414
Həmsöhbət olmuĢdu ülkər nədimtək,
Ütarid üfüqdə rəqs edirdi tək (Xġ-127).
Zöhrə, ”Zənd”, Harut (qrup məc. on.) – Nizami öz təbini
Zöhrəyə, yazdığı əsərləri “Zənd”ə, o əsərləri oxuyub məftun
olanları isə Haruta bənzədir.
Zöhrəyə o “ Zənd”i kimlər öyrətdi,
Oxuyub Harutu tamam bənd etdi (Ġ-419).
Əsatirə görə, guya Zöhrə ulduzu çox gözəl oxumağı ilə Ha-
rutu cəzb etmiĢ, Harut da ona qovuĢmaq üçün sehrbazlığa baĢ-
lamıĢ və sehrbazlıq etdiyinə görə cəzalandırılaraq quyudan baĢı
üstə asılmıĢdır.
Zöhrə, Zöhrə (tək. kos.) – Adın təkrar olunması sanki ha-
disənin baĢlanmasından qurtarmasına qədər olan zamanı ifadə edir.
Sehirli rübabını tez ələ aldı Zöhrə,
Mizrabı sınanacan oxudu, çaldı Zöhrə (CX-64).
Zur Ģəhəri (top.) – Babilin yaxınlığında Ģəhərdir.
Yolda Zur Ģəhrinə gəlib çatanda
Pozuldu səhhəti Ģahın bir anda (M-579).
Söhbət Ġskəndərdən gedir.
Zübeydə (xat. an.) – Abbasiyə xəlifələrinin beĢincisi Ha-
runərrəĢidin (bax) arvadı və Abbasi xəlifələrinin altıncısı Əminin
anasıdır. Zübeydə kəsgin ağlı, zəkası, gözəlliyi, fəsahətli Ģeirləri və
səxavəti ilə məĢhur olmuĢdur. Görünür, ərinin ölümündən sonra o,
bir müddət dul qalmıĢdır. ġair əsil sənətkar Ģairləri adi Ģairlərlə
müqayisə etdiyi vaxt Zübeydəni də xatırlamıĢdır.
Hər meyvə yeyilməz əncir adına,
Zübeydə deyilməz hər dul qadına (Ġ-41).
ġair metaforik Ģəkildə Leylini Zübeydəyə, Məcnunu isə
onun əri qoca xəlifəyə bənzədir.
Zeyd xəbər yetirdi o Zübeydəyə,
Bu qoca xəlifə yumĢalmıĢ, deyə (LM-251).
Yəni Zeyd Leyliyə xəbər gətirdi ki, Məcnun onunla görüĢ-
məyə razılıq vermiĢdir.
Zühəl (kos.) – Ərəb dilində Saturn planetinin adıdır. MüĢ-
təridən sonra GünəĢ sistemində ikinci böyük səyyarədir. Onun
415
doqquz peyki vardır. GünəĢ ətrafında 30 ilə dolanır. Yerdən 763
dəfə böyükdür. Qədim münəccimlərin əqidəsinə görə, Yeddi
səyyarənin hər biri bir iqlimin himayəçisidir. Hindistan yeddinci
iqlim olduğundan və Zühəl yeddinci səyyarə sayıldığından hə-
min məmləkətin himayəçisi hesab olunur. Zühəl “fələyin mü-
həndisi” adı ilə poetik obraza çevrilmiĢdir. Onun bir adı da
Keyvandır(Bu onun farsca adıdır). Qədim Roma əsatirindən
mövsüm və məhsuldarlıq tanrısıdır. Saturnun adı ilə əlaqədar
Romada müqəddəs məbəd yaradılmıĢdır. Orada hər ilin dekabr
ayında yeddi gün davam edən ənənəvi Saturnaliya adlı bayram
qeyd edilərmiĢ. Dekabrın 19-da qullar azad olunarmıĢ, quldarlar
həmin gün öz qullarına qulluq edərmiĢ. Saturn antik incəsənətdə
baĢında örtük, əlində oraq, Zevsə oxĢar Ģəkildə təsvir edilmiĢdir
ki, bu da onun məhsul məbudu olması ilə əlaqədardır. Qədim
nücum elminə görə, Zühəl nəhs ulduzdur. Bu ulduzun altında
doğulanlar bədbəxt olurlar.
Yerdə gilə qarıĢsın ayın nurlu haləsi,
Sınsın Zühəl daĢıyla Zöhrənin piyaləsi (CX-25).
ġair ikinci misrada məhz buna iĢarə etmiĢdir.
Zühəl ulduzu Qızıl Arslanın quluna bənzədilir (kosmonimin
antroponimə bənzədilməsi).
Zühəl onun qulu olmasa əgər,
Nə qədər qocalsa, göylərdən enər (Xġ-42).
Zühəl, Mizan (qoĢa məc. kos.) – Zühəl (Saturn) planetinin
Mizan bürcündə olması varlıq əlamətidir. Odur ki, Bəhramın
var-dövləti sanki Yerdən Keyvana (Saturnə) qədər ucaldı.
Uzadıb əlini Zühəl Mizana,
ToplamıĢdı xəznə yerdən Keyvana (YG-94).
Züleyxa (məc. an.) – Dini rəvayətlərə görə,Yusifi satın almıĢ
Misir Ģahının vəzirinin arvadıdır. O, Yusifin gözəlliyinə bənd
olmuĢ, lakin Yusif onu rədd etmiĢdir. Buna görə də, o, Yusifə
böhtan ataraq onu həbs etdirmiĢ, yeddi il sonra hökmdarın yuxu-
sunu düzgün yozduğu üçün həbsdən buraxılmıĢdır. ġah öldükdən
sonra Yusif hakimiyyətə keçmiĢ və Züleyxa ilə evlənmiĢdir. ġərq
ədəbiyyatında bu mövzuda bir sıra əsərlər yazılmıĢdır (10-84).
416
Yaxın ġərq ədəbiyyatında bir çox Ģairlərin müraciət etdikləri bu
mövzu XY əsr tacik Ģairi Əbdürrəhman Cami tərəfindən daha yük-
sək bədii keyfiyyətdə qələmə alınmıĢdır. XYI əsrin böyük Azər-
baycan Ģairi Məhəmməd Füzuli də özünün “Hədiqət-üs-süəda” adlı
əsərində bu mövzunu bir rəvayət kimi əsərə daxil etmiĢdir. ”Yusif”
adı ġərq ədəbiyyatında gözəllik rəmzi kimi iĢlədilir.
XX əsrin məĢhur türk Ģairi Nazim Hikmətin də bu mövzuda
əsəri vardır.
Züleyxanın eĢqindən Misirtək yandı aləm,
Yusifin camalıyla nura boyandı aləm (CX-57).
Yəni Züleyxa məskəni olan bədən Misrindən qəlbim Yusif
kimi xilas oldu. Züleyxa burada Ģəhvət, ehtiras, tamah rəmzidir.
Yusif və Züleyxa adları çox vaxt yanaĢı iĢlədilir.
Zülqərneyn (an.) – Makedoniyalı Ġskəndərin ləqəbi. Bax:
Ġki qərn sahibi.
Ġskəndər bilmiĢlər o gündən bəri
Buynuzlu çəkmiĢlər mələkələri.
Odur ki, Ģübhəyə düĢmüĢ ərəblər.
“Zülqərneyn” ləqəbi almıĢ Ġskəndər (Ġ-436).
Əbu MəĢər (bax) “Ülüf” (bax) kitabında yazır ki, Ġskəndər
öləndən sonra yunanlar onun surətini çəkmiĢlər. Həmin surətin
sağ və solunda iki mələk Ģəkli də rəsm etmiĢlər. Surətin üstündə
iki buynuz Ģəkli olmuĢdur. Guya Ġskəndər Allah tərəfindən yara-
dılıb yerə göndərilmiĢ, bu mələklər də onun sağ-solunda qaro-
vulçusudurlar. Sonra həmin Ģəkil ərəblərin əlinə keçmiĢ, onlar
buynuzlu mələyi Ġskəndər bilib ona “Zülqərneyn” (ikibuynuzlu)
adını vermiĢlər.
Ġskəndər sikkəsi üstündə buynuzlu büt Ģəklinin həkk edildiyi
də məlumdur.
BaĢqa bir bilici deyir ki,onun
Qulaqları varmıĢ həddindən uzun.
Dürdən taca bənzər qınları varmıĢ,
Ġki qulağına o qın taxarmıĢ (Ġ-436).
417
Guya Ġskəndərin qulaqları çox uzun imiĢ, onları gizlətmək
üçün o, tacının yanlarında buynuza oxĢar iki balaca qın qayıt-
dırıbmıĢ, tacını qoyanda qulaqlarını o qınların içinə salırmıĢ.
Zülmat (məc. mif. top.) – Bax: Zülmət. Məhəmməd pey-
ğəmbərin dünyada varlığı Zülmətdə olan Dirilik suyuna (Abi hə-
yata) bənzədilir.
Parlayıb nur saçdı bu kainatda,
Bənzərdi Zülmatda abi-həyata (Ġ-413).
Yəni Məhəmməd peyğəmbər cəhalət qaranlığında olan
dünyaya öz mərifəti ilə iĢıq saçdı (Ġ-653).
Zülmət (top.) – Yəni oradan əvvəl IX əsrdə Babilistanda ha-
zırlanan coğrafiya xəritələrində “Zülmət” haqqında da məlumat
vardır. Həmin xəritədə təsvir olunur ki, dünyanın quru hissəsi
hər tərəfdən dairəvi Ģəkildə - üzük qaĢı kimi su ilə əhatə olun-
muĢdur. Uzaqda isə adalar görünür. ġimalda – lap uzaqda yerlə-
Ģən adalardan birinin yanında belə bir qeyd var: ”GünəĢin
görünmədiyi yer”.
KeçmiĢdə Atlantik okeanına da “Zülmət dənizi” deyilirmiĢ.
X əsrdə Hind və Sakit okeanlarına bələd olan ərəblər ġimali
Afrikanı və Ġspaniyanı zəbt etdikdən sonra Atlantik okeanını –
Zülmət dənizini də öyrənməyə, onun içərilərinə doğru səya-
hətlərə çıxmağa baĢlamıĢdılar (17-8,16).
Bizcə, ”Zülmət” dedikdə, o dövrdə sirri elm aləminə bəlli ol-
mayan, ilin yarısı gecə, yarısı gündüz keçən Ģimal ölkələrini nəzər-
də tutmaq lazımdır. Guya Əfsanəvi Dirilik suyu da Zülmətdədir.
EĢidincə bunu Ģah dedi: ”Ancaq
Zülmətdə mümkündür iĢığı tapmaq” (Ġ-376).
Zümrüd (məc. mif.) – Bax: Zümrüd quĢu. Ġnsan Zümrüd
quĢuna bənzədilir.
Dünya sirli saraydır, sirdaĢ da sənsən ona,
Torpaq acgöz bir quĢdur, ən gözəl dənsən ona.
Xilas elə canını sinə sökən bu quĢdan,
Zümrüd kimi havalan, görünməz ol uçuĢda (SX-92).
418
QuĢ dəni dənləyən kimi Yer səni dənləyib udacaqdır. Odur
ki, sən Zümrüd(Simurq) quĢu kimi Yer üzündə mənəviyyata
qulluq et və özünü təmkinli apar.
Zümrüd quĢu (mif.) – Əfsanəvi Simurq quĢu (bax). Bu quĢ
GünəĢlə, Ayla əlaqədar kosmik obrazdır. HəmiĢə xeyirxah qüv-
vələrin tərəfində durur və onların qələbəyə nail olmasına çalıĢır.
Qəhrəmanları ən çətin vəziyyətdən çıxarır. Bax: Sam oğlu Zal.
Zümrüd quĢu bəsləyən Sam oğlu Zaldı bəĢər,
Dünya Samdır, qocalmaz, Zaltək qocaldı bəĢər (SX-80).
Ədalət Zümrüd quĢuna bənzədilir.
Ġnsan indi taparmıĢ arasa ədaləti?
Zümrüd quĢu aparıb harasa ədaləti (SX-87).
Səadət və xeyirxahlıq rəmzi olan əfsanəvi Zümrüd quĢu
(Simurq) gözəgörünməzdir və Elbrus dağının (bax) əlçatmaz
zirvəsində yaĢayır.
Beytin məzmunu: Bizim zəmanəmizdə ədalətdən əsər yox-
dur, o, dağlara qaçıb, Zümrüd quĢunun qanadları altında özünə
yer tapmıĢdır.
Bakı – Masallı, 1981 – 2012-ci illər.
419
ƏDƏBĠYYAT
1. Adilov M. Niyə belə deyirik. Bakı, 1974.
2. Adilov M. Niyə belə deyirik. Bakı,1982.
3. Axundov A. Torpağın köksündə tarixin izləri. Bakı,1983.
4. AĢurbəyli S. Qosudarstvo ġirvanĢaxov. Bakı,1983.
5. Azərbaycan dilinin izahlı lüğəti. I c. “ġərq-Qərb”. Bakı,
2006.
6. Azərbaycan dilinin izahlı lüğəti. II c. “ġərq- Qərb”. Bakı,
2006.
7. Azərbaycan dilinin izahlı lüğəti. III c. “ġərq -Qərb”. Bakı,
2006.
8. Azərbaycan dilinin izahlı lüğəti. IV c. “ġərq- Qərb”. Bakı,
2006.
9. Azərbaycan ədəbiyyatı tarixi. I c. Azərbaycan SSR EA-
nın NəĢriyyatı. Bakı, 2006.
10. Babayev A. Azərbaycan klassik ədəbiyyatında iĢlədilən
adların Ģərhi.Bakı ,1974.
11. Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225-
ci illər). Bakı ,1988.
12. Cəfərsoylu Ġlhami. Türk dillərində teonim və etnonimlər.
Bakı , 2010.
13.
Kərəmov
N.
Odlar
yurdunun
səyyahı
və
coğrafiyaĢünasları. Bakı ,1986.
14. Klassik Azərbaycan ədəbiyyatında iĢlənən ərəb və fars
sözləri lüğəti. I c.”ġərq-Qərb”. Bakı, 2005.
15. Klassik Azərbaycan ədəbiyyatında iĢlənən ərəb və fars
sözləri lüğəti. II c. ”ġərq-Qərb”. Bakı , 2005.
16. Qumilev L.N . Drevniye Tyurki . Moskva, 1967.
17. Mahmudov Y. Səyyahlar, kəĢflər, Azərbaycan.
Bakı ,1985.
18. Mirzəyev O. Adlarımız. Bakı, 1987.
19. Nəbiyev N. Coğrafi adlar. Bakı ,1982.
20. Nizami Gəncəvi. Sirlər Xəzinəsi. Bakı, 1953.
21. Nizami Gəncəvi. Xosrov və ġirin. Bakı ,1962.
420
22. Nizami Gəncəvi. Leyli və Məcnun .Bakı ,1959.
23. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı ,1946.
24. Nizami Gəncəvi. Ġskəndərnamə. I c. Bakı ,1964.
25. Nizami Gəncəvi. Ġskəndərnamə. II c. Bakı ,1967.
26. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı, 1981.
27. Nizami Gəncəvi. Xosrov və ġirin. Bakı ,1982.
28. Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı ,1982.
29. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı , 1983.
30. Nizami Gəncəvi. Ġskəndərnamə. Bakı 1982.
31. Nizami Gəncəvi. Xosrov və ġirin (filoloji tərcümə).
Bakı , 1981.
32. Nizami Gəncəvi. Leyli və Məcnun (filoloji tərcümə).
Bakı , 1981.
33. Nizami Gəncəvi. Yeddi Gözəl (filoloji tərcümə) . Bakı,
1983.
34. Nizami Gəncəvi. Ġskəndərnamə (filoloji tərcümə). Bakı ,
1983.
35. PaĢayev A. Nizami Gəncəvi yaradıcılığında xüsusi adlar
haqqında. “Azərbaycan dili və ədəbiyyat tədrisi”. N-3, 1982 .
səh.44-51.
36. PaĢayev A. Nizami Gəncəvinin poetik antroponimikası.
“Azərbaycan onomastikası problemlərinə dair konfransın mate-
rialları” toplusu. “APĠ” . Bakı, 1987. səh. 53-55.
37. PaĢayev A. ”Xəmsə”də bəzi adların yazılıĢına da-
ir(Metodik tövsiyə). “APĠ”. Bakı , 1990. 50 səh.
38. PaĢayev A. Nizami tükənməz mövzu mənbəyi-
dir.”Azərbaycan gəncləri” q. 13.10.1990.
39. PaĢayev A. Nizaminin məcazi adlar aləmi və Ģagirdlərin
elmi dünyagörüĢü. ”Ana sözü” j . N-1. 1991. səh.23-25.
40. PaĢayev A. Nizami yaxĢı ad qazanmaq haqqında. “Dan
ulduzu” q. 21.05.1991.
41. PaĢayev A. YaxĢı ad – əbədiyyətdır. ”Novruz” q.
25.12.1991.
421
42. PaĢayev A. ”Xəmsə”də mifonimik obraz adları haqqın-
da. ”Azərbaycan onomastikası problemləri” toplusu. IV. “APĠ”.
Bakı , 1993. səh.63-65.
43. PaĢayev A. Nizami Gəncəvinin poetik adlar aləmi.
Poetik antroponimika . Bakı , 2010. 208 səh.
44. PaĢayev A. Nizami yaradıcılığı və Azərbaycan intiba-
hı. ”Azərbaycan dili və ədəbiyyatı tədrisi”. № 3. Bakı, 2011.
səh.6-10.
45. PaĢayev A., BəĢirova A. Azərbaycan Ģəxs adlarının izah-
lı lüğəti. Bakı, 2011. 340 səh.
46. Rəb Ġsa Məsihin xoĢ xəbəri yaxud Əhdi Cədid (“Ġncil”).
Bibliya Tərcümə Ġnstitutu. 1982.
47. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları.
B. 1983.
48. Səfərli Ə., Yusifov X. Qədim və Orta əsrlər Azərbaycan
ədəbiyyatı. Bakı. 1982.
49. Sərkaroğlu Əsgər. Azərbaycanın peyğəmbərləĢən mütə-
fəkkir Ģairi. I c. ”Elm”. Bakı, 2004.
50. Süleymenov O. Az-Ya. Bakı, 1993.
51. ġükürlü Ə. Gəncəli Nizamidə türkçülük. Bakı , 2002.
52. Tanrıverdi Ə. Qədim mənbələrdə yaĢayan Ģəxs adları.
Bakı. 2009.
422
Aydın Məmməd oğlu PaĢayev
“Xəmsə”də iĢlənən xüsusi adların izahlı lüğəti
(Poetik onomastikon)
NəĢriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdı:
Günay BəĢirova
Korrektor:
Turanə BəĢirova
Kağız formatı: 60/84 32/1
Mətbəə kağızı
: ¹1
Həcmi: 422 səh
Tirajı
: 200
Kitab “Nurlan” NPM-in Kompyuter Mərkəzində
yığılmıĢ, səhifələnmiĢ, ofset üsulu ilə
423
hazır deopozitivlərdən çap olunmuĢdur.
Aydın Məmməd oğlu PaĢayev
22 yanvar 1939-cu ildə Masallı rayonunun Kəlbəhüseynli
kəndində anadan olmuĢ, 1967-ci ildə ADPU-nun filologiya fa-
kültəsinin axĢam Ģöbəsini qurtarmıĢ, 1987-ci ildə “Azərbaycan
dilində ləqəblər” mövzusunda namizədlik, 2010-cu ildə isə
“Azərbaycan antroponimiyasının leksik problemləri” mövzusun-
da doktorluq dissertasiyası müdafiə etmiĢdir. Hazırda BPKĠYĠ-
nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri olan
A.PaĢayev ömrünün 12 ilini fəhləliyə, 45 ilini isə gənc nəslin
təlim-tərbiyəsinə həsr etmiĢdir.
A.PaĢayev dəfələrlə onomastikanın müxtəlif problemlərinə
həsr olunmuĢ respublika və beynəlxalq elmi-praktik konfrans-
larda məruzə ilə çıxıĢ etmiĢdir. Bu vaxta qədər 27 elmi, elmi-
metodik tövsiyə və vəsait, monoqrafiya və lüğətin, 250-dən çox
elmi-metodik məqalənin müəllifidir.
O, 1980-ci ildən Nizami Gəncəvinin yaradıcılığında iĢlənən
xüsusi adların poetik xüsusiyyətlərinin tədqiqi ilə məĢğul olmuĢ,
bu mövzuya onlarla məqalə, “Xəmsə”də bəzi adların yazılıĢına
dair” adlı metodik tövsiyə (1990) və “Nizami Gəncəvinin poetik
adlar aləmi (Poetik antroponimika)” adlı monoqrafiya (13, ç.v.
2010) həsr etmiĢdir. F.e.d., professor A.PaĢayev son illərdə isə
türk mənĢəli beynəlxalq onomastik vahidlərin tədqiqi ilə
məĢğuldur.
Dostları ilə paylaş: |