128
bucağını
təsəvvüfün
və
hürufiliyin
rəmzi
bildirmələrindən azacıq yana çöndərib Nəsiminin
deyimlərinin məntiq müstəvisinə tuşladıqda onun
dərisinin
soyulması
“tilsimi-pünhan”ın
aşkar
edilməsi, “əzəli sirr”in məkan içrə, konkret olaraq
meydanda, bəyana gətirilməsi kimi görükür. “Başını
top eyləgil, gir vəhdətin meydanına” və ya “Başını
top eyləgil, meydanə gir mərdanə sən” deyən
Nəsiminin ifadə tərzindən, misrasının arxitektonik
və ritmik quruluşundan gizli bir üsyan, azman güc,
qaytansız
ehtiras,
saymazyana
dəliqanlılıq
fışqırır. O, sanki hamını özü əleyhinə qaldırıb
tufan
qoparmaq,
mübarizə,
qarşıdurum,
dünyəvi
mübahisə təhrik etmək istəyi ilə söz PÜSKÜRÜR;
hətta yeri gəldikcə fələyə də, taleyə də öcəşir ki,
bəlkə onlardan bir tutarlı cavab eşidə:
«Bu dərin məani gör ki, bəyan qılır Nəsimi,
Fələyin dili tutuldu bu ulu bəyan içində».
Lakin fələyin lallığı qənşərində “anəstunarən”
5
deyib də hayqıran, coşan Nəsiminin emosional
durumu, ovqatı və yaşantılarının
təbiəti, məncə,
onunla
izah
edilir
ki,
çox
böyük
enerji
potensialına malik bu adam heç cür bir yerdə qərar
tutub aram ola bilmirdi, gəzərgi həyat sürdüyündən
köç havasını heç vədə beynindən çıxarmırdı:
«Dünya duracaq yer deyil, ey can, ondan səfər eylə»
Və ya:
«Bu nə bərgüzidə
6
candır ki, gəzər bu can içində»
Yaxud:
«Bu canı tərk edib keçdim cahandan»
129
Və hətta:
«Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,
Məkana sığmayan ol biməkan məkanı nedər!».
Yəni məkandan bilmərrə imtina və hər cür köçün,
səfərin sonu. Təbii ki, burada qəribə, təəccüblü,
gözlənilməz heç nə yox. Çünki orta əsrlər müsəlman
Şərqinin poeziya dünyası sufi ideyalarına ürcah.
Ötəri bir paralel. Məgər Sənai də Nəsimi deyəni
demirdi ki, “cism və canda mənzil tutma gəl, biri
ikrah doğurur, o biri sevgi, hər ikisini tərk elə,
nə onda ol, nə bunda”
7
. Beytdə laməkan ideyasının
dominantlığı şəksizdir. Bəs belə olan surətdə bu
məsələni Nəsimi ilə bağlı məxsusi qabartmağına
dəyərmi? Elə bilirəm ki, dəyər. Çünki bu, Sənaidən
ötrü yalnız mənəvi imperativdir, ruhla ilişikli
oyundur, intellektual macəradır. Nəsimi isə buna
həqiqət, reallıq, həyat məqsədi kimi baxır, bütün
varlığı
ilə
məkansızlığa
can
atır
və
öz
məkansızlığından az qala bir ayin yaradır, onu
kulta çevirir. Məkansız olduğuna Nəsimi bir şair
kimi yox, bir insan kimi inanır... və hətta bunun
sübutuna çalışır. Mənim fikrim budur ki, Nəsiminin
laməkan kulturoloji ideyasına münasibəti də onun
karması ilə diktə edilir. Hətta şairin təxəllüs
seçimi də, mən elə düşünürəm ki, onun karmasının
birbaşa təsiri ilə gerçəkləşmişdir. Çünki “Nəsimi”
təxəllüsünün mənası ilə şairin ideyaları və tale
yazısı
arasında
qəribə
bir
əlaqə,
bağlantı
aşkarlanır. Azərbaycan ədəbiyyatşünaslığında qəbul
edilmiş rəsmi bilgi ondan ibarətdir ki, «Nəsimi»
təxəllüsü «Nəimi» sözünə həmahəng səsləndiyinə
görə, şair Seyid Əli tərəfindən bəyənilib. Seyid
Əli, yəni İmadəddin Nəsimi, Şərq mədəniyyəti
ənənələrinə uyğun Ustadına kəc baxmayıb və Nəimiyə
bəslədiyi
sevgisini,
öz
sədaqəti
ilə
birgə
təxəllüsündə də rəmzləşdirib. Şübhəm yoxdur ki, bu,
130
bir həqiqətdir. Ancaq mən onda da bir “əmma”
buldum.
“Nəimi”
«cənnət
adamı»,
«cənnətməkan»
deməkdir. Quranda zikr edilən iki cənnət bağından
birinin adı Nəimdir. Hürufiliyin pərvərdigarı,
ustad Fəzlullahın təxəllüsü də buradan gəlir.
«Nəsimi» təxəllüsü isə «nəsim» sözündən alınmadır.
Ərəb dilində «nəsim» kəlməsi ilə səba yeli, səhər
mehi bildirilir. «Nəsimi» deyəndə səhər mehi içrə
yaşayan, kökü, şəcərəsi səhər mehinə bağlı olan
adam başa düşülür. Və bundan əlavə önəmli sayılacaq
başqa bir çalar: müsəlman mədəniyyəti şəbəkəsində
insan ruhunun təbiəti meh kimi, hava axını kimi
təsəvvürə
gətirilir.
«Nəimi»
və
«Nəsimi»
təxəllüsləri bir-birinə həmqafiyə, lakin onlar
arasındakı
məna
fərqi
böyük,
haradasa
lap
ziddiyyətli: biri konkret təsvirə malik məkanla
bağlı, digərinin isə məkanı bulunmaz. Nəsimi məhz
bu məqamda Nəimi ilə qütbləşir və hətta onu
“üstələyir”: “nəsimi” “nəimi” konkretliyindən daha
geniş, uca və əlçatmazdır. Həqiqətən, o, yalnız
yeldir ki, nə məkana sığar, nə bəyana gələr, nə
yeri məlum olar, nə də görkəmi. Qısası, problemin
məğzı
ondan
ibarətdir
ki,
Nəsimi
timsalında
şəxsiyyət ilə təxəllüs eyniləşib, qəribə şəkildə
bir-birinə nüfuz edib psixoloji fenomen yaradır:
təxəllüs “böyüyüb” nəsimiliyə çevrilir və şairi öz
içində “əridir”. Nəsimi ömrünün dolanbaclarından
boylandıqda görürsən ki, şair sanki bilərəkdən
həyatını öz təxəllüsünün bəraətinə həsr eləyir.
Bəlkə elə buna görədir ki, Nəsimi bir yerdə lövbər
salıb uzun müddət qalmağı heç cür bacarmayıb,
məkana, bəyana sığmadığını söyləyə-söyləyə səba
yeli, sübh mehi kimi cümlə cahanı dolaşır. Yəni
belə şey olurmu heç? Möcüzəmi, ilahi? Doğrudan da
təəccüblənməyə bilmirsən: TƏXƏLLÜS hürufi şairinin
ideyalarının,
poeziyasının
və
HƏYATININ
paradiqmasıdır, CƏDVƏLİDİR, bir növ onun şəxsi