Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə52/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   48   49   50   51   52   53   54   55   ...   138

156 

Burada  merac  vaxtı  Məhəmməd  peyğəmbərin  mindiyi  əfsa-

nəvi Buraq Humaya bənzədilmiĢdir. 

Folklor  və  bədii  ədəbiyyatda  xərabəlik,  bədbəxtlik  simvolu 

olan bayquĢ səadət və dövlət quĢu olan Humaya bənzədilir. 

BayquĢ – səadət quĢu bir Humay olub indi, 

Ayağının altında baĢlar zay olub indi (SX-43). 

Sənin (Ərzincan hakimi  Bəhram Ģahın) dövründə bayquĢ öz 

mənhus  peĢəsindən  əl  çəkib  humaylıq  edir  və  səadət  bəxĢ  et-

məyə çalıĢır. 

Keydin qızı gülə, Ġskəndər Humaya, Humay isə o gülə vuru-

lan bülbülə bənzədilir. 

YonulmamıĢ bir dürr, açmamıĢ bir gül, 

Humay da o gülə vurğun bir bülbül (Ġ-268). 

Humay  quĢu  (məc.  mif.)  –  Bax:  Humay  (mif.).  ġair 

metaforik Ģəkildə göy səmanı tovuz quĢuna, GünəĢi isə Humay 

quĢuna bənzətmiĢdir. 

YaĢıl donlu tovuz Humay quĢundan 

Ağ parlaq sümüyü qapdığı zaman (Ġ-251). 

YaĢıl  donlu  tovuz  -  göy,  səma;  Humay  quĢu  –  günəĢ;  ağ 

parlaq sümük – sübh, səhər deməkdir. Yəni göy GünəĢdən süb-

hü aldı, səhər açıldı. 



Humeyla (an.) – “Xosrov və ġirin” poemasında obraz adı. 

Humeyla dedi: “Bir parlaq su vardı 

YaĢıl çəmənlikdə sakit axardı” (Xġ-129). 



Huri  (xat.  mif.)  –  Ərəb  sözüdür.  Dini  əfsanələrə  görə, 

Cənnət əhlinə vəd edilən gözəl qızlar. Ümumiyyətlə, məcazi Ģə-

kildə gözəl qız mənasında da iĢlənir. 

Hurilərin yanında qansız yağı yalandı, 

Sevdalı aĢiqlərin könül mülkü talandı (SX-64). 

ġair metaforik Ģəkildə odu Huriyə bənzətmiĢdir. 

Hurini cənnətdən atdı dıĢarı, 

Qovdu cəhənnəmə dost olanları (Ġ-258). 

Yəni hurilər yaĢayan Cənnəti hurisiz qoyub, hurilərini dağıtdı. 

Cəhənnəm əhli olanları da Cəhənnəmdən qovdu. Burada Cənnət – 

atəĢgah, huri – od, Cəhənnəmə dost olanlar – müğlərdir. 



157 

Hut  (kos.)  –  Balıq  bürcü.  Ərəb  sözüdür  və  böyük  balıq 

deməkdir. 

Bir qatar dəvəylə o RəĢa, Xatun 

Kəcavə etmiĢdi bətnini Hutun (LM-185). 



Hut, MüĢtəri (qoĢa məc. kos.) – Bəhram Hut bürcündə do-

ğulmuĢ,  MüĢtəri  səyyarəsinin  isə  Hutda  olmağı  Bəhramın  xoĢ-

bəxt və qüdrətli olmağına dəlalət edir. 

Taleyi Hut idi, MüĢtəri Hutda, 

Zöhrə bir ləl idi sanki yaqutda (YG-56). 

Burada  Zöhrə  ulduzu  da  yaqut  üzərində  olan  lələ,  Bəhram 

isə metaforik Ģəkildə Zöhrəyə bənzədilir. 

Hüma, BayquĢ  (ant. on.) – Huma əfsanəvi, bayquĢ isə real 

zoonimdir. Huma (bax: Humay – mif.) dövlət quĢu hesab olunur, 

bayquĢ  isə  bədbəxtlik,  xarabalıq  rəmzidir.  Odur  ki,  bunların 

adları məna cəhətcə antonimdir. 



Hüma kimi iĢə özün kölgə sal

BayquĢlar əlindən bu ölkəni al (Xġ-52). 

Hüma, Əjdaha (qoĢa məc. mif.) – ġirinin rəfiqələri müxtəlif 

məqamlarda həm Huma quĢuna, həm də Əjdahaya bənzədilir. 

Hər biri meydanda bir Hüma idi, 

Ov axtaran zaman əjdaha idi (Xġ-121). 



Hümayun (an.) – “Xosrov və ġirin”də obraz adı. Hümayun 

fars  sözüdür,  uğurlu,  səadətli,  mübarək;  padĢaha  məxsus  kimi 

mənaları  vardır.  Azərbaycan  klassik  muğamlarından  birinin  də 

adı “Hümayun”dur.          



Hümayun səsləndi: “Bir mədəndə ləl, 

Gizlənirdi, ona gəlməsin xələl... (Xġ-130). 



Hürmüz (an.) – Sasanilər sülaləsinə mənsub olan Ġran Ģahı-

dır. Ərəblər arasında Kəsra adı ilə Ģöhrətlənən NuĢirəvanın oğlu-

dur. Anası  Xəzər xaqanının  qızı  olmuĢ  və sarayda “türk Ģahza-

dəsi” kimi tanınan Hürmüz atasının ölümündən sonra 11 il (579-

590)  Ģahlıq  etmiĢdir.  Bəhram  Çubinin  üsyanı  zamanı  hakimiy-

yətdən qovulmuĢdur. 

Zaval gələn zaman Kəsra bəxtinə

Hürmüz sahib oldu Ģahlıq təxtinə (Xġ-54). 



158 

Hürmüz ZərdüĢt dinində yaxĢılıq və iĢıq allahının adıdır. O, 

pisliklərə səbəb olan zülmət allahı Əhrimənə qarĢı qoyulmuĢdur. 

Elə buna görə də Ģair “Xosrov və ġirin” poemasında onu ədalətli 

Ģah kimi təsvir etmiĢdir. 

Elə ki, Ģah Hürmüz ruh dərmanını, 

Ürək meyvəsini, o cavanını 

Gördü belə müdrik, belə zəkalı, 

Bildi allahdandır onun bu xalı (Xġ-60). 

Hürmüz (an.) – “Ġskəndərnamə” poemasında obraz adı. 

Hürmüz adlı alim haqq danıĢmaqda 

Gedərdi hamıdan daim qabaqda (Ġ-464). 

 

- X - 

    Xacə (an.) – Ġran Ģahzadəsi Dürsətinin söylədiyi hekayədə 

obraz adı. 



Xacə eyləyincə dəlikdən güzər, 

-

 



Ədəbsiz, - deyərək onu döydülər (YG-257). 

Xacə  (məc. an.)  –  ġair “Yeddi  gözəl” poemasında Qara  ge-

yənlərin  Ģahını  öz  dövründə  yüksək  rütbəli,  adlı-sanlı  əyanlara 

verilən fəxri ad olan Xacəyə bənzədir. 

Yatdım, axĢamadək yatdım bu sayaq



Xacə yatırdısa, taleyi oyaq (YG-152). 

Xacə Müqbil (xat. an.) – Nizam və ya Nizamülmülkə (1017-

1092) iĢarədir.  O,  Ġranın Səlcuq hökmdarlarından Alp Arslanın 

və onun oğlu MəlikĢahın vəziri olmuĢdur. Tus Ģəhərində anadan 

olmuĢdur. Onun ağlı və siyasəti sayəsində MəlikĢahın hakimiy-

yət dövrü Səlcuq dövlətinin ən parlaq dövrü imiĢ. Bağdadda tik-

dirdiyi  “Mədrəseyi-Nizamiyyə”də  əsrin  bütün  elm  və  fənləri 

öyrədilirdi. Nizami onun ağıl və biliyini tərif etmiĢdir. XI əsrin 

ən böyük siyasi xadimi kimi Ģöhrətlənən Nizamülmülk “Siyasət-

namə” adlı məĢhur əsərin müəllifidir. 

“Xacə  Müqbil”  antroponimik  birləĢməsinin  birinci  kompo-

nenti olan “xacə” keçmiĢdə titul olmuĢ, əvvəllər vəzirlərə, sonra 

isə alimlərə, həkimlərə, müəllimlərə və b. görkəmli Ģəxslərə ve-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə