137
bir 3-dür, bir 0; yəni birbaşa həmin 3-dür ki, var.
«3» isə özündə həmişə «1» və «2»-ni ehtiva edir.
“Kaf”, “pe”, “nun”, “kaf”, yəni “kəpənək” sözünü
təşkil edən hərflərinin böyük əbcəddən məlum rəqəm
ekvivalentlərinin cəmi «330»-dur. «330» isə artıq
iki 3 və bir 0-dan ibarətdir. Bu, bir növ fəlsəfi
təkrirdir, “KƏPƏNƏYƏ” pərçim məna və ideyaların
gücləndirilmiş variantda təqdimidir. İki 3-ümüz 6-
dır. Mistik rəqəmlər cərgəsində «6» dörd cəhətin,
göyün
və
yerin
işarəsidir.
KƏPƏNƏK
də
iki
qanadlıdır: hər qanadı bir 3-dürsə, iki qanadı 6
eləyir. Deməli, kəpənəyin qanadlarına dünyanın
coğrafi məkanı bütövlükdə sığır. Keçək sonrasına.
«330»-un MənaziL, Bürcət, Səyyarat və Çaharatını
toplayanda «31» alınır. Kəbənin hər bir divarının
özülünə 31 daş qoyulub, qalan iki daş göylə yer
hesabınadır. Ona görə də daşların ümumi sayı 33
(yenə iki 3) götürülür. «31» həm də bərabərdir «1»
üstəgəl «30». Kiçik əbcəddə bu, bir daha “əlif” və
“lam” deməkdir; «1» əlifdir, «30» isə lam. Aydındır
ki, «31» zikrin kiçik əbcəddə olan nömrəsidir.
«102»
ilə
«330»-un
cəmi
müsavidir
«432»-yə.
Mahiyyətcə «432» elə həmin «1» və «2»-dir. Çünki
dörddən üçü, üçdən ikini çıxdıqda yerdə yenə «1»
qalır. «4», «3» və «2»-nin cəmi isə «9» eləyir.
Hürufi
mistikasında
«9»
ərəb
hərfi
“ta”nı
simvollaşdıran rəqəmdir. “Ta” kəlamın paroludur;
mənası da budur ki, hərf və nöqtələrin qiymətinin,
Kəlamın, “Lövhi-məhfuz”un bərabər gəlməsi “tanrı–
insan” eyniyyətinə dəlalət edir. Digər tərəfdən «9»
üç dəfə «3»-dür və Nəsimi ideyasının, Nəsimi
fikrinin artan silsilə üzrə təsdiqinə bir eyhamdır.
«432»-nin MənaziL, Bürcət, Səyyarat və Çaharatının
cəmindən «17» alınır. Bu da hürufilərdə çox məşhur
bir rəmzdir ki, onun mənası Nəsimi şeirindən bəlli
olur: “əhli beyt ilə özü on yeddidir”. Belə ki,
Muhammədin ailəsi, mələklər və Allah «17» rəqəmilə
138
bildirilir. Rəqəmlərin simvolika cədvəlində «17»
fars
əlifbasının
“je”
hərfi
ilə
işarələnir.
Hürufilər “je” hərfinə insan ruhunun parolu kimi
baxırlar. Bu da o deməkdir ki, kainatın əbədi
sirlərini insanın ruhunda axtarmaq lazımdır. Ancaq
bu hələ harasıdır? Onu da qeyd edim ki, “KƏPƏNƏK”
sözünün kiçik və böyük əbcədlərdən çıxarılmış
qiymətlərinin və onların cəminin bütün MənaziL,
Bürcət, Səyyarat və Çaharatlarını bir yerə toplayıb
(«30» əlavə olunsun «31» və əlavə olunsun «17»
bərabərdir «78») üstünə kiçik və böyük əbcədə uyğun
11 nöqtəni gəldikdə cavab eləyəcək «89». «8»-lə
«9»-un cəmi isə bir daha «17»-ni verir. Amma mən
burada da qərar tutmadım, bir az da dərinə vardıM.:
öyrəndim ki, bütün əbcədlər üzrə “kəpənək”də
bulunan hərf və nöqtələrin yekun qiyməti «2607»-dir.
Onun Mənazili də «3»-dür, Bürcəti də, Səyyaratı da,
Çaharatı da. Nəticə 4 dəfə «3»-dür ki, bu da «12»-
yə müsavidir. Rəqəmlərin simvolika cədvəlində 12-
nin qarşısında əbcədə fars əlifbasından daxil
edilmiş “pe” hərfi dayanır. Hürufilər “pe” hərfini
əbədiyyətin, sevgi və ölümsüzlüyün parolu bilirlər.
Parolun mənası bu cür açıqlanır: sevgi və dostluq,
cavanlıq və gözəllik əbədidir; insan yalnız ağlı və
yaradıcılığı ilə özünə ölümsüzlük qazanır. Bundan o
yanası artıq final və məqalənin ən dadlı məqamı.
Öncə «30»-u (102 – M., B., S., Ç.), «31»-i (330 –
M., B., S., Ç.,), «17» (432 – M., B., S., Ç.) və
«12»-ni (2607 – M., B., S., Ç.) toplayaq. Cəmi
«90»-dır. Hürufilərin mistik rəqəmlər sırasında
«90» “sad” ərəb hərfi ilə işarələnir. “Sad” hərfini
hürufilər “Ənəlhəq” deyimi ilə qabaq-qənşər qoyub
ikincini birincinin parolu sayırlar. Bu parolun
məxfiləşdirdiyi məna belədir ki, insan, kamil
şəxsiyyət FƏZL olacaq və sonradan aydıracaq:
«ƏNƏLHƏQ». İdeyanın, fikrin cövhəri, mənası isə
ondan ibarətdir ki, insanlıqdan kənarda idraka
139
malik varlıq yoxdur. «90» kiçik əbcəddə həm də «40»
üstəgəl «50»-dir, “mim” və “nun”dur, yəni “MƏN”
sözünün rəqəmi ifadəsidir. Əhməd Elbrusun mürəkkəb
araşdırmalarında (“Поетика и Математика”, s. 102)
isə “Mən”, “Əlif”, “Allah”, “Ənəlhəq” sözlərinin
əbcədi ekvivalentlərinin bərabər olduğu sübuta
yetirilir. Tamam. Bütün bunlar nə demək ola yahu? O
deməkdir ki, mən Nəsiminin istəklərini birbəbir
KƏPƏNƏKDƏN tapdım. Tapdığımı çözələdim. Qalanı
qaldı. Çünki hürufi hesablamaları zorxana bir iş,
mənsə adi bir teatrşünas. Ancaq indi artıq məlumdur
ki, hürufilərin mistik bilgilər paradiqmasında
KƏPƏNƏK ALLAHDIR, ƏNƏLHƏQDİR, MƏNDİR, FƏZLDİR,
NƏSİMİDİR, LEYLİDİR, KAİNATDIR, KOSMOSDUR, MÜTLƏQ
HARMONİYADIR, huri və qılmanın bulunduğu CƏNNƏTDİR,
maddi və ruhi aləmin birgəliyinə görkdür, ilahi,
sakral, müqəddəs bir şifrədir.
Bütün bunlar mənə əyan olduqdan sonra öz
filoloji fantaziyalarıma qapılıb Nəsimi taleyinin
son hadisəsini tam subyektiv şəkildə belə yozuram
ki, onun dərisinin soyul-ması faktı təkcə mülhid
bir şəxs üçün seçilən cəza tədbiri deyil, həm də
Nəsimi
ideyasının,
Nəsimi
fikrinin,
Nəsiminin
hürufi fəlsəfəsinin təftişidir, ruhun oyunlarının
kobud
materiya
ilə
yoxlanılmasıdır,
sınağa
çəkilməsidir. Nəsiminin ona görə soymadılar ki,
şairə əzab, işgəncə verib incitsinlər. Nəsimi
bundan heç incimədi də və dedi ki, “həqq bilir, bir
zərrə neştərdən damarlar ağrımaz”. Bu müdhiş cəzanı
ol səbəbə Nəsimiyə rəva bildilər ki, onu soyub da
camaata
KƏPƏNƏK
içindən
heç
nə
çıxmadığını
göstərsinlər, hürufi şairini ələ salsınlar və onun
insan, filosof, şair magiyasından qurtulsunlar.
Lakin bilmədilər ki, Nəsimi KƏPƏNƏK içrə əbədiliyi
artıq
çoxdan
bulub.
Annemari
Şimmel
İslamda
mistisizm mövzusunu çözərkən yazır ki, “bu xüsusda
hürufi
şiə
icmasına
mənsub
şair
Nəsimini
Dostları ilə paylaş: |