155
əlamətlər
paradiqması.
Onların
məğzini,
anatomiyasını Cavid beləcə konkretləşdirər:
“Üsyan!..
Üsyan deyə hər gözdən, ağızdan
bir nifrət uçardı.
Üsyan!..
Keçmişlərə, keçmişdəki adətlərə üsyan!
Hər üzdə təhəkküm izi vardı.
Üsyan!..
Həp əski hürufata da üsyan!..
Üsyan!...
Həp köhnə xürufata da üsyan!..”
Bütün qiyamlara, inqilablara bir “uçurum”,
“söküm”,
“dağıdım”
ideyası
pərçim.
Üsyan
bir
tərəfdən Cavid əfəndiyə sonsuz bir həzz bağışlayır;
digər yöndən isə onu qorxudur, vahiləndirir, qəribə
bir coşqu içində saxlayır. Tanrı və İblis, inam və
küfr, ibadət və üsyan, sevgi və nifrət, yaradım və
uçurum Hüseyn Cavidin bir şəxsiyyət kimi düşüncə
dramını şərtləndirən seçim əzabı. Bu əzabın virtual
gerçəkliyi
onun
şeirləri,
pyesləri.
Cavid
öz
fikirlərindən də, duyğularından da eymənir. Neyçün
ki, qadağalar, yasaqlar fövqündə düşünür, varlığın,
olumun mənasını, dəyərini, cövhərini dönə-dönə
təftiş eləyir və konkret bir qərar verməyə çəkinir.
Gəldiyi ötəri nəticələrsə onu üzgünləşdirir, ruhunu
ağradır, bu adamı anbaan axirət ideyasına doğru
aparır, esxatoloji ovqat burulğanında batırmağa
çalışır, içində bir UÇURUM oyub açır. Aydın
məsələdir ki, belə bir qnoseoloji və ruhi vəziyyət
Cavid
əfəndini
çaşdırır:
o
özünü,
ruhi
yaşantılarını, qavrayışında əks olunmuş dünyanı
tanıya bilmir və ya tanımaqdan imtina edir. Şayəd
elə isə Cavid müəmmasını çözmək, Cavidi tanımaq
mümkün olan şeymi, yahu? Əsla, mümkünsüz. Sadəcə, bu
bizim özümüzü, “İNSAN” deyilən bir bəndəni, məxluqu,
156
yəni xəlq edilmişi anlamaq cəhdimizdir. Nədən ki,
Hüseyn Cavidin bədii məkanı virtual sınaq modelidir,
dünyanın virtual uçurumudur. Bu modeldə Yaxın Şərq
poeziyasının təmtəraqlı ahəngi, musigili pafosu,
müdrükanə sözü, müsəlman düşüncəsinin bərbəzəkli,
şəbəkəvari labirintləri, Qərb əxlaqının qurnaz
şakərləri, avropalının yaşam tərzinin ayətləri,
köçəri türkün mərdanə sadəliyi, qaba çılğınlığı
Orxon-Yenisey abidələrinin estetik hüsnünə köklənib
uçurum
tüstüləri
kimi
bir-birinə
calanır.
Pyeslərində Cavid əfəndi öz təlqinlərilə bir ŞAMAN
SEANSI, bir DƏRVİŞ ZİKRİ qurur. Qulaq kəsilmək
kifayətdir ki, sən də onlara qoşulub vird eləyəsən
və ya uçurum rəqqasına dönəsən, uçuruma atılmaq
qəhrəmanlığının, etirazın (uçuruma atılmaq, yəni
intihar etmək üsyanın, qiyamın son həddi, ən
ekspressiv
təzahürü
kimi)
zirvəsinə
yüksəlmək
qürurunun həzzini yaşayasan. Əgər Cəfər Cabbarlı
dramları öz dinamikası, iştirakçıların bir-birinə
münasibəti, davranışı, rəftarı baxımından, reaksiya,
mimika
və
jestlərin
ritmi
sarıdan,
teatral
gərginlik, emosionallıq yönündən qaynayan maqmaya
bənzəyirsə, Cavid pyesləri düppədüz sakit dənizi
xatırladır. Əsl təlatüm, həyəcan suyun dibindədir:
yuxarıda isə təkcə amiranə tərzdə “avar çəkən”
sözlərdir. Hüseyn Cavid dramaturgiyasında səhnələr
və konfliktlər ildırım kimidir: birdən çaxıb birdən
də yox olar, ucurumlarda gözdən itər. Və biz “avar
çəkən”
sözlərin
teatral
poetik
pıçıltısını
eşidərik.
Həqiqətən,
heyrətamiz
bir
məqamdır:
fəlsəfədə Fridrix Nitşe haralara gedib çıxmışdısa,
Hüseyn Cavid də öz bədii əsərlərində həmin düşüncə
hücrələrinə
varır.
Nədirsə,
səbəblərini
dəqiq
bilmirəm, amma məndə belə bir duyğu var ki, Cavid
qəhrəmanlarının
yaşı
Adəm
və
Həvva
əhvalatı
qədərdir, Nitşenin Zərdüştü qədərdir. Halbuki onun
personajlarının əksəriyyəti müəllifin müasirləridir.
157
Bu adamların sırasında nə bir fəhlə, nə bir kəndli:
Cavid
maarifçiliyin
eqzistensional
fəlsəfəsini
düzüb-qoşarkən
ziyalıların,
əqidə
sahiblərinin
müxtəlif vəziyyətlərdə və situasiyonlarda necə qərar
qəbul edəcəklərini ön plana çəkir. Onu bir düşünər,
bir ədib kimi maraqlandiran maariflənmiş azəri
türkünün, bu qövmə mənsub mühərrir, rəssam, zabit,
şair və filosofun eqzistensional problemləridir.
Hərçənd bəşər övladının daimi ruhsal durumu bu.
Düşüncə labirintlərinin hamısı “olum, ya ölüm”
sualının konkretliyində modelləşdirilir. Odur ki,
permanent olaraq dilemma qarşısında dayanmış Cavid
qəhrəmanlarının xislətini yalnız onların seçdikləri
yol müəyyənləşdirir. Lakin bu insanlar həmişə bir
şübhə içində: fikirlərini TƏLƏSİK dəyişməyə hazır.
Çünki ƏBƏDİ heç nə yox; hər şey HƏLƏLİK. Cavidin
batinində
püskürən
mənəvi-intellektuaL,
dini-
kulturoloji
üsyanın
miqyası
kosmik,
enerjisi
virtual. Di gəl ki, cəzası gerçək. Sibir uçurumu ona
düşüncələrinə və şübhələrinə görə göndərilmiş bir
CƏZA, bir AQİBƏT. İblis yaxin, tanrı uzaq: aldanış
və
həqiqət
bir-birinin
içinə
gömülmüş.
Cavid
əfəndinin özü isə İBADƏT və ÜSYAN arasındakı
uçurumda çaşıb-qalmış bir filosof: bir addımlığında
intihar kabusu sürünər.
Bununla belə məsələnin başqa bir tərəfi də
mövcud. Hüseyn Cavid öz bədii dünyasının diktatoru.
Gərçi Şekspir ƏSƏRLƏRİNDƏ yaratdığı obrazların
köləsidirsə və bu qəhrəmanların buyurduğu, tələb
etdiyi kimi davranırsa, hökmlərinə müntəzirdirsə,
Cavid
əfəndi
öz
personajlarının
tanrısıdır,
sultanıdır və onları ipli kuklalar kimi hərəkətə
gətirir: Ona görə ki, ideal sahmana, ideal harmoniya
və
ideal
gözəlliyə
can
atır.
Əgər
Şekspiri
ilgiləndirən
yalxı
ehtirasdırsa,
bu
ehtirasın
törətdiyi intelektual gəzişmələr və müxtəlif qayəli
çarpışmalardırsa,
Cavidi
daha
çox
intellektin
Dostları ilə paylaş: |