Aydın Talıbzadə


islamdır,  ağını,  hönkürtünü,  naləni,  qeyzi,  patetik



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə60/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   56   57   58   59   60   61   62   63   ...   135

 

181 


islamdır,  ağını,  hönkürtünü,  naləni,  qeyzi,  patetik 

emosiyaları  aktuallaşdırmış,  qadın  psixolojisinə 

yaxınlaşmış  islamdır.  Şiəlik  islamın  qadın  üzüdür. 

Ortaçağ  müsəlman  mədəniyyətinin  cövhəri    şiəliklə 

sufiliyin  sintezi  kimi  zühura  gəlir.    Bu    xüsusda 

belə bir faktı gündəmə gətirməyi lazım bilirəm. 

     Fikir 

verin, 


Azərbaycan 

milli 


operasının 

əvvəlinci  personajı  Məcnun  öz  ahu-fəğanı,  əzabı, 

zilləti,  sadomazoxist  davranış  tərzi  etibarı  ilə 

şiəliyin  təmsilçisidir,  yəni  xalis  şiədir.  Mən  heç 

şübhə  etmirəm  ki,  Məcnun  haradasa  islam  tarixində 

Kərbəla 

hadisələrinin 

qəhrəmanı 

imam 

Hüseynin 

invariantıdır: 

pərvanə 

kimi 

özünü 

oda 

yaxıb 

yandırır, 

bilə-bilə 

faciəyə 

girib 

yaşayır. 

Füzulinin  “Leyli  və  Məcnun”  əsəri  mərsiyələrdən 

ibarət  rövzədir  və  bu  rövzənin  qəhrəmanı  Qeys 

şiələrin 

şəhid 

imamını 

xatırladır. 

Qeys 

eşq 

dünyasının şəhididir. Bu Allah sevgisinə ürcah adəm 

övladı,  zəif,  xəstə,  nərmənazik,  isti  səhranın 

imamxislət 

şairi 


MƏCNUN 

dahi 


Üzeyir 

bəyin 


operasında...  tenordur.  Niyə  də  olmasın?  Gözəldir, 

ilgilidir,  vəssalam.  Muğam  bas  və  bariton  səsləri 

qəbul  eləmir.  Ayrı  bir  variantda  da  ifadə  etmək 

olar bu fikri: bas və bariton səslərin muğamda uğur 

qazanmaq  ehtimalı  çox  az.  Azərbayacanın  bütün 

aşıqları  da  tenor.  Buna  baxmayaraq  zəngulə  və 

avazının  Azərbaycan  teatrında  eşidildiyi  gündən  üzü 

bəri  Məcnun  nəsil-nəsil  azəri  türkünü  qocalı-

cavanlı, 

kişili-arvadlı, 

böyüklü-kiçikli 

cuşa 

gətirib  dəsmal-dəsmal  ağladıb,  permanent  şəkildə 



onların ruhuna dad verib, zövq verib. İndi yüzildən 

də  artıq  bir  vaxt  keçir  “Leyli  və  Məcnun”  (1908) 

operasının  bəstələndiyi  tarixdən.  Məcnunsa  azəri 

türklərinin  hədsiz  sevimli  qəhrəmanı  kimi  səhnədən 

düşmür.  Bir  xanəndə  gedir,  başqası  gəlir,  amma 

halına 


fərq 

eləmir. 


Məcnun 

Azərbaycan 

üçün 

zamansızdır:  əbədi  qalır.  Əhsən.  Milli  sənət 




 

182 


tarixindən  ötrü  şedevr  opera.  XX  əsr  Azərbaycan 

teatr  mədəniyyətinin  emblemi  və  simvolu:  mayasında 

nouhə,  mərsiyə  ahəngi,  təziyə  hüsnü,  şiə  matəminin 

ovqatı.  Müəllifi  də  millətin  bir  nömrəli  şairi  və 

bir nömrəli bəstəçisi. Füzulinin “Leyli və Məcnun”u 

janr  parametrlərinə  görə  bir  eşq  şəhidi  haqqında 

rövzədir.  Burası  məlum,  aydın:  mənim  fikrimsə, 

hələlik  müəmma,  sirr.  Milli  mədəniyyət  hüdudlarında 

Məcnunun əks qütbü, onun astar üzü, meydan variantı 

baqqal 


Məşədi 

İbad. 


Onları 

“qohumlaşdıran”, 

“birləşdirən”  yeganə  cəhət  Məşədi  İbadın  da  Məcnun 

kimi  TENOR  olmasıdır.  Hələ  bu  nədir  ki?  Bambılı 

gimnazist 

Sərvər 


(“O 

olmasın, 

bu 

olsun” 


operettasının  personajı)  də,  “qutu”  kimi  cavan 

oğlan  Əskər  bəy  (“Arşın  mal  alan”  operettasının 

qəhrəmanı)  də  tenordurlar.  Hətta  Müslüm  Maqomayev 

də  öz  bəstələrində  “götürüb”  cəngavər  şah  İsmayılı 



TENOR  eləyib.  Lap  yaxşı.  Nəyi  pisdir  ki?  Müqayisə 

üçün 


onu 

deyim 


ki, 

italyan 


 

operalarının 

əksəriyyətində  əsas  partiyalar  tenor  səslərdən  ötrü 

yazılıb.  Rus  bəstəçilərisə  bas  səsləri  üstün 

sayıblar.  Yəni  müəllif  seçimi  sərbəstdir.  Lakin  bu 

məqama  da  qəribə  bir  paradoks  pərçimlənib:  tenor 

qadın  səsinə  bənzəsə  də,  basa  nisbətən  uyuşqan  və 

mütəhərrikdir, 

imkanları 

genişdir. 

