223
Ünsiyyətdən
ailələr
qurulur,
uşaqlar
doğulur,
toplumlar, dinlər yaranır, elm inkişaf stimulu
alır, proyektlər cızılır, müharibələr və inqilablar
baş verir, oyunlar düzənlənir, bayramlar, paradlar
təşkil olunur. Hərçənd ünsiyyət mafiozi qruplara,
cinayətkar
dəstələrə,
türmələrə
və
hətta
dəlixanalara da aparıb çıxara bilir. Elə ona görə
də ünsiyyəti nəzarətdə saxlamaq mühüm bir iş. Amma
soruşmaq olar: o şey ki, gözə görünmür, o şey ki
ruha da bənzəyir, kabusa da, ona necə nəzarət etmək
mümkün? Müsəlman fikirləşib bunun çarəsini tapıb,
MƏCLİSİ “kəşf” edib və onu bir tənzimləyici
statusunda meydana gətirib.
MƏCLİS. İslam mədəniyyəti şəbəkəsində məclis
heç bir forma tanımayan, düzü, forma içinə
sığmayan, formatlaşması mümkün olmayan ünsiyyətin
rəsmi qəlibi kimi çıxış edir. Hər bir qəlib
(forma), öz növbəsində, çərçivədir, məhdudiyyətdir.
Məclis ünsiyyətdən düzənlənir, yəni o, formasızın
formasıdır, qəlibsizin qəlibidir. Məclis ünsiyyət
üçün planlaşdırılır. Ünsiyyət, təmas isə məclisi
gerçəkləşdirir. Deməli, məclis formadır, ünsiyyət
formasıdır. Lakin bununla yanaşı məclis həm də
ünsiyyətin özüdür. Yəni ki məclis ünsiyyət olanda
olur. Ünsiyyət başlamamışdan öncə məclis də yoxdur.
Onda belə çıxır ki, məclisin müəllifi ünsiyyətdir.
Hərçənd müsəlman aləmində hər məclisin bir sahibi
var. Məclisi o, təxmin edir, o, proqramlaşdırır.
Bir sözlə, məclisin təşkili və məsuliyyəti sahibin
boynunadır. Di gəl ki, məclisi YARADAN, onu “yoxdan
var edən”, məclisi məclis edən ünsiyyətdir. Artıq
bu məqam məclisə sərbəst stixiya statusu verir və
məclis sahibinin rolunu minimallaşdırır. Nədən ki,
indən sonrasına məclisi ünsiyyət idarə edəcək və
məclis
açıq
enerji
dövriyyəsinə
çevriləcək,
nəzarətdən çıxacaq, ehtimal nəzəriyyəsinə görə
mövcud olacaq. Yəni məclis hər an öz-özünə qapana
224
bilər, sönə bilər, qurtara bilər, yox ola bilər.
Maddi dünya ilə ruh dünyasının şəffaf sərhəddində
məclis
zamanın
müvəqqəti
forması,
müvəqqəti
ünsiyyət forması, müvəqqəti ünsiyyət birgəliyi,
ünsiyyət ittifaqı kimi mövcuddur.
Öz
təbiətinə,
səslənməsinə,
arxitektonik
quruluşuna
və
sosial-mədəni
kontekstinə
görə
“məclisun”
(cəm
şəklində
“məcalisu”)
sözü
ərəbcədir,
“yığıncaq”,
“toplantı”,
“iclas”,
“qonaqlıq”, “əyləncə gecəsi”, “parlament” və digər
bu qəbildən olan mənaları bildirməyə qabildir. İlk
baxışda hər şey gün kimi aydındır. Sözün səlis,
düzgün tərcüməsi var. Amma məsələ təkcə bununla
bitmir. İş bu ki, MƏCLİS müsəlman mədəniyyətinin
fenomenidir. Hətta belə də demək olar ki, islam
mədəniyyəti
məclis
mədəniyyətidir.
Müsəlman
aləmində iki və ya daha artıq adamın az-çox təşkil
edilmiş görüşü məclis adlandırıla bilər. Əksərən
müsəlman adicə yığışıb birgə çayiçmə mərasiminə
(vərdişinə?!) də məclis deyir. Məclisdə müsəlman
üçün mərasim siqləti var. Mərasim ideyası məclisdə
həmişə aktualdır. Məclis dini mərasimin, ritualın
kübarcasına stilizə edilmiş variantıdır. Müsəlaman
mərasimlərdə, məclislərdə, etiketlər və kanonlar
dünyasında yaşamığı xoşlayır, bu “çərçivə”lər içrə
bir rahatlıq duyur. Vay o gündən ki, müsəlmanın
etiketdən xəbəri olmasın. Elə həmin andaca müsəlman
xoflanacaq,
ətrafını
potensial
düşmən
kimi
qavrayacaq,
özünü
itirəcək,
çaş-baş
düşəcək,
yazıqlaşacaq, əlacsız görünəcək. Bu mənada məclis
müsəlmandan ötrü ünsiyyət etiketidir. Necə rəftar
edəcəyini bildiyindən o, məclisdə hədsiz bir
asudəlik tapır. Məclis müsəlmanın ideal həyat
modelidir: məclis müsəlman üçün cənnətin müvəqqəti
gerçəkləşən bir parçasıdır. Burada nizam, qayda öz
nümunəvi halına yaxın bir vəziyyətdədir. Məclisin
baş tutması üçün gərək dəvətli iştirakçılar ola,
225
məclisin keçirildiyi məkan ola, məclisin mövzusu
(toy, yas, qonaqlıq, musiqi, poeziya, dini-fəlsəfi)
və ya özünəməxsus plan-prospekti ola. Məclisdə
iştirakçıların (üzvlərin ya da qonaqların) yerbəyer
əyləşməsi də vacib bir şərt. Hətta bu fakt o qədər
vacib ki, söylənilə bilər: müsəlman aləmində məclis
əyləşmiş adamların məclisidir, onların ünsiyyət
birgəliyidir. Təsadüfi deyil ki, “məclis” sözü ərəb
dilində “oturmaq, əyləşmək” kimi anlaşılan “cələsə”
məsdərindən düzəldilmədir. Müsəlman dünyasında ayaq
üstə dayanmış adamların məclisi olmur. İslam
mədəniyyəti kontekstində insanların ayağa qalxması
məclisin sona yetdiyinə, ünsiyyətin tükəndiyinə bir
işarədir.
Məslisdə
əyləşmək
mütləqdir.
Avropa
mədəniyyətində isə bu, nəzərə alınmır. Hansı tədbir
ayaq üstə keçirilirsə, onun öz-özünə dağılması
təhlükəsi daha çox olur. Mitinqlər buna əyani
sübut. Şərqli mitinqin nə olduğunu əsrlər boyu
bilməyib.
Mitinq
Qərb
mədəniyyətinin
küçələrə
atdığı bir ideya, bir sosial ünsiyyət, sosial
mübarizə forması. Bura toplaşanlar adətən ayaq üstə
dayanırlar. Mitinqdə ünsiyyət prosesi ötəridir,
nizamsızdır,
xaotikdir.
Miitnq
qırıq-qırıq
monoloqların kompozisiyasıdır. Məclis isə sahmanlı
söhbətdir, “mən” və “sən” dialoquna köklənmiş
bəstə-improvizədir,
bu
söhbətin
şərti
sərhədləridir.
Müsəlmanın gündəlik ailə həyatı məclissiz
ötüşür. Düzdür, doğmaların hər gün eyni vaxtda eyni
bir məkanda nahar etməsinə də mərasim (məclis)
rudimenti kimi yanaşmaq mümkündür. Olsun, amma iş
bu ki, birincisi: mütəmadi yeksənəq təkrarlar
məclisi “öldürür”, onun təşkililə bağlı ideya və
mənaları tükədir, bayağılaşdırır; ikincisi: məclis
“mən”in daha geniş ünsiyyət çevrəminə düşmək
istəyinə bir işarədir. Nədən ki, hər hansı bir
leqal
və
qeyri-leqal
informasiyanı
cəmiyyətdə
Dostları ilə paylaş: |