Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə51/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   47   48   49   50   51   52   53   54   ...   138

153 

Əldə Hind qılıncı gəldim “Hind” deyə, 

SərxoĢ fil ətindən kabab yeməyə (Ġ-261). 

Hind poladı (növ. ) – Hindistanda istehsal olunan polad növü. 

Saysız Hind poladı, bağlanmıĢ yüklər, 

Xalvarla tökülmüĢ ud ilə ənbər (Ġ-226). 

Hind Ģahı (an.) – Hindistan Ģahının əsl adını əvəz edən ləqə-

bi. Furəkin atası. 



Hind Ģahının qızı sevimli Furək (YG-74). 

AĢağıdakı  beytə  isə  Hind  Ģahı  dedikdə,  Ģair  Keydi  nəzərdə 

tutmuĢdur. 

Hind Ģahı gördü ki, ağlı, anlağı, 

Möhkəmdir, büdrəyən deyil ayağı (Ġ-263). 



Hindi (an.) – Ġskəndərin Reydən olan pəhləvanının əsl adı. 

Dəvalı Abxazdan, Hindi də Reydən... (Ġ-323). 



Hindistan  (top.)  –  Asiyada  dövlət.  Hind  okeanı  hövzəsində 

yerləĢir.  Paytaxtı  Dehli  Ģəhəridir.  Ölkənin  ərazisindən  keçən 

Hind  çayının  adını  daĢıyır  (19-264).  Amma  bizə  elə  gəlir  ki, 

Hind  çayı,  Hind  okeanı,  Hindistan  və  s.  adlar  “hind”  etnonimi 

ilə əlaqədardır. 

Paltarını boyadı fələyin lil gölündə



Hindistanda yas tutdu, gözu yaĢlıydı gündə. 

Fələyin lilini ki, yudu harda göz yaĢı, 

KəndalaĢlar bitirdi dərhal orda göz yaĢı (SX-71). 

Dini əsatirə görə, Adəm Hindistanda qırx il göy paltar geyib 

tövbə edərək o qədər göz yaĢı tökdü ki, nəhayət, fələyin fəlakəti 

ondan uzaqlaĢdı və onun ayaqları altında göy otlar bitdi. 

...Adəm Cənnətdə olarkən oranın xəzinədarı güllərin, meyvə 

ağaclarının və baĢqa bitkilərin toxumunu ona vermiĢdi, o isə Yer 

üzünə gələndən sonra o toxumların hamısını çöllərə səpdi. 

Hindistan  (məc.  top.)  –  Kainat  öz  gözəlliyinə  və  cazibədar-

lığına görə zəngin tarixi keçmiĢə malik olan Hindistana bənzədilir. 

Qəmzəyə, qara xala hamı heyran, hamı mat, 

Babilistan, Hindistan timsalıdı kainat (SX-65). 

ġair  öz  könlünü  tutuquĢuna,  eĢq  və  gənclik  dövrünü  Hin-

distana  bənzədir.  TutuquĢu  isə  əsasən  isti  ölkələrdə,  xüsusən 




154 

Hindistanda  yaĢayır.  Oradan  baĢqa  ölkələrə  aparılan  tutuquĢu 

daima öz vətənini arzulayar. 

Tutiyə dönübsən, ey Ģad könül, sən, 

Yadına Hindistan düĢüb deyəsən! (Ġ-551). 



Hindistan,  Babil  (qoĢa məc. top.) – ġirin metaforik Ģəkildə 

Bərdəni Hindistana, Ġsfahanı isə Babilə bənzədir. 

Atı Hindistana sürürdün yavaĢ, 

Yolu azıb getdin Babilə birbaĢ (Xġ-268). 

Yəni Bərdəyə mənimlə evlənmək üçün gəlib gedirdin, amma 

gedib Ġsfahanda ġəkərlə evləndin. 



Hindistan, Çin (qoĢa məc. top.) – Klassik ədəbiyyatda Hin-

distan  –  qara,  Çin  isə  ağ  rəmzi  mənalar  daĢıyır.  ġair  Qızıl 

Arslanın  saçını  gah  Hindistana,  gah  da  Çinə  bənzətməsindən 

baĢa düĢmək olur ki, hökmdarın saçının çoxu ağarmıĢdır. Çünki 

Çin  (bütün  türk  xalqlarının  yaĢadığı  ərazi)  Hindistana  nisbətən 

ərazi cəhətdən də böyük hesab olunur. 

Küləklər oxĢayıb sığal verməkçün, 

Saçını gah edər Hindistan, gah Çin (Xġ-45). 



Hindli  (məc.  et.)  –  Lalənin  ortası  qara  olduğu  üçün  o, 

qaranlıq rəmzi olan hindli ilə müqayisə edilmiĢdir. 

Lalənin atəĢgahı – laləzardır burada, 

Hindli atəĢpərəstdir, yanıb çatıb murada (SX-59). 

ġair Bəhram Guru (bax) basqınçı hindliyə bənzədir. 

ġah bildi Fitnədir onu danlayan

Hindlitək üstünə atıldı haman (YG-111). 

Yəni  hindli  qarətgərləri  xəzinə  üzərinə  atılan  kimi  Bəhram 

Fitnənin üstünə atıldı. 

Hindli  həkim  (an.)  –  “Hindli  həkimin  Ġskəndərlə  söhbəti” 

hekayəsində  obraz  adı.  Lakin  əsərdə  Ģair  onu  həmiĢə  “hindli” 

kimi təqdim edir: 

Hindli sənasını tamam elədi, 

Sözün pərdəsini açaraq dedi:... (Ġ-484). 



Hindli, Pəri, Utarid, MüĢtəri (qrup məc. onim) – ġair eyni 

vaxtda  ġapuru  hindliyə  və  Utaridə(bax),  ġirini(bax)  isə  Pə-

riyə(bax) və MüĢtəriyə(bax) bənzədir. 



155 

Hindlitək eylədi səcdə pəriyə

Sanki Utariddi o, MüĢtəriyə (Xġ-182). 

Burada  hindlilərin  buddaya  və  mələk  heykəllərinə  səcdə  et-

məsi ən kiçik ulduz olan Utarid(Merkuri) səyyarəsinin ən böyük 

səyyarə olan MüĢtəriyə (Yupiterə) münasibəti kimi göstərilir. 

Hindu (məc. et.) – Bax: Hindli, Hindistan. 

Hindu paltar güdəndir? Lüt qoyubdur hamını (SX-122). 

“Hindu” dedikdə bütün hind xalqı nəzərdə tutulur. 

Hindu sözünün qara, quldur, qul, keĢikçi, oğru, xal kimi mə-

naları vardır. 

Necə oğulsan ki, hörmət edirsən 

Atanı öldürən bir Hinduya sən?(Xġ-158). 

Nizami burada hindu sözünü üçüncü mənada iĢlədərək dün-

yanı can alan quldura bənzətmiĢdir. 



Hindustani  qılınc  (ktem.)  –  Hindistanda  hazırlanan  və  öz 

keyfiyyətinə görə fərqlənən qılınc növü. 



Qılınc – Hindustani, geyim – Davudi (YG-124). 

Bəhram  Gurun(bax)  Nemana(bax)  verdiyi  hədiyyələr  içə-

risində bu cür çoxlu Hindustani qılınclar var idi. 

Hoqqeyi-Kavus” (id.) – Orta əsr ġərq musiqi havalarından 

biri. 

Hoqqeyi -Kavus”dan qənd versə əgər



Onun mətaından öpərdi Ģəkər (Xġ-167). 

Humay  (an.)  –  “Yeddi  gözəl”  poemasında  Xəvərnəq  sara-

yında Ģəkli çəkilən yeddi gözəldən biri. O, Rum qeysərinin qı-

zıdır. “Humay” adı Huma və ya Humay adlanan əfsanəvi quĢun 

adından düzəlmiĢdir (mifonimlə ifadə olunan antroponimdir). 

ġanlı qeysər qızı, Ģöhrəti Humay

Humayun gözəli, surəti Humay (YG-75). 

ġair eyni zamanda Humayı əfsanəvi Humaya bənzədir. 

Humay (məc. mif.) – Ərəbcə Huma(y) Cənnət quĢu, Dövlət 

quĢu deməkdir. Əfsanəvi olan bu quĢ adından Azərbaycan folk-

lorunda da geniĢ istifadə olunmuĢdur. 

At deyil, göyərçindi, kəklikdi, qızıl quĢdu, 

Ya Humaydı, qumrudu, - bəs bu necə uçuĢdu, (SX-31). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə