165
yerinə yetirməyə qabildir; yəni həm doyuzdurur, həm
susuzluğu yatızdırır. Təbiətdə elə bir bitki və ya
canlı yoxdur ki, içində SÜD olmasın. Ağ buğda
dənəsi bircə gün suda, ya da ki nəm torpaqda qalır,
südlə dolur. Təzə qoz ləpəsinin paralayırsan, südü
damır.
Şingiləni
qoparırsan,
barmaqların
südə
batır. Belə ki, hər bir bioloji varlığın tarixçəsi
süddən başlayır.
Mifoloji
təfəkkür
quş
südünü
göyərçinin
boğazında tapır ki, bu da dirilik suyu kimi can
verməyə qadir olan bir nəsnədir. Quş südü haradasa
qədim yunan tanrılarının ətirli yeməyi ambroziya
(müşki-ənbər) kimi bir şeydir. Bu, elə bir yeməkdir
ki, mifologiyada onunla tanrılara əbədi yaşarılıq
(bəzənsə
əbədi
cavanlıq)
verilir.
Müşki-ənbər
ətirşah, ətirçiçəyi (onların südü, nektarı) kimi də
anlaşılır.
Bir az da uzaqlara gedək, üzümüzü tutaq Hind
mədəniyyətinə.
Əski
hindli
tayfalarının
təsəvvüründə SÜD “bilginin mənimsənilməsi”nin obraz
konkretliyidir.
Onların
mötəbər
risalələrindən
sayılan UPANİŞADLAR öz müqəddəs mətnlərində “NİTQ
SÜDÜ”,
“İDRAK
İÇKİSİ”,
yaxud
“HƏQİQƏT
SÜDÜ”
ifadələrindən yararlanırlar ki, bu da altıaylıq
uşağın mərasim yeməyinin simvollaşdırılmasından
savayı ayrı bir şey deyil. Ritual zamanı hindlilər
körpəyə süddə bişirilmiş düyünün lap duru həlimini
verirdilər və elə güman edirdilər ki, uşaq məhz
onun köməyilə çillədən çıxıb nitq, idrak qazanacaq,
həyat həqiqətinə qovuşacaq. Çoxlarının bu gün
Azərbaycanın ədəbi üfüqlərində “AĞ YOL” kimi
tanıtdıqları kosmik məkanın bir fraqmenti, əslində,
“SÜD YOLU” adlanır ki, onun da şəcərəsi birbaşa bu
südlə düyü həliminə bağlı.
Körpəyə
çillə
həliminin
içizdirilməsi
mərasimi gerçəkliyin südlə ilişikli bütöv bir
silsiləsini (ERKƏK - DİŞİ - BALA: erkək “süd”
166
buraxır, dişi mayalanır, doğur, südü olur və balanı
əmizdirir) müəyyən müddətə qapadır: yəni süd
dövriyyəsi
tamamlanır,
real
münasibətlər
ayin
kontekstində simvollaşdırılır. Bundan o yanası
artıq mifdir, metafizikadır, nağıldır. Hindlilərin
kosmoqonik
bilgilərinə
görə
tanrı
Varunanın
səltənəti, - Səma ilə dünya okeanı, - homogendir,
yəni tamam eyni xislətə malikdir: o da su, rütubət,
nəmişlik törədir, bu da. Bir çox Şərq ölkələrində
elə xəyal edirlər ki, fəza boşluğuna böyrü üstə
düşmüş təzə Ay iri su hövzəsində üzən gəmi və ya
qayıqdır. Hindistanda Aya “SOMA” müqəddəs içkisi
dolan bir CAM kimi də baxırlar. Mifik təfəkkürə
əsasən Ay bədirləndikdən sonra tanrılar guya bu
nəhəng “cam”a yığılmış mistik şərbəti içirlər;
başqa bir varianta görə isə Soma içkisi Ayın
tərsinə çevrilmiş hilalından yağış qismində yerə
tökülür. Odur ki, qədim hindlilər Aya digər bir ad
da qoyublar: SOMA. Mümkün ki, ərəblərin “səma” sözü
elə bu kəlmədən alınmadır. Səma sanki iri bir süd
qabıdır, parlaq gövhərlər, incilər küpüdür, sanki
kündələnmiş buludlar üzən nəhəng bir teştdir. Gərçi
böylə olmasa, onda “əbri-nisan” (incilər yağdıran
yağış buludu, obrazlı desək, yağış kündəsi) nəmənə,
“süd yolu” nəmənə?!
Bir gün tələbələri Budddadan soruşurlar ki,
vaxt gələndə onu necə ansınlar, necə xatırlasınlar.
Budda dinmir, təmkinini pozmur, epizodik bir
laloyunu səhnəsilə onların sualını cavablayır:
əlində dilənmək üçün tutduğu sədəqə CAMINI aşırıb
yerə
qoyur.
Bu,
eyhamdır,
yaşanmış
taleyin
(axırıncı qurtuma qədər içilmiş içki) obrazıdır,
rəmzidir. Yəni hind mədəniyyətində həyat, tale,
karma maye (soma, sakral nektar, süd) dolu camla
işarələnir. Deməli, əgər dünya camdırsa, onda ömür
süddür, somadır, müqəddəs içkidir.
167
Ancaq bu məqamacan yazılanlar hələ nədir ki?
Ciddi heç nə: məsələnin üzü, bayırı, üst qatı. Əsl
elmi şücaətsə gizlini aşkarlamaqdır. Odur ki, mən
yavaşca istiqamətlənirəm qədim yunan mədəniyyətinə
sarı. Kim gərçi düşünürsə ki, əski yunanların eşq
tanrısı AFRODİTA miflərdə söylənilən kimi dəniz
köpüyündən zühur edib, görünür, bir qədər naşı
adamdır, fun- damental elmə nabələddir. Düzdür,
ilahənin adının yunanca açımı birbaşa “AFROS”, yəni
“köpük” sözü ilə ilişiklidir. Di gəl ki, bu sevgi
tanrısının
həqiqəti
hindlilərin
ədəbiyyatından
boylanır.
Sanskrit
dilində
ABHRADATTA
kəlməsi
AFRODİTANIN arxaik variantıdır, “bulud tərəfindən
əta edilmiş”, “buludun hədiyyəsi olan” canlını və
ya nəsnəni işarələmək üçün işlənir. AF - RO - DİTA
(ABHRA - DATTA) buluddan doğulub, buluddan çıxıb,
daha köpükdən yox. Çünki köpük boşdur, heçin
qabığıdır, aldanışın sərhəddidir, puçdur. Heçdən nə
yaranır ki? Hərçənd bulud və köpüyün təbiəti
haradasa
oxşardır:
onların
hər
ikisi
SU
başlanğıcını vurğulayıb SÜD rəngində olur, südə
bənzəyir.
Dənizin süd kimi ağ köpükləri dalğaların
pipiyində gəzən bulud topalarıdır.
Aydınlaşdırdıq ki, BULUD ilahə Afroditanın
şəcərəsində ulu əcdaddır və onun qədim sanskrit
dilində AB-HRA kimi səsləndirirlər. Buludsuz yağış
nə, dəniz nə, köpük nə? Farsların “AB” sözü də
burdandır. “AB” farsca, “AP” isə sanskritcə SU
deməkdir. Qədim hindlilərin dini mədəniyyətinin
ənənələri
müqəddəs
səma
pərilərini
“AP-SAR”
adlandırır. “AP” əgər sudursa, “SARAS” hərəkət
etmək kimi mənalandırılır. Sakral aləmin gözəl
mələkləri və ya huriləri vedaların verdiyi bilgiyə
əsasən göydə, səmada sərbəst çalıb oynadıqları
kimi, kəhkəşan çaylarında da asudə yaşayırlar.
Onların yerə enməsi nəinki mümkündür, bəlkə də adi
Dostları ilə paylaş: |