Odur 

ki, 


kompozitorlar 

adətən 


tenor 

müğənnilərdən 

yararlanırlar.  Muğam  sənəti  də  ki  məlum  məsələ: 

tenor  səslər  üzərində  pərvəriş  tapıb.  Bəlkə  də  elə 

buna görə də Üzeyir bəy Koroğlunu, böyük bir eposun 

türk  bahadırını,  özünün  eyniadlı  operasında  tenor 

səslə  oxutdurub?  Opera  şərtiliyini  qəbul  edib  və 

canımı 


dişimə 

tutub 


söyləyirəm 

ki, 


razıyam, 

mümkündür, qaydaya müvafiqdir. Amma yenə də  içimdə 

bir  etiraz  püskürməkdə.  Məgər  dağ  cüssəli  Koroğlu 

nərəsi  tenorda  alınarmı?  Alınar,  ancaq  bülbül  cəh-

cəhinə  oxşar,  xoş  olar,  di  gəl  ki,  heç  kəsi 

diksindirməz,  lərzəyə  salmaz,  qorxutmaz.  Pəzəvəng, 




 

183 


boynuyoğun  qoç  Koroğlunun  tenor  səslə  oxunması 

məntiqə nə dərəcədə uyğun? Koroğlu imicinə, Koroğlu 

görkəminə,  və  nəhayət,  monumental  xalq  dastanına 

tenor  səs  yaraşmır  əsla!  Düzdür,  o  da  var  ki,  bunu 

Üzeyir 

bəyin 


özü 

də 


bilirdi: 

bilirdi 


ki, 

azərbaycanlılar 

“bas” 

səslər 


üzərində 

gəlişən 


oxumaları  sevmirlər.  Örnəyi,  sübutu  muğam  və  aşıq 

sənəti.  Nə  üçün?  Bunun  ənənəsi  harada,  gələnəyi 

hansı  kulturoloji  məqamlarla  ilişikli?  Məsələni 

lapdan  açıqlamyacağam  ki,  bir  kimsə  xoflanmasın, 

şaşırmasın.  Problemin  məğzinə  doğru  aparan  yolu 

pillə-pillə 

enəcəyəm. 

Professor 

Niyazi 

Mehdi 


meyllidir  ki,  bunu  şiəliyin  “şikəstə  ruh”unun 

boynuna 


yıxsın. 

Mən 


filosofun 

söylədiklərini 

bəyənirəm 

və 


onun 

fikirlərinin 

düzənləndiyi 

müstəvini 

fraqmentar 

şəkildə 


işıqlandırmaq 

istəyirəm:  “Şiəlik  şəhidlik  və  faciəvilik  psixoloji 

kompleksini 

islam 


üçün 

fəallaşdırıb 

islam 

estetikasına  özəl  bir  pay  vermişdir.  Şiəliyin 



sayəsində müsəlman dünyasında s ı n m ı ş  ü r ə k,  

y  a  n  ı  q  l  ı    ü  z,    b  a  x  ı  ş,    y  a  n  ı  q  l  ı     

s  ə  s  (saçmalar  mənimdir  -  A.T.)  kültürün  bir  çox 

önəmli 


bölmələrinin 

simasına, 

bilintisinə 

çevrilmişdi.  Bütün  bu  yanıqlılığı  bir  tutumlu 

sözlə,  “şikəstə  ruh”  sözü  ilə  də  bildirmək 

mümkündür.  Azərbaycan  muğamları  şikəstə  ruhun, 

şikəstə  qutun  təzahürüdür  və  dolayısı  ilə  şiə 

psixolojisinin 

törəməsidir. 

Azərbaycan 

dini 

mədəniyyətində  şikəstə  ruhun  təzahürü  olan  musiqi 



cizgiləri  başqa  bir  anomaliyanı  da  yaradıblar. 

Musiqişünaslar 

qarşısında 

bu 


anomaliyadan 

dərinliyimizə  açılan  yollara  çıxmaq  vəzifəsi  durur. 

Həmin 

anomaliya 



isə 

bundan 


ibarətdir: 

şiə 


ruhaniləri  Qurani-Kərimi  musiqi  dilində  oxuyanda 

sınıq  ürəyin,  şikəstə  ruhun  “naləsində”  oxuyurlar. 

Bu  isə  Allahın  Qurani-Kərimdəki  əzəməti,  zəhmli, 

enerjili  danışığına  heç  uyğun  gəlmir.  Estetikada 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə