162
Belə adlar poetik onomastikada “danıĢan”(yəni adlandırma
xüsusiyyətlərindən baĢqa, Ģəxsin özü haqqında əlavə məlumat
verən) adlar hesab edilir. Doğrudan da, əsərdə Xeyir və ġər
ancaq adlarına uyğun hərəkət edirlər. Obrazların bu cür adlan-
dırılması isə qədim türk ad sistemi ilə əlaqədardır.
ġairin ilk əsəri olan “Sirlər xəzinəsi” əsərində də Xeyir və
ġərlə əlaqədar olan fikirlərə rast gəlirik.
Xeyirlə Ģər izləyir hər bəĢəri əzəldən,
Xeyir xeyri tapandır, Ģər də Ģəri əzəldən (SX-103).
Xəlifə lüqməsi (fit.) – Dadlı və rahat həzm olunan xirniyə
bənzər meyvə adı (YG-343).
“Xəlifə lüqməsi” xəlvətə saldı,
Canan dodağından üç öpüĢ aldı (YG-219).
Xəlifəyi-Ģam (məc. kos.) – ġair Ay planetini metaforik
Ģəkildə Xəlifə Ģamına, səmanı isə onun paltarına bənzədir.
YaĢıl geydiyiçin xəlifəyi-Ģam
Geyinsin söylədi qırmızı, Bəhram (YG-27).
Xəlil (xat. ag.) – Bax: Ġbrahim. “Xəlil” ərəbcə dost, yaxın yol-
daĢ, sevgili deməkdir. “Xəlilullah” Ġbrahim peyğəmbərin epitetidir.
Dini ədəbiyyatda onun adı həm də “Ġbrahimxəlil” və sadəcə olaraq
“Xəlil” kimi də xatırlanır. Dini rəvayətə görə, Ġbrahimxəlil pey-
ğəmbər öz atasının dinini, yəni bütpərəstliyi atmıĢ, bütxanəyə gedib
bütləri qırmıĢdır. Burada Xəlil – Ġbrahimxəlil peyğəmbərə iĢarə
olmaqdan əlavə, eyni zamanda, dost mənasını verir. Ġbrahimxəlil
əvvəl bütpərəst ikən biganə idi, Allahı tanımırdı, sonra Allahı tanıdı,
bütləri qırdı, biganəlikdən çıxıb dost oldu.
Gah Xəlil alırsan bütxanələrdən,
Gah dost yaradırsan biganələrdən (Ġ-17).
Xəlil, Məsih (qoĢa məc. ag.) – Xəlil – Ġbrahim(bax) pey-
ğəmbər, Məsih(bax) isə Ġsa peyğəmbərdir. ġair eyni vaxtda Mə-
həmməd peyğəmbəri Xəlil və Məsihlə müqayisə edir.
Xəlil – qoĢununun bir əskəridir,
Məsih karvanının bir rəhbəridir (Xġ-30).
163
Burada Ġbrahimxəlil Məhəmməd peyğəmbərin qoĢununun
əskərinə, Məsih isə onun karvanının rəhbərinə(sarvana) bənzə-
dilir.
Xəllux (top.) – Türküstanda vaxtı ilə qənirsiz gözəllərilə
məĢhur bir Ģəhər olmuĢdur.
Onu oxuyanda ürək Ģadlansın,
MüĢk səpildiyi yer Xəllux adlansın (Xġ-21).
Yəni “Xosrov və ġirin” əsərini oxuyanda qoy ürəklər Ģad-
lansin. MüĢk kimi qoxuyan həmin əsərin oxunduğu yer isə qə-
nirsiz gözəlləri ilə Ģöhrətlənən Xəllux adlansın.
Xəllux bütləri (məc. ap.) – Xəllux gözəlləri deməkdir. ġair
ġirini Xəllux bütlərinin GünəĢinə bənzədir.
Xəllux bütlərinin bütləri dildar
Yeri öpüb dedi: - Sən ey hökmdar! (Xġ-265).
Xəllux əhli, HəbəĢ (qoĢa məc. et.) – ġair Türkütazı(bax)
Xəllux əhlinə, Türkünazı(bax) isə həbəĢə(HəbəĢistanda yaĢayan-
lara) bənzədir. ġərq ədəbiyyatında həbəĢ qaranlıq və çirkinlik
rəmzi olubdur(YG-338).
Nazını çəkərəm, naz çəkmək peĢəm,
Sən Xəllux əhlisən, mənsə HəbəĢəm (YG-159).
Xərçəng (kos.) – Xərçəng bürcü. Bu bürcü Sərətan da ad-
landırırlar. Bu bürcdə yerləĢən 13 ulduzun ümumi görünüĢü taca
bənzəyir.
Bu səfərdə göylərdən töhfə aldı, bac aldı,
Cövzadan kəmər aldı, Xərçəngdənsə tac aldı (SX-30).
Burada söhbət Məhəmməd peyğəmbərdən gedir. AĢağıdakı
beytdə isə Ģair Xərçəng bürcünün adını onun apelyativ mənası
ilə qarĢılaĢdırır.
Qayçı dırnağını uzadıb Xərçəng,
VəhĢi dırnağını tuturdu, gerçək (LM-184).
Xərxiz (top.) – Orta Asiyada əla növlü müĢk istehsal olunan bir
Ģəhərdir. Burada əla mallar da toxunur ki, həmin mallara da “Xər-
xiz” deyirlər. “Xərxiz” indiki “qırğız” sözünün arxaik formasıdır.
Xərxiz ilə Çaçdan, böyük KaĢğardan
Çağırdı hesabsız igid pəhləvan (Ġ-274).
164
Xəstə Fərhad (an.) – Antroponimik birləĢmənin birinci kom-
ponenti Fərhadın(bax) ləqəbi, ikinci komponenti isə əsl addır.
Gecə sübhə kimi edirdi fəryad,
Gündüz daĢ çapırdı zavallı Fərhad...
“Xəstə Fərhad”adı gəzdi dünyanı,
Dillərdə dolaĢdı onun dastanı (Xġ-203).
Xəta (məc. top.) – Çində vilayət adıdır. Bəzən bu ad altında
Çinin özü də nəzərdə tutulur. Rus dilində Çin adının “Kitay”
kimi səslənməsi də məhz bununla əlaqədardır. Kitay adı “Xə-
ta”nın fonetik cəhətcə dəyiĢdirilmiĢ formasıdır.
Onun gətirdiyi qul yox, pəridir,
Xətanın, Xəlluxun gözəlləridir (YG-166).
ġair Çindən gələn sövdəgərin satdığı kənizləri öz gözəlləri
ilə məĢhur olan Xəta və Xəllux gözəllərinə bənzədir.
Xəta türkləri (et.) – Xəta ölkəsində yaĢayan türk xalqları
nəzərdə tutulur.
Dünyanın Ģahına verdilər xəbər,
Çin, Xəta türkləri hərbə gəldilər (Ġ-276).
Xətayi (növ.) – Vaxtilə Xətay(Kitay, Çin) zərxara geyimləri
ən gözəl və qiymətli geyimlər sayılırdı. Demək, Ģair “Xətayi”
dedikdə Körpə Arslan Ģahın(bax) Çin zərxaralarından olan pal-
tarlarına iĢarə edir.
Göy sənin qapında bir quldur, əhsən,
Xətayi geyinib, xəta örtənsən (YG-319).
ġair xətapuĢ(xətaları, nöqsanları ört-basdır edən) və Xətayi-
puĢ(qiymətli Kitay libasları geyən) sözlərinin omonimiyasından
mahiranə istifadə edib gözəl cinas düzəltmiĢdir (YG-353).
Xətib (məc. an.) – Ərəb sözüdür, məsciddə xütbə oxuyan
deməkdir. Hökmdarların katiblərinə də Xətib deyilir.
AtəĢpərəst önündə xaça dönmək yaraĢmaz,
Xətib kimi qılıncla öyünməkdən kar aĢmaz (SX-132).
Xətib kimi qılıncla atəĢpərəstlərin önündə belini səlib kimi
büküb təslim olma. Öz iti dilinə güvənib xətiblik rütbəsini istə-
mə(SX-189).
Dostları ilə paylaş: |