Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

 
103 
ilə  edilir.  Bu  axtarıĢlar  dünya  fəlsəfəsinin  əsasını  təĢkil  edir
212
.  Tanrıya  ən 
yaxın  olan  filosoflar-stoiklərdir.  Ondan  uzaqlaĢanlar  isə  epikurçulardır. 
Lakin Tanrı haqqında ən doğru məlumatı Müqəddəs Kitab verir. 
Konsubstansionallığı  subuta  yetirmək  istəyən  Hilarius,  stoiklərin 
fəlsəfəsindən  istifadə  edirdi.  Stoiklərdə,  hər  bir  fərdi  Ģeyin  əsasında,  bu 
Ģeylərdə  təzahür  edən  və  çoxalan,  lakin,  eyni  zamanda,  öz  birliyini  və 
tamlığını saxlayan təbiət durur. Ondan heç nə əksilmir. Bu fikri əsas götürən 
Hilariusa  görə,  Ġlahi  Üçlüyün  hər  bir  Ģəxsində  eyni  Ġlahi  təbiətin  üçlü 
modifikasiyasıdır. Bu modifikasiyalarda o, öz eyniliyini qoruyub saxlanılır. 
Arianlar  deyirdilər  ki,  ―doğulan‖  Oğulun,  ―doğulmayan‖  Ata  ilə 
təbiətləri  müxtəlifdir.  Buna  cavab  verən  Hilarius,  hər  bir  yeni  Ģeyin  artıq 
mövcud  olan  Ģeylərdən  yaranması,  doğulması  və  ya  ―həqiqi  olmayan‖ 
doğulmasından  söhbət  açırdı  (quasi  nativitas).  ―Həqiqi  olmayan‖  doğulma 
eyni cinsli olan Ģeyin məkanda ayrılmasıdır. Buna misal odun  bir məĢəldən 
baĢqa məĢələ verilməsidir. Bu halda yeni od yeniləĢmiĢ olan köhnə oddur. 
O,  ayrılmadan  öncə  də  mövcuddur,  lakin  onun  mövcudiyyəti  köhnə  odla  
eyniliyi  təĢkil  edir.  Yeni  od  köhnə  oddan  doğulur,  onların  cinsi  eynidir. 
Buradan 
Hilarius 
Ata 
ilə 
Oğulun 
mahiyyətlərinin 
eyniliyini 
(konsubstansionallığını) sübuta yetirmək istəyirdi
213

Latın  atalarından  ən  tanınmıĢ  mütəfəkkirlərdən  biri  Stridonlu 
Hiyeronimus  (Hieronymus  Stridonensis)  (340-420)  olmuĢdur.  O,  Stridon 
Ģəhərində anadan olmuĢdur. Öz təhsilini Romada almıĢdır və orada da 366-cı 
ildə  Xristianlığı  qəbul  etmiĢdir.  382-385  illərdə  Hiyeronimus  papaz 
Damasusun katibi olmuĢdur. 
Hiyeronimus  öz  dövrünün  ən  savadlı  adamlarından  biri  idi.  O,  180-
dan çox əsərin müəllifi olmuĢdur
214
. Hiyeronimus bir çox Bibliya kitablarına 
Ģərhlər  yazmıĢdır.  Əksər  hallarda  o,  təvilləri,  alleqoriyaları  rədd  edərək 
Müqəddəs Kitabı hərfi mənada izah edirdi. 
Nəhayət  Hiyeronimus  ən  böyük  iĢi  onun  tərəfindən  Əhdi-Ətiqin 
qədim  yəhudi  dilindən  latın  dilinə  tərcüməsi  və  onun  redaktə  edilməsi 
olmuĢdur.  Bu  tərcümə  «Vulqata»  adlandırılmıĢdı.  Bundan  sonra  Roma 
imperiyasının qərbində Bibliyanın yunan tərcümələrinə ehtiyac qalmamıĢdı. 
Daha  bir  məĢhur  latın  kilsə  atası  Mediolan  Ģəhərinin  yepiskopu 
Medionlanlı  Ambrosius  (340-397)  olmuĢdu.  O  latın  və  yunan  kilsə 
                                                 
212
 De Trinitate I,  4. 
213
 De Trinitate VII,  29. 
214
  Hiyeronimusun  əsərləri  ingilis  dilinə  tərcümədə  burada  yer-ləĢdirilmiĢdir: 
http://www.forumromanum.org/literature/hierony musx.ht ml 


 
104 
ənənələrinin  bir-birinə  yaxınlaĢdırılması  xəttini  tutmuĢdur.  Ambrosius, 
yunandilli  ilahiyyatçıların  simvolik  və  alleqorik  ekzegetik  üsullarını  qərb 
ənənəsinə  daxil  etmiĢdir.  Onun  ən  məĢhur  əsərlərinindən  biri  «Exameron» 
(Dünyanın  altı  günə  yaradılması)  adlanır.  Bu  əsər  «YaradılıĢ»  kitabının 
birinci  fəslinin  Ģərhinə  həsr  edilmiĢdir.  Bu  Ģərhlər  bir  çox  hallarda  
alleqoriyalar üzərində qurulmuĢdur. 
 
Avqustinus Avrelius 
 
O  dövrün  ən  böyük  Qərb  xristian  mütəfəkkiri  Avqustinus  Avrelius 
(Augustinus Aurelius)  olmuĢdur.  
Onun  təlimi  bir  neçə  əsr  ərzində  Qərb 
xristian  kilsəsinin  ideologiyasının  əsasını 
təĢkil etmiĢdir.  
Avqustinus 
(354-430) 
ġimali 
Afrikanın  Taqasta  Ģəhərində  anadan 
olmuĢdu.  Onun  atası  bütpərəst,  anası  isə 
xristian  olmuĢdu.  O  öz  təhsilini  Taqastada 
almıĢdı,  sonra  Kartacanın  ritorika
215
 
məktəbində  davam  etdirmiĢdi.  On  doqquz 
yaĢında  Avqustinus  mani  dinini  qəbul 
etmiĢdi.  Maniliyin 
dualist 
təliminin 
əlamətləri,  Avqustinusun  əqidəsində  və 
əsərlərində,  Xristianlığı  qəbul  edəndən 
sonra da özünü göstərirdi. 
 
383-cü  ildə Avqustinus Romaya gəlib, orada ritorika məktəbini təsis 
etmiĢdi.  Daha  sonra  o  Mediolan  Ģəhərinə  köçmüĢ  və  orada  yepiskop 
Ambrosiusla tanıĢ olmuĢdur. Onun çıxıĢları Avqustinusun ürəyinə yatmıĢ və 
o, Xristianlıqla maraqlanmağa baĢlamıĢdır. Nəhayət, 387-ci ildə, Avqustinus 
bu  dini  qəbul  edib,  onun  əsas  ideoloqlarından  birinə  çevrilmiĢdir.  Onu  da 
qeyd  etmək  lazımdır  ki,  Avqustinusun  təlimində  neoplatonizm  fəlsəfəsinin 
əlamətləri  vardır.  O,  Plotinusun    əsərləri  ilə  yaxından  tanıĢ  olub,  onun 
ideyalarını Xristianlıq üçün tətbiq etmiĢdi. 
Xristianlığı  qəbul  edəndən  sonra,  Avqustinus  ġimali  Afrikaya 
qayıtmıĢdırdır.  O,  ömrünün  axırına  qədər  Hippon  Ģəhərində  yaĢamıĢdır  və 
                                                 
215
 Ritorika (yunanca ―rhetorike‖)  - antik və sonrakı dövrlərdə natiqlik qabiliyyətinin 
nəzəriyyəsi və bacarığıdır. 


 
105 
396-cı  ildən  baĢlayaraq,  bu  Ģəhərin  yepiskopu  olmuĢdur.  Avqustinus  rəsmi 
xristian kilsəsini tanımayan xristianlara qarĢı çox sərt mübarizə aparırdı.  
Avqustinus  Avrelius  çoxlu  əsər  yazmıĢdı.  Onun  ən  məĢhur 
əsərlərindən  biri  «Confessiones»  (Tövbə)  adlanır
216
.  Bu  avtobioqrafik 
əsərdir.  Burada  Avqustinus  öz  həyatını  mistik  və  mənəvi  təcrübə  nöqteyi-
nəzərindən  təsvir  edir.  Bu  əsərdə  o  Xristianlığa  hansı  yollarla  gəldiyi 
haqqında yazır. 
«De  civitate  Dei»  (Tanrı  Ģəhəri  haqqında)  kitabı  Xristianlığın 
apologiyasına həsr olunmuĢdur
217
. Birinci 10 kitab bütpərəst əqidəsinin rədd 
edilməsinə həsr edilmiĢdir. Daha sonra 2 Ģəhər (dünyavi və Ġlahi) bir-birinə 
qarĢı qoyulur. Bu əsərin yazılmasının səbəbi, 412-ci ildə Romanın vestqot
218
 
Alarix  (Alarich)  tərəfindən  fəth  olunması  hadisəsi  olmuĢdur.  Bu  hadisə 
bütün Qərb dünyasını sarsıtmıĢdır. Bu faciənin səbəblərini izah etməyə cəhd 
edən  Avqustinus,  Romanın  yalnız  bu  dünyanın  Ģəhəri  olduğu  haqqında 
yazırdı.  Bu  dünyada  isə  əbədi  heç  nə  yoxdur.    Əbədilik  yalnız  Tanrıya 
məxsusdur. 
Müxtəlif  təriqətlərə  qarĢı  çıxıĢ  edən  Avqustinus,  maniçilərə  və 
donatçılara  qarĢı  rəddiyələr  yazmıĢdı
219
.  O,  britaniyalı  rahib  Pelagiusa  da 
qarĢı  bir  neçə  rəddiyələrin  müəllifi  olmuĢdur
220
.  Pelagius  ilk  günahın 
mövcud  olmasını  inkar  edirdi.  O  deyirdi  ki,  insanlar  bu  dünyaya  günahsız 
gəlir.  Günahları  isə,  onlar  öz  əməlləri  ilə  qazanırlar.  Buna  qarĢı  çıxıĢ  edən 
Avqustinus  insan  təbiətinin  Adəmin  günahından  sonra  günahkar  olduğunu 
iddia edirdi. Onun fikrincə, Adəmin günahını bütün insanlar daĢıyır və onlar 
                                                 
216
 Аврелий Августин.  Исповедь.  М., 1991.  488  с.  
http://www.philosophy.ru/library/august/01/0.html 
Latınca və ingiliscə  mətnləri  burada yerləĢir:  
http://www.stoa.org/hippo/frame_entry.html 
217
 Августин  Блаженный. О  Граде Божием.  Мн.: Харвест,  М.: АСТ,  2000. -  1296 
с. http://filosof.historic.ru/books/item/f00/s00/z0000181 
Ġngilis dilində:  http://www.newadvent.org/fathers/1201.htm 
218
 Vestqotlar  –  alman  mənĢəli  tayfalar.  Onlar  3-4  əsrlərdə  Dnestr  çayı  yaxınlığında 
yaĢamıĢdılar.  Sonra  müasir  Fransanın  cənubunda  krallıq  yaratdılar.  Daha  sonra  V 
əsrdə  Ġspaniyanı  istila  etmiĢdilər.  VIII  əsrdə  Ġspaniyanı  ərəblər  fəth  edəndən  sonra 
tarixi  səhnədən silindilər. 
219
  Maniçilərə  və  donatçılara  qarĢı  rəddiyələrin  ingilis  dilinə  tərcüməsi  burada 
yerləĢir: http://www.ccel.org/fathers2/NPNF1-04/TOC.htm 
220
 Pelagiusa qarĢı rəddiyələrin  ingilis  dilinə tərcüməsi burada yerləĢir:   
http://www.ccel.org/fathers2/NPNF1-05/TOC.ht m 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə