deməkdir)  - dünyanın sonu, qiyamətin qopması haqqında dini təlimdir. 


 
115 
3)  Ruhdan  sonra  bədən  gəlir.  Onun  keyfiyyət  və  kəmiyyət  ölçüləri 
vardır. O zaman və məkanda hərəkət edir. O muhakimə etmir və muhakimə 
edilmir. 
Bu  təsnifatdan  Mamert,  ruhun  bədən  olmaması  və  maddə  olmaması 
nəticəsinə gəlir. 
«De  statu  animae»  əsərində  Klavdian  hərəkətin  də  özünəməxsus 
təsnifatını  verir:  hərəkətin  ən  yuksək  forması  Tanrıya  məxsusdur.  Onun 
hərəkəti  ondan  həyatverici  enerjinin  ayrılmasıdır.  Bu  hərəkət  zaman  və 
məkan  anlayıĢlarından  daha  yüksəklərdədir.  Sonra  ruhun  hərəkəti  gəlir. 
Onun  hərəkəti  məkanda  deyil,  zamanda  baĢ  verir.  Daha  sonra  isə  maddi 
cisimlərin  hərəkəti  gəlir.  Bu  hərəkət  həm  zamanda,  həm  də  məkanda  baĢ 
verir.  
Daha  sonra  Klavdian  Avqustinusun  ardınca  neoplatoçuların  ruhu 
həyatla  eyniləĢdirməsi  ideyasını  qəbul  edir  və  bu  eyniləĢdirmədən  onun 
ölməzliyini və cisim olmaması haqqında danıĢır. Onun fikrincə, ruh həm də 
Tanrının obrazıdır. 
Digər  mütəfəkkir  –  afrikalı  Makrobius  (Ambrosius  Theodosius 
Macrobius) da, neoplatonizmin təsiri altında Vahid-Əql-Ruh üçlüyünü qəbul 
edirdi. Lakin Plotinusdan fərqli olaraq, Vahidlə Əqli eyniləĢdirirdi, bir çox 
hallarda Vahidə Əqlin xüsusiyyətlərini aid edirdi. Ruh isə hər Ģeyin ruhunun 
daĢıyıcısıdır. Fərdi ruhların Ruhdan ayrılması vahidlikdən çoxluğa keçiddir. 
Materiya yoxluqdur. Orada Ruhdan ayrılan fərdi ruhlar əks olunur. Ruhların 
ayrılması gunahın nəticəsidir, materiyada təcəssüm olmaq cəzadır. Bədən isə 
ruhun  tabutudur.  Orada  o  keçmiĢini  unudur.  Lakin  təmizlənərək  və  özünü 
dərk edərək, ruh, öz əvvəlki vəziyyətinə qayıda bilər  və öz keçmiĢini yada 
sala  bilər.  Makrobius  pifaqorçular  və  platoçular  kimi  ruhların  köçməsini 
(metampsixozu)  qəbul  edirdi.  Bu  cur  fikirlərə  görə  o,  tənqidlərə  məruz 
qalmıĢdı. 
Orta  əsr  dünyagörüĢündə  simvolik  və  alleqorik  düĢüncə  tərzi 
əhəmiyyətli yer almıĢdı. Bu düĢüncə tərzi fəlsəfəyə də təsir etmiĢdi. Ġnsanı 
əhatə  edən  dünya,  rəmzlər  və  alleqoriyalar  sistemi  kimi  düĢünülürdü.  Bu 
rəmzlərin  açılması  bir  məqsədə  çevrilmiĢdi.  Bu  cür  düĢüncə  tərzi  orta 
əsrlərin istibdad və zülmündən irəli gəlirdi. Kilsə düĢüncəsindən azad olmaq 
üçün  insanlar öz fikirlərini simvol,  obraz, rəmzi  bənzətmə vasitəsi  ilə  ifadə 
edirdilər və bununla bir növ kilsə düĢüncə tərzinə, rəsmi ekzegetikaya qarĢı 
etiraz  edirdilər,  öz  fikirlərini  oxucu  kütləsinə  çatdırırdılar.  Bu  üslubda  
Martsianus  Kapella  (Marcianus  Capella)  «De  Nuptiis  Mercurii  et 
Philologiae»  (Merkuri  və  Filologiyanın  evlənməsi)  kitabını  yazmıĢdı.  Öz 
əsərində  Martsianus,  müxtəlif  fəlsəfi  və  etik  anlayıĢları  –  Filologiyanı, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə