Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə60/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   56   57   58   59   60   61   62   63   ...   138

180 

Xalq da baĢ əyərdi o gəncə müdam

Ona ad vermiĢdi bəxt – Ġbn-Səlam (LM-117). 

Ġbrahim (ag.) – Klassik ədəbiyyatda Ġbrahimxəlil də adlanan 

bu  Ģəxs,  dini  əfsanələrə  görə,  yəhudi  peyğəmbərlərdən  sayılır. 

Bütpərəstlik əleyhinə təbliğat apardığı və bütxanalardakı bütləri 

sındırdığı üçün Babil hökmdarı I Nəmrud Ġbrahimi oda atdırmıĢ-

dısa da, od onu yandırmamıĢ və əksinə, od qalağı çiçəkli bir ba-

ğa dönmüĢdür. 



Ġbrahimin sehriylə od dönüb gülüstana... (SX-65). 

Ġbrahimin dinini doğru yol bildi

AtəĢ tüstüsünü dillərdən sildi (Ġ-174). 

Sonuncu beytdə Makedoniyalı Ġskəndərin Ġbrahim dinini qə-

bul  etməsinə  iĢarə  olunur.  AĢağıdakı  misrada  isə  Ģair  özünü 

Ġbrahim peyğəmbərə bənzədir. 

Bütü Ġbrahimtək oxĢa, əzizlə, 

Ancaq bütxanəni ondan təmizlə (Xġ-25). 

Beytdə  Ġbrahimin  bütlərə  sitayiĢ  edənləri  ağılsız  adlandırıb, 

bütləri  sındırmasına  iĢarə  olunur.  Eyni  zamanda  Ģair  “bütxanə” 

dedikdə  Ģeiriyyəti,  “büt”  dedikdə  isə  pis  Ģairlərin  əsərlərini  nə-

zərdə tutmuĢdur. 

Ġbrahim bağı (mif.) – Bax: Ġbrahim. 

Ġsanın bəzmidir, Ġbrahim bağı (YG-127). 



Ġbrahim, Ġsmayıl (qoĢa məc. ag.) – Ġbrahim ata, Ġsmayil isə 

onun oğludur. Dini əfsanələrdə onlarla bağlı hadisələrə görə bu 

adlar yanaĢı iĢlədilmiĢdir. 

Saçı, odlu çöhrəsi – Ġbrahim möcüzəsi, 

Xəncər kirpiklərində Ġsmayıl göz süzəsi (SX-65). 

“Ġbrahim  möcüzəsi”  dedikdə  Ģair  Ġbrahimin  atıldığı  ocağın 

yerində əmələ gələn bağa iĢarə olunur. Beytdə isə bu adların yeri o 

qədər  möhkəmdir  ki,  onların  yerini  dəyiĢmək  və  ya  baĢqa  adlarla 

əvəz etmək qeyri-mümkündür. Əgər belə olsa, ifadə olunan  fikir 

tamamilə  yalan  olar.  Çünki  dini  rəvayətlərə  görə,  guya  Ġbrahim 

Allah yolunda öz oğlu  Ġsmayılı qurban kəsməli imiĢ. Ata xəncərlə 

oğlunun  baĢını  kəsmək  istəyəndə  xəncər  kəsmir.  Ġbrahim  xəncəri 

daĢa vurub yoxlayanda daĢ parçalanır. Guya bu zaman Allah tərə-



181 

findən göndərilən qoç Ġsmayılın əvəzinə kəsilir. Ġnsanlar da o vaxt-

dan bu günü Qurban bayramı adı ilə hər il qeyd edirlər. Bu bayram 

çox vaxt “Ġsmayıl qurbanı” da adlanır. 



Ġbrahim,  Məhəmməd  (müq.  ag.)  –  ġair  bu  peyğəmbərləri 

müqayisə edərək üstünlüyü Məhəmməd peyğəmbərə vermiĢdir. 



Ġbrahim kəcavədə xəcalətdən sıxıldı, 

Yarı yolda üç dəfə kəcavədən yıxıldı (SX-39). 

Ġbrahim  peyğəmbərlik  topunu  öz  çövkanı  ilə  götürmək  istədi, 

lakin  onun  vücudunun  beĢiyi  atdan  iki-üç  dəfə  dyĢdü.  Beytin 

məzmunu  Məhəmməd  peyğəmbərin  hədislərinin  birindən  götü-

rülmüĢdür.  Həmin hədisdə  Ġbrahim  peyğəmbərin həyatda üç dəfə 

yalan  danıĢmasından  söhbət  gedir.  Ġbrahimin  iki-üç  dəfə  atdan 

yıxılması  həmin  yalanlara  iĢarədir.  Həmin  yalanlar  bunlardır:         

1. Guya Ġbrahim bütxanaya girib, oradakı bütlərin hamısını sındırıb, 

baltanı  böyük  bütün  çiyninə  qoymuĢdur.  Bütpərəstlər  bunu  bilib 

Ġbrahimə  hücum  edib  soruĢduqda  Ġbrahim:  -  Bunu  böyük  büt  et-

miĢdir,  -  demiĢdir;  2.  Ġbrahim  ulduzlara  diqqətlə  baxıb  inandığı 

məzhəbdən peĢman olaraq demiĢdir: “Mən  azmıĢam” və ya “Bun-

lar mənim allahımdır”; 3. Ġbrahim Babilistanda aclıq olduğu üçün 

öz arvadı Sara ılə Misrə qaçmıĢdır. Misrin hökmdarı Saranı görcək 

ona  gözü  düĢmüĢdür.  Ġbrahimdən  bu  arvadın  kim  olduğunu  so-

ruĢduqda,  -  Mənim  bacımdır,  -  demiĢdir.  Buna  görə  də  hökmdar 

Saranı almıĢdır. Lakin nədənsə vüsalına nail ola bilməmiĢdir. 

ġair  göstərmək  istəyir  ki,  Məhəmməd  peyğəmbər  isə  heç 

vaxt yalan danıĢmamıĢdır. 



Ġbrahim möcüzəsi (id.) – Bax : Ġbrahim. 

Saçı, odlu çöhrəsi – Ġbrahim möcüzəsi (SX-65). 

Burada I Nəmrudun Ġbrahimi tonqala atdırdığı vaxt tonqalın 

yerində Cənnət kimi bir bağın əmələ gəlməsinə iĢarə olunur. 



Ġki  dürr  (məc.  ap.)  –  ġair  “iki  dürr”  dedikdə  “Ġqbalnamə” 

poeması ilə oğlu Məhəmmədi nəzərdə tutmuĢdur.  

Dəryamdan iki dürr olubdur əyan 

Onlardır üzümü mənim ağardan (Ġ-610). 



Ġki  xəzinə  (məc  ap.)  –  Burada  “iki  xəzinə”  dedikdə  Sultan 

Mahmudun  xəzinəsi  ilə  Firdovsinin  “ġahnamə”  əsəri  nəzərdə 




182 

tutulur.  Nizami  “Ġqbalnamə”  əsərini  ithaf  etdiyi  Mosul  atabəyi 

Ġzzəddin  Məsuda  deyir  ki,  “ġahnamə”  Ģairinin  varisi  mənəm, 

Mahmud  xəzinəsinin  varisi  sən.  Məndən  böyük  əsər  yazmaq, 

səndən böyük səxavət göstərmək.  

Ġki xəzinənin varisi, hökmən, 

Səxavətdə sənsən, söz deməkdə mən (Ġ-428). 



Ġki qərn sahibi (an.) – Makedoniyalı Ġskəndərin ləqəbi. ġair 

müxtəlif  rəvayətləri  xatırlayır  və  bu  ləqəbin  verilmə  səbəbini 

izah etməyə çalıĢır. Bax: Zülqərneyn. 

Gözəl söz nəqqaĢı məharət ilə 

Ġskəndər adını nəqĢ etmiĢ belə: 

Ġki qərn sahibi qoymuĢ namını, 

Çünki ġərqdən, Qərbdən almıĢ namını (Ġ-435). 

Ərəb dilində “qərn” sözü ġərq və Qərb mənasında da iĢlənir. 

Ġskəndər  Zülqərneynə  “Ġki  qərn  sahibi”  ləqəbini  ona  görə  ver-

miĢlər ki, o, ġərqi də, Qərbi də fəth etmiĢdi. Lakin “Qərn” sözü 

saç mənasında da iĢlənir. 

Deyirlər ki, qoĢa hörüyü varmıĢ, 

Onu kürəyinə daim atarmıĢ (Ġ-435). 

Guya  Ġskəndər  saçını  baĢının  dalında  dəstədə  hörüb  burur-

muĢ, buna görə ona Zülqərneyn – iki hörüklü deyirmiĢlər. 

Deyirlər görübmüĢ bir belə röya

Gündən iki qərni alıbmıĢ guya (Ġ-435). 

Ġskəndər yuxuda görübmüĢ ki, ġərqi və Qərbi GünəĢin əlin-

dən almıĢ, iki qərn sahibi olmuĢ, buna görə də Zülqərneyn adını 

almıĢdır. 

BaĢqa rəvayətdə deyirlər yenə: 

Ġskəndər yaĢamıĢ iki qərinə (Ġ-435). 

“Qərinə”  sözü  həm  əsr,  həm  də  əsrin  üçdə  biri  mənasında 

iĢlənir.  Ġskəndərin  yeni  eradan  qabaq  356-cı  ilin  payızında  do-

ğulduğu  və  13  iyun  323-cü  ildə,  yəni  otuz  üç  yaĢında  öldüyü 

məlumdur. Demək, bu rəvayət uydurmadır. 

Ġkicə çörək (məc. ap.) – ġair Ay və GünəĢi metaforik Ģəkil-

də iki çörəyə bənzətmiĢdir. 

 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə