152
metafizik xislətimiz də yoxdur, “ego”muz da. Hərçənd
fəlsəfələrin çoxusu bunu bizim adımıza çıxır. Hər
şeydən əvvəl biz yaşayırıq və məcburuq ki, nəyisə
nədənsə
ayıraq,
fərqləndirək,
seçək.
Bu
eqzistensional seçimi başa düşmək, ya da ona təsir
göstərmək niyyətində olan insanlar hər hansı bir
xisləti bizə damğa kimi yapışdırmaq istəyirlər. Amma
bu xislət sözdən və yarlıqdan savayı digər bir nəsnə
ola bilməz”.
Cavid
personajlari
da
hər
an
seçim
qarşısında,
egzistensional
problemlə
üzbəüz:
Allah,yoxsa İblis; ibadət, yainki üsyan; zöhd yoxsa
kef? Biri uçuş vəd edir, o biri uçurum. Onların
xislətini müəyyənləşdirən mühitdir, cəmiyyətdir,
secdikləri yoldur.
“UÇURUM”
və
“UÇMAQ”
sözləri
arasındakı
rabitənin mövcudluğunu xüsusi vurğulamağına heç
dəyməz: onların hər ikisinin kökündə “UÇ” imperativi
dayanır; biri sökülmək, dağılmaq, digərisə göyə
qalxıb pərvaz eləmək əmri kimi qavranılır. Uçmaq
torpaqdan səmaya yük- səlməkdir, aşağıdan yuxarı
doğru müsbət işarəli hərəkətdir, mahiyyətinə görə
qutludur, urvat- lıdır, sakral mənası var. Uçurum
isə yuxarıdan aşağıya aşmaqdır, kainatın dibinə
yumbalanıb kosmosun ən qorxunc, qaranlıq nöqtəsində
əbədi olaraq izsiz-tozsuz itməkdir. “Talmud” dini
kitabəsində
yəhudilər
İom-Kippurim
bayramının
adətlərini
təsvirləyərək
yazırlar
ki,
İsrəhil
övladları
bu
məgamda
iki
keçini
qurban
gətirməlidirlər: keçilərdən biri tanrı Yahvedən ötrü
kəsilməlidir;
digərisə
şərin,
qara
enerjinin
təmsilçisi, nifrinlənmiş mələk, odun, atəşin sahibi
Azazel
(İblisin
ilkin
variantı)
üçün
UÇURUMA
atılmalıdır İsrəhil övladlarının ilboyu işlətdikləri
günahların rəmzi kimi. Bu mənada uçurum Yerin azon
örtüyünün gara dəliyinə bənzər bir məkan gismində
obrazlaşdırıla
bilər.
Mənfi
işarəli
urvatsız
153
hərəkəti
özündə
ehtiva
edən
UÇURUM
aşağıya
qayıdışsız “uçuş”dur, “uçub” yenidən yüksəlməyin
mümkünsüzlüyünü eyhamlaşdıran yıxılmaqdır. Oradan
geri dönmürlər. Uçmağın sıfır koordinatından sonra
başlanır uçurum. Əbəs deyil ki, azəri türkcəsində
“uç burdan!” kinayəli ifadəsi “uçmaq” felinin
neqativ mənalarını aşkarlayır: yəni “yox ol”,
“gözdən it”. SIFIR koordinatını insanlar “torpaq”
adlandırıblar: torpaqsa iki boşluğu bir-birindən
ayıran sərhəddir. Yuxarıda Allahdır, aşağıda İblis.
Ol səbəbdən insan tanrı sorağında üzünü göylərə
tutur, Allahı səmanın gizlinlərində axtarır;
İblislə
bağlıysa
təsəvvürünə
həməncə
uçurumu
gətirir.
“HEÇDƏN GƏLƏRƏK HEÇLİYƏ OLMAQDAYIM AZİM”.
Hər iki “qütb” heçlikdir: yəni uçurumdur.
İnsanın nəsibi “Allah” və “İblis” nişanəli boşluqlar
arasında
bulunub
özünü
seçim
azadlığında
qerçəkləşdirməkdir.
Uçurumsa
ÜSYAN
təhrikçisi.
ÜSYANLAR UÇURUMLARDAN PÜSKÜRƏR. İlk etirazın, ilk
qiyamın müəllifidir İblis: yeri-yurdu, məskəni
UÇURUM.
Bu
mələk
üsyankar
bir
mələk:
oddan
yarandığına güvənib, öz od şəcərəsilə öyünüb insana
səcdə etməkdən vaz keçər, Allah əmrindən cıxar,
kinli bir qiyama qalxar. Və hətta insanların düşüncə
müstəvisində özünə bəraət qazandırmağa çalışar:
“Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapdırmaq idi zümreyi-nası.
Yalnız bunu dərk etdi o əllameyi-məşhur,
Yalnız o böyük baş, bu böyük kəşflə məğrur”.
Müsəlman mədəniyyətində OD İblisin simvolu.
Allah da deyir ki, mənim oddan, odun fəsadlarından
xəbərim yox: yəni onunla bacarmaram, ondan qorumağa
zəmanət verə bilmərəm. Beləliklə, tanrı zəifliyini
və nisbi məğlubiyyətini boynuna alır və cıxış yolunu
alovun xislətini iblisanəlik ayağına yozmaqda görür.
154
Bu, onun “bicliyidir”, intellektual fəndgirliyidir,
bütpərəstliyə qarşı gizli qiyamı, mübarizəsidir:
Allah sadə bir üsulla, odun xislətini ləkələməklə
onu insanların gözündən “salır”. Halbuki veda
ədəbiyyatında dünyanın, insanın odla təmizləndiyi,
odla dirçəldiyi, əhya elədiyi söylənilir. Və ya, heç
uzağa getmə, Zərdüştü düşün! Günəş enerjisi də
alovdur, oddur, atəşdir; yandırıb-yaxır. Ancaq insan
onu tanrıdan bilib “NUR” adlandırır. Niyə Allah
alovu
sevmir?
Çünki
aşağıdan
yuxarıya
“dil”
çıxardır, şölələnib “kəkələnir”, qiyamçıya dönür,
göylərə “meydan oxuyur”. Yəqin ki, kimsə nə vaxtsa
“İblis” ideyasını məhz alova baxıb fikirləşib. Odda,
alovda, atəşdə qiyamçını, bəlkə də İblisi, görüb
tanımaqdan ötrü xüsusi bir istedad da gərəkməz.
Cavid personajlarının hamisı bir üsyan təşnəsi.
Xəyyamı
görürsən,
o
da
Cavid
dünyasının
parametrlərində üsyankar olar, “Üsyan! Üsyan!”
deyərək titrər:
“Elmimdəki nöqsan ilə cəhlimdəki ürfan,
Hər an doğurur məndə bir üsyan.
Həp varlığa üsyan edərəm mən,
Üsyan... Ölü adət və təriqətlərə üsyan!
Yalqızlı həqiqətlərə üsyan!”
Cavid qəhrəmanlarının fikri-zikri sanki öz
bədənlərindən, öz qafalarından, öz mühitlərindən
qopub göylərə sıçramaqdır. Bu insanların heç biri
yaşadığı gerçəkliklə barışmaz: hərəsi özünəməxsus
bir üslubda, bir tərzdə “ÜSYAN” deyib hayqirar.
Əslində isə “üsyan” deyib hayqıran Cavidin özüdür,
ruhudur,
yaşam,
olum
tərzidir.
Cavid
fikir
uçurumlarında gəzən üsyan dahisidir. Üsyan Cavid
fikrinin üsyanıdır, onun düşüncələrinin ən mühüm
impulsudur. Bunu bilmək üçün “Azər” poemasına ötəri
nəzər atmaq kifayət. Bu əsər cəmi dünya üsyanlarının
Dostları ilə paylaş: |