AYDIN PAġAYEV
“XƏMSƏ”DƏ ĠġLƏNƏN
XÜSUSĠ ADLARIN
ĠZAHLI LÜĞƏTĠ
(Poetik onomastikon)
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik Ġnstitutu Elmi ġurasının 12 aprel
2013-cü il tarixli iclasının (protokol №4) qərarı
ilə çapa məsləhət görülmüĢdür.
BAKI – 2013
2
Elmi redaktoru: Qara MƏġƏDĠYEV
Filologiya elmləri doktoru,
professor
Rəyçilər:
Ġsmayıl MƏMMƏDOV
Filologiya elmləri doktoru,
professor;
Əzizxan TANRIVERDĠ
Filologiya elmləri doktoru, professor;
Rübabə ƏLĠYEVA
dosent
Aydın PaĢayev. “Xəmsə”də iĢlənən xüsusi adların
izahlı lüğəti (Poetik onomastikon), Bakı, 2013.
Oxuculara təqdim olunan bu onomastikonda (xüsusi adlar lüğə-
tində) Azərbaycan intibahının ən qüdrətli və ensiklopedik biliyə malik
olan görkəmli Ģairi Nizami Gəncəvinin poemalarında istifadə olunan
bütün xüsusi adlar(antroponim, toponim, kosmonim, teonim, etnonim,
mifonim, ideonim, ktematonim, xrononim, zoonim, fitonim və s.) və
obraz adı kimi iĢlənən bir çox apelyativlər dilçilik (leksik, etimoloji,
üslubi), ədəbiyyatĢünaslıq, tarixilik və s. aspektdən izah olunmuĢ və
onların poetik-üslubi xüsusiyyətləri aydınlaĢdırılmıĢdır.
P
3202050000
qrifli nəĢr
098 - 2013
© Aydın PaĢayev, 2013.
3
Nizami Gəncəvinin anadan olmasının
870 illik yubileyinə həsr olunur.
ÖN SÖZ
Onomastikon – xüsusi adlar lüğəti deməkdir. Onun toponi-
mikon (toponimlərdən düzəlmiĢ lüğət), antroponimikon (əsl adlar,
soy adları və ya təxəllüslərdən və s. ibarət lüğət), kosmonimikon
(səma cisimlərinin adlarından ibarət lüğət), zoonimikon (heyvan və
quĢ adlarından ibarət lüğət), fitonimikon (bitki, meyvə və tərəvəz
adlarından ibarət lüğət) və s. kimi növləri vardır.
Adi lüğətlər kimi onların da izahlısı və ya izahsızı (sadəcə ola-
raq, müəyyən növ onimin sıra ilə düzülüĢü), yəni orfoqrafiki olur.
“Xəmsə”də iĢlənən xüsusi adların izahlı lüğəti (Poetik ono-
mastikon”) dedikdə isə “Xəmsə”də olan bütün xüsusi adların (an-
troponim, toponim, agionim, kosmonim, mifonim, ideonim, zoo-
nim, fitonim və s.) əlifba sırası ilə ümumi izahlı lüğətini nəzərdə
tutmaq lazımdır. Yəni xüsusi ad kateqoriyaları ayrı-ayrılıqda yox,
qarıĢıq Ģəkildə onomastikona daxil edilmiĢdir.
Burada onomastikanın müxtəlif sahələrinə aid olan onimlər əsasən
leksik mənaları və etimoloji xüsusiyyətlərinə görə izah olunmuĢdur.
Bəzi adlar isə ənənəvi Ģəkildə ərəb və fars dili baxımından deyil,
Azərbaycan dilinin öz imkanları nöqteyi-nəzərindən araĢdırılmıĢdır.
Bədii əsərlərdə xüsusi adlar, adlandırma funksiyasından əlavə,
müəyyən poetik səciyyə də daĢıyır. Ad özü haqqında izahedici
məlumat verir. Sanki ad danıĢır və özünün məna və funksiyasından,
əsərdə daĢıdığı vəzifədən, obrazın xarakter və xarici görünüĢündən,
taleyindən xəbər verir. Bunlardan əlavə, “Xəmsə”də zəngin məcazi
məna daĢıyan adlar da çoxdur. Və yaxud obraz adı kimi iĢlənən
NuĢirəvan, Xosrov, NüĢabə, Ġsgəndər və b. Ģəxs adları çox yerdə mə-
cazi ad funksiyasında iĢlədilir. Coğrafi obyekt adları da Ģairin məq-
sədindən asıli olaraq bir yerdə həqiqi, baĢqa bir yerdə isə məcazi ad
kimi təqdim olunur.
“Xəmsə”də ən çox məcazi antroponim (Musa, Yunis, Yusif, Vis,
Vamiq, Əzra, Samiri, Ġbrahim, Ġsmayıl, Əfrasiyab, Sam, Zal, Rüstəm
və b.), məcazi toponim (Nil, ġimal, Cənub, ġərq, Qərb, Hind, Çin,
4
HəbəĢ və s.) kimi iĢlənən adlar da çoxdur. Bunlardan əlavə, Ģair eyni
əsər daxilində anaforik (Ġskəndər-Ġskəndərus, Rum-Rus, Yunis-Yusif,
Zeyd-Zeynəb və s.), epiforik (Musa-Ġsa, Amiri-Samiri, Məhəmməd-
Əhməd, Mikayıl-Cəbrayıl, Harut-Marut, Qıntal-Kupal, Yəcuc-Məcuc
və s.), antonim (Xeyir-ġər, Çin-HəbəĢistan – ağ və qara mənasında,
ġimal-Cənub, Ġran-Turan və s.), sinonim (ġirin-ġəkər, Əsəd-ġir, Sur-
Öküz bürcləri, Tərəzi-Mizan və s.), omonim (Bəhram Ģəxs adı və
Mars planetinin adı; Nərsi-Bəhram Gurun qardaĢı və onun Rast-
RövĢəndən əvvəlki vəzirinin adı, Münzir-baba və nəvə adı və s.) kimi
iĢlənən adlar da onomastikonda bu və ya digər Ģəkildə izah olunmuĢ,
xüsusi adın ümimi, ümumi adın xüsusiyə bənzədilməsi öz əksini
tapmıĢdır. Onomastikon sırf poetik xüsusiyyətə malik olduğu üçün
“poetik onomastikon” adlandırılmıĢdır.
Rus onomastikasında XX əsrin 80-ci illərində A.S.PuĢkinin və
M.Qorkinin əsərlərində iĢlənən xüsusi adların lüğətinin hazırlanması
sahəsində ilk addımlar atılmıĢdır, lakin tamamlanmamıĢdır. Azərbay-
can poetik onomastikasında isə bu lüğət ilk nümunədir.
“Xəmsə”də istifadə olunan antroponimlərin hamısı, toponim,
mifonim, zoonim, fitonim və b. onimlərin isə əksəriyyəti ġərq ədə-
biyyatında müəyyən simvolik mənalara malik olduqları üçün lüğət
rus dilində yaranan belə onomastikonlardan həm məzmun, həm də
forma cəhətcə fərqlənəcəkdir.
Onomastikon “Xəmsə”də istifadə olunan bütün onimləri (eyni
adların təkrarları, təkrar bənzətmələr müstəsna olmaqla) əhatə edir.
Ayrı-ayrı əsərlərdə müxtəlif variantlarda yazılan (Firudin-Firidun,
Mənzər-Münzir, Simurq-Simruğ, Sövr-Sovr-Sur, Elburus-Əlbürz,
Fur-Fovr, Xülləx-Xəllux və s.) adlar da onomastikona daxil edilmiĢ
və izahı verilmiĢdir.
Onomastik birləĢmələr, adətən öz məna və formalarına görə iki
cür olur: sabit (məs.; Bakı soveti, Xəzər dənizi, Masallı rayonu, TalıĢ
dağları, Səməd Vurğun, “Yeddi gözəl”, “Yeraltı çaylar dənizə axır”,
“Qarabağ Ģikəstəsi” və s.) və sərbəst onomastik birləĢmələr. Sabit ono-
mastik birləĢmələr dilimizdə artıq xüsusi ad birləĢməsi kimi forma-
laĢmıĢ və onların komponentlərinin yeri sabitdir.
“Xəmsə”də birinci komponenti sabit (və xüsusi ad), ikinci
komponenti isə sərbəst (və ümumi) olan minlərlə xüsusi ad vardır.