17
S.A.Pletnevanın “Xazarı” kitabında VIII-IX əsrlərə aid xəri-
tədə isə Alanların əvvəlki əraziləri yerində Peçeneqlərin dövləti
yerləĢir. Alanlar isə Qafqaz dağlarına sıxıĢdırılmıĢdır (Göstə-
rilən əsər. “Nauka”. M.,1986. səh. 47).
Bizə elə gəlir ki, Alan dövləti Xəzərin Ģimalında yerləĢsə də,
yerli əhalinin çoxunu peçeneqlər, xəzərlər və digər türk xalqları
təĢkil etmiĢlər. Elə buna görə də Hunların gəliĢi ilə peçeneqlər
öz dövlətini, Xəzərlər isə Qafqazın Ģimalında öz qüvvətli impe-
riyalarını yaratmıĢlar.
Bax: Rus, Ağ bağ.
Al geyimli Ģah (ap. an.) – “Yeddi gözəl” poemasında epizodik
obraz adı. Slavyan qızının söylədiyi nağılda Qala gözəlinin (bax)
tilsimlərini açan və axırda onunla evlənən ġahzadəyə verilən ad.
Geyindi qırmızı, yaĢadı gümrah,
Ona ad verdilər: Al geyimli Ģah (YG-208).
Çox maraqlıdır ki, bu gənc nağılın sonuna qədər ġahzadə
adlanır. Ġgidlik göstərib, tilsimləri sındırıb, suallara cavab verən-
dən sonra Qala gözəli ilə evlənir, Ģah olur və bu adı alır. Bu ad
vermə “Dədə Qorqud” dastanlarında qəhrəmanlara ad verilməsi
ənənəsi ilə bağlı olub, qədim türk ad sistemini əks etdirir.
Allah (teon.) – Ġslam dininin tək, vahid və hər Ģeyə qadir Al-
lahıdır. Müsəlmanların təsəvvürünə görə, dünyanı, torpağı, bit-
kiləri, heyvanları və insanı Allah yaratmıĢdır. Dünyanın axırı ça-
tanda, Qiyamət günü Allah bütün ölüləri dirildəcək və əməllərinə
görə mühakimə edəcəkdir, bəzilərini Cənnətə, bəzilərini isə Cə-
hənnəmə göndərəcəkdir. Ġslam dininin Allahı yəhudilərin və
xristianların ibadət etdikləri Allahın özüdür. Allah vaxtaĢırı pey-
ğəmbərləri adamlar içinə göndərmiĢdir ki, onlar adamları mömin-
liyə, düzgün yola dəvət etsinlər. Məsələn, Musa (Moisey) və Ġsa
(Ġsus) belə peyğəmbərlər olmuĢlar. Lakin onların davamçıları Al-
lahın əmrlərini, əhdlərini və simasını təhrif etmiĢlər. Məhəmməd
peyğəmbər Allahın adamlar içinə göndərdiyi sonuncu elçidir.
Ġslama qədərki Ərəbistanda, xüsusən Məkkədə hələ Məhəm-
məddən də qabaq Allah (Əl-Lat) adında bir məbuda, bütpə-
rəstlərin ən qadir allahlarından birinə sitayiĢ edirdilər. Ġslam da
18
məhz onu yeganə və hər Ģeyə qadir Allaha çevirmiĢdir (Ġslam.
Bakı, 1985, səh.32).
Fitrətin səkli göydə yaratsa əks-səda,
Səndən baĢqa kim deyər: “Allah mənəm” dünyada (SX-25).
Alp Arslan (an. birləĢmə) – Əzud-əd-Din Əbu-ġüca (1063-
1072) Səlcuqilər sülaləsinin ən məĢhur və qüdrətli sultanla-
rından biri, Məlik Ģahın (1072-1096) atasıdır. O, Vizantiya
imperatoru Roman Dioqeni məğlub edib indiki Türkiyənin bir
hissəsini tutdu və sonralar Osmanlı Türkiyəsi adı ilə məĢhur
olan dövlətin əsasını qoydu.
“Alp Arslan” antroponimik birləĢməsindəki birinci kompo-
nent titul (alp-qədim türk dillərində igid, qəhrəman, qoçaq de-
məkdir), ikinci komponent isə əsl adıdır və Ģir, aslan deməkdir.
Ölkələr fatehi Körpə Arslan Ģah
Alp Arslandan yüksək, olduqca gümrah (YG-34).
ġair Körpə Arslan Ģahla Alp Arslanı müqayisə edir və
üstünlüyü Körpə Arslana verir.
Mirzə Bala “Azərbaycan tarixində türk Albaniya” adlı əsə-
rində türk dillərində geniĢ yayılmıĢ “Alb”, “Alp” və s. formada
olan “Alp” sözünün mənaları haqqında yazır: “Romalılar “Ağ-
su” mənasında Albis, Albios və Alba kəlmələrini iĢlədirlər. La-
tıncada “Albos” həm “adlıq” və həm də “iĢıq” mənasını ifadə
edirdi. Ağ Ģəhər mənasında Alba və Albisin sözlərinə, “Ağ
məmləkət” və “Ağ torpaq” mənasında “Albion” kəlmələrinə rast
gəlinməkdədir. Bu sonuncu təbir Böyük Britaniyanın da adıdır.
Və bu da sahildəki tabaĢir qayalarından alınmıĢdır.
Klassik qərb dillərində “cəsur və qəhrəman” sözləri də “alb”
kökündən alınmıĢdır. Əski qreklərdə “Albion” bu mənada iĢlən-
miĢdir. Diqqətəlayiqdir ki, Oğuz xanın babası Qara xan zama-
nında yaĢamıĢ bir türk qəhrəmanının da adı “Alban”idi.
Qalcada “dağ və yüksək” mənalarında, uyğurlarda olduğu
kimi alp və ya alb, “dağ silsiləsi” və ya “ada dağ” mənasında al-
banun kəlməsi iĢlənirdi. Latınlar Alp dağlarının adına Alpas
deyirdilər” (“Azərbaycan”, № 10, 1989, səh. 128). Bax: Elbrus,
Elburus dağı.
19
Altıncı məzlum (ap. an.) – “Yeddi gözəl” poemasında epi-
zodik obraz adı. Əvvəllər ordu təĢkil edən əsgərlərdən biri olub,
sonralar Rastü-RövĢən tər əfindən var-dövləti, vəzifəsi əlindən
alınan və haqsız olaraq zindana salınan məhbuslardan biri.
Altıncı məzluma növbət ki çatdı,
Öz xumar bəxtini o da oyatdı (YG-291).
Amil (top.) – Xorasan vilayətində Amu-Dəryanın sahilində
Mərvdən Buxaraya gedən yolun üstündə yerləĢən bir Ģəhərdir.
Vaxtilə ticarət mərkəzi olmuĢ bu Ģəhər monqolların hücumu
zamanı dağıdılmıĢdı. “Amili” təxəllüsü ilə tanınan bir çox alim
və Ģairin vətənidir.
Xarəzm çölünü ölçərək biçdi,
Ceyhuna gələrək, Amildən keçdi(I-315).
Burada söhbət Ġskəndərdən gedir.
Amiri (et.) – Məcnunun atası və tayfasının mənsub olduğu
qəbilənin adı. “Amiri” ərəbcə “amir” sözündən olub buyuran,
əmr edən; baĢçı; böyük deməkdir.
O imiĢ baĢçısı Amirilərin,
AbadmıĢ torpağı olduğu yerin (LM-76).
Söhbət Məcnunun atasından gedir.
Məcnunun dayısı Səlim də həmin qəbilədəndir. O, özünü Məc-
nuna tanıtdıranda “Amiriyəm” deyir. Demək, ərəblərdə də qədim
türklərdə olduğu kimi qəbilə (və ya tayfa) adı əsl adı əvəz edərmiĢ.
Osa cavab verdi:
“Amiriyəm mən”... (LM-205).
Amiri, Samiri (ep. an.) – ġair Məcnunun dayısı Səlim
Amirini Samiriyə (bax) bənzədir.
Ona deyirdilər Səlim Amiri,
Samiri kimiydi ağlı, tədbiri (LM-205).
Amül (top.) – Ġranın Ģimalında Mazandaran vilayətində bir
Ģəhərdir. Qədim tarixə malik olan bu Ģəhər vaxtilə Təbəristanın
paytaxtı idi. Bir neçə tarixi qalalara və atəĢgahlara malikdir.
Bəhram-Gur yeddi günbəd tikən ġidəyə (bax) bu Ģəhəri ba-
ğıĢlamıĢdı.
Dostları ilə paylaş: |