Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə43/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   39   40   41   42   43   44   45   46   ...   138

129 

Guya  fillər  ölüm  təhlükəsini  hiss  etdikdə,  ölmək  üçün  öz 

vətənləri olan Hindistana gedirlər. 

Bilmədilər, edib vida bostana

Yönəlib gedibdir fil Hindistana (YG-300). 

Burada  isə  Bəhram  Gur  metaforik  Ģəkildə  filə,  onun  yox 

olduğu mağara da Hindistana bənzədilir. 

Firdovsi  (an.) – MəĢhur “ġahnamə” əsərinin müəllifi Əbül-

qasım  (Bu,  Ģairin  əsl  adı  deyil,  künyəsidir,  “Qasımın  atası”  de-

məkdir)  Firdovsi  (Onun  təxəllüsüdür).  Xorasanın  Tus  Ģəhəri 

yaxınlığındakı Baj kəndində 934-cü ildə anadan olmuĢ, 1020-ci 

ildə  orada  vəfat  etmiĢdir.  ġair  atasının  peĢəsinə(Yəqin  ki,  atası 

bağban  imiĢ)  hörmət  əlaməti  olaraq  bağ,  cənnət,  behiĢt  mənası 

verən “Firdovs” sözünü özünə təxəllüs götürmüĢdür. 

O, Sultan Mahmud Qəznəvinin  (bax) sifariĢi  ilə  “ġahnamə” 

əsərini  30-35  ilə  yazmıĢdır.  ġah  bu  əsərin  hər  beytinə  bir  qızıl 

vəd etmiĢdi, lakin  əsər qurtarandan  sonra  Sultan  Mahmud Ģairə 

qızıl  əvəzinə,  gümüĢ  verdikdə  Ģair  hiddətlənir  və  ona  bir  həcv 

yazır və öz doğma vətəninə qaçır. 

Sultan  Mahmud  öz  hərəkətindən  peĢman  olub,  qızılları 

dəvələrə  yüklədib Firdovsiyə göndərir. Lakin dəvələr Tus Ģəhə-

rinin  bir  darvazasından  Ģəhərə  daxil  olanda,  Firdovsinin  tabu-

tunu o biri darvazadan qəbiristanlığa aparırdılar. Bu qızıllar son-

ralar Firdovsinin vətəni  Baj kəndini basan çaya bənd vurulması 

iĢinə xərclənir. 

Soltan Mahmud ilə Ģair Firdovsi 

Andırır nisbətdə Əqrəblə Qövsi  (YG-32). 

N.Gəncəvi  “Xəmsə”nin  bir  çox  yerində  bu  böyük  Ģairi  hör-

mətlə yad etmiĢ və onu yüksək qiymətləndirmiĢdir. 



Firdovsi (məc. an.) – ġair hökmdarın dilindən özünü Firdov-

siyə bənzədir. 

Çəkdiyin əməyə verməsək dəyər, 

Səni Firdovsitək incitsək əgər (Xġ-32). 



Firəng  (top.)  –  ġərq  ölkələrində  Fransa  və  digər  Avropa 

ölkələrinə verilən ad. 



 


130 

Firənglə Fələstin, Rum keĢiĢləri 

Verdiyi buyruqdan durmazlar geri ( Ġ-395). 



Firəngiz (an.) – “Xosrov və ġirin” əsərində obraz adı. Farsca 

“iĢıq  saçan,  nur  səpən”  deməkdir.  Göründüyü  kimi  bu  ad  da 

“fir” – “par”(od, iĢıq) ilə əlaqədardır(Bax: Fəğfur). 

Birinci Firəngiz dedi: “Bir zaman... (Xġ-129). 



Firidun  (an.) –  “Firidunla ceyranın  hekayəti”ndə obraz adı. 

“Firidun” adı  “fir”(Bax: Fəğfur), “id”(od) sözlərindən və ikinci 

Ģəxsin təkinin mənsubiyyət Ģəkilçisindən düzəlmiĢ, “sənin Alla-

hının – GünəĢinin, odunun iĢığı” deməkdir. 

Ġki-üç dostu ilə səhər çağı Firidun

Seyrə çıxıb dolaĢdı gen ovlağı Firidun (SX-98). 

Firidun(“Xəmsə”də  bu  ad  gah  Firidun,  gah  da  Firudin 

Ģəklində  yazılmıĢdır.  Lakin  bu adın  “Firudin” formasında  yazı-

lıĢı  daha  məqsədə  uyğundur)  –  Ġranın  qədim  əfsanəvi  Ģahların-

dan biri, CəmĢidin nəvəsidir. PiĢdadyan sülaləsinin YI hökmdarı 

hesab  olunur.  Atibinin  oğludur.  Atasını  Zöhhak  öldürdükdən 

sonra anası onu bir kəndliyə vermiĢ, o da Firidunu “Gavpürma-

yə”  adlı  bir  inəyin  südü  ilə  bəsləmiĢdir.  Firidun  16  yaĢına 

çatdıqda guya Gavə üsyanına qoĢulmuĢ(Çox maraqlıdır ki, inək 

və  Ģəxs  adları  da  bir-biri  ilə  əlaqələndirilmiĢdir),  Zöhhak  öldü-

rüldükdən sonra isə Ģahlığa keçmiĢdir. O, özünü ikinci  ZərdüĢt 

(bax)  adlandırmıĢ(Bu,  onun  “odun  –  GünəĢin  iĢığı”  mənasında 

olan adına da uyğun gəlir) adlandırıb, qədim atəĢpərəstlik dinini 

zəmanəsinin  tələblərinə  tamamilə  uyğunlaĢdırmıĢdır.  “ġahna-

mə”nin qəhrəmanlarındandır. 

Gəlsə səninlə iĢrət Firudinin arına, 

BaĢı, beyni yem olsun Zöhhak ilanlarına (SX-43). 

QarğıĢ mənalı bu beytdə Ģair Firudini Ərzincan hakimi Bəh-

ram  Ģahın  məclisində  olan  əyanlara  bənzədir.  Müqayisədə  üs-

tünlük  Bəhram  Ģaha  verilir.  AĢağıdakı  beytdə  isə  bütün  dünya 

hökmdarları Firudinlə müqayisə olunur. 



Firudinə bərabər sultan hanı cahanda? 

Min ətiri duymağa imkan hanı cahanda? (SX-140). 




131 

ġair  Məlik  Ġzzəddini  Kəsra  –  Key  taxtında  oturan  Firudinə 

bənzədir. 

Kəsra-Key bəzmində o tutub qərar

Olub Firiduntək xoĢbəxt hökmüdar (Ġ-608). 

Firidun,  Cəm  (qoĢa  məc.  an.)  –  Ayaqlar  altında  can  verən 

Daranı Ģair Firidun və Cəmə(bax) bənzədir. CəmĢid ata, Firidun 

isə onun oğludur. 

Firidun baharı, Cəmin bağçası 

Xəzana uğramıĢ, baĢlamıĢ yası (Ġ-153). 



Firidun,  CəmĢid  (qoĢa  məc.  an.)  –  Atabəy  Əbu  Cəfər  Mə-

həmməd  Eldəgiz  eyni  vaxtda  Firidun  və  CəmĢidlə  müqayisə 

olunur. 

Ġkinci Firidun, yeni CəmĢidsən, 

YanlıĢ bənzətmədir, səhv elədim mən. 

Firiduna südü vermiĢdir inək, 

Sənsə bəxtiyarsan, igidsən Ģirtək. 



CəmĢidi öldürmüĢ Zöhhak ilanı, 

Sənə göy əjdəri vermiĢdir canı (Xġ-39). 

Sonuncu  beytin  mənası:  Özünə  qürrələnən  CəmĢidi  Zöhhak 

məhv  etdi.  Lakin  göylər  sənə  can  bəxĢ  etdiyi  üçün  əbədi  yaĢa-

yacaqsan. 

ġair aĢağıdakı beytdə  Firidun taxtı və CəmĢid tacı  dedikdə, 

bütün Ġran səltənətini nəzərdə tutmuĢdur. 

Firidun taxtından, CəmĢid tacından 

GörülməmiĢ daim bəhrələr alan (YG-88). 



Firidun, Gavə bayrağı (qoĢa məc. on.) – Taysız gözəl(bax) 

özünü Gavə bayrağına, Ġskəndəri isə Firiduna bənzədir. 

ġah qızıl çəkməli Firidunsa, mən 

“Gavə bayrağıyam”, onu fəth edən (Ġ-368). 

Firidun,  Keyxosrov  (qoĢa  məc.  an.)  –  ġair  eyni  zamanda 

Körpə  Arslan  Ģahın  oğlanları  olan  Məlik  Məhəmməd  və  Fələ-

kəddin Əhmədi Firidun və Keyxosrova bənzədir. 

Biri Firiduntək bilikdə dərin, 

Biri Keyxosrovtək at çapar yeyin (YG-37). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə