235
tuman DƏSTƏGÜL adlanır. Tənnurənin yuxarısı
haradasa canlığı xatırladır. Onu sol tərəfdən
tumana bərkidirlər, sağ tərəfdən isə açıq
qoyurlar. Tənnurənin belə biçimi hərlənmə
zamanı dərvişlərin aldıqları pozanın quruluşuna,
eydetikasına xələl gətirməməkdən ötrüdür. Ağ
rəngli tənnurə həm də dərvişlərin kəfənə
büründüyünü
bildirir.
Fırfıra
dərvişlər
bellərinə əlif-lam formasında dörd barmaq enin-
də bir qurşaq da bağlayırlar. Bu, “lə ilahə
illəllah” (“Allahdan başqa məbud yoxdur”)
kəlməsini eyhamlaşdırır. Tənnurənin üstündən
dərvişlər
qara
rəngli
xirqə
(Ortaçağ
miniatürlərində xirqənin rəngi yaşıl verilir)
geyinirlər. Xirqə dərvişlərin qəbrinə işarədir.
Onların başlarına qoyduqları konusvari tünd
qəhvəyi
rəngli
papaqsa
“sikkə”
adlanır.
Mövləvilər onu öz qəbirlərinə başdaşı bilirlər.
Avropalı üçün silindr, konus şəkilli papaq kimi
görünən sikkə əslində “Ya Həzrət Mövlana”
kəlməsinin kalliqrafik quruluşunun inikasıdır.
Fırfıra dərvişlərin simvolik geyim tərzi hansı
mənaları ifadə edir? Sufilikdə “fəna” (yoxluq,
ölüm, heçləşmək) təriqətin sonuncu dayanacağı,
özünü
təkmilləşdirməyin,
mənəvi
kamilliyin
zirvəsi hesab olunur. Mövlananın bilgisinə görə
“fəna” son deyildir, başlanğıcdır, “şəb-e
ərus”dur, toy gecəsidir, tanrı ilə vəsl
gecəsidir, əbədiyyət astanasıdır. İnsanı vəslə
yetirənsə eşqdir. Ona görə dərvişlərin geyimi
cismani ölümü, dünyaya qarşı biganəliyi, səma
isə fəna məqamından sonra eşqlə cuşa gələn
ruhun uçuşunu, İstəkli ilə vəslini, bəqanı,
yəni əbədiliyi simvollaşdırır. Mövlana deyir ki,
toy gecəsində biz öz fərq nişanələrimizi itirib,
“mən”liyimizdən azad olub Allah nişanələrini
güzgü kimi özümüzdə əks etdirərik, Onun
nişanələrini qəbul edərik. Sevgi olmasa, “şəb-e
ərus” mümkünsüz. İnsan sevmək və sevilmək üçün
236
yaradılıb. Hərçənd Cəlaləddin Rumi anladır ki,
bütün eşqlər ilahi eşqə yalnız bir körpü...
Onda
bəs
dönmək
nəmənə?
Mövləvi
bilgisinə görə dünyada hər şey fasiləsiz
şəkildə
dönməkdədir.
Maddəni
təşkil
edən
atomlar daim dönər; Yer kürəsi həm öz oxu, həm
də
Günəş
ətrafında
dönüb
də
fırlanar;
damarlardakı qan dönməklə hərəkətini davam
etdirər, insana həyat verər. Belə ki, dönmək
kainatın yaranış qanunu... Varlıq dönürsə,
demək, yaşayır...
Mövləvi qardaşlığının səma məclisləri
dəqiq və səliqə ilə işlənmiş struktura malikdir.
Bu struktur səma məclislərində Sözün, Rəqsin və
Musiqinin harmonik vəhdətini təmin edir.
Səma
məclisi
beş
bölümdən
(Qərb
tədqiqatçılarının yazdıqlarına görə isə iki
hissədən) ibarətdir:
Dərvişlər səmazənbaşının (“rəqs ustası”)
rəhbərliyi ilə səmavi sədalar otağına daxil
olurlar. Şeyx, səma məclislərində ən hörmətli
şəxs,
səmazənlərin
(rəqqas
dərvişlərin)
arxasınca gəlir. Dərvişəlr bir-birinə başla
təzim
edib,
bir-birini
başın
fırlanğıc
hərəkətlərilə “salamlayıb” cərgəyə düzülürlər.
Şeyx, səmazənbaşı, Axçı Dədə (“aşpaz dədə”,
yəni səma məclislərində iştirak etmək üçün
dərvişləri
“bişirən”,
hazırlayan,
onları
müxtəlif sınaq mərhələlərindən keçirən şəxs) ağ
sikkə qoyduqlarına görə digər dərvişlərdən
fərqlənirlər. Dərvişlər aram yerişlə qırmızı
rəngə boyanmış qoç dərisinə yaxınlaşırlar. Bu,
Günəşin simvoludur ki, ona da farsca “Şəms”
deyilir. “Təbriz” sözü də Günəşi bildirir.
Deməli, səmazənlərin Günəşin simvoluna təzimi
sufilikdə işıq kultu, Mövləvilərdə isə Şəms əd-
Din Təbriziyə qarşı ehtiram hissilə bağlıdır.
Dərvişlər hərəkətin ahəstə ritmini saxlamaq
şərtilə öz yerlərinə keçib dairə boyunca
237
əyləşirlər. Hafiz, Quranı əzbər söyləyən şəxs,
“Fatihə” surəsini və “Rast” muğamı üstündə dini
musiqi formasında bəstələnmiş “Nət-i Şərif”i
(sözləri
Ruminindir)
oxuyur.
Bu,
birinci
bölümdür: məqsədi Muhamməd Mustafanı, onu xəlq
eləmiş Allahı və digər tanrı peyğəmbərlərini
mədh etməkdir.
“Nət-i Şərif” tamamlanan kimi “təqsim”,
yəni neyin improvizəsi başlayır. Dərvişlər bu
zaman diz üstündə oturub “tənhalar sirdaşı”
neyin səsini dinləyir və gözlərini qapayıb
yerlərində yırğalanırlar. Bu, ikinci bölümdür:
hər şeyə can verən ilahi nəfəsin təmsilçisidir.
Nəfəssiz bütün canlılar cansızlığa məhkum.
Neyin naləsi qurtaran andaca dərvişlər
cəld bir hərəkətlə əllərini yerə vurub qiyamət
gününə və qıl körpüyə çatdıqlarını bildirirlər.
Onlar
ayağa
qalxıb
şeyxin
ardınca
saat
əqrəbinin əksi istiqamətində dairə perimetri
boyunca gəzişirlər. Üçüncü bölüm başlanır. 56/4
ritmik qəlibi gözlənilmək şərtilə mövləvi
musiqisinin “pişrou” və ya “peşrev” adlanan
giriş hissəsi çalınır. Bu zaman dərvişlər baş-
larını çevrə cızmaq şərtilə yavaşca hərlədə-
hərlədə bir-birini salamlayırlar. Beləliklə,
Sirr bir dərvişdən digərinə ötürülür və səma
məclisinin kompozisiyasında əyaniləşir. Başın
çevrə boyunca hərəkət etdirilməsi əslində
“salamlamaq” yox, sufisayağı “zikr”dir. “Zikr”
anmaq, yada salmaq, xatırlamaq deməkdir və
təlqin formulu sayılan “lə ilahə illəllah”dan
ibarətdir. Bu, dil üçün olan zikrdir. Dil
ağızda dönür və Allahı anır. Sufilik islamın
ezoterik aspekti olduğu üçün burada eyhamla
danışmaq, mənanı işarə xarakteri daşıyan bədii
obrazla ifadə etmək daha güclüdür. Sufilikdə
zikr passiv meditasiyanın aktiv qarşıdurumudur.
Passiv meditasiya fikirdir, aktiv meditasiya –
zikr. Mövləvilərsə deyir ki, Allahı təkcə dildə
Dostları ilə paylaş: |