Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə49/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   45   46   47   48   49   50   51   52   ...   135

 

146 


maraqlı  bir  rakurs.  Hərçənd  güman  eləmirəm    ki, 

mənim 


bu 

məqaləm 


Cavid 

yaradıcılığının 

“qapıları”ndan 

məxfilik 

örtüyünü, 

müəmmalar 

pərdəsini  birdəfəlik  götürəcək.  Buna  heç  iddiam  da 

yoxdur. 


     Amma və lakin... Görəsən, Hüseyn Cavidin bədii 

söz  aləminin  energetik  cövhərini  nə  kimi  ideyalar, 

duyğular 

müəyyələşdirir? 

 

Bu 


ideyaların, 

duyğuların, 

yaşantıların 

kökü 


harada? 

Öncə 


məqalənin fikir “xəritə”sini cızacaq bir neçə TEZİS 

və  ya  DÜŞÜNCƏLƏR  ÜÇÜN  MANİFEST.  Onlar  mənə 

uçurumlardan 

adlamağa 

imkan 

verəcək 


burazlara 

bənzərlər. 

      Tezis 

nömrə 


1. 

Hüseyn  Cavid  Azərbaycan 

maarifçiliyinin 

eqzistensional 

fəlsəfəsinin 

müəllifidir. 

Onun 

əsərlərindən 

maarifçiliyin 

intellektual üsyanı və faciəsi boylanir. 

     Tezis  nömrə  2.  Ümumtürk  mədəniyyətinin,  və 



olsun  ki,  bütün  müsəlman  Şərqinin  Nitşesi  Cavid 

əfəndidir.  Dramaturqun  pyesləri  Nitşe  fəlsəfəsinin 

davranış,  rəftar,  münasibət  güzgüsündə  aşkarlanan 

modelidir. 

Maarifçiliyin 

axırıncı 

söykənəcəyi 

ÜSTİNSANDIR. Üstinsan İblisdən Allaha doğru uçurumlu 

bir  yoldur.  X1X  yüzildə  Bodenştedt  Azərbaycanı 

Almaniyaya  apardı,      XX  əsrdə  isə  Almaniyanı  Cavid 

Azərbaycana  gətirdi  və  Doğunun  ədəbi  üfüqlərində 

tarixən  birinci  “İBLİSNAMƏ”  müəllifi  oldu,  Faustun 

şərqli  variantını  yaratdı:  üstinsanı  tanrı  və  mələk 

arasında çabalayan bir məxluq kimi görükdürdü. 

     Tezis  nömrə  3.  Uçurum  yaşantıları  Cavid 

dramaturgiyasının əsasıdır. Esxatoloji ovqat onu heç 

vədə  rahat  buraxmayıb:  bəşər  axirətinin  uçurumu  elə 

bil 

ki, 

həmişə 

Rasizadə 

cənablarının 

bir 

addımlığında  olub.  Və  nəiki  bir  addımlığında...  Bu 

insanın içində əcayib bir uçurum mürgüləyib. 

     Tezis  nömrə  4.  Hüseyn  Cavidin  bədii  dünyasının 

zaman  və  məkan  ÇƏRÇİVƏLƏRİ      uçurum  HÜDUDSUZLUĞU 


 

147 


parametrlərində  konkretləşdiyindən  bu  ifadə  tamam 

bir  şərtilik.  Nədən  ki,  onun  personajları  rəqs  edə-

edə  talelərini  boşluq  içrə  yırğalanan  UÇURUM 

burazlarına tapşırmış faciə kəndirbazlarıdır. 

      Tezis  nömrə  5.  Cavid  yaradıcılığında  Şərq  və 

Qərbin 

mədəni, 

mənəvi-əxlaqi 

dəyərləri 

türkün 

düşüncə 

müstəvisində 

gəlişib, 

sintezə 

uğrayıb 

təhlilə  çəkilir,  tədqiq  edilir.  Tədqiqat  obyekti 

türk 

təfəkkürünün 

XX 

əsr 

gerçəkliyinə 

inteqrasiyasının  törətdiyi  problemlərdir  ki,    onlar 

da  Avropa  uyqarlığının  astanasında  türkün  öz  milli 

varlığını,  qutsal  ruhunu,  ziddiyyətlər  dumanına 

bürüyür. 

     Tezis  nömrə  6.  Mən  Cavidin  özünüifadə  tərzində 

Orta  çağ  sufi  zikrlərinin  modifikasiyasını  görürəm. 

Suggestiv  təkrirlər,  təlqinlər  onun  şeirlərini, 

pyeslərini 

vird 

konstruksiyasının 

effektinə 

yaxınlaşdırır. 

     Tezis  nömrə  7.  Hüseyn  Cavidin  olumu  da,  ölümü 

də  və  hətta  yazıları  da  başdan-başa  mistika 

içindədir.  Onun  hər  pyesinə  öz  şəxsi  həyatının 

sürgün faciəsi latent şəkildə gömdürülüb. 

     Allahın tezisi: YARADIM. 

     İblisin tezisi: UÇURUM. 

     İnsanın tezisi: YA İBADƏT, YA ÜSYAN. 

     Bəzən  mən  bir  kitabı  bir  məqaləyə  sığışdırmaq 

əzmində  bulunuram.  Odur  ki,  elə  indi  də  sürətli  bir 

şahmat  partiyası:  əlbəttə,  xiridarlar  üçün,  Cavidə 

XX1 yüzilin virtuallığından baxmaq üçün. 

     Mən  Cavid  əfəndiyə,  onun  yaradıcılığına  pillə-

pillə  yaxınlaşıram  və  hələ  də  bu  yolu  yarı 

eləməmişəm.  Nədən  ki,  hər  pillədə  Cavid  yenidir, 

başqadır, təzədən kəşf olunası dünyadır. Bu dünyanın 

bir üzündə İBADƏTƏ düzülmüş möminlər səf bağlayır, o 

biri  üzündə  isə  ÜSYANA  qalxmış  insanlar  qaynaşır. 

Yəni  Allah  və  İblis  “atəşlə  suyun  öpüşdüyü”  məkan 

içrə  əbədi  çarpışmada...  Cavid  pyeslərində  mən 




 

148 


qəribə bir sonsuzluq, intəhasızlıqla qarşılaşıram və 

bu  intəhasızlığı  bir  simvol  kimi  qavrayıram,    bir 

mistika əlaməti kimi yozuram. Müəllifin faciələrinin 

arxitektonik  quruluşunu  çözdükcə  mən  bu  qənaətə 

gəlirəm  ki,  Cavid  sürgün  edilməmişdən  qat-qat  öncə 

ruhən 


Sibir 

torpaqlarına 

getmişdi, 

Sibir 


“uçurum”undan 

keçən 


burazın 

üzərilə 


FİKİR 

“KƏNDİRBAZI” kimi gəzişmişdi.       

     SİBİR  EYHAMDIR,  BƏŞƏR  TARİXİNİN  ƏN  MÜDHİŞ 

UÇURUMUDUR. 

     Bütün uçurumların təbiətində isə bir virtuallıq 

gizlənib.  Və  əksinə:  virtual  dünyanın  özü  uçurum 

kimi bir şey. Hüseyn Cavidin bədii məkanı da virtual 

səciyyəli  uçurumlar  zonası.  Bu  virtuallığın  sahibi 

canlı  insanlar  yox,  ideyalardır,  simvollardır, 

ruhlar və kölgələrdir. Odur ki, mən bica və təsadüfi 

saymıram 

professor 

Timuçin 


Əfəndiyevin 

öz 


tədqiqatını 

“Hüseyn 


Cavidin 

ideyalar 

aləmi” 

adlandırmasını.  Cavid  əfəndi  dramaturq  olmamışdan 



əvvəl  Azərbaycanın  filosofu  idi,  fikir  adamı  idi  və 

onun  pyeslərində  qurduğu  bədii-intellektual  sistem 

müəllifin 

ideyalarını 

estetik 

formalarda 

şəkilləndirirdi.  Mən  bu  pyesləri  Platonun  ideyalar 

dünyasınin  dramaturji  təzahürü  qismində  görürəm. 

Platon elə hesab edirdi ki, hər nəsnənin ideyası var 

və  onlar  fəza  boşluğundakı  ulduzlar  kimi  sayrışıb 

gerçəkliyi  virtualcasına  güzgüləndirirlər.  Düşüncə 

tarixində  virtual  dünya  obrazını  yaratmış  əvvəlinci 

filosof 

məhz 


Platondur. 

Pyesləri 

də 

Cavidin 


virtuallığa 

proyeksiya 

edilmiş, 

sanki 


fotoneqativlərdə  zühura  gəlmiş  fikir  oyunlarıdır. 

Fotoneqativ  səni  həmişə  uçurumda  göstərir.  O, 

insanın  ruhunun,  predmetin  ideyasının  “mistik” 

surətidir.  Cavidin  fikir  oyunlarının  sonu  isə 

UÇURUM.  Onun  qəhrəmanları  da  müəyyən  ideyaların 

qiyafəsi  olub  uçurum  ruhlarına,  uçurum  kabuslarına 

bənzərlər, varlıqla heçliyin, işıgla kölgənin sərhəd 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə