162
(torpaq),
istərsə
də
su
qadın
başlanğıcının
bildiricisidir.
OD
isə
kişi
başlanğıcını
işarələyir.
Kündənin
odla
təmasından
həyat
“doğulur”, yeyiləcək qida əmələ gəlir.
İndisə məqamdır, aydınlaşdıraq görək, “kündə”
sözünün semantik çənbərinə hansı mənalar daxil?
Siftə hüzurunuza onu ərz eləyim ki, “kündə” türkün
leksikonunda yad sözdür; özgəsininkidir. Linqvist
olmasam
da
duyuram
ki,
“knd”
tərkibi
türk
sözlərində
dominant
rol
oynamır,
türkcə
“cingildəmir”. Qonşumuz farslarda isə, əksinə,
əsası bu tərkibdə olan ifadələr yetərincədir. Bu da
onlardan bir neçəsi: farslarda buğda saxlanılan GİL
QABI “kəndu” sözü nişan verir. “Kəndu” adlanan gil
qab böyük olur, haradasa çəlləyi xatırladır. BUĞDA
isə potensial UNDUR, kündə materialıdır. Farsların
“kənde” sözü isə “qazımaq” felindəm əmələ gəlib
çuxuru,
xəndəyi,
çalanı
eyhamlaşdırır.
Çala,
xəndək, çuxur isə balaca QUYU qismində başa
düşülür, mağara variantları kimi yozulur və qadın
başlanğıcının bildiricisi sayılır. Kötüyə, girdinə,
təpəliyə (o nəsnələrdə ki yumruluq var) də farslar
“konde” deyir. Ayağa vurulan taxta qandal da
“konde” adlanır. Azəri türkləri bunu “kündə” kimi
tələffüz eləyirlər. Heç unutmaq olmaz ki, “KƏND”
sözü də bu linqvistik sırada cərgələnib təbii
landşaft içrə insanların məskunlaşdığı YERİ, YURDU,
OCAĞI verbal qatda işarələyir. KƏND toposferanın
KÜNDƏSİDİR. Ən maraqlısı budur ki, insanın beyni də
kündə şəklindədir. Beləliklə, “kəndu”, “kənde”,
“konde” sözlərinin, və deməli, “knd” linqvistik
tərkibinin işarələdiyi nəsnələrin ümumi, xarakterik
keyfiyyəti
onların
yumruluğu,
girdəliyi,
dairəviliyidir. Hətta bu yöndə adi xəmir kündəni
təpənin mikromodeli kimi də yozmaq mümkün. Qədim
insanların yaşayış məskənləri (kənd modeli) də
həmişə yumruca olub, beynin quruluşuna oxşayıb.
163
Amma ki, bütün bu sıra bizi aparıb mənanın
mənşəyinə çıxarmır.
Doğrusu, fars dilində aradığım bənzər sözlər
“kündə”nin semantik şəbəkəsinə məğz etibarı ilə
yeni heç nə əlavə eləmədi; “kündə” ətrafında
mahiyyəti bəlirtəcək mənalar zəncirbəndi əmələ
gətirmədi. Ona görə bir az da uzağa getmək zəruri.
Cavab
Hind-İran
mədəniyyətinin
iç
laylarında
gizlənib.
Nədən
ki,
Hind-İran
mədəniyyətinin
kontekstində “SU-OD” silsiləsi həmişə son dərəcə
aktual olub. Odur ki, burada QUYU, gil qabların
bişirildiyi XƏNDƏK, TƏNDİR, OCAQ eyni quruluşa
malikdir, strukturca bir-birinə müsavidir və “SU-
OD” başlanğıclarının vəhdətini simvollaşdırır. Quyu
su üçündür, təndir (xəndək, ocaq) od üçün. Sanskrit
dilində
“quyu”,
“ocaq”,
“təndir”,
“xəndək”
anlamlarının hamısını bir “KUNDA” sözü ilə ifadə
edir. Bizim “kündə”nin şəcərəsi bura pərçimdir,
şübhəsiz. Qədim Hindistan civarında ilan da bu
mənşədən olan sözlə bildirilir: sanskritcə ilan
“KUNDALİNİ” deməkdir. İlansa xtonik heyvandır,
torpağın rəmzidir, xaosun obrazıdır, “yığılmış”,
“yumrulanmış”, aşağı çakralarda toplanmış enerjinin
işarəsidir. Yəni həyat torpaqdan boy atır, aşağıdan
yuxarı
yönəlir.
Əslində,
məhz
bu
faktiki
məlumatlar kündənin həqiqətini aşkarlayır. KÜNDƏ
suyun, torpağın (un formasında) və odun təbiətini
özündə
cəmləşdirib
ocağın,
quyunun,
təndirin
simvolik modelinə çevrilir və məxfi ağ enerji
kütləsini eyhamlaşdırır.
Hamilə qadının qarnı da kündədir.
Qədim mədəniyyətlərdə qadınlar xəmiri yerdə
yoğurublar, ayaqlarının arasında kündə açıblar.
Hətta
Azərbaycanda
el
içində
“kündə
tökmək”
ifadəsinə də rast gəlinir. Yəni kündəni qadının
körpəsinin obrazı kimi də mənalandırmaq mümkün.
Kündə həm də günəşdir.
164
Ancaq mən məsələni bununla da tamamlamaq
istəməzdim.
Allahın məşhur “OL” əmrinin, ayrı sözlə,
imperarivinin ərəbcə ekvivalenti “KUN” (farsca
“KON”) sözüdür ki, bu da yenə həmin “k” və “n”
samitlərinin birləşib qısa tərkib yaratmasıdır. Bu
rakursdan yanaşanda bizim kündəni “OL” sakral
imperativinin icra materialı kimi çözmək imkanı da
yaranır.
Nəhayət, məsələnin sonucu bu ki, MƏTBƏX özündə
UNİVERSUMU güzgüləyən bir hücrədir, mifopoetik
təfəkkürün
qida
materialında
sərgiləndiyi,
vizuallaşdığı bir yerdir. Mətbəx sakral və urvatsız
aləmlərin bir-birindən ayrıldığı sərhəddə mövcud
olub
əkslikləri,
qütbləri,
qarşıdurumları
əlaqələndirir.
Mətbəx
mədəniyyəti
yaradır,
mədəniyyət isə mətbəxi öz estetik hüsnünə görə
formalaşdırır. Makro və mikro dünyalar mətbəx
kontekstində sakitcənə yan-yanaşı dayana bilir. Hər
bir xalqın mifologiyası onun mətbəxində latent,
gizlin şəkildə yaşayır. Mədəniyyətlərin qohumluq
paradiqmasının bildiriciləri mətbəx müstəvisində
əyaniləşir və konkretləşir. Dünyanın hər küncündə,
hər bir mahalında mətbəxin cəmi bir funksiyası var:
zövq verə-verə insanları doyuzdurmaq. Di gəl ki,
bu
zövq
dünyasına
müxtəlif
mədəniyyətlər
öz
müxtəlif
mətbəxlərindən müxtəlif qapılar açır.
SÜD
(“idrak içkisi”nin metafizikası)
SÜD təmiz, pak, qidalı, sakraL, ağ mayedir,
qan və zəhərin qarşıdurumudur, kosmoqonik yaranışın
ilahi
“yapışqanı”dır,
mifoloji
olaylar
və
münasibətlər
məkanının
dirildici
nektarıdır,
dərmanıdır, unikal içkidir, tərkibcə idealdır. Nə
sudur, nə çörək: ancaq hər ikisinin funksiyasını
Dostları ilə paylaş: |