Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə62/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   58   59   60   61   62   63   64   65   ...   138

186 

Aləm deyir: “Övladsan sən dünyaya, Nizami, 

SığıĢmazsan Gəncədə gen dünyaya, Nizami” (SX-153). 

Yəni  mən  Ġraqa  atabəylər  yanına  və  Ġraqi-Ərəbə  xəlifənin 

yanina  getsəm,  mənə  xəzinələr  bağıĢlarlar.  Lakin  vətənim  olan 

Gəncənin  məhəbbəti  məni  buraxmır.  Hamı  mənə  deyir  ki,  sən 

Gəncədə  ömr  etməməlisən.  Onsuz  da  sən  dünyanın  övladısan, 

Ģöhrətin Gəncənin dünyasına sığmayacaq, yəni səni bütün dünya 

tanıyacaqdır.  

Ġraq,  Xorasan (qoĢa məc. top.)  – Bir-birinə  əks olan topo-

nim mənasında iĢlənmiĢdir.  

Gizli çox yalvardım, dinmədi mehman

Mən Ġraqdan oldum, o, Xorasandan (YG-138). 

Yəni mən ərəb oldum, o, fars. O, məni baĢa düĢmədi. Yaxud 

“Mən bir Ģey soruĢdum, o, baĢqa Ģey danıĢdı” kimi də baĢa dü-

Ģülə bilər. 

Ġraq nəğməsi (id.) – Ġraq xalq mahnısı mənasında iĢlənmiĢdir. 

Ġraqlılar kimi yüksəldi səsi, 

Axıtdı tellərdən Ġraq nəğməsi (Xġ-294). 

Beytdə  Ġraq  sözü  iki  dəfə  iĢlənmiĢdir.  Birincidə  məcazi, 

ikincidə isə həqiqi mənada iĢlənmiĢdir. “Ġraqlılar” sözü etnonim-

dir. Barbəd Ġraqlılara bənzədilmiĢdir. 



Ġraq  sikkəsi  (məc.  ktem.)  –  ġairin  dostu  “Ġraq  sikkəsi” 

dedikdə  Nizaminin  Ģairlik  qüdrətini  nəzərdə  tutur  və  onun 

əsərlərinin xilafət dövründə hər yerdə iĢlənən qiymətli Ġraq sik-

kəsinə bənzədir. O, eyni zamanda Ģairə məsləhət görür ki, Ġraqa 

get, sən orada daha çox Ģöhrətlənərsən. 

Bu Ġraq sikkəsi  əlində vardır; 

Ayaqlarındakı o nə çidardır? 

Gəncə Ģəhərindən atını çıxar! 

Sən Ģir pəncəlisən, səndədir vüqar (Xġ-52). 

Ġran (top.) – Asiyanın qərbində yerləĢən Ġran ġərqin ən qədim 

ölkələrindən  biridir.  Müxtəlif  dövrlərdə  onun  ərazisi  müxtəlif 

olmuĢdur.  Paytaxtı  Tehran  Ģəhəridir.  Qədim  fars  dilində  “arya”, 

“araya” və “arxiya” sözlərinin dəyiĢdirilmiĢ forması olub, “nəcib”, 




187 

“əsil nəcabətli” deməkdir. Əvvəllər yüksək təbəqəyə verilmiĢ bu 

ad sonralar bütün ölkəyə Ģamil edilmiĢdir (19-93). 

Bir də ki, ġirvanĢah – o baĢ hökmüdar 

ġirvana, Ġrana olmuĢ Ģəhriyar (LM-43). 

XoĢ baxdı Ġranın igidlərinə, 

Hazırlıq baĢladı Ġran fəthinə (Ġ-103). 

Birinci  beytdə  ġirvanĢah  Axsitandan,  ikinci  beytdə  isə  Ma-

kedoniyalı Ġskəndərdən söhbət gedir. 

Nizami  “Ġran”  adından  məcazi  ad  kimi  də  geniĢ  istifadə  et-

miĢdir. 

Çünki ürəyidir bu yerin Ġran, 

Ürək yaxĢı olar bədəndən, inan! 

Bir sənədir dəxli dediyin sözün

Ölkələr ürəyi yurdundur: özün... (YG-39,40). 

Burada Ġran Yerin, Körpə Arslan Ģahın vətəni isə ölkələrin ürə-

yinə bənzədilmiĢdir. AĢağıdakı beytdə isə  Ģair “Ġran” sözünü həm 

ĢəxsləndirmiĢ, həm də “bütün Ġran xalqı” mənasında iĢlətmiĢdir.  



Ġrana əmr etdi böyük Ġskəndər: 

AtəĢpərəstlikdən etsinlər həzər (Ġ-171). 



Ġran, Ərəbistan (ep. top.) – Ġran Bəhram Gurun vətəni, Ərə-

bistan  isə  (Burada  Yəmən  nəzərdə  tutulur)  onun  tərbiyə  olun-

duğu ölkədir. 

Dedilər: - ġahzadə gərək Ġrana 

Vida edib getsin Ərəbistana (YG-67). 

Xəznələr mənimkən mülki-Ġranda, 

Ailəm qalmıĢdır Ərəbistanda (YG-88). 

Ġran,  Turan  (ep.  top.)  –  Son  hecaları  eyni  səslənən  topo-

nimlərdən istifadə etməklə Ģair beyti daha da axıcı etmiĢdir. 

Dənizdən dənizə atıldın: sənin 

Ġrana, Turana uzandı əlin (Ġ-264). 

Ġrəc  (məc.  an.)  –  Qədim  Ġran  Ģahlarından  Firidunun  üç 

oğlundan  birinin  adıdır.  Atasının  vəsiyyətinə  görə,  ölkənin  ən 

yaxĢı ərazisi Ġrəcə çatdığı üçün qardaĢları Tur və Səlm birləĢərək 

onu öldürürlər. Bundan sonra Ġrəcin qanını almaq məsələsi mey-




188 

dana  çıxır  və  beləliklə  arasıkəsilməz  Ġran  –  Turan  müharibələri 

baĢ vermiĢdir. 

Bəhram Gurun əmirlərinin bəzisi özünü Ġrəc nəsəbli adlandırır. 



“Ġrəc nəsəbliyəm” söyləyir biri,.. (YG-120). 

Ġrəm (məc. mif.) – Rəvayətə görə, Ġrəm Yəməndə qədim Ad 

qəbiləsinin paytaxtı olmuĢ bir Ģəhərdir. ġərq əsatirində isə əfsa-

nəvi gözəlliyə malik olan bir bağ kimi təsvir edilir. Bəzən məca-

zi olaraq BehiĢt mənasında da iĢlədilir. ġərq poeziyasında füsun-

karlıq və təbiət gözəlliyinin rəmzi kimi tərənnüm olunur. 

Dini rəvayətlərə görə, Babil hökmdarlarından ġəddad saldır-

dığı  gözəl  bağı  Cənnətə  oxĢatmaq  istəmiĢ,  lakin  bağı  gəzməyə 

gələrkən özü də bağda yoxa çıxmıĢdır (10-85). 



Ġrəmə açardır sənin camalın, 

Ġrəmtək görünmür, odur vüsalın (Xġ-256). 

Xosrov ġirinin camalını Ġrəm bağının açarına, onun vüsalını 

isə gözə görünməyən Ġrəmə bənzətmiĢdir. AĢağıdakı misrada isə 

Ġrəm bağı metaforik Ģəkildə insana bənzədilmiĢdir. 



Ġrəm “Arami-dil” söyləyir ona (YG-145). 

O bağ o qədər gözəl idi ki, hətta əfsanəvi Cənnət bağı – Ġrəm 

ona “Arami-dil”,  yəni  “ürək rahatlığı” deyirdi.  Yəqin  ki,  “Ara-

mi-dil” o dövrdə məĢhur mahnı adı olmuĢdur. 



Ġrəm bağçası (mif.) – Memar Simnarın Bəhram üçün tikdiyi 

saray – Xəvərnəq əfsanəvi Ġrəm bağçasına bənzədilir. 

Xəvərnəqlə Yəmən Ģöhrətli oldu, 

Ġrəm bağçasıtək əziz tutuldu (YG-62). 

Ġrəm bağı (məc. mif.) – Bax: Ġrəm. 

Gül-çiçəyə can verər dərgahının torpağı, 

Gülzarının yanında yalandır Ġrəm bağı (SX-24). 

Təbiətdəki gül-çiçək, gülzar əfsanəvi Ġrəm bağı ilə müqayisə 

olunur. ġair həyatı, təbiət gözəlliklərini Ġrəmdən üstün tutur. 

Ey bəĢər! ġadlanmadı, büsat qurmadı sənsiz, 

Qəlbi Ġrəm bağında bir an vurmadı sənsiz (SX-70) 

Yəni Adəm peyğəmbər bu həyata görə Ġrəm bağında (Burada 

Cənnət mənasında iĢlənmiĢdir) qala bilmədi, qəlbi sevinmədi... 

Xacənin bağı əfsanəvi Ġrəm bağına bənzədilir. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə