Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə56/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   52   53   54   55   56   57   58   59   ...   135

 

168 


haldır.  Busa  artıq  SƏMA  və  DÜNYA  OKEANININ 

bütövlüyünün, 

vahidliyinin 

eyni 


bir 

silsiliyə 

mənsubluğunun  əlamətidir.  Hansı  bir  mifdə,  dastanda 

səma pərisi iştirak edirsə, o, mütləq su başlanğıcı 

ilə əlaqədar olur. 

     Yəhudilərin 

qutlu 

əfsanə 


mətnlərində 

bu 


birgəlik  peyğəmbər  AVRAAM/ABRAAM  və  onun  arvadı 

SARRA/SARA  dixotomiyasında  öz  əksini  tapır.  İzaha 

ehtiyac  varmı  ki,  ABRAAMLA  SARANIN  adlarının 

linqvistik 

şəcərəsi 



“ABHRA” 

və 

“APSAR” 

kimi 


sanskrit  sözlərinə  söykənir?  Başlanğıcda  yenə  həmin 

SU,  yəni  AB/AP  dayanıb.  BİR  olub  ikiyə  bölünmüş 

APSAR/ABSAR kimi AB - RAAM və SAR - A səma və dünya 

okeanını,  göyü,  yeri  özlərində  ehtiva  edirlər.  Bu 

mənada  ABRAAM  və  SARA  suyun,  buludun  hərəkətini, 

başqa 


sözlə 

isə, 


əbədi 

həyat 


silsiləsini 

bildirirlər.  ABHRA  “AVRAAM/ABRAAM/İBRAHİM”  sözləri 

arasındakı  linqvistik  doğmalıq  aşkardır.  Ona  görə 

mən  tam  əminliklə  və  inamla  söyləyirəm  ki, 



“AVRAAM/ABRAAM/İBRAHİM” 

 

buludu 



eyhamlaşdırır, 

rəmzləşdirir.  Farsların  “əbr”,  yəni  bulud  sözünün 

kökü də burdadır.  SARA isə İBRAHİMİN, başqa sözlə, 

BULUDUN  həyatverici  hərəkətinin  obrazıdır.  Deməli, 

yəhudi müqəddəslərinin bu adları təsadüfi deyil. Bu 

xüsusda  digər  bir  variantı  da  nəzərdən  keçirək. 

“SARA”  kəlməsi  hindlilərin  “RASA”  (palma  şirəsi, 

dini  ekstaz,  zövq,  çiçək,  süd,  şeh)  sözünə  son 

dərəcə  yaxındır:  hecalar  və  hərflər  eynidir, 

sadəcə,  “s”  və  “r”  samitlərinin  yerləri  dəyişib. 



“RASA”  anlamının  mənalar  çənbərində  SÜD,  ŞEH,  ŞİRƏ 

əsas  məqamlarda  mövqelənir.  Bunun  özü  də  bir  daha 

imkan  verir  ki,  SARA  dünya  okeanının  simvolu  kimi 

yozulsun,  qavranılsın.  Abraam  buluddursa,  Sara 

dünya  okeanıdır.  Buludla  dünya  okeanı  arasında 

əlaqədən isə həyat yaranır. 

     Bütün bu mülahizələrdən sonra deyə bilərəm ki, 

AFRODİTA  hind  mifologiyasının  gözəl  pərilərindən 



 

169 


biridir,  apsardır.  Niyəsi  də  bu  ki,  məhz  PƏRİ 

(QADIN,  İLAHƏ)  süd  və  suyun  (şirə,  şeh)    mifoloji 

obrazı 


qismində 

varlığın 

dirildici 

və 


əlaqələndirici 

həlqəsidir. 

Çünki 

gerçəklik 



müstəvisində hər şey  suya/südə ürcahdır. Bica deyil 

ki, 


yunan 

mifologiyasında 

məhz 

AFRODİTA 

(transformasiya 

edilmiş 

ABHRADATTA) 

sevgi 


tanrısıdır. 

     Mədəniyyətlərin 

qohumluq 

paradiqmasını 

cızmaqdan  ötrü  belə  təhlildən  savayı  ayrı  bir  şey 

lazımmı?  Güman  eləmirəm.  Elə  isə  intellektual 

mozaikanın üçüncü fiquru. 

 

                    



GİL QAB 

(tanrıya bənzəyən dulusçu) 

    

                   “Dün kaşı kuzəmi daşlara çaldım,  



                   Sərxoşdum, bilmədim, əlimdən saldım, 

                   Kuzə dilə gəldi, dedi ki: mən də 

                   Sən tək bir cavandım, bu günə qaldım”. 

                                         Məhsəti Gəncəvi 

           

       Kuzə,  dolça,  badya,  küp,  kasa,  nimçə, 

masqura,  piyalə,  parç:  hələ  bir  bu  qədərini  də 

sadalamıram;  onların  hamısı  “QAB”  adlanır.  Material 

Allahın  adi  gilidir,  palçığıdır.  Bu  giL,  palçıq 

KÜNDƏSİNİN 

tanrısı 

isə 


DULUSÇUDUR. 

Fırlanğıc 

dəzgaha  oturdulmuş  gil  kündə  onun  barmaqları 

arasında  hərlənib-hərlənib,  gah  yumrulanıb,  gah 

yastılanıb,  gah  “kökəlib”,  gah  “arıqlayıb”  müəyyən 

formaya düşür və sonradan odda bişib qaba dönür. Ta 

binayi-qədimdən 

bizim 


günümüzü-güzəranımızı 

qablarsız  təsəvvür  etmək  çətin.  Məişətin  ƏLİFBASI 

ocaqdır,  bir  də  ki  QAB.  Mədəniyyət  məhz  bunların 

energetik 

şəbəkəsində 

təşəkkül 

tapır. 

İnsan 


kasadan,  nimçədən  yemək  yeyir,  kuzədən,  dolçadan, 

parçdan,  piyalədən,  fincandan  su,  çay,  şərbət, 




 

170 


şərab  içir,  badyada,  küpdə,  dopuda  dadlı-dadlı 

azuqələrini  qoruyub  saxlayır.  QAB  İNSAN  ÜÇÜN  HƏYAT 



ENERJİSİNİN, 

VARLIQ 

ENERJİSİNİN 

ÖLÇÜSÜDÜR. 

Ol 


səbəbdən  mifoloji  təfəkkür  qablara  mistik  “don 

geydirib” 

onları 

müqəddəsləşdirir, 



BÜT 

kimi 


qavrayır. Bəşər tarixində elə əski uyqarlıqlar olub 

ki,  orada  büt  əvəzinə  qablara  tapınıblar.  Məhz 

buradaca 

tədqiqatçıdan 

ötrü 

maraqlı 


müqayisə 

paraleli  aşkarlanır.  Bu  müqayisə  paraleli  fəlsəfəyə 

doğru  istiqamətlənir:  qablar  kimi  bütlər  də  gildən 

(palçıqdan)  düzəldilir.  Beləliklə,  büt,  insan,  qab: 

onların  hər  üçü  torpaq  mənşəli,  torpaq  şəcərəli. 

Dini  folklora  əsasən  Allah  Adəm  və  Həvvanı 

palçıqdan xəlq eləyib. Qabları gildən düzəldən adam 

isə  dulusçudur.  Bu  müstəvidə  dulusçu  tanrıya 

taydır,  bərabərdir;  insan  isə  gil  qabın  qohumudur. 

İnsan  üçün  də,  gil  qab  üçün  də  başlanğıc  və  sonuc 

torpaqdır.  Xəmir  kündəsi  də  torpağı  simvollaşdırır, 

öz  buğda  “əcdad”ı  ilə  konkret  bağlantı  yaradır. 

Deməli, 

KÜNDƏ 

mətbəx 


içrə 

həm 


də 

torpağın 

obrazıdır.  Onda  əcəbmidir  ki,  kuzə  qəfildən  dil 

açıb insan kimi danışır, insana müraciət eləyir? Və 

ya  əcəbmidir  ki,  buğda  ta  qədim  zamanlardan  gil 

qablarda  saxlanılır?  Əsla.  Çünki  torpaq  mənşəlidir, 

torpağa  da  qovuşması  labüddür,  mütləqdir.  Ancaq 

bunlar  da  ilgili,  poetik-fəlsəfi  bir  mündəricə. 

Halbuki məsələ göründüyündən daha mürəkkəb.  

     Sibir 

elatlarından 

biri, 


yakutlar, 

deyirlər 



ki, 

“misgər 


və 

şaman 


bir 

yuvadan 


çıxıblar”.  Sonrasında  isə  söyləyirlər  ki,  “şamanın 

arvadına  hörmətlə  yanaşırlar,  misgərin  arvadına 

etiqad  edirlər”.  Yakutlarda  üçüncü  bir  məsəl  də 

var:  “Misgər,  şaman  və  dulusçu  qan  qardaşlarıdır. 

Misgər  böyüyüdü,  şaman  ortancılı,  dulusçu  kiçiyi.”

1

 



Bir sıra arxaik mədəniyyətlərdə misgər də, şaman da 

“OD  SAHİBİ”  fəxri  adının  daşıyıcılarıdır.  Əgər 

dulusçu  bu  qardaşlardan  birisə,  niyə  bu  tituldan 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə