238
yox, baş, əllər və ayaqlar vasitəsilə də anmaq
mümkündür. Dərvişlərin dönməsi elə mövləvi
zikrlərinin toplusudur. Zikr zamanı baş sanki
çevrə sərhəddi üzrə hərəkət etdirilir. Baş qa-
rın
nahiyyəsi
istiqamətindən
hərəkətə
gətirildikdə “lə” kəlməsi, yuxarıya doğru
qaldırıldıqda “ilahə” sözü, sol çiynə sarı
aparıldıqda isə “illə” deyilir. Sonuncu “llah”
kəlməsini
başın
ürəyə
doğru
endirilməsi
bildirir. Bu zikr türkcə “dörd vuruş”, fars
dilində isə “dörd qapı” adlandırılır və
dərvişlərin səma məclislərində dünyanın bütün
əksliklərinin, dörd yönünün eşqlə coşan ruhun
ekstatik
atmosferində
birləşib
vəhdətə
gəlməsinə
işarə
edir.
Mövlananın
“biz
birləşdirmək üçün gəldik, ayırmaq üçün yox”
deyimi də bu fikri təsdiqləyir. Sufisayağı zikr
şəriətə əsaslanan improvizədir. Elə improvi-
zədir ki, sonradan kanonik formaya çevrilib
dərvişlərin səma məclislərinin kompozisiyasının
başlıca konstruktiv elementi kimi özünü büruzə
verir.
Təsadüfi
deyildir
ki,
ingilis
tədqiqatçısı İra Fredlənder dərvişlərin dairə
boyu zikrini “canlı mandala” (buddizmə bağlı
miflərdə dünya modeli) adlandırır.
Səma məclislərinin bu hissəsinə Mukabele,
dərvişlərin dairə perimetrilə gəzişinə isə
“halqa” deyilir. Bu gəzişmə üç dəfə təkrar
olunur və Ruminin böyük oğlunun şərəfinə “Dövr-
i Sultan Vələd” və ya “Dövr-i Kəbir” adlanır.
Burada halqa planetlərin sonsuz kəhkəşanda
cızdığı əbədi hərəkət yolunun, əbədi dönüşünün
simvoludur, dünyada mövcud olan şəkil və
surətlərin bir-birinə salamıdır.
Halqa üç dəfə təkrarlandıqdan sonra şeyx
öz
yerinə
keçir.
Buradan
səmazənlər
və
musiqiçilər
aydın
görünür.
Dərvişlər
çevikcəsinə xirqələri əyinlərindən çıxarıb öpür
və yerə atırlar. Axçi Dədə və səmazənbaşı bu
239
xilqələri yığıb bir kənara qoyurlar. Tək bir
tənnurədə
qalmış
dərvişlər
əllərini
çarpazlaşdırıb çiyinlərindən tuturlar və Şeyxin
hüzuruna addımlayırlar. Sinədə çarpazlanmış
qollar “əlif-lam”dır, “lə ilahə illəllah”ın
kalliqrafik işarəsidir. Bu zaman səmazənbaşı
Şeyxin əlindən öpüb onun beş addımlığında
dayanır və buradan rəqsə rəhbərlik edir. Digər
dərvişlər də onun kimi davranıb öz yerlərinə
keçirlər.
Beləliklə, üçüncü bölüm (və ya birinci
hissə)
qurtarır,
xanəgahın
sükutu
səmavi
sədalar otağında bir anlığa bərqərar olur. Rəqs
ustasının və ya Şeyxin ağ başmağının xirqənin
altından görünməsi “dörd salam”dan ibarət
ikinci hissənin, yaxud dördüncü bölümün, yəni
səmazənlərin
rəqsə
başlaması
üçün
şərti
siqnaldır.
Dördüncü
bölüm
dörd
salamdan
ibarətdir.
Birinci salamın mənası: insan bilgisiylə
həqiqətin aydınlığına çatır, Allahı və özünün
ona bir qul olduğunu dərk edir. Bu vaxt “dü-
yek” ritmində “Dövri Rəvan” adı verilmiş
melodik musiqi çalınır. Dərvişlər aramla dönüb
fırlanmağa başlayırlar. Fırlanma məqamında sinə,
ürək nahiyyəsi göylərə paralel olmalıdır. Ona
görə də qollar yana açılır, baş isə çiynə doğru
əyilir. Səmazənin azacıq yuxarı tuşlanmış açıq
sağ əli Allahın, göylərin mərhəmətini, xeyr-
duasını sanki ovuc içinə toplayır. Sol əlin
döşəməyə perpendikulyar olan barmaqları isə bu
xeyir-duanı aşağı dünyaya ötürür. Belə pozada
dərvişlərin bədəni sakral və urvatsız dünyalar
arasında mediator rolunu ifa edir. Fırfıra
dərvişlərin səma zamanı hərəkətlərinin quruluşu
sufilikdə ayaq zikrinə uyardır. Ayaq zikri
mövləvilərdə batində xatırlanan “İsmi Cəlal”ın
(tanrının adı) zahirdə, məkanda yaradılan
konfiqurasiyasıdır. Bu zikr sağdan sola doğru
240
yerinə yetirilir. Səmazən sol ayağını geri
çəkib təzədən sola dönür və beləliklə,
səmaxana boyu fırlana-fırlana gəzişir. Zikr
vəcdin astanasıdır, vəcdə çatmağın yoludur,
sufilikdə
“hal”
məqamına
yetişmək
üçün
vasitədir. Səma isə vəcdin zirvəsidir, vəcdə
gəlib
bayılmaq,
özünü
unudub
İstəkliyə
qovuşmaqdır.
İkinci salamın mənası: bu salam zamanı
insan Allahın yaratdıqlarında təzahür edən
ilahi əzəmətinin müşahidəsinə qapılır, Allahın
böyüklüyünə
və
qüdrətinə
heyran
olub
heyranlıqla
dönməyə
davam
edir.
Zikr
gücləndikcə dərvişlərin fırlanma sürəti də
artır. Melodiyaların ritmik strukturu ardıcıl
olaraq dəyişir, “dü-yek” 9/8 ölçüsündə ifa
olunan “Evfer”lə əvəzlənir.
Salamdan salama keçid küdüm (türk zərb
aləti) səsiylə müşayət edilir və bu səs
dərvişin
ruh
“nərdivan”ında
mərtəbədən
mərtəbəyə yüksəlişini və Allahın “KUN” (OL)
əmrini simvollaşdırır.
Üçüncü salamın mənası: bu salam bildirir
ki, artıq heyranlıq duyğusu eşqə çevrilmişdir;
yəni bu məqam vüsal məqamıdır, sevgidə yox
olmaq, heçləşmək məqamıdır. Üçüncü salamda
yaşanan
halətə
sufilikdə
“fənafillah”,
buddizmdə
isə
“nirvana”
deyirlər.
Burada
dərvişlərin fırlanma tempi özünün ən yüksək
nöqtəsinə çatır. Odur ki, musiqi kompozisiyası
iki hissəyə ayrılır: öncə sazəndələr 24/8
ritmik
qəlibinin
ölçülərini
gözləyirlər.
Dərvişlər ara vermədən dönürlər. 6/8 ritmik qə-
libində
ifa
edilən
becid
“Yürük
səmai”
eşidiləndə
üçüncü
salamın
ikinci
hissəsi
başlayır. Dönmələr sürətlənir və tezləşir.
Səmazənlər indi dairə boyunca düzülüb aramsız
şəkildə
hərlənən
iri,
ağ
fırfıraları
xatırladırlar. Dərvişlərin tənnurələri bu zaman
Dostları ilə paylaş: |