131
lövhi-məhfuzudur. Qəribədir, təxəllüs şairdə yox,
şair təxəllüsündə yaşayır. Belə bir təxəllüsün
seçilməsi adi təsadüfdür, zərurətdur, şairin özü
ilə intellektual oyunudur, sonucda Nəsimidən öc
alacaq fələyin qurduğu tələdir, ya nədir? Bəlkə
karma dedikləri elə bu? Dəqiq söyləmək çətindir.
Hər halda bir məsələ gün kimi aydındır: təxəllüs
şair Seyid Əlinin sakral həyatının nişanəsidir,
verbal bildiricisidir, onun ilahi dünya ilə birbaşa
əlaqəsinin təminatçısı və mənəvi, ruhi ömrünün
simvoludur:
«Meraca çıxdı ruhi Nəsimi Buraq ilən»
Həqqən ki, Nəsimi bütün ömrü boyu özünü səhər
nəsimi, səba yeli, yaranış mehi bilib: heçdən zühur
edib, qəfil gəlib, qəfildən də heç olub gedib. Onun
üçün merac bəyana gəlməyən şəffaf çılpaqlığa ürcah
formasız və çəkisiz ruhun meracıdır. Bu baxımdan
həyatda «nəsimi» olmaq elə meracda zamansız və
fasiləsiz bulunmaq de-məkdir. Məhz buradaca yazı-
fantaziyanın tamam yeni və haradasa gözlənilməz bir
dönümü. Əcəba, Nəsiminin “kəpənəkliyi” də bu səbəb
üzünə yozulmazmı? Nədən “Fəzl ilə həqqə çatmış
olan” Nəsimi özünü “pərvaneyi-nicat”, yəni “nicat
pərvanəsi,
nicat
kəpənəyi”
adlandıra?
KƏPƏNƏK
nəsimin, mehin vizual dəlaləti ola bilməzmi? Bəlkə
kəpənək səhər nəsiminin, sübhdəm mehinin məkan içrə
zühur formasıdır, bəyanda görükmək tərzidir? Yenə
birbaşa cavabı olmayan suallar. Təbii ki, əsas
məsələ nə sualdır, nə cavab: əsas məsələ suala
qədər cızılan yoldur ki, müəyyən intellektual
cəhdin
və
mürəkkəb
əqli
prosesin
dolanbac
gərdişinin qrafik siluetini aşkarlayır. Bu suallar,
filoloji fantaziyanın ideyası ilə birgə, məndə o
zaman yarandı ki, təsadüfən İmadəddin Nəsiminin
“KƏPƏNƏK” və “TAPDIM” rədifli iki şeirini oxudum...
və məlumum oldu ki, söhbət burada da GEYİMDƏN
132
gedir. Sən demə, “kəpənək” farslarda yapıncı kimi
mənalandırılır. Nəsimi şeirlərinin kontekstində də
“kəpənək” sözü məhz “yapıncı” anlamında işlədilir
və ona bir xüsusi xirqə statusu verilir:
«Kəpənək geymişəm, əndişədən
8
azad olubam,
Üşümək müşkülünü eylədi asan kəpənək».
Heç
şübhəsiz
ki,
kəpənək
burada
çoban
həyatının,
dağlı
güzəranının
rəmz
səviyyəsinə
yüksəldilmiş
fakturasıdır,
gerçək
yaşantıların
suggestiv ifadəçisidir, özünəməxsus bildiricidir,
eyhamdır. Lakin soruşmağa yeri var ki, Nəsiminin
yapıncı geyməsindən xeyir ola? Bu məqamın da öz
tarixi
sübut-dəlili
mövcuddur.
Nəsiminin
belə
qiyafəyə
düşməsinin
səbəbi
ustadı
Fəzlullah
Nəiminin müridlərinə, yəni xələflərinə, başqa sözlə
desəm,
şagirdlərinə
ithafən
yazıb
göndərdiyi
“Vəsiyyətnamə” əsərindən bəlli olan bir xəbərdarlıq
ucbatına
aşkarlanır:
«Öz
geyiminizi,
xarici
ğörünüşünüzü dəyişin, şirvanlı və d a ğ l ı
camaatının şəklinə salın. Möhkəm və əlçatmaz
ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ
ordudan arxanızca heç kim gəlməmiş və tələfata
uğramamış
getmiş
olasınız.
Əlbəttə,
əlbəttə,
getməkdə tələsin. Uzaq dağlıq yerlərə (saçmalar
mənimdir
–
A.T.)
çəkilin».
“Vəsiyyətnamə”nin
yazılma tarixi 1394-cü ildir ki, həmin ili də
Nəsimi
çox
güman,
Bakıda
keçirib.
Görünür,
“Vəsiyyətnamə”nin
həyəcanlı
bildirişi,
müdhiş
xəbərdarlığı Nəsimini hələ Bakıda ikən haqlayır və
o, Ustad sözünə asi olmadan səfər əziyyətinə
qatlaşıb ucqar bir dağ kəndinə pənah aparır.
Nəsiminin
«qeyri
bir
tayfadanam,
bu
kəpənək
fəxrimdir» misrasına istinadən mümkündür deyəsən ki,
o, Bakıdan Gürcüstana, daha başqa yerə yox, gedib
məhz oranın dağ bölgələrində müəyyən müddət yaşayır.
Hürufi şairinin sonradan Türkiyəyə, Anadolu və
133
Bursaya səfər etməsi üçün bu, ən əlverişli variant
idi. Gərçi belə olmasaydı, Nəsimi əndişədən,
dərddən, qəmdən qurtulub da qeyri bir tayfa içində
kəpənək geyməzdi ki? Üşümək müşkülü də soyuq dağ
yerinin müşkülüdür, şəksiz. Mən onu da güman
etmirəm ki, Nəsimi müsəlmanlar arasında özünün özgə
bir tayfadan olduğunu məxsusi vurğulayaydı.
Ehtimalım budur ki, Nəsimi bu ifadəni gürcü
xaçpərəstlərini nəzərdə tutaraq işlədib. Hər nə isə,
KƏPƏNƏK tarixinə müvafiq düşmüş bir fakt. Öylə bir
fakt ki, təfsiri-şərhi-hali Nəsimi üçün olduqca
önəmli. Çünki bəzi gizli mətləblərin də üstünə işıq
salmağa qabil. Məsələn, Nəsimi niyə yazmalıydı ki,
“kəpənək geydiyimə kimsələr eyb eyləməsin” və ya
“kəpənək geydiyimi, xacə, eyib tutma mənə?” Ola
bilsin Fəzlullahın müridləri cərgəsində elələri
tapılıb ki, Nəsiminin ucqarlara çəkilməsinə pis
baxıblar, yapıncı geyinib dağlarda qaçağa dönməsini
qorxaqlıq, xəyanət əlaməti kimi qiymətləndiriblər,
onu bu fərari hərəkətinə görə suçlandırıblar,
məzəmmət ediblər. Sözsüz ki, bunu mən belə duydum.
Bir başqasının ayrı bir nəticəyə gəlməsi də mümkün.
Hər halda XIV yüzilin gündəlik həyat və ya olay
gerçəklərini bütün xırda-para cizgiləriylə birgə
dəqiqləşdirib, diskret kadrları bir yerə yığıb tam
panoram yaratmaq imkanı cuzi, əksərən isə sıfra
bərabər. Bir də axı Nəsimi təkcə öz məişət
yaşantılarına bağlanıb qalan bir kimsə deyil. O,
çox asanlıqla adi məişət gerçəkləri içərisindən
“sıçrayıb” mənəvi, ruhsal aləmə “atıla bilir” və
qarşıdurumları ortaq məxrəcə gətirib onları sanki
sehrbaz əfsunu, sehrbaz təlqini ilə bir-birinə
calaşdırır. Buna timsal “KƏPƏNƏK”:
«Mərifət əhlinə gəldi kəpənək ətləsi-xas,
Nə rəvadır ki, geyə cahilü nadan kəpənək.
Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur,
Geymədi münkir anı, sandı ki, zindan kəpənək».
9
Dostları ilə paylaş: |