Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə50/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   46   47   48   49   50   51   52   53   ...   135

 

149 


zolağında  qərarlaşarlar.  Hüseyn  Cavidin  pyeslərini 

oxuyarkən  mənim  emosional  yaddaşım  mənə  nədənsə 

həmişə 

Rixard 


Vaqnerin 

“Nibelunqların 

üzüyü” 

operasını xatırladır.  

     “Ah, aman, ya rəbbim! hər iki tərəfim təhlükəli 

uçurum...” Maral söylər bunu, ölümündən bir az öncə.  

     Şeyx  Sənan  donuz  otarıb,  Quranı  odda  yandırıb, 

boynundan  xaç  asıb  axırda  demədimi  ki,  “uçurumdur 

pənahgah ancaq”.  

     Cavid 

əsərlərinin 

hamısında 

bir 

UÇURUM 


mənzərəsi.  

     Və  bu  azmış  kimi  onun  şeirlərinə  də,  “Azər” 

poemasına da gizli bir “uçurum” leytmotivi hakim. 

     Elə  isə  istərdim  diqqətinizi  müəllifin  “Bu 

gecə” adlı bir şeirinə yönəldim:  

 

         



“Dərin-dərin uçurumlar, vərəmli fırtınalar, 

           Bütün-bütün sıxıb əzməkdə ruhumu bu gecə”. 

 

     İndi də ayrı bir şeirə fikir verəlim: 

 

         “Uçar, uçar, yenə ruhum diyari-hüznə qoşar; 

          Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar. 

          Soyuq, soyuq!.. Gecə keçmiş, bütün cahan susmuş, 

          Uzaqda inləyir ancaq zavallı bir bayquş”. 

 

     Cavid  əfəndinin  hər  misrasından  bir  UÇURUM 

hayqırır: 

 

          “Önümdə dalğalanır teyflər, qızıl qanlar, 



           Başımda patlayır atəşli, sisli vulkanlar”  

                              (“Hərb və fəlakət” şeiri). 

 

     “Azər”  poemasının  ovqatı  da  bir  uyqarlıq 

şəhərinin uçurumunu göz önündə canlandırar: 

 

             



“Onlar qoşacaq,  çarpışacaqlar, 

                Bir çox uçurumlar aşacaqlar”. 

 


 

150 


     Hüseyn 

Cavidin 


bədii 

dünyasına 

sakin 

personajların  monoloqları,  dialoqları,  nidaları, 



mahnı  və  zümzümələri,  əsəbi  gülüşləri,  hıçqırtıları 

sanki  uçurumlardan  səslənir:  onların  replikaları 

eləsən  işıq  ili  qədər  məsafə  qət  edib  kosmik  fəzaya 

göndərilmiş  siqnallar  qismində  bir-birinə  çatır.  Bu 

qəhrəmanlar qədim yunan tanrıları kimi səmada uçuşub 

danışar,  söhbətləşər,  sonradan  isə  uçurumlarda  məhv 

olarlar.  Cavid  əfəndinin  obrazları  mənə  nədənsə 

bizim  qalaktikada  hərlənən    planetləri  xatırladır. 

Hər  bir  səyyarənin  isə  öz  uçurum  parametrləri 

mövcuddur. 



PLANETLƏR 

UÇURUMDAN 

ASILMIŞ 

YOLKA 

OYUNCAQLARIDIR: bir ritmə köklənib uçduqca uçarlar. 

     Hüseyn 

Cavid 

əsərlərində 



zühura 

gələn 


virtuallığın 

qayəsi 


də 

elə 


bu. 

Uçmaq 


onun 

personajlarının ruhsal təbiətinin nişanəsi: 

     “Uçarız  həqqə  doğru  bərgasa”...    Və  ya: 

“Uçalım,  haqqa  doğru,  gəl  uçalım”...  Şeyx  Sənanın 

ucuruma  atılmamışdan  öncəki  bəyanatı.  Haqqa  doğru 

“getmirlər”,  yalnız  müqəddəsləşib  “uçurlar”.  Bu, 

cəmi  peyğəmbərlərdən  və  Allahın  sonuncu  elçisi 

Muhamməddən  qalma  bir  ənənə  deyilmi?  Qüds  şəhərinin 

əl-Əqsa  məscidindən  merac  zamanı  göylərə  yüksəldiyi 

bir  məqamda    Muhamməd  rəsulullahın  mindiyi  mifik  at 

“BURAQ” 


adlanırdı 

ki, 


bunun 

da 


kökü 

“BƏRQ” 


sözündəndir.  Bərqasa,  yəni  işıq  qığılcımı  ilə  ani 

olaraq.  Qədim  türklər  də  cənnəti  uçmaq  bilərlər. 

Quşların  uçmağını  seyr  etmək  insanlar  üçün  bir 

cənnət  həzzi.  Quşlar  uçduqca  insanlar  sanki  cənnəti 

görərlər.  Təsadüfi  deyil  ki,  mifik  təfəkkür  quşları 

ruhlar  və  mələklərlə  yanaşı  qoyar.  Və  heç  o  da 

təsadüfi  deyil  ki,  ucalmaqda  bir  uçmaq,  yüksəlmək, 

pərvazlanmaq,  qanad  çalıb  yuxarı  qalxmaq  əlaməti 

var. 

     Öz  poetik  duyğuları  müstəvisində  Cavid  əfəndi 



Şeyx  Sənanı  peyğəmbər  dərəcəsinə  qədər  ucaldar. 

Nəinki  mistik  sevgilər  Şeyxi,  bu  ədibin  bütün 




 

151 


qəhrəmanları  uçmağa  meylli,  uçmaqdan  ötrü  dəli-

divanə.  Yahu,  bəlkə  də  elə  bu  həvəsdəndir  ki, 

onların  leksikonunda  “MƏLƏK”  kəlməsi  yamanca  bol 

işlənər?  Cavid  dünyası  mələk  dolu  bir  dünya.  Burada 

kəpənəklərə,  göyərçinlərə  də  xeyli  yer  ayrılıb. 

“Şeyda”  pyesində  Rauf  yatıb  yuxusunda  ganadlı 

mələklər  görər;  görər  ki,  dostu  Şeyda  da  göylərin 

ənginliklərində  uçduqca  uçur.  Yenə  həmin  faciədə 

Anjel söylər: 

 

                  “Mən öncə bir mələkdim, 



                   Yüksəklərdə uçardım”. 

 

     “Mələklər”, 

“yıldızlar”, 

“kəbələklər”, 

“gövərçinlər”...  Ruhlar  aləminin  simvolları.  Hüseyn 

Cavidin  bədii  şərtilik  sisteminin  əsas  eyhamları. 

İnsanın uçmaq həsrəti.  Fransız rəssamı Mark Şaqalın 

tablolarını 

bir 

xəyalınızda 



canlandırın. 

Onun 


personajları  da  uçmaqda  bir  rahatlıq,  bir  asudəlik, 

bir  azadlıq  taparlar,  bir  həzz  bularlar.  Bu,  eyni 

bir  dövrə,  zəmanəyə,  mühitə  oxşar  psixosof  reaksiya 

kimi  çözülməyə  də  qabil.  Gerçəkliyə  nifrət:  oradan 

qaçmaq,  uzaqlaşmaq,  uçmaq,  yaxud  uçurumlarda  yox 

olmaq! 


     Cavid 

virtuallığında 

“şəkillənən” 

insan 


obrazlarında, 

onların 


qafalarında, 

batinlərində 

kinli,  qurnaz,  çılğın  dərəbəklərlə  zərif  mələklər 

birgə yaşarlar. Ona görə də bu insanlar bir gün belə 

olarlar,  o  biri  gün  elə;  gah  mələyə  dönərlər,  gah 

şeytana:  bir  dəm  Allahı  çağırarlar,      başqa  bir  dəm 

İblisi.  Bu  adamlardan  ötrü  İBADƏT  və  ÜSYAN  daim 

qoşa. 


Yəni 

eqzistensional 

problem 

tamam 


öz 

barizliyində: “Olum xislətdən öncədir”. Robert Anton 

Uillson  bu  fikrin    mümkün  yozumları  ilə  “oynayaraq” 

insanın 


məğzini, 

onun 


“mən”ini 

düşüncənin, 

mənəviyyatın, əxlagın, deməli, TƏRBİYƏNİN,  ələlxüsus 

da  TƏLİMİN,    nəhayətdə  isə  TOPLUMUN,  ətrarafımızın 

faktı, 

emblemi 


sayır: 

“...bizim 

anadangəlmə 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə