5
Məs. Məcnunun zənciri, Məcnunun səsi, Məcnunun bağrı, Məc-
nunun qəlbi, Məcnunun ahı, Məcnunun dərdi, Məcnunun ürəyi,
Məcnunun üzü, Leylinin xəyalı, Leylinin saçları, Leylinin yurdu,
Ġran əsgəri, Kəyan rəsmi, GünəĢ xəzinəsi, Nilin mənbəyi, Kəyan
ovlağı, Ərəb baĢları, Kəbənin qapıları, Kəbə halqası, Firudin Ģən-
liyi, Ġskəndər eĢqi, NüĢabə eĢqi və s.
“Xəmsə”də olan bu kimi sərbəst onomastik birləĢmələr də
onomastikona daxil edilməmiĢdir.
Folklorda olduğu kimi “Xəmsə”də də bir çox alleqorik və digər
apelyativ obraz adlarından geniĢ istifadə olunmuĢdur. Lakin onların
hamısı ümumi adlar kimi kiçik hərflərlə yazılmıĢdır. Onların obraz
adı kimi iĢlənməsini nəzərə alaraq, bu cür adlar (Məs. Qarı, Dəllək,
Vəzir, Ox, Tülkü, Qoca Çoban, Cavan, Əkinçi və s.) xüsusi adlar
kimi böyük hərflərlə yazılmıĢ, həmin adların əsərlərdən gətirilən
nümunələrdəki Ģəkli saxlanmıĢdır.
Onomastikonun tərtibi zamanı “Xəmsə”nin müxtəlif illərdə nəĢr
olunmuĢ ayrı-ayrı əsərlərində və onların filoloji tərcümələrində olan
“Ġzahlar”ından, Xaqani ġirvani, Fəxri Gürgani, Əmir Xosrov Dəhləvi
və digər klassik sənətkarların əsərlərinə yazılmıĢ “Ġzahlar”dan, digər
müvafiq əsərlərdən və lüğətlərdən geniĢ istifadə olunmuĢdur.
Biz “Xəmsə”də iĢlənən poetik xüsusi adların izahlı lüğətini hazır-
lamaq fikrinə 1981-ci ildə dahi Ģairimiz Nizami Gəncəvinin anadan
olmasının 840 illik yubileyi keçirilərkən gəldik. Məqsəd ölməz
sənətkarın 850 illik yubileyinə qədər bu lüğəti ərsəyə gətirmək idi.
Lüğət 1987-ci ildə hazır olsa da, “Yazıçı” nəĢriyyatında plana salınsa
da, ildən-ilə keçirildi və bunun da taleyi “Nizami Gəncəvinin poetik
adlar aləmi (Poetik antroponimika)” kitabı kimi (Bu kitabı ancaq
2010-cu ildə nəĢr etdirə bildik) uğursuz oldu...
Nəhayət, lüğətin üzərində yenidən iĢləyib nəĢrə hazırladıq. Bu
zaman bir çox məsələlərə yenidən baxıldı, bəzi adlar haqqındakı
fikirlər dəqiqləĢdirildi, bəzi adların iahı isə zənginləĢdirildi. Əgər
qadir Allah möhlət və imkan versə, poetik onomastikaya aid olan
bu ilk lüğəti də nəĢr etdirərik, inĢallah!
Onomastikon Azərbaycan lüğətçiliyində ayrı-ayrı sənətkarların
əsərlərində istifadə olunan adların toplanıb izahlı lüğət Ģəklində tərtib
edilməsi sahəsində ilk təcrübə olduğu üçün, bu sahədə gələcəkdə gö-
6
rüləcək iĢlərin baĢlanğıcı kimi qiymətləndirilməlidir. Ġkincisi, bəzi
alimlər deyə bilərlər ki, belə bir lüğət nizamiĢünaslar tərəfindən ya-
zılsaydı, daha uğurlu olardı. Elə biz də bu fikirdəyik. Lakin unutmaq
olmaz ki, “Xəmsə”dəki adların hərtərəfli izahı üçün təkcə nizamiĢünas
alim olmaq kifayət deyildir. Çünki bu adlar onlara tarixilik, ədəbiy-
yatĢünaslıq və dilçilik nöqteyi-nəzərdən əlavə, əsasən onomastik
cəhətdən yanaĢmağı tələb edir. Onomastik vahidlər, əsasən mənsub
olduğu xalqın adət-ənənəsi və ad sistemi ilə əlaqədar olub, xalqımızın
həyatı, məiĢəti, elmi və dini dünyagörüĢü, doğma torpağa və millətə
bağlılığı, igidliyi, qəhrəmanlığı, peĢə və məĢğuliyyəti və s. ilə bağlıdır.
Onomastik vahidlər xalqın milli möhürüdür. Adlar özü hansı millətə
mənsub olması haqqında müəyyən məlumat verir. Zənnimizcə, “Xəm-
sə”də iĢlənən onomastik vahidlər haqqında ancaq adlara hərtərəfli
yanaĢmağı bacaran onomoloqlar daha düzgün fikirlər söyləyə bilərlər.
NizamiĢünas olmasaq da, bu qüdrətli söz ustadının yaradıcılı-
ğının vurğunu kimi onun əsərlərindəki onomastik vahidlərin poetik
izahlı lüğətini hazırladıq və bununla da Azərbaycan, o cümlədən
digər dünya ĢərqĢünaslarının diqqətini bu zəngin xəzinəyə yönəlt-
mək istədik. Amma çox təəssüf ki, o vaxt ancaq professor Əkbər
Ağayevdən (Allah onun ruhunu Ģad etsin!) baĢqa, heç kim bu əsərə
əhəmiyyət vermədi. Ə.Ağayev o dövrdə yazılmıĢ “Nizami Gəncə-
vinin poetik adlar aləmi” adlı kıtabımıza yazdığı rəydə (Bu gör-
kəmli alim həmin rəyin əlyazmasının üstünü yazıb yadigar kimi
bizə bağıĢlamıĢdır. Biz bu rəyi ən qiymətli hədiyyə kimi qoruyub
saxlayırıq) əsəri yüksək qiymətləndirmiĢ və indiyə qədər tədqiqata
cəlb olunmadığı üçün bu sahədə araĢdırmaları geniĢləndirməyi
məsləhət görmüĢdü. Lakin bu əsərin çapı ilə daha Ģox əlaqədar olan
bəzi alimlər isə dildə əsəri yüksək qiymətləndirib, arxada nəyə
görəsə onun çapının qarĢısını almağa nail oldular.
Azərbaycan leksikoqrafiyasında ilk poetik onomastik lüğət ol-
duğu üçün əsər nöqsansız da deyildir. Öz təklif və qeydlərini müəl-
lifə bildirən yoldaĢlara əvvəlcədən öz dərin minnətdarlığımızı bil-
diririk.
Aydın PAġAYEV
7
ĠXTĠSARLAR
1. ag. – agionim 14. kos. – kosmonim
2. an. – antroponim 15. ktem. – ktematonim
3. ana. – anaforik 16. məc. – məcazi
4. ant. –antonim 17. mif. - mifonim
5. ap. – apelyativ 18. müq. – müqayisə
6. ep. – epiforik 19. növ. – növ adı
7. er. – erqonim 20. om. – omonim
8. et. – etnonim 21. on. – onim; onomastik
9. fit. – fitonim 22. sin. – sinonim
10. hid. – hidronim 23. teon. – teonim
11. xat. – xatırlama 24. top. – toponim
12. xron. – xrononim 25. zo. – zoonim
13. id. - ideonim
SX - Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Bakı, 1981.
Xġ - Nizami Gəncəvi. “Xosrov və ġirin”. Bakı, 1982.
LM- Nizami Gəncəvi. “Leyli və Məcnun”. Bakı, 1982.
YG - Nizami Gəncəvi. “Yeddi gözəl”. Bakı, 1983.
Ġ - Nizami Gəncəvi. “Ġskəndərnamə”. Bakı, 1982.
Azərbaycan əlifbası
A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, Ġ, J, K,
Q, L, M, N, O, Ö, P, R, S, ġ, T, U, Ü, V, Y, Z