196
evində belə özünü qonaq sayır və bilir ki,
“köçmək”,
“səfər
etmək”
labüddür.
Onun
evi,
əslində,
karvansara
hücrəsinin
çoxsaylı
invariantlarından biridir, məscidin mikromodelidir:
qapıları qibləyə açılır, pəncərələri - səmaya.
Günbəz formalı tavanın pəncərələrindən içəri yalnız
tanrı baxır: insansa başını göylərə sarı qaldıranda
bir tək Allahını görür. Otaqlar bomboşdur, yerə ya
xalça, ya palaz, ya da cecim döşənib: istənilən
vaxt hamısını asancana yığışdırıb ortadan götürmək
olar. Divarlarda taxçalardır, sandıq üstlərində
yorğan-döşəklər. Yemək süfrəsi (dəstərxan) yerə
sərilir və qısa müddətdən sonra yığışdırılır. Sanki
kasalar da, armudu istəkanlar da, samovarlar da
universal “köç” ideyasına (“dünya duracaq yer
deyil, ey can səfər eylə!”)
3
xidmət edir. Müsəlman
öz ömrünü bəşəri “köç”ə (həm fiziki ölüm, həm də
Axirət nəzərdə tutulur) daimi hazırlıq şəraitində
yaşayır. Çünki Quran müsəlmana öyrədib ki, dünya
içiboş köpük qismindədir, fanidir (“dünya evinin
səltənəti beş gün imiş çün”)
4
, karvansaradır və
burada əbədi heç nə yoxdur; və buradan o dünyaya
heç kəs özü ilə heç nə aparmayacaq (“dünya nola, ya
axirət, kim qala mülkü malına”)
5
. Müsəlmanın
laqeydliyi, səbri, təmkini, biganəliyi, tənbəlliyi
bu məna lokusundan təkan alır. Ol səbəbdən əsl
mömin elə yaşayır ki, heç kimi və heç nəyi öz
mülkiyyəti bilməsin, evini, həyətini, şəhərini
tutub oturmasın. Odur ki, məişətin, məkanın heç bir
qüsuru
müsəlmanı
bərkdən
qıcıqlandırmır,
onun
psixoloji müvazinətini pozmur. Nədən ki, əsl həyat
məscid
həyətindən
başlayır.
Burada
dünyanın
faniliyi və əbədiliyi tarazlığa gəlir. Məscid
qapılarından içəri girən müsəlman birbaşa Allahın
himayəsinə
düşür,
Allahın
sığınacağını
tapır,
potensial əbədi rahatlığı, cənnəti bulur. Müsəlmana
məscid küncü kaşanədən daha xoşdur. Məscid Allaha
197
doğru yoldur. Müsəlman yaşayır ki, ibadət eləsin;
ibadət eləmir ki, yaşasın. Çünki, faktiki olaraq,
istəmək,
arzulamaq
islam
mədəniyyətində
rəsmiləşdirilməmiş yasaqdır. Elə buna görə həqiqi
mömin Allahından heç nə istəmir (qul nə arzulaya
bilər
ki:
məgər
hər
dəfə
tanrının
yazdığı
gerçəkləşmir?), yalnız yorulmadan Allahını anır,
fasiləsiz dua eləyir. Təsadüfi deyil ki, namaz
borcdur: insan xəlq edildiyinə görə ibadətlə
Allahına təşəkkür edir. Namaz bəndə üçün yox, tanrı
üçündür: bir növ, Allaha ödənilən əvəzdir. Bu
kontekstdə məscid müsəlmandan ötrü məkan içrə
sakral meditasiya çevrəsini müəyyənləşdirir. Məscid
Allah qullarının azadlıq evidir.
Məhz bu məqamlara görədir ki, islam şəhərində
məscidin yeri xüsusidir. Onu məkanın hər yerindən
görmək olar: yad adam məscidi nişan (oriyentir)
“götürüb” tanımadığı müsəlman şəhərinin gəzintisinə
asudə çıxa bilər və azmaz. Çünki bütün yollar
axırda onu yenə məscid qapısına gətirəcək; yəni
bütün yollar məscidə gedir; çünki şəhərin hər
bucağından məscid görünür; çünki minarə islam
ölkələrində mayak kimi bir şeydir. Məscid hər hansı
bir müsəlman şəhərində Məkkə əvəzidir, daha dəqiq
desəm, Kəbə əvəzidir, qibləni bildirəndir, sakral
dünyanın simvoludur, fani ilə əbədi arasında
ötürücüdür,
körpüdür,
keçiddir.
Məscidin
memarlığında bütün kosmos öz təcəssümünü tapır. Bu,
düzənli bir harmoniyadır. Klassik məscid günbəzinin
ən
uca
nöqtəsi
Allahı
(Vahid
xilqətlini)
eyhamlaşdırır. Günbəzin çətiri Ruhun məkanıdır,
oktaqonal
(səkkizguşəli)
əsas
mələklər
mərtəbəsidir.
Dördbucaqlı
bina
isə
varlığı
simvollaşdırır.
6
Ortaçağ
mədəniyyətində
məscid
kompleksi məkan içrə universumu sərgiləyir, islam
qavrayışında dünya modelini vizuallaşdırır. MƏKAN
İÇRƏ MƏSCİD KOMPLEKSİ ZİKR İŞARƏSİDİR, “lə ilahə
198
illə’lah”
anımının
plastik
məkan
obrazıdır.
Məscidin özü sanki “lam” hərfidir ki, “əlif”
hərfinə bənzəyən minarəni qoynuna alıb. Məndən öncə
bu fikri, düzdür, bir qədər daha sadə və yumşaq
formada, tanınan islamşünas Seyid Hüseyn Nəsr
söyləyib
demişdi
ki,
“ibadət
zamanı
səcdə
etməmişdən öncə müsəlman tanrı qarşısında Allahın
adının başladıığı “əlif” hərfi kimi dik dayanır”.
7
Minarə də namaz vaxtı qiyama durmuş müsəlmanın
məkan obrazıdır. Müsəlman məscidi Allahın evi
bilir. Deməli, məscid islam ölkələrində bir nömrəli
evdir və oranın qapıları hamının üzünə açıqdır.
Məscid müsəlman icmasının toplaşdığı evdir. Əgər
hamı bu evə toplaşırsa, onda ev karvansara olur.
Deməli, ALLAHIN EVİ KARVANSARADIR! Nədən ki,
Ortaçağ
islam
dünyasında
MƏSCİD
ÜNSİYYƏT
TƏMZİMLƏYİCİSİDİR, MÜSƏLMAN İCMASININ BİRGƏLİYİNİN
TƏMİNATÇISIDIR. MƏSCİD İCTİMAİ ÜNSİYYƏT BÖLGƏSİDİR.
“Nə vaxtsa islam dünyasının ictimai həyatı, demək
olar
ki,
bütövlükdə
məscidin
həyətində
cəmləşmişdi”.
8
Bu fikri məşhur islamşünas Oleq
Qrabar söyləyib. Onda buradan belə çıxır ki,
karvansara məscid invariantıdır; yəni karvansara
məscid modelində yaradılıb. Amma, əslində, bu, səhv
fikirdir. Məhz məscid karvansara tikili tipindən
faydalanır. Çünki karvansara Şərqdə islamdan öncə
də mövcud olub. Daha doğrusu, məscid karvansaranın
stilizə olunmuş ideal formasıdır. İslam aləmində
yaşayış
və
insanlar
arasındakı
münasibətlər
məsciddə nizamlanır. Müsəlman dünyasında o yerə ki
axın olub, ora “karvansara” deyilib. Bu fakt isə
bir
daha
onu
aydınlaşdırır
ki,
məscidlə
karvansaranın sərhədi şəffafdır. Ora da, bura da
müsəlman üçün maksimal rahat şərait yaratmaq
məqsədi güdür. Məsciddə (ibadət məqamı) mömin insan
zaman
içində
“əbədiyyət”
fasiləsinə
çıxır.
Karvansaraya daxil olan müsəlman isə öz gündəlik
Dostları ilə paylaş: |