Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə59/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   55   56   57   58   59   60   61   62   ...   138

177 

ġükr üçün kukəni XurĢidə verdi (Ġ-26). 

Söhbət Məhəmməd peğəmbərdən gedir. 

XurĢid,  CəmĢid  (ep.  on.)  –  Sinonim  mənalı  bu  onimlərin 

son hecaları fonetik cəhətcə eynidir. 



XurĢid adlı biri ayağa durdu

CəmĢid camı ilə taxta oturdu (Xġ-31). 

Cəmin  qızıldan  paltar  geyməsinə  və  qızıl  taxtda  GünəĢ 

altında  oturduğu  zaman  ikinci  GünəĢ  kimi  parıldamasına  və 

bundan  sonra  CəmĢid  adlanmasına  iĢarə  olunur.  Burada  XurĢid 

dedikdə isə CəmĢid (bax) nəzərdə tutlur. 

Xuzan  (top.)  –  Mərv  ilə  Həmədan  arasında  çeĢmələri  və 

gözəl  havası  olan  bir  yaylaq  yeridir.  Ġsfahanın  Marbin  adlı  ye-

rində də Xuzan deyilən yerin mövcud olduğunu söyləyirlər. He-

ratda, Pəncdehdə, Nərirud çayı üzərində yerləĢən Xocəstanda da 

Xuzan  adlı  kəndlərin  mövcud  olması  göstərir  ki,  vaxtilə  Xora-

sanda Xuz tayfası yaĢamıĢ və həmin bu tayfanın adını daĢımıĢdı. 

“Xuz” isə yəqin ki, “oğuz” sözünün fonetik cəhətdən dəyiĢilmiĢ 

formasıdır. 

Zindərur nəhrindən Xuzanə qədər 

Çalğının səsindən canlandı yerlər (Ġ-182). 



Xuzistan (məc. top.) –  Ġranın  cənub-qərbində  bir vilayətdir. 

Bu vilayət  neft ilə  zəngindir. Burada ildə təxminən 100 milyon 

ton  neft  çıxarılır.  ġərq  ədəbiyyatında  isə  Ģəkəri  ilə  məĢhurdur. 

Elə buna görə də Ģair ġirinin ağzını qarıĢqa gözündə əks olunan 

Xuzistana bənzətmiĢdir. 

QarıĢqa gözündə bir Xuzistanı 

Xatırladır nazik, kiçik dəhanı (Xġ-104). 

Bizə  elə  gəlir  ki,  Xuzistan  toponimi  də  “xuz  //  oğuz” 

etnonimi ilə əlaqədardır. 

ġəkər  qamıĢı  ilə  məĢhur  olan  Xuzistan  metaforik  Ģəkildə 

ġirinin Ģirin danıĢığına həsəd aparan insana (kiĢiyə) bənzədilir. 

ġəkər töküləndə dodaqlarından 

Həsəd aparırdı ona Xuzistan (Xġ-184). 



178 

ġair  Qara  geyənlərin  Ģahının  səmada  gördüyü  bağda  gəzən 

gözəllərin  dodağını  Ģəkər  və  qəndi  ilə  məĢhur  olan  Xuzistanla 

müqayisə edir. 

Gözəldi dodağı hər bir nigarın, 

Dəyər Xuzistana ləli onların (YG-146). 

Yəni onların al lələ bənzər dodaqları o qədər Ģirin idi ki, Xu-

zistanı utandırırdı (YG-338). 



Xülləx (top.) – Bax: Xəllux. 

Gurultu qopunca Ģahın təblindən, 

Yəğmaya, Xülləxə yayıldı Ģivən (Ġ-273). 

Xütən  (məc.  top.)  –  ġair  metaforik  Ģəkildə  GünəĢi  Xütənə 

bənzədir. Xütən isə Çində (ġərqi Türküstanda) bir Ģəhərdir;  gö-

zəl qadınları, əla müĢkü və yaxĢı ipəyi ilə məĢhur olmuĢdur. 

Səhər çöhrəsindən pərdə atarkən 

HəbəĢə bac üçün dağ çəkdi Xütən (Ġ-185). 

Xütənxatun (an.) – “Xosrov və ġirin” poemasında obraz adı. 

Xütən və xatun (qadın) sözlərindən düzəlmiĢ, Xütəndən olan qa-

dın (xatun) mənasında iĢlənmiĢdir. 

Xütənxatun dedi: “Bilin, həzərat, (Xġ-130). 

Yalqızdı bir zərbəf geyinmiĢ ĢümĢad... (Xġ-130). 



Xütən Ģahı (an.) – Xütən Ģahının ləqəbi. ġahın hökmdarı ol-

duğu ölkənin adı ilə adlanması. 

Orda Xütən Ģahı, burda Zəngibar 

Xosrovun adına qədəh tutdular (Xġ-224). 



Xütən  Ģəhriyarı,  Çin  tacidarı  (qoĢa  an.)  –  Hər  ikisi  “Çin 

Xaqanı” mənasında iĢlənmiĢdir, sinonim antroponimlərdir. 



Xütən Ģəhriyarı, Çin tacidarı 

Tədbirlə geyindi elçi paltarı (Ġ-288). 

 

 

Ġ - 



Ġblis  (mif.)  –  Əvvəlcə  oddan  yaradılmıĢ  mələklərdən  birinin 

adıdır.  Lakin  sonradan  o,  Allahın  torpaqdan  yaratdığı  Adəmə 

sitayiĢ etməkdən boyun qaçırmıĢ və bunun üstündə səmadan yerə 

endirilmiĢdir. Qisas almaq üçün o, ġeytanın köməyi ilə Adəmi və 




179 

Həvvanı tovlayıb Cənnət ağacının meyvəsi üçün qoyulan qadağanı 

pozmağa sövq etmiĢ və bu, onların Cənnətdən qovulmasına səbəb 

olmuĢdur.  O  vaxtdan  bəri  müxtəlif  Ģər  ruhların  –  Ģeytanların 

köməyi  ilə  Ġblis  hər  yerdə  adamlara  ziyan  vurmağa  və  onları 

günaha məcbur etməyə çalıĢır (Ġslam.Bakı, 1985. səh.65). 

Güllər səpdi üstünə cənnətin səkkiz bağı, 

Hamıya qızılgüldü, Ġblisə bir göz dağı (SX-70). 

Burada metaforik Ģəkildə Ġblisin Adəm peyğəmbərə tabe ol-

mamasına iĢarə olunur. 

ġair bu addan məcazi ad kimi də istifadə etmiĢdir. O, Ġblisə 

qul olanlarla məsləkinə qul olanları müqayisə etmiĢdir. 

Öz nəfsini mələdən, ləlidən oğul ol sən

Ġblisə qul olunca, məsləkinə qul ol sən (SX-98). 

Ġblis, ġeytan (sin. mif.) – ġair bu mifonimləri sinonim Ģəkil-

də iĢlətmiĢdir. 

Qul olmusan iblisə, qəlbə girən Ģeytana (SX-84). 

Ġbn-Səlam  (an.) – “Leyli və  Məcnun” poemasında obraz adı. 

“Ġbn” ərəbcə oğlu, “Səlam” isə sülh, əsayiĢ mənasında olan əsl ad-

dır və “Səlamın oğlu” deməkdir. Demək, “Səlam” bu obrazın əsl 

adı  yox,  atasının  adıdır.  Ġslama  qədər  ərəblər  sadə  adlardan  (Mə-

həmməd,  Əhməd,  Ömər,  Talib  və  b.)  istifadə  edirdilər.  Ġslamı 

qəbul etdikdən sonra isə ərəblər türk ad sistemindən istifadə edərək, 

ərəb dilində öz ad sistemlərini yaratdılar. ġəxsin övlad adı, ata adı 

və s. ilə adlanması hakim dairələr içərisində dəb düĢdü. Çünki on-

lar geniĢ xalq kütlələrindən fərqlənmək üçün belə edirdilər. Əmək-

çi adamlar arasında isə nisbə, künyə dini fəxri adlar iĢlənmirdi. 

Ġslamın  qəbulundan  sonra  Azərbaycanda  və  digər  türk 

xalqlarında  hakim  dairələr  içərisində  ərəb  ad  sisteminə  məxsus 

ərəb ad komponentləri iĢlənsə də, xalq arasında asl ad, ləqəb və 

əsl ad, asl ad və ata adı, əsl ad və qəbilə adı kimi antroponimik 

birləĢmələrdən geniĢ istifadə olunurdu. 

Adından göründüyü kimi, Ġbn-Səlam hakim təbəqənin nüma-

yəndəsidir. 

Çoxdu qəbiləsi və qohumları, 

Hörmətlə keçərdi bütün ruzgarı. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə