146
maraqlı bir rakurs. Hərçənd güman eləmirəm ki,
mənim
bu
məqaləm
Cavid
yaradıcılığının
“qapıları”ndan
məxfilik
örtüyünü,
müəmmalar
pərdəsini birdəfəlik götürəcək. Buna heç iddiam da
yoxdur.
Amma və lakin... Görəsən, Hüseyn Cavidin bədii
söz aləminin energetik cövhərini nə kimi ideyalar,
duyğular
müəyyələşdirir?
Bu
ideyaların,
duyğuların,
yaşantıların
kökü
harada?
Öncə
məqalənin fikir “xəritə”sini cızacaq bir neçə
TEZİS
və ya DÜŞÜNCƏLƏR ÜÇÜN MANİFEST. Onlar mənə
uçurumlardan
adlamağa
imkan
verəcək
burazlara
bənzərlər.
Tezis
nömrə
1.
Hüseyn Cavid Azərbaycan
maarifçiliyinin
eqzistensional
fəlsəfəsinin
müəllifidir.
Onun
əsərlərindən
maarifçiliyin
intellektual üsyanı və faciəsi boylanir.
Tezis nömrə 2. Ümumtürk mədəniyyətinin, və
olsun ki, bütün müsəlman Şərqinin Nitşesi Cavid
əfəndidir. Dramaturqun pyesləri Nitşe fəlsəfəsinin
davranış, rəftar, münasibət güzgüsündə aşkarlanan
modelidir.
Maarifçiliyin
axırıncı
söykənəcəyi
ÜSTİNSANDIR. Üstinsan İblisdən Allaha doğru uçurumlu
bir yoldur. X1X yüzildə Bodenştedt Azərbaycanı
Almaniyaya apardı, XX əsrdə isə Almaniyanı Cavid
Azərbaycana gətirdi və Doğunun ədəbi üfüqlərində
tarixən birinci “İBLİSNAMƏ” müəllifi oldu, Faustun
şərqli variantını yaratdı: üstinsanı tanrı və mələk
arasında çabalayan bir məxluq kimi görükdürdü.
Tezis nömrə 3.
Uçurum yaşantıları Cavid
dramaturgiyasının əsasıdır. Esxatoloji ovqat onu heç
vədə rahat buraxmayıb: bəşər axirətinin uçurumu elə
bil
ki,
həmişə
Rasizadə
cənablarının
bir
addımlığında olub. Və nəiki bir addımlığında... Bu
insanın içində əcayib bir uçurum mürgüləyib.
Tezis nömrə 4.
Hüseyn Cavidin bədii dünyasının
zaman və məkan ÇƏRÇİVƏLƏRİ uçurum HÜDUDSUZLUĞU
147
parametrlərində konkretləşdiyindən bu ifadə tamam
bir şərtilik. Nədən ki, onun personajları rəqs edə-
edə talelərini boşluq içrə yırğalanan UÇURUM
burazlarına tapşırmış faciə kəndirbazlarıdır.
Tezis nömrə 5.
Cavid yaradıcılığında Şərq və
Qərbin
mədəni,
mənəvi-əxlaqi
dəyərləri
türkün
düşüncə
müstəvisində
gəlişib,
sintezə
uğrayıb
təhlilə çəkilir, tədqiq edilir. Tədqiqat obyekti
türk
təfəkkürünün
XX
əsr
gerçəkliyinə
inteqrasiyasının törətdiyi problemlərdir ki, onlar
da Avropa uyqarlığının astanasında türkün öz milli
varlığını, qutsal ruhunu, ziddiyyətlər dumanına
bürüyür.
Tezis nömrə 6.
Mən Cavidin özünüifadə tərzində
Orta çağ sufi zikrlərinin modifikasiyasını görürəm.
Suggestiv təkrirlər, təlqinlər onun şeirlərini,
pyeslərini
vird
konstruksiyasının
effektinə
yaxınlaşdırır.
Tezis nömrə 7.
Hüseyn Cavidin olumu da, ölümü
də və hətta yazıları da başdan-başa mistika
içindədir. Onun hər pyesinə öz şəxsi həyatının
sürgün faciəsi latent şəkildə gömdürülüb.
Allahın tezisi: YARADIM.
İblisin tezisi: UÇURUM.
İnsanın tezisi: YA İBADƏT, YA ÜSYAN.
Bəzən mən bir kitabı bir məqaləyə sığışdırmaq
əzmində bulunuram. Odur ki, elə indi də sürətli bir
şahmat partiyası: əlbəttə, xiridarlar üçün, Cavidə
XX1 yüzilin virtuallığından baxmaq üçün.
Mən Cavid əfəndiyə, onun yaradıcılığına pillə-
pillə yaxınlaşıram və hələ də bu yolu yarı
eləməmişəm. Nədən ki, hər pillədə Cavid yenidir,
başqadır, təzədən kəşf olunası dünyadır. Bu dünyanın
bir üzündə İBADƏTƏ düzülmüş möminlər səf bağlayır, o
biri üzündə isə ÜSYANA qalxmış insanlar qaynaşır.
Yəni Allah və İblis “atəşlə suyun öpüşdüyü” məkan
içrə əbədi çarpışmada... Cavid pyeslərində mən
148
qəribə bir sonsuzluq, intəhasızlıqla qarşılaşıram və
bu intəhasızlığı bir simvol kimi qavrayıram, bir
mistika əlaməti kimi yozuram. Müəllifin faciələrinin
arxitektonik quruluşunu çözdükcə mən bu qənaətə
gəlirəm ki, Cavid sürgün edilməmişdən qat-qat öncə
ruhən
Sibir
torpaqlarına
getmişdi,
Sibir
“uçurum”undan
keçən
burazın
üzərilə
FİKİR
“KƏNDİRBAZI” kimi gəzişmişdi.
SİBİR EYHAMDIR, BƏŞƏR TARİXİNİN ƏN MÜDHİŞ
UÇURUMUDUR.
Bütün uçurumların təbiətində isə bir virtuallıq
gizlənib. Və əksinə: virtual dünyanın özü uçurum
kimi bir şey. Hüseyn Cavidin bədii məkanı da virtual
səciyyəli uçurumlar zonası. Bu virtuallığın sahibi
canlı insanlar yox, ideyalardır, simvollardır,
ruhlar və kölgələrdir. Odur ki, mən bica və təsadüfi
saymıram
professor
Timuçin
Əfəndiyevin
öz
tədqiqatını
“Hüseyn
Cavidin
ideyalar
aləmi”
adlandırmasını. Cavid əfəndi dramaturq olmamışdan
əvvəl Azərbaycanın filosofu idi, fikir adamı idi və
onun pyeslərində qurduğu bədii-intellektual sistem
müəllifin
ideyalarını
estetik
formalarda
şəkilləndirirdi. Mən bu pyesləri Platonun ideyalar
dünyasınin dramaturji təzahürü qismində görürəm.
Platon elə hesab edirdi ki, hər nəsnənin ideyası var
və onlar fəza boşluğundakı ulduzlar kimi sayrışıb
gerçəkliyi virtualcasına güzgüləndirirlər. Düşüncə
tarixində virtual dünya obrazını yaratmış əvvəlinci
filosof
məhz
Platondur.
Pyesləri
də
Cavidin
virtuallığa
proyeksiya
edilmiş,
sanki
fotoneqativlərdə zühura gəlmiş fikir oyunlarıdır.
Fotoneqativ səni həmişə uçurumda göstərir. O,
insanın ruhunun, predmetin ideyasının “mistik”
surətidir. Cavidin fikir oyunlarının sonu isə
UÇURUM. Onun qəhrəmanları da müəyyən ideyaların
qiyafəsi olub uçurum ruhlarına, uçurum kabuslarına
bənzərlər, varlıqla heçliyin, işıgla kölgənin sərhəd