Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə46/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   42   43   44   45   46   47   48   49   ...   138

138 

Giv  (məc.  an.)  –  Qədim  Ġran  eposu  və  Firdovsinin  “ġah-

namə”sinin qəhrəmanlarından biridir. Bəhram Gurun bəzi əmir-

ləri özlərini Givə bənzədirlər. 

Biri “Rüstəm mənəm” söyləyib durur

Qalxıb bir baĢqası Givdən dəm vurur  (YG-120). 

Gövhərmülk  (an.)  –  “Xosrov  və  ġirin”  poemasında  obraz 

adı.  Gövhər  (farsca  inci,  cavahir,  daĢ-qaĢ  deməkdir)  və  mülk 

(ərəbcə  səltənət,  dövlət,  hökumət,  ölkə,  mülkiyyət  və  s.  kimi 

mənaları vardır) sözlərindən düzəlmiĢdir. 



Gövhərmülk söylədi: “Bir neçə zaman... (Xġ-130). 

Göy (məc. ap.) – ġair Atabəy Nüsrətəddini göyə bənzədir. 

Göylər ülviyyətdən düĢməz heç zaman, 

Sən də göylər kimi uca olasan (Ġ-429). 

Göy qızları (məc. kos.) – NəĢ qızları(Bax: BənatünnəĢ) ad-

lanan ulduzlar toplusudur. Ulduzlar qızlara bənzədilmiĢdir. 

Rəhimini sardı o dörd qarının, 

Qurtardı heyzindən göy qızlarının (Xġ-357). 

Birinci  misradakı  dörd  qarı  dörd  ünsürə  -  su,  od,torpaq, 

küləyə iĢarədir. 

Beytin  mənası:  Peyğəmbər  dörd  ünsürdən  üz  döndərib,  NəĢ 

qızlarını da keçdi. 



Göyərçin, ġahin (məc. ap. zo.) – ġair metaforik Ģəkildə ġi-

rini və onun rəfiqələrini göyərçinə, Xosrovu isə Ģahinə bənzədir. 



Göyərçin hədsizdi, Ģahin bir nəfər (Xġ-133). 

Göy  öküzü  (məc.  kos.)  –  Sur  bürcü  metaforik  Ģəkildə  göy 

öküzünə  bənzədilmiĢdir.  “Göy  öküzü”  ifadəsi  əsasən  dini 

rəvayətlərə görə, Yer kürəsini arxasında saxlayan əfsanəvi öküzə 

qarĢı iĢlədilir. Göy öküzü eyni zamanda Pərvin bürcü də adlanır. 

  Torpağın öküzündən dür qapdı göy öküzü... (SX-30). 

“Sur”  ərəbcə  öküz,  buğa  deməkdir.  Astrologiya  elmində 

Öküz bürcünün adıdır. On iki bürcün ikincisidir. 

Göylərin  Harunu (məc. kos.) – ġair metaforik Ģəkildə Zühəl 

ulduzunu Musa peyğəmbərin qardaĢı Haruna(bax) bənzətmiĢdir. 



Göylərin Harunu keĢik çəkərək, 

Belinə asmıĢdı saysız qızıl zəng (Ġ-79). 




139 

Göy Harunu və ya hindusu – gecə qarovulçusu hesab edilən 

Zühəl ulduzudur ki, yeddinci fələkdə olur. Dinlər tarixinə görə, 

yəhudilərin peyğəmbəri Musa, qardaĢı Haruna qarovulçuluq və-

zifəsi  tapĢırmıĢdı.  Qarovulçu  mənasında  iĢlənən  Harun  sözü 

buradan alınmıĢdır. 



Gurxan  (an.)  –  ġərqi  Türküstanda  yaĢamıĢ  türklərin  xaqa-

nının  ləqəbi  olmuĢdur.  Bəhram  Gur  onlarla  apardığı  vuruĢma-

larda qalib gəldiyi üçün Gurxan ləqəbini də özünə götürmüĢdü. 

Gurxan hey çapırdı, guru qovurdu, 

Çapan Bəhram idi, qaçan da gurdu (YG-71). 

Nizami “Gurxan” adının Ģairanə etimologiyasını izah edərək 

demək istəyir ki, Bəhram Gur Gurxan yox, gurların xanı idi. 

Qədim  türk  ad  sistemi  ilə  əlaqədar  olaraq  belə  bir  maraqlı 

ənənə də var idi: Ġki rəqib(aĢıq, pəhləvan, hökmdar, döyüĢçü və 

s.) deyiĢmə,  güləĢmə və  ya vuruĢ zamanı qalib  gələrdisə, qalib 

Ģəxs  rəqibini  tamamilə  məhv  etmək  üçün  onun  adını  da  qəbul 

edərdi.  Bəhram  Gur  da,  Ģairin  təsvirinə  görə,  məhz  bu  yolla 

getmiĢ  və  qalib  gəldiyi  hökmdarin  ləqəbini  (həmin  hökmdarin 

Ģöhrətləndiyi fəxri adını) da özünə götürmüĢdü. 

Gülgün (zo.) – ġirinin atının adı. Farsca gül rəngli, qızılgül 

rəngində olan, al deməkdir. ġirin ġəbdizi Xosrova bağıĢladıqdan 

sonra məhz bu atı minərdi. 

Gülgünü verərəm ona gedirkən, 

ġəbdizlə bir döldür dediyim köhlən. 

Büdürək olsa da, ġəbdizə ancaq 

YeriĢdə, qaçıĢda Gülgün çatacaq (Xġ-107). 



Gün  (məc.  kos.)  –  “GünəĢ”  adının  qısaldılmıĢ  forması.  

Məhəmməd peyğəmbər Günə bənzədilir. 

Gövhəriylə dürr səpir, inci səpir Gün düzə (SX-33). 

Burada gövhər – təbiət, cövhər – zat deməkdir. GünəĢ plane-

ti düzə - Yer planetinə, Məhəmməd peyğəmbərin GünəĢdən iĢıq-

lı təbiətinin cövhəri isə GünəĢə ləl – nur verir. 

Gün və Ay Məhəmməd peyğəmbərin tacına bənzədilir. 

Hökmranlıq fərmanı gələn gündən adına, 

Göylər tac düzəltdirib Aydan, Gündən adına (SX-101). 



140 

GünəĢ  (kos.)  –  GünəĢ  planeti.  Qədim  türk  xalqları  GünəĢi 

Allah  sanmıĢ  və  ona  inanmıĢlar.  Mirzə  Bala  “Azərbaycan  tari-

xində  türk  Albaniya”  adlı  əsərində  V.Bartolddan  sitat  gətirərək 

yazır: “Çin qaynaqlarından ən əski türklərin və sonralar moğul-

ların doğan GünəĢə tapındıqları aydın Ģəkildə anlaĢılır. Çadır qa-

pılarının ġərqə doğru olması da eyni səbəblərdən doğur” (“Azər-

baycan”, № 10,1989. səh.119). 

Ə.Əliyev  “Tarixin  dərin  qatlarına  doğru”  adlı  məqaləsində 

yazır:  “...Bu  məlumat  Herodotun  “Tarix”ində  belədir:  “(Mas-

saketlər) tarım yapmazlar, ət ilə Aras nəhrində bol bulunan balıq 

yerlər, süd içərlər. Tanrıları tək tanrı GünəĢdir və ona at qurban 

edərlər. Bunun anlamı, tanrıların ən hızlısı (sürətlisi – Ə.Ə.) olan 

GünəĢə ən hızlı heyvanı təqdim etməkdir” (“Azərbaycan”, № 10, 

1989. səh. 130). 

Gecə yuyub gözünü haçan danar GünəĢi

Səhər gözə gur iĢıq saçan sanar GünəĢi (SX-130). 



GünəĢ  (məc.  kos.)  –  GünəĢ  metaforik  Ģəkildə  insana  bən-

zədilir. 



GünəĢ ağ qəba geydi, ay isə qara cübbə

Yarandı mavi göydə dümağ, qapqara cübbə (SX-22). 

Gündüzün  ağ  və  gecənin  qara  ipəyindən  GünəĢə  qəba  və 

Aya cübbə tikdi, yəni Allah gecə və gündüzü yaratdı. 

Gözəllik rəmzi olan Yusif GünəĢə bənzədilir. 

GünəĢ camallı Yusif dol içində oturdu (SX-39). 

Metaforik  Ģəkildə  göstərilir  ki,  GünəĢ  və  Ayı  da  hərəkətə 

gətirən Məhəmməd peyğəmbərdir. 

Gündüzün al günəĢi, gecənin nurlu ayı 

Peyk olmasa yolunda, dolanmaz ki, havayı (SX-36). 

GünəĢ  və  Ay  Məhəmməd  peyğəmbərin  minəcəyi  ata  bən-

zədilir. 

Ay, GünəĢ köhlən olub, alsın səni belinə

Durma ərəb mülkündə, yetiĢ əcəm elinə (SX-37). 

Nizami özünü GünəĢə bənzədir. 

SığıĢmazsan qaranlıq, dar zindana, Nizami! 



GünəĢ kimi iĢıq saç bu cahana, Nizami! (SX-100). 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə