143
papaqları əməllicə qarışdırır və məsələni predmetiv
olaraq təsəvvür edə bilmir.
On birincisi: papaq (və ya baş sarğısı) heç cür
“kəpənək”liyini aşkar edib əbcədə gəlmir. Əbcəd isə 100
Rəhim
kimisinin
söylədiyindən
min
qat
mötəbərdir.
“Kəpənək geydiyimə kimsələr eyb eyləməsin”. Papaq da eyib
sayılarmı? Və ya Rəhimin dediyi papaq-kəpənək nə tövr
olub ki, ona eyb eləyiblər.
On ikincisi: nə vaxtdan papaq (baş sarğısı) zindana
bənzədilir? Papaq nə zindan kimi ağır olur, nə də adamın
türməsi olur. “Kəpənək” hürufi şairinin poeziyasında onun
fəlsəfəsinin paradiqmasıdır və xirqəni, paltarı (onun
təsadüfən dağ kəndində tapıb geydiyi yapıncını bildirir)
eyhamlaşdırır. Əgər hürufilər öz papaqlarına “KƏPƏNƏK”
deyirdilərsə və onun simvolik mənalarını bilirdilərsə,
Nəsimi kəpənəkdə yenidən nəyi tapırdı ki?..
12
Mənazil – verilmiş ədədin 28-ə
bölünməsindən qalan
qalıq.
Bürcət – verilmiş ədədin 12-yə bölünməsindən qalan
qalıq.
Səyyarat – verilmiş ədədin 7-yə bölünməsindən qalan
qalıq.
Çaharat – verilmiş ədədin 4-ə bölünməsindən qalan
qalıq.
13
Şimmel A. Mir islamskoqo mistisizma. - M.: Alateya,
Eniqma, 1999. - s.66.
P.S. Mənim bu məqaləmdən sonra bəzi tədqiqatçılar
dəridən-qabıqdan çıxa-çıxa sübut eləməyə çalışdılar ki,
Nəsiminin
dərisi,
ümumiyyətlə,
heç
soyulmayıb.
Digərlərisə
“soyulmağın”
bir
rəmz
olduğunu
isbata
yetirmək cəhdində bulundular. Dedilər ki, soyulmaqla
bağlı Nəsimi şeirlərinin əksəriyyəti ona yox, müridlərinə
aiddir. Gəlin, araşdıraq. Mən hər iki variantı qəbul
eləyirəm. “Mümkündür”, - söyləyirəm. Lakin və bir də
lakin... Nəsiminin dərisinin soyulması faktını tarix yox,
bütün Şərq dünyası olmuş bir hadisə kimi yaddaşlarda,
pritçalarda qoruyub saxlayıb, yaşadıb. Və bunun özündən
böyük
fakt
ola
bilməz.
Yəni
Ortaçağ
müsəlman
144
mədəniyyətində bu fakt insanlara o qədər güclü təsir edib
ki, onlar bu müdhiş olayı 6 əsr ərzində unuda bilməyiblər.
Əgər bu mövzuya Nəsimidən əlavə onun davamçıları da
müraciət ediblərsə, bu şairin dərisinin soyulmasının
tarixi gerçəkliyindən xəbər verir.
Digər tərəfdən ərəb tarixçilərindən düz üçü bu
məsələ ilə bağlı sultan fərmanlarının olduğunu, Nəsiminin
bir neçə müddət zindanda saxlanıldığını söyləyirlər.
Görünür ki, Nəsimi dərisinin soyulacağını gözləyə-gözləyə
elə o cür şeirlər yazıb. Bunu ki heç kim inkar etməyəcək.
Yəni yormayın özünüzü, cənablar!Hər şey sadədən də
sadədir!
2000-2008-ci illər
145
ÜSYAN VƏ CƏZA:
FİKİR “KƏNDİRBAZI”NIN AQİBƏTİ
(esxatoloji ovqat)
“İnsan uçurum üzərindən çəkilmiş burazdır.”
Fridrix Nitşe
“Uçurum: qaranlıq, çıxılmaz yolum,
Uçurum: uçurum həp sağım, solum.
Uçurum: duyduğum həgigət, xəyal,
Uçurum: uçurum yıldızlı amal.
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər,dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fəzalar.
Uçurum: uçurum çılğın dəhalar,
Uçurum: sürəkli, coşğun alqışlar,
Uçurum: uçurum süzgün baxışlar,
Uçurum: bu çirkin, bu alçaq həyat,
Uçurum: uçurum bütün
kainat...”
Hüseyn Cavid
Qəribədir,
uzun
müddətdir
ki,
Azərbaycan
mədəniyyətində
kulturoloji
mifin,
filoloji
əfsanənin “Cavid əfəndi” kimi tanıtdırdığı bir
yazar, onun dramaturgiyası, bu dramaturgiyanın
bədii
məkanında
müəllifin
məskunlaşdırdığı
personajlar, qurduğu ünsiyyət şəbəkəsi məndən ötrü
bir sirr, müəmma olaraq qalır. Bu sirr də, bu
müəmma da, valllah, “calibi-heyrət”. Çünki Cavid
mətnlərini oxuyan, ya da ki dinləyən insan həməncə
“ovsunlanır”: belə deyək də, sözün mənasına,
səslənməsinə, pafosuna, cümlənin təlqin enerjisinə
“uyur”. Əgər mənim Azərbaycan ədəbiyyatı tarixindən
Cavid əfəndinin şəxsiyyətilə ilişkili məlumatım
olmasaydı, bəlkə də şübhələnərdim ki, bu mətnləri
hansısa bir dərviş yazıb, özü də avazla oxunmaq
üçün yazıb, sanki opera üçün yazıb. Son dərəcə