199
“urvatsız” həyatında taym-aut götürür. Beləliklə,
islam dünyasında MƏSCİD və KARVANSARA eyni bir
ideyanın müxtəlif təzahürləri olur və toplumda
oxşar funksiyaları yerinə yetirir.
MƏSCİD heyrətə gətirən, valehedici sadəlik
nümunəsidir. Bayır və iç tərəfdən məscidin hamar
şirələnmiş
yalxı
divarları
yalnız
xəttatlıq
örnəkləri və islimilərlə bəzədilir. Məscidin içində
isə minbər, xalça (və ya palaz, cecim), rəhlə,
lampa və ya şamdanlardan başqa heç nə olmur. Daşdan
hörülmüş
qalın
divarlar
sanki
“pərvazlanacaq”
tağlarla bir-birinə bitişdirildiyindən məscidin
daxili atmosferi adamı sıxmır, əzmir, əksinə,
insana gümrah və təntənəli bir ovqat bəxş edir.
Nədən
ki,
MƏSCİD
MERAC
EVİDİR.
NAMAZ
İSƏ
MÜSƏLMANDAN ÖTRÜ MUHAMMƏD PEYĞƏMBƏRİN MERACININ
İMİTASİYASIDIR.
Belə
ki,
məscidin
astanasında
materiya
qurtarır.
Mömin
başmaqlarını
çıxarıb
məscidin döşəməsinə ayaq basanda sanki müəyyən
müddətə maddiliklə vidalaşır. Məscid ruhun evidir,
ruhun təntənə məbədgahıdır. Məscid, əgər belə demək
mümkünsə, ruhların karvansarasıdır. Burada insanın
ruhu dincəlir. Müsəlman aləmində ruhlar üçün unikal
istirahət yeri məsciddir. Məscidin həyəti bir qayda
olaraq mikroparkdır. Orada həmişə sərin suyu olan
hovuz olur; həyətin perimetri boyunca ağaclar
əkilir və cənnətsayağı kölgəlik təmin edilir. Lakin
bununla belə... məscid həm də ticari proyektlərin
müzakirə evidir. Nəcm əd-Din Bammət yüz min dəfə
haqlıdır, yazanda ki, “istər açıq havada olsun,
istərsə də gümbəz altında məscid, ilk növbədə,
icmanın toplaşması mümkün olan azad məkandır”.
9
Məscidə hamı gəlir və hamı da göz qarşısındadır:
yəni lazım olan adamla arzu edilən hər hansı bir iş
və ya sövdələşmə üçün zəmin hazırlamaq mümkündür.
Məscid
müsəlman
ölkəsində
qeyri-rəsmi
ticarət
mərkəzidir. Bu “mərkəz”də hamıya Allahın lütfündən,
200
himayəsindən bərabər pay düşür. Çünki məscid
hamınındır və konkret heç kimin deyil. Məscid
Allahın karvansarasıdır. Odur ki, məscid CÜMƏDƏN
(camiədən),
yəni
insanların
bir
yerə
cəm
olmasından, toplaşmasından, yığıncağından başlayır.
Niyə məhz cümə günündən? İslam dünyasında cümə
gününün
beş
qutsal
səciyyəsi
var:
Muhamməd
Rəsulullah
cümə
günündə
dünyaya
gəlib.
Ona
peyğəmbərlik cümə günündə verilib. Quran cümə günü
nazil olub. Cümə günü müsəlmanlar Məkkəni fəth
ediblər. Axirət günü cüməyə düşəcək. Müasir siyasi
leksikonda
danışsaq,
Cümə
günü
müsəlmanların
həmrəylik günüdür və bu həmrəyliyi əyani göstərmək
üçün onlar həftədə bir dəfə mütləq məscidə
yığışmalıdırlar. Bu baxımdan məscid möminlərə, hər
şeydən öncə, birgəlik duyğusu aşılayır. Birgəlik,
həmrəylik ideyası islam aləmində ibadətin öz
təbiətindən doğur. Həmişə üzü qibləyə dayanmış
mömin
islam
icmasına
mənsubluğunun
şəhadətini
verir.
Qiblə
Kəbədir,
icma
mərkəzidir.
Məscid
qiblənin güzgüsüdür. Mehrab məscid kontekstində
qiblənin simvoludur. Qiblə (Kəbə) məscidə mehrab
vasitəsilə
gəlir.
Deməli,
hər
bir
müsəlman
bölgəsində məscid Kəbəni, qibləni əvəzləyir. Belə
də söyləmək mümkündür ki, məscidə ayaq basan
müsəlman Kəbənin qiyabi ziyarətçisinə çevrilir.
Məscid müsəlman icmasına bağlılığın təminatçısıdır,
bu rabitənin, əlaqənin vizual görküdür, rəmzidir,
simvoludur,
məkan
içrə
konseptual
təsdiqidir.
Verbal qatda isə icmaya mənsubluq məscidin içindəki
SÖZ kimi açılır. Bu söz şəhadət formuludur, zikr
formuludur.
Məscid
söz
iqamətgahıdır,
mömin
şəhadətinin məkan obrazıdır.. Məsciddəki söz AZAN
vasitəsilə
bəyana
gətirilir.
Məscid
Quranın
(Allahın, cənab Cəbrailin və Muhamməd peyğəmbərin)
SÖZÜ ilə müqəddəsləşir. Burada Söz verilir və Söz
201
alınır. Söz isə ruh kimidir, virtualdır. Sözlə biz
yox,
ruhumuz
danışar.
Məscid
sözün
səslənmə
gözəlliyini və qutsallığını, ruhun “dillənməsini”,
ruhun sözə çevrilməsini təmin edən məbəddir. İalam
dünyasında bənzərsiz qiraətxana məsciddir. Müsəlman
aləmində qrammatika, oxu, tədris, elm, bilik,
mərifət
məsciddən
başlayır.
Məscid
müsəlmanın
olumunun və onun mövcudluq bölgəsinin, mövcudluq
arealının təşkilatçısıdır. Belə ki, harada məscid
varsa, ora Kəbədir, deməli, mərkəzdir. İcmanın,
toplumun həyatı və adi gündəlik fəaliyyəti isə
mərkəz ətrafında qurulur. Ona görə də bazar, hamam,
karvansara və mədrəsə həmişə məscidin yanında olur.
***
BAZAR.
Müsəlman
şəhərində
məscid
həndəvərində
bazarın olması mütləq bir şey, yazılmamış qanun.
Bazar müsəlmanların maddi həyatının təminatçısıdır.
Hər bir müsəlman bölgəsində bazar məscidin bir
addımlığındadır,
bəlkə
də
onun
darvazasından
başlayır. Bu fikri, daha doğrusu, bu həqiqəti
məndən öncə çoxları söyləyib. İndi mən hamıya bəlli
bir məsələni təkrarlayıram və bundan ötrü kiməsə
istinad eləməyi lazım bilmirəm. Çünki nümunə elə
bizim Bakının özüdür. “Göy məscid” kimi tanınan
“Əjdər bəy məscidi”ndən “Təzə bazarı” bir-birindən
gözəyarı yüzəlli, ya da ikiyüz metrəlik bir məsafə
ayırır. “Təzə pir” məscidiylə el içində “Passaj”
kimi nişan verilən “Köhnə bazar”ın arası da
təqribən bir o qədər olar. Bakının “Bayır şəhər”
bölgəsinin
XIX
yüzildən
etibarən
tikilməyə
başlanmasına baxmayaraq məkanın təşkilində Məscid -
Bazar qoşalığı bir memarlıq prinsipi kimi üstün və
məqsədəyönlü sayılmışdır. Əlbəttə, vaxtilə Ortaçağ
müsəlman
şəhərlərinin
yığcam
məkan
imkanları,
insanların kompakt məskunlaşma şərtləriylə ilişikli
məscidlə bazarın qonşuluğu daha yaxın olmuşdur.
Karvansara da bu qonşuluqda üçüncü “nöqtə”ni təşkil
Dostları ilə paylaş: |