Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə36/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   32   33   34   35   36   37   38   39   ...   138

108 

Bağdad  xəlifələri  ilə  diplomatik  əlaqələrinə  və  xəlifələri  aldat-

malarına iĢarədir. 

ġair  bu  xatırlamadan  sonra  bir  rəvayət  nəql  edir,  həmin 

rəvayətdə  xorasanlı  kimyagər  və  hiyləgər  bir  obraz  kimi  təsvir 

olunur.  O,  öz  yalançı  kimyagərliyi  ilə  bütün  bağdadlıları,  hətta 

xəlifənin özünü də aldadıb, onların qızıllarını da götürüb qaçır. 

Hekayənin  əvvəlində  adı  çəkilən  xatırlamada  bu  hekayənin 

əsas  ideyası  öz  əksini  tapmıĢdır.  Eyni  zamanda  bu  hekayənin 

məzmunu  ilə  M.F.Axundovun  “Molla  Ġbrahimxəlil  kimyagər” 

komediyasının  süjeti  arasında  bir  eynilik  də  vardır.  Birincidə 

bağdadlıların,  hətta  xəlifənin,  ikincidə  isə  nuxuluların  avamlığı 

və tamahkarlığı tənqid olunmuĢdur. 

Əhməd (ag.) – Məhəmməd peyğəmbərin adlarından biri. 

Varlığın lövhəsinə ilk söz yazanda qələm,- 



Əhmədin “əlif”ini yazıbdır onda qələm. 

“Əlif” “hey”i mülkünə hakim edəndən bəri, 

“Dal” onun boyunbağı, “mim” də ki bir kəməri (SX-28). 

Lövhi-məhfuzda yazdığı (Allahın) birinci hərf “əlif” olmuĢ-

dur.  Əhməd  və  Məhəmməd  eyni  kökdən  (Həmədə)  olub  eyni 

məna kəsb edir (Bax: Məhəmməd). Odur ki, peyğəmbər bu adla 

da çağırılmıĢdır. “Əhməd” adı  isə əlif, hey, mim  və dal  hərflə-

rinin birləĢməsindən yaranmıĢdır. 



Əhməd  (məc.  an.)  –  Ünvanı  qeyri-müəyyən  Ģəxsə  aid  olan 

əsl Ģəxs adı. Hər hansı bir Ģəxs Əhmədə bənzədilir, məsəldir. 

Üzdən çox gözəldi bizim Əhmədtək

Üstəlik də vurub çıxartdı çiçək (YG-54). 



Əhməd,  Məhəmməd (qoĢa an.) – Marağa hakimi Əlaəddin 

Körpə Arslanın oğlanlarının əsl adları. 

Nüsrətəddin Məlik Məhəmməd Ģahdır... 

Fəlakəddin Əhməd adlansın gərək (YG-37). 

Əhməd və Məhəmməd adları Məhəmməd peyğəmbərə məx-

sus olduğu üçün Ģair onların peyğəmbərə sadiq olduqlarını qeyd 

etmək istəyir. 

Əhməd  türbəti  (on.  birləĢmə.)  –  Məhəmməd  peyğəmbərin 

məzarı. Türbət (və ya türbə) ərəb sözüdür, məzar, qəbir; qəbirlər 




109 

üzərində tikilən bina, mavzoley; dini rəvayətlərə görə müqəddəs 

sayılan yerlərdən götürülən torpaq deməkdir. 

Bir dərdli baĢına lütf et, Ģəfa ver! 



Əhməd türbətindən mənə dəva ver! (Xġ-29). 

Əhmədi-Mürsəl  (ag.)  –  Məhəmməd  peyğəmbərin  ləqəbi, 

titulu.  “Əhməd”  –  Ģərəfli,  Ģanlı,  “Mürsəl”  isə  göndərilmiĢ  elçi, 

“Əhmədi-Mürsəl” isə Ģərəfli, Ģanlı elçi deməkdir. 

Əhmədi-Mürsəldən baĢqası məgər 

Varmıdır, tanrıya ola peyğəmbər (YG-22). 



Əhrimən  (mif.)  –  ZərdüĢt  dininə  görə,  xeyir  və  iĢıq  allahı 

Hürmüzə  qarĢı  daim  mübarizə  aparan  Ģər  və  zülmət  allahıdır. 

Guya xeyirin  Ģər ilə, iĢığın  zülmətlə barıĢmaz mübarizəsi  Əhri-

mənin  məğlubiyyəti  ilə  nəticələnəcək,  yer  üzündən  bədxahlıq 

silinəcək,  bəĢəriyyət  xoĢbəxt  həyat  sürəcəkdir.  Əsatirə  görə, 

Əhrimən  eyni  zamanda  ölüm  allahıdır,  Cəhənnəmdə  yalanı  və 

Ģər  iĢləri  törədən  divlərin  baĢçısıdır.  O,  allahların  düĢmənidir, 

insanlara bədbəxtlik və bəla gətirir. 

Nizami Əhrimən adını Əjdər adı ilə sinonim Ģəkildə iĢlədir: 

Kəsdi Əhrimənin baĢını xəncər, 

Ġnsana düĢməni əzmək dad verər. 

Dərhal əjdahanın qarnını yardı 

Orada bir gurun balası vardı (YG-72). 

Söhbət  Bəhram  Gurun  ov  zamanı  Əhrimənə  rast  gəlməsin-

dən, onu öldürməsindən və mağaradan xəzinə tapmasından gedir. 

Əhrimən  (məc.  teon.)  –  Ġskəndər  özü  ilə  Daranı  müqayisə 

edərkən, onu zərdüĢtilərin Ģər allahı olan Əhrimənə bənzdir. 

O bir kin bəsləyir, sən din bəslərsən 

Sən bir firiĢtəsən, o bir Əhrimən (Ġ-107). 



Əhrimən,  ZərdüĢt  (ant.  on.)  –  Burada  teonimlə  agionim 

antonim mənalıdır. 

And olsun yəzdana, uca behiĢtə, 

Əhrimən düĢməni olan ZərdüĢtə (Ġ-132). 

Əxbiyə ( kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir. 

Asimanın alnından gecənin tozunu al

Ucalmağa tapmasın Cəbhə, Əxbiyə macal (SX-25). 



110 

Əjdaha (məc. mif.) – ġərq ölkələrində nəhəng ilana oxĢayan, 

lakin  dörd  ayağı  və  qanadları  olan,  ağzından  od  püskürən  bir 

heyvandır.  “Avesta”da  Əjdaha  üç  ağızlı,  üç  baĢlı  və  altı  gözlü 

heybətli bir heyvan kimi, Əhrimənə mənsub bir qüvvə kimi təsvir 

edilmiĢdir. Folklorda mifik-zoomorfik surət olan Əjdaha müxtəlif 

əsatirlər  və  dini  etiqadlarla  bağlı  olaraq  bir  sıra  rəmzlərə 

çevrilmiĢdir. Müxtəlif təbiət hadisələri ilə əlaqədar xüsusiyyətlərə 

görə  o,  zülmət,  quraqlıq,  istilik,  ölüm  və  fəlakət  simvolu,  haki-

miyyət timsalı, su məbudu və s. kimi təsvir olunur. Əjdaha həmi-

Ģə zərərli bir qüvvə kimi deyil, eyni zamanda suları hərəkətə gə-

tirən, faydalı yağıĢlar yağdıran xeyirxah qüvvə kimi də göstərilir. 

ġair su verməyən səhəri Əjdahaya bənzədir. 



Əjdahatək vermədi bircə qurtum su səhər (SX-67). 

Əjdaha keĢikçiyə bənzədilir. 

Dünya bir xəzinədir, keĢikçisi - əjdaha (SX-93). 

Ölüm Əjdahaya bənzədilir. 



Əjdahanın ağzından həyat tapmaq olarmı? (SX-134). 

SərxoĢ adamlar Əjdahaya bənzədilir. 

Üzüm qara vaxtında tutiyaya dönəndir, 

Ġlan qoca vaxtında əjdahaya dönəndir (SX-129). 

Üzümün  qarasından  keçmiĢdə  tutiya  deyilən  göz  dərmanı 

hazirlayırdılar. Köhnə Ģərab tünd olduğu üçün ilana bənzər bəd-

cins  adamları daha da  zəhərli  edib  Əjdahaya döndərir. AĢağıda 

Körpə Arslan Ģah Əjdahaya bənzədilir. 

“SərxoĢdur” deməyin, Ģir boğan Ģaha, 

Boğur, çünki odur qorxmaz əjdaha (YG-35). 

“Yeddi gözəl” poemasında Mahanın gözünə əvvəl Çin gözəli 

kimi qəĢəng görünən qız onunla əylənəndə ifritəyə çevrilir. Ma-

han  onun  üfunət  qoxuyan  öpüĢlərindən  xilas  olmağa  çalıĢanda 

gözü Aya sataĢır. ġair həmin anda Ayı da Əjdahaya bənzədir. 

Tabdan düĢdü Mahan baxantək aya

Gördü ki, ay dönüb bir əjdahaya (YG-230). 

ġair Bəlinasin dili ilə Azər Humayunu Əjdahaya bənzədir. 

Dedi: “Əjdahanı, böyük tacidar, 

Yalnız bir əfsunçu edər aĢikar (Ġ-175). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə