Aydın Talıbzadə


MÜSƏLMANLARIN MƏSCİD VƏ BAZARI



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə63/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   59   60   61   62   63   64   65   66   ...   135

 

190 


MÜSƏLMANLARIN MƏSCİD VƏ BAZARI 

(üzü qibləyə) 

 

         

     Ön  söz  əvəzi  bir  sufi  hədisi,  əlbəttə  ki, 

mənim sərbəst təqdimatımda: “Bir gün Bəlxin padşahı 

İbrahim ibn Ədhəmin əyləşdiyi otağa eybəcər, çirkin 

bir  şəxs  daxil  olur  və  heyrətindən  şaşırmış  saray 

adamları  arasından  keçib  düz  taxt-tacın  qarşısında 

dayanır.  İbrahim  ibn  Ədhəm  təəccüb  və  marağını 

gizlətmədən bu kimsədən soruşur: 

-

 



Nə istəyirsən? 

-

 



Məni elə indicə bu karvansaradan qovurdular - 

deyə həmin şəxs cavab verir. 

       Bu  sözə  İbrahim  ibn  Ədhəmin  acığı  tutur, 

qeyzlənir, hikkə ilə deyir: 

-

 



Sən  ağlını  itirmisən,  nədir?  Nə  hətərən-

pətərən  danışırsan?  Bura  karvansara  deyil, 

mənim sarayımdır! 

      Həmin  şəxs  sakit-sakit,  təmkinini  pozmadan 

İbrahim ibn Ədhəmdən xəbər alır: 

-

 



De görüm, bu sarayda sənə qədər kim yaşayıb? 

-

 



Mənim atam. 

-

 



Bəs ondan qabaq? 

-

 



Əlbəttə ki, mənim babam. 

-

 



Bəs babandan öncə bu sarayda kim olurmuş? 

-

 



Filankəs. 

-

 



Bəs filankəsdən əvvəl? 

-

 



Filankəsin atası. 

-

 



Yaxşı, söylə görək, hardadı indi bu adamlar? 

-

 



 Hamısı ölüb çıxıb gedib, - deyir İbrahim ibn 

Ədhəm, cavabında isə eşidir: 

-

 



 Onda bura karvansara deyilsə, bəs nədir? Biri 

gəlir, biri gedir. 

     Bu 

sözlərdən 

İbrahim 

ibn 

Ədhəmin 

qəlbi 

nurlanır,  içində  bir  rahatlıq  duyur.  Söhbətini 


 

191 


davam  etdirmək  istəyəndə  isə  görür  ki,  qərib  yolçu 

artıq  qeyb  olub.  Sən    demə,  bu  adam  bütün  yer 

üzünün sahibi Xızr peyğəmbər imiş”.

1

  

 

                   *** 

     Mən  bu  sufi  hədisini  XIII  yüzilin  görklü 

filosofu 

Fərid 


əd-Din 

Əttarın 


“Övliyaların 

təzkirəsi” 

adlı 

risaləsinin 



ingiliscəyə 

olan 


tərcüməsindən  götürmüşəm.  Lakin  indi  önəmlisi  bu 

fakt  deyil,  sufi  hədisinin  yaranmasına  səbəb  olan 

fikirdir. 

     DÜNYA  KARVANSARADIR.  Hələ  sufilərdən  də  əvvəl 

bu  fikir  “gəzirdi”  müsəlmanlar  arasında  və  bu 

fikrin 


modifikasiyaları 

islam 


mədəniyyəti 

hüdudlarında 

boydan. 

Biri 


elə 

bizim 


azəri 

türklərində:  deyərlər  ki,  “dünya  bir  pəncərədir, 



hər  gələn  baxar,  gedər”.  Yəni  “karvansara”  ideyası 

burada da aktual.  

     “Hər  aşiqin  öz  dövranı  var”  deyiminin  də 

mənası  bu  ki,  karvansarada  yaşamaq  vaxtı  müxtəlif 

və fərqli. 

     Ərəbin  səhrası  da  ərəbə  görə  bir  karvansara 

timsalı: “suyu içib doydunsa, quyu üstündə yubanma, 

yerini  başqasına  ver”.  Müsəlman  aləmində  statikaya 

ürcah  heç  nə  yox.  Müsəlman  ilinin  “gəzərgi”  ayları 



içində sən bir qonaqsan, müsafirsən! 

     Bu,  islam  fəlsəfi  fikrinin  topluma,  bəşərə 

ünvanladığı əsas konseptual ismarıc, zaman və məkan 

içrə 


varolmanın 

parametrlərini, 

yaşam 

tərzini 


müəyyənləşdirən 

aparıcı 


tendensiya. 

 

Müsəlman 



dünyanı  karvansara  bilir  və  onunla  karvansara  kimi 

davranır. 

     Karvansarada  heç  kəs  əbədi  qalmır.  Bura  bir 

fasilə,  bir  istirahət  yeri,  müvəqqəti  tamaşaxana. 

Müsəlmanın  dünyayaya  laqeydliyi  və  biganəliyi  də 

nümunəvi.  “Nə  işim  var?”  yaşam  kodeksinin  kökü  elə 

burada.  Dünyadan  ikiəlli  yapışmaq  nə  demək?  Məgər 



 

192 


hamımızı 

ölüm 


gözləmir? 

Müsəlman 

üçün 

dünya 

karvansara  kimi  açılır:  mən  yaşadım  və  oranı  tərk 

etdim.  İndi  karvansara  başqalarına  qalıb.  Amma 

onların da həmişəlik olmayacaq. Insan yaşamağa ezam 

edilir. 

Bu, 


bir 

səfərdir. 

Əgər 

səfərdirsa, 



karvansara ehtiyacı mütləq. 

     KARVANSARA 



HƏYAT 

TƏRZİDİR, 

MÖVCUDLUQ 

ÜSLUBUDUR, SON DƏRƏCƏ PRİMİTİV, SADƏ VƏ RAHAT YAŞAM 

FORMASIDIR. 

     Bu  karvansaranın  sahibi  tanrıdır,  əbədiyyət 

yalnız 

Ona 


məxsusdur 

və 


cəmi 

karvansara 

möminlərinin 

ibadəti, 

duası 

bir 


tək 

Allaha 


ünvanlanıb.  Karvansarada  tox  yatmaq,  dolanmaq  üçün 

bazar  lazımdır,  ruhun  rahatlığına  çatmaq    üçün 

məscid.  Elə  isə  görək,  karvansara  içrə  BAZAR  və 

MƏSCİD nə demək? 

 

                     *** 



MƏSCİD.  Ərəbcə  “məscid”  sözü  “təzim  etmək”,  “diz 

çökmək”  mənalarını  ifadə  edən  “səcədə”  kəlməsindən 

düzəldilmədir.  Xalçaya  isə  ərəblər  “səccadətun” 

deyir. 


Səcdə 

xalça 


ilə 

bağlı 


davranışdır. 

Ayaqaltına  salınmış  xalça  səcdəyə  eyhamdır.  Azan 

vaxtı  yetişdikdə  mömin  insan  ibadət  xalçasını 

istədiyi  yerdə  (şəriətə  əsasən  paklığı  bəlli  olan) 

döşəyib  namaz  qıla  bilər.  Bununla  da  müsəlman  hər 

hansı  bir  məkanın  hər  hansı  bir  guşəsində  ibadət 

xalçasını 

açmaqla 


müqəddəs 

hücrə, 


mikroməscid 

effekti 


meydana 

gətirir. 

O, 

real 


dünya 

parametrlərində  tanrı  ilə  kontakta  çıxmaqdan,  Allah 

hüzurunda bulunmaqdan ötrü sanki özünə sakral məkan 

yaradır, 

gerçəkliklə 

bütün 


əlaqələri 

müəyyən 


müddətə  kəsir,  ətrafına,  dünyaya,  bədəninə  maksimal 

şəkildə  yadlaşır,  bir  növ  maddiliyini  itirib  zaman 

içindən  kənara  “sıçrayır”,  əbədiyyətin  qapılarına 

gəlir, ruhsal, kosmik bir zonada qərarlaşır. İbadət 

məqamında  müsəlmana  söhbət  eləmək,  yemək,  içmək, 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə