Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə52/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   48   49   50   51   52   53   54   55   ...   135

 

155 


əlamətlər 

paradiqması. 

Onların 

məğzini, 

anatomiyasını Cavid beləcə konkretləşdirər: 

 

                “Üsyan!.. 



                 Üsyan deyə hər gözdən, ağızdan 

                 bir nifrət uçardı. 

                 Üsyan!.. 

                 Keçmişlərə, keçmişdəki adətlərə üsyan! 

                 Hər üzdə təhəkküm izi vardı. 

                 Üsyan!.. 

                 Həp əski hürufata da üsyan!.. 

                 Üsyan!... 

                 Həp köhnə xürufata da üsyan!..” 

 

 

     Bütün  qiyamlara,  inqilablara  bir  “uçurum”, 

“söküm”, 

“dağıdım” 

ideyası 

pərçim. 


Üsyan 

bir 


tərəfdən  Cavid  əfəndiyə  sonsuz  bir  həzz  bağışlayır; 

digər  yöndən  isə  onu  qorxudur,  vahiləndirir,  qəribə 

bir  coşqu  içində  saxlayır.  Tanrı  və  İblis,  inam  və 

küfr,  ibadət  və  üsyan,  sevgi  və  nifrət,  yaradım  və 

uçurum  Hüseyn  Cavidin  bir  şəxsiyyət  kimi  düşüncə 

dramını  şərtləndirən  seçim  əzabı.  Bu  əzabın  virtual 

gerçəkliyi 

onun 


şeirləri, 

pyesləri. 

Cavid 

öz 


fikirlərindən  də,  duyğularından  da  eymənir.  Neyçün 

ki,  qadağalar,  yasaqlar  fövqündə  düşünür,  varlığın, 

olumun  mənasını,  dəyərini,  cövhərini  dönə-dönə 

təftiş  eləyir  və  konkret  bir  qərar  verməyə  çəkinir. 

Gəldiyi  ötəri  nəticələrsə  onu  üzgünləşdirir,  ruhunu 

ağradır,  bu  adamı  anbaan  axirət  ideyasına  doğru 

aparır,  esxatoloji  ovqat  burulğanında  batırmağa 

çalışır,  içində  bir  UÇURUM  oyub  açır.  Aydın 

məsələdir  ki,  belə  bir  qnoseoloji  və  ruhi  vəziyyət 

Cavid 


əfəndini 

çaşdırır: 

özünü, 


ruhi 

yaşantılarını,  qavrayışında  əks  olunmuş  dünyanı 

tanıya  bilmir  və  ya  tanımaqdan  imtina  edir.  Şayəd 

elə  isə  Cavid  müəmmasını  çözmək,  Cavidi  tanımaq 

mümkün olan şeymi, yahu? Əsla, mümkünsüz. Sadəcə, bu 

bizim özümüzü, “İNSAN” deyilən bir bəndəni, məxluqu, 




 

156 


yəni  xəlq  edilmişi  anlamaq  cəhdimizdir.  Nədən  ki, 

Hüseyn Cavidin bədii məkanı virtual sınaq modelidir, 

dünyanın  virtual  uçurumudur.  Bu  modeldə  Yaxın  Şərq 

poeziyasının  təmtəraqlı  ahəngi,  musigili  pafosu, 

müdrükanə  sözü,  müsəlman  düşüncəsinin  bərbəzəkli, 

şəbəkəvari  labirintləri,  Qərb  əxlaqının  qurnaz 

şakərləri,  avropalının  yaşam  tərzinin  ayətləri, 

köçəri  türkün  mərdanə  sadəliyi,  qaba  çılğınlığı 

Orxon-Yenisey  abidələrinin  estetik  hüsnünə  köklənib 

uçurum 


tüstüləri 

kimi 


bir-birinə 

calanır. 

Pyeslərində  Cavid  əfəndi  öz  təlqinlərilə  bir  ŞAMAN 

SEANSI,  bir  DƏRVİŞ  ZİKRİ  qurur.  Qulaq  kəsilmək 

kifayətdir  ki,  sən  də  onlara  qoşulub  vird  eləyəsən 

və  ya  uçurum  rəqqasına  dönəsən,  uçuruma  atılmaq 

qəhrəmanlığının,  etirazın  (uçuruma  atılmaq,  yəni 

intihar  etmək  üsyanın,  qiyamın  son  həddi,  ən 

ekspressiv 

təzahürü 

kimi) 


zirvəsinə 

yüksəlmək 

qürurunun  həzzini  yaşayasan.  Əgər  Cəfər  Cabbarlı 

dramları  öz  dinamikası,  iştirakçıların  bir-birinə 

münasibəti, davranışı, rəftarı baxımından, reaksiya, 

mimika 


və 

jestlərin 

ritmi 

sarıdan, 



teatral 

gərginlik,  emosionallıq  yönündən  qaynayan  maqmaya 

bənzəyirsə,  Cavid  pyesləri  düppədüz  sakit  dənizi 

xatırladır.  Əsl  təlatüm,  həyəcan  suyun  dibindədir: 

yuxarıda  isə  təkcə  amiranə  tərzdə  “avar  çəkən” 

sözlərdir.  Hüseyn  Cavid  dramaturgiyasında  səhnələr 

və  konfliktlər  ildırım  kimidir:  birdən  çaxıb  birdən 

də  yox  olar,  ucurumlarda  gözdən  itər.  Və  biz  “avar 

çəkən” 

sözlərin 



teatral 

poetik 


pıçıltısını  

eşidərik. 

Həqiqətən, 

heyrətamiz 

bir 

məqamdır: 



fəlsəfədə  Fridrix  Nitşe  haralara  gedib  çıxmışdısa, 

Hüseyn  Cavid  də  öz  bədii  əsərlərində  həmin  düşüncə 

hücrələrinə 

varır. 


Nədirsə, 

səbəblərini 

dəqiq 

bilmirəm,  amma  məndə  belə  bir  duyğu  var  ki,  Cavid 



qəhrəmanlarının 

yaşı 


Adəm 

və 


Həvva 

əhvalatı  

qədərdir,  Nitşenin  Zərdüştü  qədərdir.  Halbuki  onun 

personajlarının  əksəriyyəti  müəllifin  müasirləridir. 




 

157 


Bu  adamların  sırasında  nə  bir  fəhlə,  nə  bir  kəndli: 

Cavid 


maarifçiliyin 

eqzistensional 

fəlsəfəsini 

düzüb-qoşarkən 

ziyalıların, 

əqidə 


sahiblərinin 

müxtəlif vəziyyətlərdə və situasiyonlarda necə qərar 

qəbul  edəcəklərini  ön  plana  çəkir.  Onu  bir  düşünər, 

bir  ədib  kimi  maraqlandiran  maariflənmiş  azəri 

türkünün,  bu  qövmə  mənsub  mühərrir,  rəssam,  zabit, 

şair  və  filosofun  eqzistensional  problemləridir. 

Hərçənd  bəşər  övladının  daimi  ruhsal  durumu  bu. 

Düşüncə  labirintlərinin  hamısı  “olum,  ya  ölüm” 

sualının  konkretliyində  modelləşdirilir.  Odur  ki, 

permanent  olaraq  dilemma  qarşısında  dayanmış  Cavid 

qəhrəmanlarının  xislətini  yalnız  onların  seçdikləri 

yol  müəyyənləşdirir.  Lakin  bu  insanlar  həmişə  bir 

şübhə  içində:  fikirlərini  TƏLƏSİK  dəyişməyə  hazır. 

Çünki  ƏBƏDİ  heç  nə  yox;  hər  şey  HƏLƏLİK.  Cavidin 

batinində 

püskürən 

mənəvi-intellektuaL, 

dini-


kulturoloji 

üsyanın 


miqyası 

kosmik, 


enerjisi 

virtual. Di gəl ki, cəzası gerçək. Sibir uçurumu ona 

düşüncələrinə  və  şübhələrinə  görə  göndərilmiş  bir 

CƏZA,  bir  AQİBƏT.  İblis  yaxin,  tanrı  uzaq:  aldanış 

və 


həqiqət 

bir-birinin 

içinə 

gömülmüş. 



Cavid 

əfəndinin  özü  isə  İBADƏT  və  ÜSYAN  arasındakı 

uçurumda  çaşıb-qalmış  bir  filosof:  bir  addımlığında 

intihar kabusu sürünər. 

     Bununla  belə  məsələnin  başqa  bir  tərəfi  də 

mövcud.  Hüseyn  Cavid  öz  bədii  dünyasının  diktatoru. 

Gərçi  Şekspir  ƏSƏRLƏRİNDƏ  yaratdığı  obrazların 

köləsidirsə  və  bu  qəhrəmanların  buyurduğu,  tələb 

etdiyi  kimi  davranırsa,  hökmlərinə  müntəzirdirsə, 

Cavid 


əfəndi 

öz 


personajlarının 

tanrısıdır, 

sultanıdır  və  onları  ipli  kuklalar  kimi  hərəkətə 

gətirir: Ona görə ki, ideal sahmana, ideal harmoniya 

və 

ideal 


gözəlliyə 

can 


atır. 

Əgər 


Şekspiri 

ilgiləndirən 

yalxı 

ehtirasdırsa, 



bu 

ehtirasın 

törətdiyi  intelektual  gəzişmələr  və  müxtəlif  qayəli 

çarpışmalardırsa, 

Cavidi 

daha 


çox 

intellektin 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə