Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə35/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   31   32   33   34   35   36   37   38   ...   138

105 

Əcəm  çahı  (məc. an.) – Atabəy Əbu Cəfər Məhəmməd El-

dəgiz nəzərdə tutulur . 

Ərəb səmasında biri qəmərdir, 

Biri Əcəm Ģahı – bir tacivərdir (Xġ-36). 

Burada  Məhəmməd  peyğəmbər  və  ġəmsəddin  Atabəy  Mə-

həmmədin  adları  qarĢılaĢdırılır.  AĢağıdakı  beytdə  isə  göstərilir 

ki, Ģir ilə guru bir oxla öldürən Bəhram Ģahı ərəblər “Əcəm Ģahı” 

adlandırırlar. 

Hünərli vuruĢu görən ərəblər: 

Əcəm Ģahı, sənə əhsən – dedılər (YG-69). 

Əcinnə (mif.) – “Cin”in(bax) cəmi. 

Ondan əvvəl pəriydi, əcinnəydi həyatda (SX-69). 

Dini  rəvayətlərə  görə,  Adəmdən  əvvəl  pəri,  cin  və  mələklər 

yarandığı  üçün  Adəm  pərilərin  axırıncı  uĢağı  hesab  olunur.  Bu 

misranın  məzmunu  “Quran”ın  “Əl-hicr”(15)  surəsinin  27-ci  ayə-

sindən alınmıĢdır: “Cinləri biz əvvəl səmum atəĢindən xəlq etdik”. 



Ədən  (məc.  top.)  –  Böyük  bir  vilayətin  adıdır.  Ədən 

körfəzinin  sahilində,  Ərəbistan  yarımadasının  cənub-qərbində, 

Hind  okeanının  Qırmızı  dənizə  keçən  yerində  yerləĢmiĢdir. 

Ədən körfəzi  öz dürləri ilə məĢhurdur. Ərəb sözü olan “Ədən” 

Cənnət kimi gözəl yer deməkdir. 

Nələr danıĢıram, bax ey, könül, mən, 

Suyum buluddandır, dürrüm Ədəndən (YG-32). 

ġair özünü və yazdıqları əsərləri Ədən dürrünə bənzədir. 

Çin Ģahı səhərə nəfəs verərkən 

Ulduzu günəĢə dəyiĢdi Ədən (Ġ-141). 

Yəni  səhər  açılıb  GünəĢ  çıxınca  Ədən  dənizinə  bənzəyən 

göy ulduzlarını verib, onun əvəzinə, GünəĢi aldı. Yaxud Çin Ģa-

hı  –  GünəĢ  qaranlığı  qovduqca  Ədən  dənizində  əks  olunan  ul-

duzlar GünəĢlə əvəz olundu. 

Belə bir vaxtda Ġskəndər və Dara qoĢunları üz-üzə dayandı. 

Əflatun (an.) – “  Ġskəndərnamə” əsərində obraz adı.  Ġskən-

dərin  səkkiz  yaĢı  olanda  Əflatun  ölsə  də,  Ģair  öz  məqsədindən 

asılı  olaraq  onu  Ġskəndərin  sarayında  yaĢayan  alimlərdən  biri 

kimi təsvir etmiĢdir. 




106 

Ərəstu qədəhə, Əflatun cama 

Təzə mey tökürdü qan dam- dama (Ġ-103). 

Əflatun (və ya Platon; e.ə. 428-348) məĢhur yunan filosofu, 

antik dünyada idealizmin banisi, Sokratın Ģagirdi olmuĢdur. Dia-

lektikaya dair bir sıra fəlsəfi əsərləri ilə  yanaĢı, “Dövlət”, “Qa-

nunlar” adlı kitabları da vardır. Əflatun bu kitablarda “aristokrat 

sosializmi” ideyalarını inkiĢaf etdirir və mülkiyyət ümumiliyinin 

hakim aristokrat sinfi üçün olduğunu təbliğ edir. 

Əfrasiyab (məc. an.) – Əfsanəvi bir Ģəxsiyyətdir. Ġranlıların 

qədim  tarixinə  görə,  Firidunun  üç  oğlundan  biri  olan  Turun 

nəvəsidir.  Həmin  Turun  adı  ilə  bağlı  olan  Turanın  ən  böyük 

hökmdarlarından sayılır. Bir zamanlar Ġranı zəbt edərək on iki il 

orada  hakimiyyət  sürmüĢdür.  Sonralar  iranlıların  üsyanı  nəti-

cəsində  bu  ölkədən  çıxarılmıĢdır.  Firdovsinin  “ġahnamə”sində 

Keykavusun oğlu  SəyavuĢ  Ġrandan Turana qaçaraq Əfrasiyabın 

yanına  getmiĢdir.  Əfrasiyab  SəyavuĢa  öz  qızı  Firəngizi  vermiĢ 

və  ondan  Keyxosrov  dünyaya  gəlmiĢ,  nəhayət,  Əfrasiyab  onun 

əlində ölmüĢdür. Orta əsr ġərq ədəbiyyatında Əfrasiyab qüdrətli 

hökmdar rəmzi kimi iĢlədilmiĢdir. 

O, Keyxosrov, bizsə Əfrasiyabıq (Xġ-119). 

Burada  Məhin  Banu  Xosrovu  Keyxosrova,  öz  nəslini  və 

özünü isə Əfrasiyaba bənzətmiĢdir. 

ġair ġirvanĢah Axsitanı da metaforik Ģəkildə Əfrasiyaba bən-

zətmiĢdir. 

DüĢmən qarĢısında Əfrasiyabdır

Təkbətək döyüĢdə günəĢə babdır (LM-54). 

Mirzə  Bala  Məmmədzadə  Əfrasiyab  haqqında  göstərir  ki, 

Mahmud  KaĢğariyə  görə,  türklərin  böyük  hökmdarı  olub  iran-

lılar  tərəfindən  Əfrasiyab  adı  verilən  qəhrəmanın  əsl  adı  Tuna 

Alp  Ər  (Tunqa  Alp  Ər)  idi.  Türk  dastanlarında  Tunqa  Alp  Ər, 

Ġran  dastanlarında  Əfrasiyab  adı  ilə  tanınan  qəhrəmanı  böyük 

Saka dövlətinin ən Ģövkətli dövrünü və süqut çağını yaĢayan bö-

yük qəhrəman kimi qəbul edirik. Bu dastanın türk rəvayətlərində 

Tunqa Alp adı ilə türk hökmdar sülalələrinin böyük atası, onun 

qohum-əqrəba və övladı, onun kultu nəzərə çatdırılır. Ġran rəva-



107 

yətlərində də Əfrasiyabın iranlılarla olan macəraları, Ġran hökm-

darı Keyxosrov (Midiya hökmdarı Kiyeksares) tərəfindən yenil-

dikdən sonra, onun tərəfindən də TyanĢanda KoqkarbaĢı və Ku-

məklər ölkəsinə, yəni Altaya qədər təqib edilməsi, nəhayət, Key-

xosrovun  əlinə  keçərək  miladdan  öncə  625-ci  ildə  öldürülməsi 

və  özündən  sonrakı  oğullarının  dövrü  təsvir  edilir  (“Azərbay-

can” jur. №10. 1989. səh.128). 



Əfrasiyab  mülkü  (məc.  top.)  –  ġair  “Əfrasiyab  mülkü” 

dedikdə Ġranı nəzərdə tutmuĢdur.  



Əfrasiyab mülkünün varisi erkən 

BaĢını günəĢtək ucaltdı Çindən (Ġ-282). 

Burada  Ərasiyab  mülkünün  varisi  Ġskəndərdir.  Əfrasiyab 

mülkü  ifadəsi  –  bir  zaman  Əfrasiyabın  Ġranı  zəbt  edərək  ona 

hakim olmasına iĢarədir. 

Əfrəncə (top.) – Ərəbcə “firəng, avropalı” deməkdir. Misir-

də bir Ģəhərin adıdır. 

Qarətə gedəcək o zəngin diyar

Misir, Rum, Əfrəncə olar tarimar (Ġ-74). 



Əfrəncə  dənizi  (top.)  –  Misirin  ətrafında  bu  adda  dəniz 

yoxdur. Ola bilsin ki, Əfrəncə Avropa dənizlərindən birinin qə-

dim  adıdır.  Yaxud  da  Xəzər  dənizi  onun  sahilində  yerləĢən  Ģə-

hərlərin  adı  ilə  Dərbənd  dənizi,  Mazandaran  dənizi  və  s.  ad-

landığı kimi Əfrənc Ģəhərinin yerləĢdiyi sahədə olan dəniz də bu 

Ģəhərin adı ilə adlansın. 



Əfrəncə dənizi, Nil sahilləri 

Köç təbli səsindən oldu sərsəri (Ġ-98). 

ġair burada Əfrəncə dənizi və Nil sahillərini metaforik Ģəkil-

də Ġskəndər ordusunun köç təbilinin səsindən sərsəri olan insana 

bənzətmiĢdir. 

Əhli-Xorasan, Bağdad (xat. məc. an.) – Əhli-Xorasan dedikdə 

Xorasan hakimləri, Bağdad dedikdə isə Abbasilər nəzərdə tutulur. 

Hamıya məlumdur, əhli-Xorasan 

Bağdadda fənd ilə yaĢayır asan (Ġ-452). 

Abbasilər  dövründə  VIII  əsrdə  Xorasan  hakimlərinin  (Əbu 

Müslüm Xorasaninin, Bəni-Tahir dövlətinin banisi Tahirin və s.) 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə