Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə55/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   51   52   53   54   55   56   57   58   ...   135

 

165 


yerinə yetirməyə qabildir; yəni həm doyuzdurur, həm 

susuzluğu  yatızdırır.  Təbiətdə  elə  bir  bitki  və  ya 

canlı  yoxdur  ki,  içində  SÜD  olmasın.  Ağ  buğda 

dənəsi bircə gün suda, ya da ki nəm torpaqda qalır, 

südlə  dolur.  Təzə  qoz  ləpəsinin  paralayırsan,  südü 

damır. 


Şingiləni 

qoparırsan, 

barmaqların 

südə 


batır.  Belə  ki,  hər  bir  bioloji  varlığın  tarixçəsi 

süddən başlayır. 

     Mifoloji 

təfəkkür 

quş 

südünü 


göyərçinin 

boğazında  tapır  ki,  bu  da  dirilik  suyu  kimi  can 

verməyə  qadir  olan  bir  nəsnədir.  Quş  südü  haradasa 

qədim  yunan  tanrılarının  ətirli  yeməyi  ambroziya 

(müşki-ənbər) kimi bir şeydir. Bu, elə bir yeməkdir 

ki,  mifologiyada  onunla  tanrılara  əbədi  yaşarılıq 

(bəzənsə 

əbədi 


cavanlıq) 

verilir. 

Müşki-ənbər 

ətirşah, ətirçiçəyi (onların südü, nektarı) kimi də 

anlaşılır.  

     Bir  az  da  uzaqlara  gedək,  üzümüzü  tutaq  Hind 

mədəniyyətinə. 

Əski 


hindli 

tayfalarının 

təsəvvüründə  SÜD  “bilginin  mənimsənilməsi”nin  obraz 

konkretliyidir. 

Onların 

mötəbər 


risalələrindən 

sayılan  UPANİŞADLAR  öz  müqəddəs  mətnlərində  “NİTQ 



SÜDÜ”, 

“İDRAK 

İÇKİSİ”, 

yaxud 


“HƏQİQƏT 

SÜDÜ” 

ifadələrindən  yararlanırlar  ki,  bu  da  altıaylıq 

uşağın  mərasim  yeməyinin  simvollaşdırılmasından 

savayı  ayrı  bir  şey  deyil.  Ritual  zamanı  hindlilər 

körpəyə  süddə  bişirilmiş  düyünün  lap  duru  həlimini 

verirdilər  və  elə  güman  edirdilər  ki,  uşaq  məhz 

onun köməyilə çillədən çıxıb nitq, idrak qazanacaq, 

həyat  həqiqətinə  qovuşacaq.  Çoxlarının  bu  gün 

Azərbaycanın  ədəbi  üfüqlərində  “AĞ  YOL”  kimi 

tanıtdıqları  kosmik  məkanın  bir  fraqmenti,  əslində, 



“SÜD  YOLU”  adlanır  ki,  onun  da  şəcərəsi  birbaşa  bu 

südlə düyü həliminə bağlı. 

       Körpəyə 

çillə 


həliminin 

içizdirilməsi 

mərasimi  gerçəkliyin  südlə  ilişikli  bütöv  bir 

silsiləsini  (ERKƏK  -  DİŞİ  -  BALA:  erkək  “süd” 




 

166 


buraxır, dişi mayalanır, doğur, südü olur və balanı 

əmizdirir)  müəyyən  müddətə  qapadır:  yəni  süd 

dövriyyəsi 

tamamlanır, 

real 


münasibətlər 

ayin 


kontekstində  simvollaşdırılır.  Bundan  o  yanası 

artıq  mifdir,  metafizikadır,  nağıldır.  Hindlilərin 

kosmoqonik 

bilgilərinə 

görə 

tanrı 


Varunanın 

səltənəti,  -  Səma  ilə  dünya  okeanı,  -  homogendir, 

yəni tamam eyni xislətə malikdir: o da su, rütubət, 

nəmişlik  törədir,  bu  da.  Bir  çox  Şərq  ölkələrində 

elə  xəyal  edirlər  ki,    fəza  boşluğuna  böyrü  üstə 

düşmüş  təzə  Ay  iri  su  hövzəsində  üzən  gəmi  və  ya 

qayıqdır.  Hindistanda  Aya  “SOMA”  müqəddəs  içkisi 

dolan  bir  CAM  kimi  də  baxırlar.  Mifik  təfəkkürə 

əsasən  Ay  bədirləndikdən  sonra  tanrılar  guya  bu 

nəhəng  “cam”a  yığılmış  mistik  şərbəti  içirlər; 

başqa  bir  varianta  görə  isə  Soma  içkisi  Ayın 

tərsinə  çevrilmiş  hilalından  yağış  qismində  yerə 

tökülür.  Odur  ki,  qədim  hindlilər  Aya  digər  bir  ad 

da qoyublar: SOMA. Mümkün ki, ərəblərin “səma” sözü 

elə  bu  kəlmədən  alınmadır.  Səma  sanki  iri  bir  süd 

qabıdır,  parlaq  gövhərlər,  incilər  küpüdür,  sanki 

kündələnmiş buludlar üzən nəhəng bir teştdir. Gərçi 

böylə  olmasa,  onda  “əbri-nisan”  (incilər  yağdıran 

yağış buludu, obrazlı desək, yağış kündəsi) nəmənə, 

“süd yolu” nəmənə?!  

       Bir  gün  tələbələri  Budddadan  soruşurlar  ki, 

vaxt gələndə onu necə ansınlar, necə xatırlasınlar. 

Budda  dinmir,  təmkinini  pozmur,  epizodik  bir 

laloyunu  səhnəsilə  onların  sualını  cavablayır: 

əlində  dilənmək  üçün  tutduğu  sədəqə  CAMINI  aşırıb 

yerə 


qoyur. 

Bu, 


eyhamdır, 

yaşanmış 

taleyin 

(axırıncı  qurtuma  qədər  içilmiş  içki)  obrazıdır, 

rəmzidir.  Yəni  hind  mədəniyyətində  həyat,  tale, 

karma  maye  (soma,  sakral  nektar,  süd)  dolu  camla 

işarələnir.  Deməli,  əgər  dünya  camdırsa,  onda  ömür 

süddür, somadır, müqəddəs içkidir. 




 

167 


     Ancaq  bu  məqamacan  yazılanlar  hələ  nədir  ki? 

Ciddi  heç  nə:  məsələnin  üzü,  bayırı,  üst  qatı.  Əsl 

elmi  şücaətsə  gizlini  aşkarlamaqdır.  Odur  ki,  mən 

yavaşca  istiqamətlənirəm  qədim  yunan  mədəniyyətinə 

sarı.  Kim  gərçi  düşünürsə  ki,  əski  yunanların  eşq 

tanrısı  AFRODİTA  miflərdə  söylənilən  kimi  dəniz 

köpüyündən  zühur  edib,  görünür,  bir  qədər  naşı 

adamdır,  fun-  damental  elmə  nabələddir.  Düzdür, 

ilahənin adının yunanca açımı birbaşa  “AFROS”, yəni 

“köpük”  sözü  ilə  ilişiklidir.  Di  gəl  ki,  bu  sevgi 

tanrısının 

həqiqəti 

hindlilərin 

ədəbiyyatından 

boylanır. 

Sanskrit 

dilində 

ABHRADATTA 

kəlməsi 


AFRODİTANIN  arxaik  variantıdır,  “bulud  tərəfindən 

əta  edilmiş”,  “buludun  hədiyyəsi  olan”  canlını  və 

ya  nəsnəni  işarələmək  üçün  işlənir.  AF  -  RO  -  DİTA 

(ABHRA  -  DATTA)    buluddan  doğulub,  buluddan  çıxıb, 

daha  köpükdən  yox.  Çünki  köpük  boşdur,  heçin 

qabığıdır,  aldanışın  sərhəddidir,  puçdur.  Heçdən  nə 

yaranır  ki?  Hərçənd  bulud  və  köpüyün  təbiəti 

haradasa 

oxşardır: 

onların 

hər 


ikisi 

SU 

başlanğıcını  vurğulayıb  SÜD  rəngində  olur,  südə 

bənzəyir. 

     Dənizin  süd  kimi  ağ  köpükləri  dalğaların 

pipiyində gəzən bulud topalarıdır. 

     Aydınlaşdırdıq  ki,  BULUD  ilahə  Afroditanın 

şəcərəsində  ulu  əcdaddır  və  onun  qədim  sanskrit 

dilində  AB-HRA kimi səsləndirirlər. Buludsuz yağış 

nə,  dəniz  nə,  köpük  nə?  Farsların  “AB”  sözü  də 

burdandır.    “AB”  farsca,  “AP”  isə  sanskritcə  SU 

deməkdir.  Qədim  hindlilərin  dini  mədəniyyətinin 

ənənələri 

müqəddəs 

səma 


pərilərini 

“AP-SAR” 

adlandırır.  “AP”  əgər  sudursa,  “SARAS”  hərəkət 

etmək  kimi  mənalandırılır.  Sakral  aləmin  gözəl 

mələkləri  və  ya  huriləri  vedaların  verdiyi  bilgiyə 

əsasən  göydə,  səmada  sərbəst  çalıb  oynadıqları 

kimi,  kəhkəşan  çaylarında  da  asudə  yaşayırlar. 

Onların  yerə  enməsi  nəinki  mümkündür,  bəlkə  də  adi 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə