Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə27/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   23   24   25   26   27   28   29   30   ...   138

80 

Çin biharı (məc. top.) – Qızıl, bürünc büt və əlvan naxıĢ və 

rəsmlərlə  bəzənmiĢ  Çin  bütxanələri,  gözəllik  rəmzi.  Bihar  hind 

sözü  vihardan  əxz  edilmiĢ  və  məbəd  deməkdir.  ġair  Xəvərnəq 

sarayını Çin biharına bənzədir. 

Göy dedi: “Qiblədir bu xoĢ imarət”, 

“Yox, Çin biharıdır” – dedi təbiət (YG-62). 



Çin  çinisi  (məc.  növ.)  –  ġair  metaforik  Ģəkildə  Keydin 

Ġskəndərə bağıĢladığı qızını Çin çinisinə bənzədir. 

Örtülü sərvətə növbət gəlincə

Hinddə Çin çinisi göründü incə (Ġ-267). 

Örtülü  sərvət  –  Keydin  qizi  deməkdir.  Yəni  əsmər  gözəllər 

ölkəsi olan Hindistandan Çinin ağ gözəli göründü. 



Çin dənizi (top.) – Çinin Ģərqində yerləĢən dənizin adı. 

Yoxsa ki, düĢərəm bu kin izinə, 

Çini tökdürərəm Çin dənizinə (Ġ-281). 

Sürdü gəmisini Çin dənizinə, 

Kim görüb ki, dəniz gəmiyə minə! (Ġ-557). 

Sonuncu misrada Ġskəndər dənizə bənzədilmiĢdir. 



Çin gəlini (an.) – Çin Ģahzadəsi Yağmanazın (bax) ləqəbi.          

BaĢladı sözünü o Çin gəlini

Ġlkin tacidarın öpdü əlini (YG-235). 

Çin gözəli (məc. an) – GünəĢ metaforik Ģəkildə Çin gözəlinə 

bənzədilir. 

Ay kimi gözəlləĢdi qənirsiz Çin gözəli (SX-74). 

Çin gözəli (an.) – Çin Ģahzadəsi Yağmanazın (bax) ləqəbi. 

ġah o xumar gözlü Çin gözəlinə 

Söylədi: “Könlümdən tozu silsənə!”(YG-234). 

Çin gözəli, Ġfritə, Div (mif.) – “Mahanın hekayəsi”ndə Ma-

hanı  öz  kef  məclislərinə  aparan,  onunla  əylənən  bir  gözəl  me-

taforik Ģəkildə Çin gözəlinə bənzədilir. 

Aldı qucağına Çin gözəlini, 

Öpdü gümüĢ rəngli  sərvin əlini (YG-229). 

Lakin çox çəkmir ki, Mahan onun qorxunc və qart bir ifritə 

olduğunu görür. 

 



81 

Timsahı andırır açıq dodağı, 

Basıb qucağına yazıq qonağı... (YG-229). 

Mahanı pəncəsindən buraxmayan ifritə deyir: 

Görməsəm adıma layiq iĢləri, 

Olaram əvvəlki nazənin pəri (YG-230). 

Ġfritə demək istəyir ki, əgər o, Mahanın baĢına min cür oyun, 

fəlakət gətirməsə, qoy o, Mahanın əvvəl gördüyü kimi gözəl pəri 

simasına  mübtəla  olsun.  Ġfritə  üçün  gözəl  kimi  qalmaq  böyük 

əziyyət və eybəcərlikdir. 



Çin  gözəlləri  (məc.  an.)  –  ġirinin  rəfiqələri  metaforik  Ģə-

kildə Çin gözəllərinə bənzədilir. 

Qulluğunda durdu Çin gözəlləri

Sərvtək ayaq üstə, bağlı kəməri (Xġ-83). 



Çin,  HəbəĢ  (qoĢa  məc.  top.)  –  Ağ  kağız  metaforik  Ģəkildə 

Çinə, kağız üzərində yazılan qara xətlər isə HəbəĢə bənzədilir. 

VuruĢur önümdə Çin ilə HəbəĢ

ġaha edəcəyəm onları peĢkəĢ (Ġ-417). 



Çin hökmdarı (an.) – Çin xaqanına iĢarədir. 

ġövkətlə tərpəndi Rum Ģəhriyarı 

Yanınca gedirdi Çin hökmdarı (Ġ-310). 

Çin xaqanı (an.) – Çin dövlətinin xaqanı olan Ģəxsin ləqəbi, 

“Yeddi  gözəl”də obraz adı.  Bəhram  Gurun ölkəsini  zəbt  etmək 

istəyən padĢah. 

Çinin xaqanının qizi Yağmanaz...(YG-74). 

Məğlub eyləməyə bu hökmüranı 

Çindən yola düĢdü Çinin xaqanı (YG-114). 

Çin xaqanı (an.) – “Ġskəndərnamə” əsərində obraz adı. 

Mənəm Çin xaqanı, qoĢun sərvəri, 

Sənin xidmətində öpürəm yeri (Ġ-290). 

Çin xaqanı (məc. an.) – ġirin Çin xaqanını Xosrovun quluna 

bənzədir. 

Qulun yalnız o Çin xaqanı deyil, 

Neçəsi qul olur hökmünə hər il (Xġ-258). 



Çin  xəznədarı  (  məc.  an)  –  GünəĢ  metaforik  Ģəkildə  Çin 

xəznədarina bənzədilmiĢdir. 




82 

Elə ki, bir səhər Çin xəznədarı 

Zər qıfılla örtdü göy qapıları (Xġ-83). 

Çin ipəyi (növ.) – ġair ulduzlu səmanı metaforik Ģəkildə öz 

əlvanlığı  ilə  məĢhur  olan  Çin  ipəyinə,  ulduzları  isə  dürrə,  göv-

hərə bənzətmiĢdir. 

O yeddi fələyə o yeddi ülkər 



Çin ipəklərinə düzmüĢ dürr, gövhər (Ġ-24). 

Yəni Məhəmməd peyğəmbər göyləri ulduzlarla bəzəmiĢdir. 

ġair “ġərəfnamə” əsərini metaforik Ģəkildə Çin ipəyinə 

bənzədir. 

Bu Çin ipəyinin naxıĢ evində 

Maninin fırçası düĢmüĢdür bəndə (Ġ-54). 

Yəni  “ġərəfnamə”  elə  sənətkarlıqla  iĢlənmiĢdir  ki,  məĢhur 

sənətkar Mani bunun qarĢısında heyran qalmıĢdır. 

ġair  GünəĢin  iĢığını  da  metaforik  Ģəkildə  Çin  ipəyinə  bən-

zətmiĢdir. 

Bəzədi göyləri ağ Çin ipəyi

Yer açdı üzündən qara örpəyi (Ġ-557). 

Burada qara örpək – gecənin zülməti mənasında iĢlədilmiĢdir. 

Beytin mənası: GünəĢ çıxdı, Yerin üstündən qaranlıq çəkildi. 



Çin kasası (məc. ktem.) – Qasidin gözləri Çin kasasına bən-

zədilir. 



Çin kasası kimi kirpiyi nəmdi, 

Zənci tükü kimi qaməti xəmdi (Xġ-109). 



Çin qızı (an.) – Altıncı iqlim padĢahı qızının (Çin Ģahzadəsi 

Yağmanazın) ləqəbi. “Yeddi gözəl” poemasında obraz adı. Bax: 

Yağmanaz. 

Çin qızı söylədi: --Ġki növcavan 

BaĢqa bir Ģəhərə oldular rəvan (YG-235). 



Çin  qumaĢı  (növ.)  –  Çin  ölkəsində  hazırlanmıĢ  qumaĢın 

hazırlandığı ölkənin adı ilə adlanması. 

Sərhəng ipəklərin kəsib baĢından, 

Rum parçalarından, Çin qumaĢından 

DöĢədi atının keçdiyi yerə (YG-108). 



83 

Çin naxıĢı (məc. ktem.) – ġair “ġərəfnamə” əsərini Çin na-

xıĢlı bir əsərə bənzədir. 

CoĢdu Çin naxıĢlı Ģeirim, sənətim, 

Gör hara qalxacaq mənim Ģöhrətim! ( Ġ-418). 



Çin nəqqaĢı (məc. an.) – ġapur metaforik Ģəkildə öz əsərləri 

ilə dünyada məĢhur olan Çin nəqqaĢına bənzədilir. 

Çin nəqqaĢını ġirin görərək 

ġirin arzusuna yetmiĢdi birdən  (Xġ-108). 



Çin nəqĢi (məc. ktem.) – ġirin metaforik Ģəkildə Çin nəqĢinə, 

ġirinin otağı isə sandığa bənzədilmiĢdir. 

Çin nəqĢi çıxdı sandıqdan çölə, 

Yola hazırlaĢdı, Ģad, gülə - gülə (Xġ-83). 



Çin  nigarıstanı  (məc.  top.)  –  Çindəki  budda  və  maniəvi  mə-

bədləri. Nigarıstan  – bütxanə  deməkdir, bu sözün kökü nigaĢtən – 

“al-əlvan cizgilərlə” bəzəmək, Ģəkil çəkmək felindən əmələ gəlmiĢ-

dir.  Nigar  –  al-əlvan  cizgilərlə  bəzənmiĢ  deməkdir. ġair  Xəvərnəq 

sarayında yeddi qızın Ģəkli çəkilmiĢ otağı Çin nigarıstanına bənzədir. 

Nə çəkmiĢ divarda, gör ki, ustanı, 

Çinin o yüz gözəl nigarıstanı (YG-74). 

Çin  papağı  (növ.)  –  Bəhram  Gurun  taxta  çıxandan  sonra 

geydiyi  papaq  növü.  Papağın  istehsal  olunduğu  yerin  və  ya  o 

yerdə tikilən papaqların formasının adı. 

BaĢda Çin papağı, tərlan döĢütək 

Rumi paltar verdi əyninə bəzək (YG-96). 

Çin poladı (növ.) – ġair Ġskəndərin geyimini təsvir edərkən, 

onun dəbilqəsinin Çin poladından olmasına iĢarə edir.                    

BaĢında dəbilqə Çin poladından

Gövhərlər ondakı gövhərə heyran (Ġ-93). 



Çin,  Rum  (qoĢa  top.)  –  Adları  xatırlanmaqla  bu  ölkələrin 

Körpə Arslana (bax) tabe olması qeyd olunur. 



Çin və Rum Ģahları ona verdi bac (YG-307). 

Çin,  Rum,  Qədrxan,  Qeysər  (qrup.  on)  –  “Çindən  Ruma 

qədər” dedikdə, bu dövlətlər arasında olan bütün ölkələrin Xos-

rova  tabe  olmasına  iĢarə  olunur.  Eyni  zamanda  Qədrxan  (bax) 

Xosrovun qulu, Qeysər isə onun qulamına bənzədilir. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə