247
Qavroş, polkovnik Şaber, madam Bovari, Jülyen
Sorel Fransanın özü və üzü kimidirlər; Parisin,
Marselin
(və
digər
bölgələrin)
küçə
və
meydanlarının ruhunun, hüsnünün “intim”, eksklüziv
portretləridir. Qəhrəman hər bir vaxt öz məkanına
müsavidir. Ə.Haqverdiyevin hekayələrində də bu
belədir. Onun nəsrinin “sakinləri” Orta çağların
müsəlman
şəhərlərinə
bənzəyirlər.
İlk
baxışda
adamda elə təəssürat yaranır ki, yer üzündə
müsəlman şəhərləri heç nədən ehmalca, tədricən
peyda olurlar, bir ritmə köklənib yaşayırlar və
asanlıqla “dünyalarını dəyişib gözdən itirlər”,
unudulurlar, sanki köhnə qala divarları kimi
“ovxalanıb tökülürlər”
2
Bu ilk təəssürat aldadıcı
deyil,
Orta
əsrlərdə
müsəlman
şəhərlərinin
mövcudluq ahəngi və mövcudluq həqiqətidir. XIX
yüzil Azərbaycanı Ortaçağ islam aləmindən bir elə
də fərqlənmirdi və hələ ki ondan ayrılmamışdı. XIX
əsr
Azərbaycanında
müsəlman
mədəniyyətinin
qanunları səsə, gücə malikdi: insanın batini üçün
mənəvi
imperativdi,
zahiri
üçün
müəyyənedici
etiketdi, məkanın təşkilində isə fəlsəfi sxem.
İslam dünyasında məkanın müəllifi həmişə kişilərdir
və bu məkan yalnız onlara məxsusdur. Bica demirlər
ki, islam kişilərin dini kimi formalaşıb və
tarixiləşib.
Əbdürrəhimbəy
Haqverdiyevin
hekayələrindən görünən kişi məkanı da müsəlman
şəhərinin variantlarından biri kimi zühur edir. Elə
buradaca qısa tarixi-kulturoloji ekskurs.
İslam dünyasında məkan, yəni insan məskəni,
sakinlərlə məskunlaşmış coğrafi areal, həmişə öz
sadəliyi, və hətta bəzən primitivliyi, rahatlığı,
münasibliyilə seçilib: camaat bərbəzəkli tərtibata
meyl göstərməyib. Evlərdə yerə xalça-palaz döşənib,
mütəkkələr atılıb, sandıqlar qoyulub, pəncərələrə
şəbəkə vurulub, qapılara pərdə asılıb, ara-sıra
divarlara
nəbati
naxışlar
çəkilib.
Əvəzində
248
qadınların ənlik-kirşanına, zinət əşyalarına aşırı
diqqət yetirilib. İndisə fikir verin: bu cərgədə
dayanaqlı heç nə yoxdur. Xalçanı tapdalayıb keçmək,
üstündə əyləşmək, mütəkkələrə söykənmək mümkündür;
xalçaları, mütəkkələri, sandıqları əziyyətsiz bir
yerdən başqa yerə daşımaq, naxışları çoxaltmaq və
ya azaltmaq (silmək) olar. Bunun səbəbi odur ki,
islam dinində müsəlmanı Allaha ibadətdən fani
dünyaya bağlayan nə varsa, hamısı pislənir. Hətta
əcdad qəbirlərinin yerlə yeksan olması fikri
intensiv
şəkildə
aktuallaşdırılıb
ki,
insan
emosiyalara uyub özünə Kəbədən əlavə ziyarətgah
düzəltməsin. Odur ki, müsəlman məkanı təşkil
edərkən onun cəmi bir oriyentiri olub: QİBLƏ.
Şərqin
islam
məmləkətlərində
evlərin
qapısı,
pəncərəsi qibləyə açılıb, namaz qılarkən möminlər
üzlərini qibləyə tutub ibadət eləyiblər, meyidi
harada olursa olsun qiblə istiqamətində uzadıblar.
Çünki
Kəbə
islam
toposunun,
islam
loqosunun
energetik, intellektual və qutsal mərkəzidir. Qiblə
Allahın müqəddəs Kəbədə yerləşən evinin yönüdür.
Bura islam dünyasının elə bir nöqtəsidir ki, bu
nöqtədə horizontal müstəvi sanki bir düymə ölçüsünə
qədər
balacalaşıb,
enerjisini
konsentrə
edib
sferaya atılır, vertikala transformasiya olunur;
vertikal isə elə bil ki yuxarıdan ox kimi bu
nöqtəyə
batıb
bütün
horizontal
boyunca
öz
enerjisini paylayır. Toposferada Allahla insan
arasındakı
məsafənin
minimal
həddə
çatdığını
bildirən işarə Kəbədir. Allahın emanasiyasının və
bəndənin ilahiyə qovuşmasının qrafik vizuallığıdır
Kəbə. İbadət vaxtı üzü qibləyə dayanmış müsəlmanlar
sanki Allaha deyirlər ki, biz Səndənik. Bu, eyni
zamanda onların icmaya mənsubluğunun şəhadətidir.
Məscid isə məkan içrə Kəbəni (qibləni) tirajlayan
dini obyektdir. Möminlər onu hər yerdə, yəni
dünyanın istənilən bölgəsində Kəbənin əvəzləyicisi,
249
simvolu kimi qavrayırlar. İslam məkanında MƏSCİD
ünsiyyət institutudur. Məsciddə insanlar sanki öz
qapalı məkanlarının hüdudlarından çıxıb daha geniş
bir
dünya
ilə
təmas
yaradırlar.
Bu
təması
şərtləndirən məscidin şəraiti, zahiri görkəmi və
daxili
quruluş
formasıdır.
Məhz
məscidin
iç
tərtibatına xas boşluq və asudəlik möminlərə sonsuz
bir sakitlik və əminlik bəxş edir: bura yalnız
xəttatlıq nümunələri və islimilərlə bəzədilir, yerə
evlərdə olduğu kimi xalça-palaz döşənir, tağ
formalı sadə hörgülər isə gerçəkliklə sakral dünya
arasında ötürücü rolunu oynayır. Müsəlman ölkəsində
MƏSCİD kobud, urvatsız materiyanın ruh aləminə
transformasiyasının, keçidinin, dönüşünün rəmzidir.
Sərin
suyu
olan
hovuz
da
məscid
həyətinin
atributudur.
Burada
kölgəlik
tapıb
dincəlmək,
rahatlanıb öləridən və əbədidən, insandan və
Allahdan, ticarətdən və dindən, məişətdən və
ibadətdən qayğısız danışmaq üçün ağaclar (əksərən,
sərv, xurma) da əkilir. Müsəlman şəhərində məscid
həmişə potensial balaca, xudmani PARKDIR; hər bir
ev isə microməsciddir.
İslam dünyasında öz kommunikativ funksiyası
etibarı ilə məscidə bərabər ikinci yer BAZARDIR.
Müsəlman “şəhər kompleksinin əsasını həmişə bazarla
məscid təşkil edir; onların əlaqəsi qədim ərəb
mədəniyyətinin ənənələrindədir: çünki Məkkə həm
zəvvarlıq, həm də ticarət mərkəzi idi”
3
. “Həm
ziyarət, həm ticarət” deyiminin kökü elə burda.
Bazar
isə
müsəlman
Şərqinin
əsas
alver
məntəqəsidir. Lakin müsəlman bazara təkcə alış-
veriş etməkdən ötrü getmir. Bura da, bir növ,
müsəlmanın diskussiya klubudur, faydalı istirahət
zonasıdır.
Orta çağlarda camaat məscid və bazara bir də
ona görə axışırdı ki, gündəlik lokal olayların
tamaşasına çıxsın, qohumların, tanışların görüşünə
Dostları ilə paylaş: |