149
zolağında qərarlaşarlar. Hüseyn Cavidin pyeslərini
oxuyarkən mənim emosional yaddaşım mənə nədənsə
həmişə
Rixard
Vaqnerin
“Nibelunqların
üzüyü”
operasını xatırladır.
“Ah, aman, ya rəbbim! hər iki tərəfim təhlükəli
uçurum...” Maral söylər bunu, ölümündən bir az öncə.
Şeyx Sənan donuz otarıb, Quranı odda yandırıb,
boynundan xaç asıb axırda demədimi ki, “uçurumdur
pənahgah ancaq”.
Cavid
əsərlərinin
hamısında
bir
UÇURUM
mənzərəsi.
Və bu azmış kimi onun şeirlərinə də, “Azər”
poemasına da gizli bir “uçurum” leytmotivi hakim.
Elə isə istərdim diqqətinizi müəllifin “Bu
gecə” adlı bir şeirinə yönəldim:
“Dərin-dərin uçurumlar, vərəmli fırtınalar,
Bütün-bütün sıxıb əzməkdə ruhumu bu gecə”.
İndi də ayrı bir şeirə fikir verəlim:
“Uçar, uçar, yenə ruhum diyari-hüznə qoşar;
Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar.
Soyuq, soyuq!.. Gecə keçmiş, bütün cahan susmuş,
Uzaqda inləyir ancaq zavallı bir bayquş”.
Cavid əfəndinin hər misrasından bir UÇURUM
hayqırır:
“Önümdə dalğalanır teyflər, qızıl qanlar,
Başımda patlayır atəşli, sisli vulkanlar”
(“Hərb və fəlakət” şeiri).
“Azər” poemasının ovqatı da bir uyqarlıq
şəhərinin uçurumunu göz önündə canlandırar:
“Onlar qoşacaq, çarpışacaqlar,
Bir çox uçurumlar aşacaqlar”.
150
Hüseyn
Cavidin
bədii
dünyasına
sakin
personajların monoloqları, dialoqları, nidaları,
mahnı və zümzümələri, əsəbi gülüşləri, hıçqırtıları
sanki uçurumlardan səslənir: onların replikaları
eləsən işıq ili qədər məsafə qət edib kosmik fəzaya
göndərilmiş siqnallar qismində bir-birinə çatır. Bu
qəhrəmanlar qədim yunan tanrıları kimi səmada uçuşub
danışar, söhbətləşər, sonradan isə uçurumlarda məhv
olarlar. Cavid əfəndinin obrazları mənə nədənsə
bizim qalaktikada hərlənən planetləri xatırladır.
Hər bir səyyarənin isə öz uçurum parametrləri
mövcuddur.
PLANETLƏR
UÇURUMDAN
ASILMIŞ
YOLKA
OYUNCAQLARIDIR: bir ritmə köklənib uçduqca uçarlar.
Hüseyn
Cavid
əsərlərində
zühura
gələn
virtuallığın
qayəsi
də
elə
bu.
Uçmaq
onun
personajlarının ruhsal təbiətinin nişanəsi:
“Uçarız həqqə doğru bərgasa”... Və ya:
“Uçalım, haqqa doğru, gəl uçalım”... Şeyx Sənanın
ucuruma atılmamışdan öncəki bəyanatı. Haqqa doğru
“getmirlər”, yalnız müqəddəsləşib “uçurlar”. Bu,
cəmi peyğəmbərlərdən və Allahın sonuncu elçisi
Muhamməddən qalma bir ənənə deyilmi? Qüds şəhərinin
əl-Əqsa məscidindən merac zamanı göylərə yüksəldiyi
bir məqamda Muhamməd rəsulullahın mindiyi mifik at
“BURAQ”
adlanırdı
ki,
bunun
da
kökü
“BƏRQ”
sözündəndir. Bərqasa, yəni işıq qığılcımı ilə ani
olaraq. Qədim türklər də cənnəti uçmaq bilərlər.
Quşların uçmağını seyr etmək insanlar üçün bir
cənnət həzzi. Quşlar uçduqca insanlar sanki cənnəti
görərlər. Təsadüfi deyil ki, mifik təfəkkür quşları
ruhlar və mələklərlə yanaşı qoyar. Və heç o da
təsadüfi deyil ki, ucalmaqda bir uçmaq, yüksəlmək,
pərvazlanmaq, qanad çalıb yuxarı qalxmaq əlaməti
var.
Öz poetik duyğuları müstəvisində Cavid əfəndi
Şeyx Sənanı peyğəmbər dərəcəsinə qədər ucaldar.
Nəinki mistik sevgilər Şeyxi, bu ədibin bütün
151
qəhrəmanları
uçmağa meylli,
uçmaqdan ötrü dəli-
divanə. Yahu, bəlkə də elə bu həvəsdəndir ki,
onların leksikonunda “MƏLƏK” kəlməsi yamanca bol
işlənər? Cavid dünyası mələk dolu bir dünya. Burada
kəpənəklərə, göyərçinlərə də xeyli yer ayrılıb.
“Şeyda” pyesində Rauf yatıb yuxusunda ganadlı
mələklər görər; görər ki, dostu Şeyda da göylərin
ənginliklərində uçduqca uçur. Yenə həmin faciədə
Anjel söylər:
“Mən öncə bir mələkdim,
Yüksəklərdə uçardım”.
“Mələklər”,
“yıldızlar”,
“kəbələklər”,
“gövərçinlər”... Ruhlar aləminin simvolları. Hüseyn
Cavidin bədii şərtilik sisteminin əsas eyhamları.
İnsanın uçmaq həsrəti. Fransız rəssamı Mark Şaqalın
tablolarını
bir
xəyalınızda
canlandırın.
Onun
personajları da uçmaqda bir rahatlıq, bir asudəlik,
bir azadlıq taparlar, bir həzz bularlar. Bu, eyni
bir dövrə, zəmanəyə, mühitə oxşar psixosof reaksiya
kimi çözülməyə də qabil. Gerçəkliyə nifrət: oradan
qaçmaq, uzaqlaşmaq, uçmaq, yaxud uçurumlarda yox
olmaq!
Cavid
virtuallığında
“şəkillənən”
insan
obrazlarında,
onların
qafalarında,
batinlərində
kinli, qurnaz, çılğın dərəbəklərlə zərif mələklər
birgə yaşarlar. Ona görə də bu insanlar bir gün belə
olarlar, o biri gün elə; gah mələyə dönərlər, gah
şeytana: bir dəm Allahı çağırarlar, başqa bir dəm
İblisi. Bu adamlardan ötrü İBADƏT və ÜSYAN daim
qoşa.
Yəni
eqzistensional
problem
tamam
öz
barizliyində: “Olum xislətdən öncədir”. Robert Anton
Uillson bu fikrin mümkün yozumları ilə “oynayaraq”
insanın
məğzini,
onun
“mən”ini
düşüncənin,
mənəviyyatın, əxlagın, deməli, TƏRBİYƏNİN, ələlxüsus
da TƏLİMİN, nəhayətdə isə TOPLUMUN, ətrarafımızın
faktı,
emblemi
sayır:
“...bizim
anadangəlmə