Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə38/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   34   35   36   37   38   39   40   41   ...   138

114 

məlumat verilməsə də, məlum olur ki, Ģairin dövründə bu gənclərin 

adları ilə əlaqədar olan müəyyən rəvayət də mövcud imiĢ. Məcnun 

Zeydi məzəmmət edəndə bu əfsanəyə iĢarə olunur. 

Uzun danıĢanın pis olur səsi

DanıĢma Zeyd ilə Əmr əfsanəsi (LM-236). 



Əmr-As  (məc.  an.)  –  Əmr  ibn  As  böyük  xəlifələr  dövründə 

dördüncü xəlifə Əlinin əleyhinə olub, Müaviyəni xəlifəliyə layiq 

bilən hiyləgər diplomat olmuĢdur. O, Əlinin  on iki minlik qoĢunu 

ilə  vuruĢan  Müaviyəyə  kömək  edərək,  Əlinin  dinc  yolla  məğlub 

edilməsini  təĢkil  etmiĢdi.  Yəqin  ki,  Azərbaycan  dilində  “asi 

olmaq” ifadəsindəki “asi” bu “As” xüsusi adından yaranmıĢdır. 

ġair Məcnun ilə Leylini görüĢdürən və onların  yanında otu-

ran Zeydi Əmr-Asa bənzətsə də, ondan fərqləndirir. 

Zeyd məhrəm kiĢiydi, həm də mehriban

Əmr-As olmağı atıb ortadan, 

Qapının ağzında o da halqatək, 

Haman vəhĢilərlə əyləĢmiĢdi tək (LM-252). 

Əmrə  (ap.)  –  “Fərhadın  dağ  çaparaq  ağlaması”  hissəsində 

Fərhadın  dilindən  deyilən  bu  beytdə  “Həcc”  (bax)  ġirinin  Fər-

hadın görüĢünə gəlməsinə iĢarədir. “Əmrə” sözü isə xüsusi yox, 

ümumi sözdür və “əmr” deməkdir, ġirinin Fərhada arx çəkmək 

haqqında verdiyi əmrə iĢarədir. 

Ey ayım, gəlmirəm mən xatirinə 



Həccdən, Əmrədən sonra da yenə (Xġ-197). 

Əndülüs  (top.)  –  Ġspaniyanın  cənubunda  böyük  bir  yerdir. 

Ərəblər VIII əsrdə Ġspaniya və Portəgizi fəth edərkən, bütün bu 

yerləri  Əndülüs  adlandırmıĢlar.  AĢağıdakı  beytdə  isə  söhbət  Ġs-

kəndərdən gedir. 

Çəkdi Əfrəncəyə qoĢunu ordan, 

Sonra Əndülüsə oldu o rəvan (Ġ-528). 



Ənqa  (məc.  mif.)  –  ġair  Əflatunu  əfsanəvi  Ənqa  quĢuna 

bənzədir.  Ənqa  isə  ərəb  sözüdür  və  Qaf  dağında  yaĢayan  əf-

sanəvi bir quĢdur. 

Əflatun onlardan üz döndərərək 

Yox oldu saraydan Ənqa quĢutək (Ġ-467). 



115 

ƏrdəĢir  Babəkan (an.)  – Sasanın  oğlu  və Sasanilər sülalə-

sinin  müəssisi  (226-240)  sayılır.  “ƏrdəĢir”  sözü  qədim  türk 

dillərində iĢlənən “ər” və “Ģir” sözlərindən düzəlmiĢ, qüvvətli və 

Ģücaətli Ģir deməkdir. 



ƏrdəĢir Babəkan adlı Ģah vardı, 

Müdrik adamlara o Ģəhriyardı (Xġ-350). 



Ərəb (top.) – Ərəbistan nəzərdə tutulur. 

Ġstədi büsatı Ġranda qursun, 



Ərəb də bu yolda ona baĢ vursun (Ġ-199). 

Yəni  Ģahlığını  Ġranda  etsin,  eyni  zamanda  Ərəbistan  da  ona 

tabe olsun. 

Ərəb ( məc. et.) – Ərəb xalqının adı. 

Tərazlıtək gözəldin, saçın həbəĢ saçıydı, 

Hüsnün türkə, ərəbə bir elin xəracıydı (SX-88). 

Yəni  sənin  həbəĢlər  kimi  qara  saçının  ölkəsindən  tutmuĢ 

tərazlılar  kimi  ağ  üzünün  üstündəki  qara  saqqal  və  bığa  türklər 

kimi ağ, ərəblər kimi qara tüklər basqın ediblər. 

Bu  beytdən  belə  məlum  olur  ki,  Ģair  30  yaĢlarında  ikən 

saçına və saqqalına dən düĢüb, çallaĢmağa baĢlayıb. 



Ərəb  atları  (zo.)  –  Ərəbistanda  yetiĢdirilən  xüsusi  at  cin-

sinin ümumi adı. ġair Ərəb atlarını tovuz quĢuna bənzədir. 

YüklənmiĢ fillərdi – qaya gövdəli, 

Cins ərəb atları – tovuz cilvəli (Ġ-96). 



Ərəbi (zo.) – Bax: Ərəb atları. 

Atlardan “ərəbi”, “bəxti”, “təkavər”... (LM-151). 



Ərəstu  (an.)  –  Rəstu,  Aristotel  də  adlandırılan  Ərəstu 

(e.ə.384-322)  qədim  dünyanın  ən  böyük  filosofu,  Marksin  xa-

rakteristikasına görə, “Antik dünyanın  Hegelidir”. Bir zamanlar 

Ġskəndərin  tərbiyəçisi  olmuĢdur.  Ölümünə  az  qalmıĢ  allahsız-

lıqda ittiham  edildiyindən Evbeya  adasına qaçmağa məcbur ol-

muĢ, orada da ölmüĢdür. Ərəstu əsrinin bütün elmlərini sistem-

ləĢdirmiĢdir. Fəlsəfədə ən çox xidməti məntiq sahəsində olmuĢ-

dur.  Engelsin  fikrincə,  Ərəstu  dialektik  təfəkkürün  bir  sıra  mü-

hüm  formalarını  tədqiq  etmiĢdir.  Təsadüfi  deyildir  ki,  Nizami 

“Ġskəndərnamə” əsərində onun obrazını yaratmıĢdı: 




116 

Ərəstu vəzirdi uca dərgaha 

Hər yaxĢı – yamanda mərhəmdi Ģaha (Ġ-71). 

Ərjəng” (id.) – Bu əsər haqında müxtəlif fikirlər mövcud-

dur. Guya məĢhur rəssam Mani (bax) tərəfindən gözəl rəsmlərlə 

bəzədilmiĢ bir kitabdır. Bu kitabda o qədər gözəl Ģəkillər varmıĢ 

ki,  Mani  onun  Allah  tərəfindən  göydən  göndərildiyinə  xalqı 

inandırmıĢdı.  Bir  rəvayətə  görə,  guya  Maninin  rəsmləri,  incə-

sənət  əsərləri  toplanan  qalereyadır.  Belə  bir  fikir  də  vardır  ki, 

guya  vaxtilə  Çində  mövcud  olmuĢ  bir  bütxananın  adıdır.  LuĢa, 

yaxud  TəngluĢa  adlı  bir  Rum  aliminin  Maninin  həmin  kitabı 

müqabilində hazırlamıĢ olduğu rəsmlər kitabıdır.  Lakin  Nizami 

isə həmin kitabın adını müəllifin adı ilə yanaĢı iĢlətmiĢdir. 

Qələmə mən naxıĢ çəkən zamanda 

Mani “Ərjəng”ini pozar bir anda (Xġ-68). 

Burada ġapur özünü Mani ilə müqayisə edir. 

Nizami  Rum  və  Çin  nəqqaĢlarının  yarıĢ  zamanı  çəkdikləri 

rəsmləri metaforik Ģəkildə “Ərjəng”ə bənzədir. 

Hər iki “Ərjəng”in birdi peykəri, 

Vurduğu naxıĢı, rəngi, zivəri (Ġ-299). 

Ərk  (top.)  –  Rusların  tərəfində  Ġskəndərə  qarĢı  vuruĢan  vi-

layətlərdən birinin adı. Ərk vulayəti Təbrizin mərkəzində  yerlə-

Ģən məĢhur Ərk qalası ilə eyni adlara malikdir. 

Alan, Ərk rusları edərək axın 

Yağmurtək ölkəyə etmiĢdir basqın (Ġ-312). 

Ərmən  (top.) – Bax: Ermənistan. Ġran padĢahı birinci Dari-

yuĢ Bisütun, Təxti-CəmĢid və NəqĢi-Rüstəmdə Ermənistan adını 

Ərmina  Ģəklində  yazdıraraq  onu  dövlətinin  bir  hissəsi  kimi 

qələmə vermiĢdir. 

Verib dünya mülkünü öz xalqının əlinə, 

Həm Ərmənə hakimdir, həm də ki Rum elinə (SX-41). 

Burada söhbət Ərzincan hakimi Bəhram Ģahdan gedır. Çünki 

Ermənistan, Rum – Bizans və Abxaziyanın bir hissəsi XII əsrdə 

Bəhram Ģahın hökmranlıq etdiyi Ərzincan vilayətinə tabe idi. 

Ərmən dağları (top.) – Kiçik Qafqaz dağlarına iĢarədir. 

 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə